Məhkəmə qərarları › İş №2(102)-1257/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1257/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1257/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borc tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-526/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 14 fevral 2017-ci il tarixdə İ ddiaçı ilə Cavabdeh arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Lermontov küçəsi, dalan 1, ev 2-də yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təmin edilmişdir. İddiaçı İB-nin nümayəndələri tərəfindən göstərilən ünvanda təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə çoxsaylı aktlar tərtib edilmiş və abonent Cavabdeh 2010-2018-ci illər üçün cəmi 5029,70 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin noyabr ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5059,70 manat məbləğində borcun Cavabdeh Birliyin xeyrinə tutulmasına dair qətn amə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-446/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim: T.X.Əkbərov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13415/2019 nömrəli, 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1774/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13415/2019 nömrəli, 04 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarı lmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-526/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.5-ci bənd Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin öd ənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmi n Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi h ər bir halda ( (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla)) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qazdan istifadə Qaydaları”na 3 nömrəli əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq qazpaylayıcısının vəzifəsidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı iddiaçının nümayəndələri tərəfindən aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, aktların surətləri ona təqdim edilməmiş, cavabdehin təqsiri sübuta yetirilmədən ona əsassız olaraq yü ksək məbləğdə cərimə hesablanmış, cərimənin ödənilməsi barədə ona heç bir xəbərdarlıq edilməmiş, borcun hansı qaydada və əsasla hesablanmasına aydınlıq gətirilməmişdir. İddiaçı tərəfindən sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edilməsini təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş qara-ağ təsvirli fotoşəkillərin isə cavabdehin evində çəkilib-çəkilməməsini müəyyən etmək mümkün olmadığından həmin şəkillər məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin anası X1 2015-ci ildə vəfat etdiyi halda, iddiaçı tərəfindən 2016, 2017-ci illərdə tərtib edilmiş aktların əksəriyyəti onun adına yazılmışdır. Bundan başqa, aşkar olunması iddia edilən kənar xətlərin ləğv edilməsi barədə akt tərtib olunmuş, cərimənin məbləği 2017, 2018-ci illərdə mö vcud olmuş aşağı tariflərlə deyil, qüvvədə olan yüksək tariflərlə hesablanmışdır. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli rəydən görünür ki, cavabdehə məxsus ünvana baxış keçirilərkən sayğacdan kənar xəttə hər hansı qoşulma halı müəyyən olunmamışdır. İşin göstərilən halları iddianın təmin edilməsi üçün əsas vermədiyindən kollegiya iddianın əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-526/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar