Məhkəmə qərarları › İş №2(102)-1255/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1255/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1255/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün borcludan illik beş faiz məbləğdə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 2(104)-1783/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması; Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44.928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumunun tutulması; tutmanın ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi; həmin daşınmaz əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsa itin borcun ödənilməsinə yönəldilməsi; daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat dəyərində müəyyən edilməsi; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması; Cavabdeh iş üzrə aparılmış tədqiqatlara görə 100 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 manat pulun tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi, iddia tələbinin Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldildikdə və o, satıldıqdan bir ay sonra Nizami Verdiyevin istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə icraata xitam verilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi - "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0- 2077-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsin in ləğv olunması, Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması” hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4395/202 3 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Açıq hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli protokolda əksini tapmış məlumatlara əsasən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icra edilməsi üçün icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli sifariş verilmiş, ipoteka predmeti olan ev alış qiyməti 63750 manat olmaqla tələbkar İddiaçı ASC tərəfindən qəbul edilmişdir.

6. Həmin ev üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8.823,54 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8.823,54 manat borcun və 108,24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 25 faizlə 60 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəm əsinin 25 dekabr 2018-ci il tarixli, 2(043)-3275/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 44928,9 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC-nin) hesabına ödənilməsi qət edilmişdir. Hazırda 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

9. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş va xt üçün illik 5 faizlə hesablanmış 9559,87 manat məbləğində əldən çıxmış fayda və 108,24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində iddia tələbinə iddia müddəti tətbiq edilməsini xahiş etmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-73/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 4063,47 manat məbləğində pul vəsaiti və ödənilmiş 60,63 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə Azərbaycan R espublikası Mülki Məcəlləsinin 425, 427, 442, 445.7 və 448-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edib ki, qeyd edilən müqavilə üzrə zərərin əvəzinin ödənilməsi barədə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin tələbin bir hissəsinə münasibətdə iddia müddəti keçmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, hazırki tələb Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli qətnaməsinin elan edildiyi tarixdən başlamaqla, xx.xx.2023-cü il tarixədək vaxtaşırı aparılmış hesablara əsaslanmışdır. Buna görə də tərəflər arasında olan münasibətlər vaxtaşırı icra edilməli olan öhdəliklərlə əlaqədardır.

14. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini, eləcə də iddiaçının xx.xx.2023-cü il tarixdə mə hkəməyə müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki son üç il üçün əsas borca hesablanmış illik beş faiz məbləği istisna olmaqla, ondan əvvəlki dövr üçün əsas borca hesablanmış illik 5 faiz məbləğində pul vəsaitini tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, iddia qismən təmin edilməli, yalnız iddianın məhkəməyə verilməsindən əvvəlki son üç il üçün banka qaytarılmamış 27087,79 manat əsas borca illik 5 faizlə hesablanmış pul məbləği (1354,49 manat x 36 ay = 4063,47 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcə lləsinin 373.2, 373.3, 375.2, 377.1, 385.1, 425, 427, 442, 445.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-73/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə “gecikdirilmiş vaxt üçün faizi” eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kredit or gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, məhkəmə heç bir ekspert və mütəxəssiz rəyi olmadan, özü maliyyə hesablaması aparmaqla yekun nəticəyə gəlib. Məhkəmə bu hissədə ən azıdan ekspert və ya mütəxəssisin rəyini almalı idi.

19. Həmçinin, Cavabdeh (nümayəndəsi) vəkili Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-73/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, kreditinin təminatı olaraq ipotekada ev var idi və hazırda da ipoteka qoyulmuş ev bankın ba lansındadır. Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən şikayət verməmiş, bankın pulunu gecikdirməmişdir. Ona görə də sözügedən qətnaməni qanunsuz və əsassız hesab edir. Bundan əlavə, məhkəmə bu halı nəzərə almadığı təqdirdə iddia müddətini tətbiq edərək iddianı tamamlə rədd etməli idi.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2(104)-1783/2024 nömrəli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-73/2024 nömrəli qətnaməsinin tam amilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi və Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5% 9.559,87 manat əldən çıxmış fayda və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108,24 manat dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barəd ə borcluya qarşı tələb irəli sürə bilər.

23. Məkəmə kollegiyası həmçinin iddia müddətinin tətbiqi edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddia müddətinin ötürülmüş olması barədə cavabdehin ərizəsi əsaslı deyildir. Belə ki, iddiaçının tələbi müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5 faiz əldən çıxmış faydanın ödənilməsi ilə bağlıdır. Yəni iddiaçının tələbi müqavilədən deyil, qanundan irəli gələn tələbdir. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi hazırkı münasibətlərə şamil edilə bilməz.

24. Məhkəmə kollegiyası bildirmişdir ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrıayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitl ərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqa viləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.

26. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ö dənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin öhdəliyini yerinə yetirmədiyi üçün əldən çıxmış fayda formasında banka qaytarılmamış 27087,79 manat əsas borca xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 9559,87 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 442, 443.1, 443.2, 445.2.1, 445.7, 447.7, 448-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil Nazim oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qə rar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin kreditinin təminatı olaraq ipotekada ev var idi və hazırda da ipoteka qoyulmuş ev hazırda bankın balansındadır, həmin evin mülkiyyətçisi bankdır. Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən şikayət verməmişdir. Cavabdeh bankın pulunu gecikdirməmişdir. Ona görə də hazırki qətnamə ilə razı deyil və sözügedən qətnaməni qanunsuz və əsassız hesab edir. Bundan əlavə, məhkəmə bu halı nəzərə almadığı təqdirdə iddia müddətini tətbiq edərək iddianı tamamilə rədd etməli idi. Birinci instansiya məhkəməsi vaxtaşırı öhdəliklə bağlı iddia müddəti tətbiq edərək iddianı qismən təmin etmişdir, apellyasiya instansiya məhkəməsi bu hissəni belə ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması.

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bil ər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digə r tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

43. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

44. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

45. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdi kdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (tərəflər arasında münasibətlər yaranan dövrdə qüvvədə olmuş redaksiyada).

46. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

47. Maddə

448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı

48. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

49. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə v ə ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

50. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarı

51. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

52. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəx slərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

53. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə b ağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

68. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

69. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzə rdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

70. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

71. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hal larından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

72. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).

73. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çı xmış fayda) başa düşülür.

74. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

75. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən (həmin normanın tərəflər arasında münasibətlər yaranan vaxtı qüvvədə olan redaksiyada) irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilmə sinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.

76. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

77. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.

78. Cavabdeh etiraz dəlillərində həm də ipoteka predmetinə yönəldilmə barədə qətnamə olduğuna istinad etmişdir. C avabdehin bu dəlili, qətnamənin mövcudluğunun tələb olunan faizlərin tələb olunmasına, habelə bu faizlərin yaranmasında cavabdehin təqsirinin olub olmaması baxımından iddianın təhlilini tələb edir. Çünki qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.

79. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının çıxarılması, özlüyündə müqavilə ü zrə öhdəliyin icrası üzrə cavabdehin məsuliyyətini azaltmır. Çünki müqavilənin qüvvədə olma müddətinin bitməsi, habelə qətnamə çıxarılmasına baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Buna görə qətnamə çıxarılandan sonra da cavabdeh Mülki Məcəllənin 5.3-cü maddəsində müəyyən edilmiş öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Bu baxımdan borclunun qətnamənin icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə girov əmlakı təhvil vermək imkanı vardır. Lakin iş materiallarından borclunun bu cür davranması müəyyən edilməm işdir.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyi ni yoxlayır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 2(104)-1783/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar