Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1258/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1258/2019 18 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 və vəkili ***nun, Cavabdeh2 vəkili X3 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli, 2(103)4809/2018 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-nin cavabd ehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63787,94 AZN əsas kredit borcunun, 19993,15 AZN əsas məbləğə hesablanmış faiz borcunun, 17560,07 AZN cərimə borcunun, 13,05 AZN müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərçi, dövlət büdcəsinə ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 92525,08 AZN məbləğində borcun İddiaçı-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə bank olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi sahəsi 66.1 kv.m, yaşayış sahəsi 42.7 kv.m, yardımçı sahəsi 23.4 kv.m-dan ibarət, 3 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 110100 AZN olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, yaşayış sahəsinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Ş.Mirzəzadə) 17 noyabr 2017-ci il tarixli 2(004)-4006/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 63787,94 AZN əsas borc, 19993,15 AZN faiz borcu, 1700 AZN cərimə borcu, cəmi 85481,09 mant və məhkəmə xərcinə görə 43,50 manat (13,50 AZN po çt xərcləri və 30 AZN dövlət rüsumu) cavabdehlər Cavabdeh2 Fədai oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı-yə ödənilməsi, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsi, ev 8, 29 saylı mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiyməti 120000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 25.09.2018-ci il tarixli, 2(103)-4809/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə «tutulmuş faiz borcunun məbləğinə» aid hi ssədə dəyişdirilmiş, faiz borcunun məbləği 16.184,61 (on altı min yüz səksən dörd manat altmış bir) manat müəyyən edilmiş, Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Aparılmış ekspertiza təqiqatının dəyəri olan 145 manatın 100 manatı İddiaçı-dən, 45 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili ***, Cavabdeh2 və vəkili X3 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili ***, Cavabdeh2 və vəkili X3 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti ver ərək, iddiaçı qətnamənin qismən, faiz borcunun təmin olunmamış hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissədə tam təmin olunması, cavabdeh isə qətnamənin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddia tələbi, o cümlədən kredit üzrə faiz məbləği tərəflər arasında bağlanmış və sərbəst iradə ifadəsi olan müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, faizlərin guya, artıq hesablanması barədə cavabdehin “dəlili” tamamilə əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsində həmin sual üzrə ekspertiza təyin edilməsinə heç bir zərurət və əsas yox idi. Belə ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu m üqavilənin şərtlərinə əməl etməmiş, razılaşdırılmış qaydada ödənişləri həyata keçirməmişdir. Belə olan halda cavabdehlərə qarşı icra edilməyən və yaranmış öhdəlik həcmində tələb irəli sürülmüşdür. Cavabdeh isə birinci instansiya məhkəməsində faizlərin Mülki Məcəllənin 741-ci maddəsində nəzərdə tutulmuş qaydada hesablanmadığını mübahisələndirmiş, lakin məhkəmə, həmin maddənin tələblərinin pozulmadığını müəyyən etmişdir. Belə olan halda, qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə tam uyğun şəkildə hesablanmış faiz məbləğlərinin ödənilməsi üçün öhdəlik daşıyan cavabdehin məsuliyyətinin süni surətdə azaldılmalı olması nəticəsinə gələn məhkəmənin həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi aşkardır. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələbinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən ödəniş cədvəli tərtib edilərkən faizlərin hər ay ödənilməsi müəyyən edilmişdir. Qanuni baxımdan isə cavabdeh tərəfindən ödənilən məbləğlər birbaşa əsas borcdan silinməli, faizlər isə ilin sonunda hesablanaraq çıxılmalı idi. Belə olan halda, apellyasya icraatında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilən faiz məbləğidə artıq hesablanmışdır. Çünki, mütəmadi olaraq uzun müddət aparılmış ödənişlər Azərbaycan Respublikası Mülki M əcəlləsinin 741ci maddəsinin tələbinə görə əsas borcdan çıxılmamış və bu səbəbdən də yüksək faiz məbləği rəydə əks olunmuşdur. Ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədi ilə qətnamənin ləğv edilərək işin yeni apellyasya baxışına qaytarılması və təkrar məhkəmə mübasibatlıq ekspertizasının təyin edilməsi zərurəti vardır. Çünki bu faiz dərəcəsi olduqca şişrdilmiş məbləği əks etdirir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, faiz borcunun təmin olunmamış hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissədə tam təmin olunması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X1 vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X3 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli qətnaməsini faiz borcunun tutulması hissəsində dəyişdirərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 Fədai oğlu arasında bağlanmış 25 aprel 2014-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə Cavabdeh2 Fədai oğluna) 60 ay müddətinə illik 16 faiz hesablanmaqla 73.400 AZN məbləğində kr editin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün dəbbə pulu ödəməlidir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, cavabdeh borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 15.11.2017-ci il tarixli maliyyə arayışına əsasən 63787,94 AZN əsas borc, 19993,15 AZN faiz borcu, 17560,07 AZN cərimə borcu yaranmışdır. cavabdeh - borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 25 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh - zamin Cavabdeh1 borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. cavabdeh - borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 25 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin, dəbbə pulunun qaytarılmasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsi, ev 8, 29 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu barədə dövlət reyestrindən RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mülki işin birinci instansiya icraatı zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qərardadı ilə ipoteka predmetinin bazar qiymətinə uyğun qiymətləndirilməsi “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə həvalə edilmiş, və təqdim edilmiş ekspert rəyinə əsasən ipoteka predmetinin qiyməti 120000 manat məbləğində müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərmə li və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdir ildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaəti ilə razılaşır ki, Cavabdeh2 Fədai oğlu aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də bankın qeyd olunan m üqavilə üzrə hesablanmış faiz borcu ilə bağlı tələbləri qismən əsaslıdır. Müqavilə üzrə hesablanmış cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamış, bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq cərimə məbləğini mütənasib olaraq azaltmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh üzərinə götürmüş əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında t əsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, qanunverici ipoteka predmeti olan mənzilin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tərəfindən tutduqları yaşayış sahəsini tərk edilməsini yalnız tutmanın ipoteka predmetinə yönəldildiyi təqdirdə, həmin ipoteka predmetinin satıldıqdan sonra mümkün olması ilə səciyyələndirimişdir. Apellyasiya icraatı gedişində məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə cavabdehin əsas borcunun 63.787,94 manat, faiz borcunun isə 16.184,61 manat olması müəyyən olunmuşdur. Göründüyü kimi ekspertiza təqdiqatı zamanı faiz borcunun məbləği iddia tələbində göstəriləndən daha az olm ası müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iş üzrə təkrar məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin işin araşdırılmış hallarının nəticəsi təkrar mühsibatlıq ekspertizasının təyin olunmasını mümkün etməmişdir. İddiaçı təkrar ekspertizanın keçirilməsini zəruri edən heç bir mötəbər sübuta istinad etməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, daha çox məbləğdə faiz borcunun olması təsdiq olunmadığından qətamənin faiz borcuna aid hissədə dəyişdirilməsi və ekspert rəyində göstərilən həddə, yəni 16.184,61 manat faiz məbləğinin tutulmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəf faiz borcunun ekpertiza rəyinə uyğun olaraq tutulmasını əsassız hesab etsə də, işə aşağı instansiya məhkəməsində baxılarkən buna dair hər hansı əsaslandırma təqdim etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyyən edilməmiş, habelə iddiaçı tərəf hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şəkildə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayəti əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə də kollegiya razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh Mülki Məcəllən in 741-ci maddəsinə istinad edərək, ödənişlərin ilk əvvəl əsas borcdan cıxılmalı olmasına istinad etsə də, kollegiya hesab edir ki, ödənişlərdən silinmələrin aparlması ardıcıllığı Mülki Məcəllənin 741 deyil, 432.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faziləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, ekspertiza rəyinin keçirilməsi zamanı hesablamaların bu qaydaya uyğun aparılması qanuni olmuşur. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin 741-ci maddəsi ümumi tənzimləyici norma olmaqla, tərəflər ar asında hesablanan faizlərin ödənilməsi vaxtı ilə bağlı şərtin müəyyən edilmədiyi, sadəcə fazilərin ödənilməsini şərtləndirən hallara aiddir. Bu müddəa heç bir halda tərəflərin müqavilə azadlığı prinsipindən çıxış edərək, müqaviləyə faizlər üzə ödənişlərin hər ay aparılması ilə bağlı şərtin daxil edilməsinin qarşısnı almır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25. 09.2018-ci il tarixli, 2(103)-4809/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1258/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1258/2019
18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver