Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1255/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1255/22 (Açar sözlər: pul tələbi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-7582/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İ ddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli 3 saylı alqı-satqı müqaviləsinə əsasən 1.600 manat əsas borcun və 1.008 manat cərimənin, 10 avqust 2016-cı il tarixli 2 saylı alqı-satqı müqaviləsinə əsasən 3.980 manat əsas borcun və 2.340 manat cərimənin, 29 sentyabr 2016-cı il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 27.630 manat əsas borcun və 13.815 manat cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50.403 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.İ.Əyyubov) iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 28.710 manat, hesablanmış cəriməyə görə 200 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair müqavilələr bağlanıb. Belə ki, 18 may 2016cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə dəyəri 2.800 manat olan qızıl dəsti verməyi, cavabdeh isə 10 ay müddətində hissə-hissə 2.800 manatı iddiaçıya ödəməyi öhdəsinə götürüb. 18 may 2016-cı il tarixli bildirişə əsasən cavabdeh sözügedən müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilib. Həmçinin, 18 may 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən cava bdehin iddiaçıya ödəməli olduğu məbləğ 2.800 manat təşkil edir. Cavabdeh, 26 iyun 2016-cı il, 24 iyul 2016-cı il, 10 avqust 2016-cı il və 10 sentyabr 2016-cı il tarixlərdə hər ay 300 manat olmaqla ödəniş edib və onun iddiaçıya 1.600 manat borcu qalıb. Eyni zamanda, sözügedən müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən, cavabdeh iddiaçıya 1.008 manat cərimə ödəməyi öhdəsinə götürüb. Daha sonra, 10 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 4.680 manat olan qızıl zinət əşyalarını cavabdehə verməyi öhdəsinə götürüb, cavabdeh isə həmin məbləği 16 ay müddətinə hissə-hissə (hər ay 293 manat olmaqla) ödəməyi öhdəsinə götürüb. 10 avqust 2016-cı il tarixli bildirişə əsasən cavabdeh sözügedə n müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilib. Bundan başqa, 10 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh 04 sentyabr 2016-cı ildə 400 manat, 18 sentyabr 2016-cı il tarixdə 300 manat ödəniş edib və onun həmin müqavilə üzrə 3.980 manat borcu qalıb. Sözügedən müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən cavabdeh iddiaçıya 2.450 manat cərimə ödəməlidir. Eyni zamanda, 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 25.630 manat olan qızıl zinət əşyalarını cavabdehə verməyi öhdəsinə götürüb, cavabdeh isə həmin məbləği 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. 29 sentyabr 2016-cı il tari xli bildirişə əsasən cavabdehə müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilib. 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh 25.630 manat pulu hər ay 1.424 manat olmaqla 18 ay müddətinə ödəməlidir və onun həmin müqavilə üzrə 25.630 manat borcu var. 23 yanvar 2019-cu il tarixli qəbzə əsasən, iddiaçı cavabdehə ödədiyi 2.400 manat pulu müstəntiq vasitəsilə qəbul edib və cavabdeh barəsində həbssiz istintaq aparılmasına etiraz etməyib. Habelə, Azərbaycan Beynəlxalq Bankına məxsus 21 noyabr 2019-cu il, 03 dekabr 2019-cu il və 10 dekabr 2019-cu il tarixli mədaxil qəbzlərinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus hesab nömrəsinə müvafiq olaraq 500 manat, 300 manat və 300 manat pul köçürülüb. “X1” (Azərbaycan) QSC-nə məxsus 08 yanvar 2020-ci il, 24 yanvar 2020-ci il və 18 fevral 2020-ci il tarixli qəbzlərə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus hesab nömrəsinə hər dəfə 500 manat pul köçürülüb. Göründüyü kimi iddiaçı sözügedən müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya ödənilməmiş 18 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 1.600 manat, 10 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 3.980 manat, 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 25.630 manat, cəmi 31.210 manat ödənilməmiş borcu qalıb. Sonradan cavabdeh həmin borclardan bir qismini iddiaçıya ödəsə də hazırda onun iddiaçıya ödənilməmiş 28.710 manat borcu qalıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 467, 739.1, 740.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilib iş üzrə daha obyektiv və ədalətli qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılıb. Apellyasiya ins tansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442.1, 601.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xah iş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəli yin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış al ıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normala rının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair müqavilələr bağlanıb. Belə ki, 18 may 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə dəyəri 2.800 manat olan qızıl dəsti verməyi, cavabdeh isə 10 ay müddətində hissə-hissə 2.800 manatı iddiaçıya ödəməyi öhdəsinə götürüb. 18 may 2016cı il tarixli bildirişə əsasən cavabdeh sözügedən müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilib. Həmçinin, 18 may 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 2.800 manat təşkil edir. Cavabdeh, 26 iyun 2016-cı il, 24 iyul 2016-cı il, 10 avqust 2016-cı il və 10 sentyabr 2016-cı il tarixlərdə hər ay 300 manat olmaqla ödəniş edib və onun iddiaçıya 1.600 manat borcu qalıb. Eyni zamanda, sözügedən müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən, cavabdeh iddiaçıya 1.008 manat cərimə ödəməyi öhdəsinə götürüb. Daha sonra, 10 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 4.680 manat olan qızıl zinət əşyalarını cavabdehə verməyi öhdəsinə götürüb, cavabdeh isə həmin məbləği 16 ay müddətinə hissə-hissə (hər ay 293 manat olmaqla) ödəməyi öhdəsinə götürüb. 10 avqust 2016-cı il tarixli b ildirişə əsasən cavabdeh sözügedən müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilib. Bundan başqa, 10 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh 04 sentyabr 2016-cı ildə 400 manat, 18 sentyabr 2016-cı il tarixdə 300 manat ödəniş edib və onun həmin müqavilə üzrə 3.980 manat borcu qalıb. Sözügedən müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən cavabdeh iddiaçıya 2.450 manat cərimə ödəməlidir. Eyni zamanda, 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 25.630 manat olan qızıl zinət əşyalarını cavabdehə verməyi öhdəsinə götürüb, cavabdeh isə həmin məbləği 18 ay müddətinə ödəməyi öhdəsinə göt ürüb. 29 sentyabr 2016-cı il tarixli bildirişə əsasən cavabdehə müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilib. 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh 25.630 manat pulu hər ay 1.424 manat olmaqla 18 ay müddətinə ödəməlidir və onun həmin müqavilə üzrə 25.630 manat borcu var. 23 yanvar 2019-cu il tarixli qəbzə əsasən, iddiaçı cavabdehə ödədiyi 2.400 manat pulu müstəntiq vasitəsilə qəbul edib və cavabdeh barəsində həbssiz istintaq aparılmasına etiraz etməyib. Habelə, Azərbaycan Beynəlxalq Bankına məxsus 21 noyabr 2019-cu il, 03 dekabr 2019-cu il və 10 dekabr 2019-cu il tarixli mədaxil qəbzlərinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus hesab nömrəsinə müvafiq olaraq 500 manat, 300 m anat və 300 manat pul köçürülüb. “X1” (Azərbaycan) QSC-nə məxsus 08 yanvar 2020-ci il, 24 yanvar 2020-ci il və 18 fevral 2020-ci il tarixli qəbzlərə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus hesab nömrəsinə hər dəfə 500 manat pul köçürülüb. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülü r. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nis yə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli qızıl-zinət əşyalarına dair tərəflər arasında nisyə alqısatqı müqavilələrinin bağlanması, iddiaçının sözügedən müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin həmin müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi və onun iddiaçıya ödənilməmiş 18 iyun 20 16-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 1.600 manat, 10 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 3.980 manat, 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 25.630 manat, cəmi 31.210 manat ödənilməmiş borcunun qalması və sonradan cavabdehin həmin borclardan bir qismini iddiaçıya ödəməsi və hazırda onun iddiaçıya ödənilməmiş 28.710 manat borcunun qalması mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu, iddiaçı tə rəfindən tələb edilən mübahisəli qızılzinət əşyalarının dəyəri ilə razılaşmadığını, həmin qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsinə zərurət olduğunu və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin möv cudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş sübutlardan, o cümlədən sözügedən alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə nisyə satılmış qızıl-zinət əşyalarının adı, çəkisi, əyyarı, kod nömrəsi, sayı və sair əlamətləri həmin müqavilələrdə dəqiq müəyyən edilib göstərilib və bütün bunlar tərəflər arasında bağlanmış müqavilələrdə qabaq cadan razılaşdırılıb. Bu səbəbdən də cavabdehin kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları üzrə düzgün nəticəyə gəlib və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-7582/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1255/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1255/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver