Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1257/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, cavabdeh ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı və vəkili Qurbanov Tofiq Oğlan oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətna məsi ilə (N.T.Tağıyeva, iş 2(006)-1074/18) İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna qarşı pulun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (M.Vəkil (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov, iş 2(103)-9695/2018) Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən qəbul edilmiş 30 yanvar 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Qurbanov Tofiq Oğlan oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna qarşı pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondundan onun xeyrinə 2.031 ABŞ dolları məbləğində pulun tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edi lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Qurbanov Tofiq Oğlan oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, cavabdehin vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh Bank arasında 29.03.2015-ci il tarixdə bağlanmış “Bank əmanət müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən bank əmanətçi olan iddiaçıdan 30.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 29.03.2015-ci il tarixindən 30.03.2016-cı il tarixinədək illik 11,50 faizlə qoyulur. İş materiallarına əlavə edilmiş iddiaçının cavabdeh Bankın “Lənkəran” filialına ünvanlandığı 08.04.2016-cı il tarixli ərizəsindən görünür ki, o, 29.03.2015-ci il tarixdə bank ilə onun arasında bağlanmış müqavilə predmeti olan 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin tam bütöv şəkildə bir neçə gün ərzində geri qaytarılmasının təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan Bankın 20.04.2016-cı il tarixli məktubundan görünür ki, bank qanunvericiliklə və reqlamentlə müəyyən edilmiş qaydalara əsasən əmanətin hissə-hissə qaytarılmasını təmin edir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Əmanətlərin Sığortalanması fondunun icraçı direktoruna ünvanlanmış 10.11.2016-cı il tarixli ərizədən görünür ki, Bank vaxtı uzadaraq iddiaçının qanuni pulunun ona verilməsini ləngitmişdir. Nəhayət pulu 6 ay 15 gün keçdikdən sonra Əmanətlərin Sığortalanması fondu ona bütövlükdə vermişdir. İş materiallarında olan Bank tərəfindən iddiaçıya ünvanlanmış 22.12.2016-cı il tarixli, 19/16380 saylı məktubdan görünür ki, iddiaçı 17.10.2016-cı il tarixdə hesabında olan bütün məbləği məxaric etmişdir. İşdə olan Bank tərəfindən iddiaçıya ünvanlanmış 14.02.2017-ci il tarixli, 19/18626 saylı məktubdan görünü r ki, iddiaçı ilə bank arasında bağlanmış 29.03.2015-ci il tarixli depozit müqaviləsi üzrə 12 ay müddətinə (29.03.2015 - 30.03.2016) hesablanmış 3.193 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən məxaric edilmiş, daha sonra 08.04.2016-cı il tarixdə onun müraciətinə əsasən həmin depozit müqaviləsi ləğv edilmiş və 2.500 ABŞ dolları onun tərəfindən məxaric edilmişdir. Həmin tarixdən etibarən faiz hesablanması dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 15.04.2016-cı il tarixində onun tərəfindən 2.500 ABŞ dolları məxaric edilmişdir. 17.10.2016-cı il tarixdə əmanət tam məxaric edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 944.1-ci maddəsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf ( əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. - 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə, fond tərəfindən hər bir iştirakçı bankda sığo rtalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə bank ar asında 29.03.2015-ci il tarixdə bağlanmış “Bank əmanət müqaviləsi” üzrə əmanət məbləği və ona hesablanmış faizlər iddiaçı tərəfindən tam şəkildə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehdən 29.03.2015-ci il tarixli “Bank əmanət müqaviləsi” üzrə pul tələb etmək hüququnun olmadığını müəyyən etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri ə sassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 24 avqust 2018-ci il tarixli, 2(103)-9695/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1257/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1257/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver