Məhkəmə qərarları › İş №2(102)-1259/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1259/2018

02.03.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1259/2018 02.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1259/2018 Bakı şəhəri 02 mart 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2017-ci il tarixli 2(103)9116/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) 12.06.2017-ci il tarixli 2(004)-1677/2 017 nömrəli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizlərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 1.564,43 ABŞ dolları əsas borc, 84,05 ABŞ dolları faiz və 5 ABŞ dolları cərimə olmaqla, cəmi 1.653,48 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan “Hyundai İX35” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına ümumi borcun və dövlət rüsumunun İddiaçı-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.V əliyev, X.Mərdanova, E.Həsənov) 11.10.2017-ci il tarixli 2(103)-9116/2017 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.01.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 1.601,21 ABŞ dolları əsas borc, 124,01 ABŞ dolları faiz olmaqla, cəmi 1.725,22 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulma sı, tələbin ipoteka predmeti olan “Hyundai İX35” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 1.564,43 ABŞ dolları əsas borc, 84,05 ABŞ dolları faiz, 53,83 ABŞ dolları cərimə olmaqla, cəmi 1.702,31 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan “Hyundai İX35” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan manatının ABŞ dollarına nisbətdə kəskin ucuzlaşması nəticəsində Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra edə bilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin artırılması və ya ödənişlərlə bağlı möhlət verilməsini iddiaçıdan xahiş etsə də, bankın əməkdaşları cavabdehin təklifini dəyərləndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq norma larının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı-nin nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.10.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.06.2012-ci il tarixli 9ASTB212 nömrəli krediti müqaviləsinə əsasən İddiaçı borcalan Cavabdeh 48 ay müddətinə, illik 17 % hesa bı ilə 23.798 ABŞ dolları kredit vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş 12.06.2017-ci il tarixli maliyyə arayışında Cavabdeh 12.06.2017-ci il tarixə İddiaçı-yə 1.564,43 ABŞ dolları əsas borc, 84,05 ABŞ dolları faiz, 53,83 ABŞ dolları cərimə olmaqla, cəmi 1.702,31 ABŞ dolları borcunun olması göstərilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə veri lməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.06.2012-ci il tarixli *********** nömrəli girov (ipoteka) müqaviləsinə əsasən Cavabdeh 28.06.2012-ci il tarixli ********* nömrəli krediti müqaviləsi üzrə aldığı kreditin təminatı kimi “Hyundai İX35” markalı ** *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat İmtahan şöbəsi tərəfindən verilmiş “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” 28.06.2012-ci il tarixli AA seriyalı ********* nömrəli çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh aldığı kreditin qaytarılmasının təminatı kimi mülkiyyətində olan “Hyundai İX35” markalı ***** dövlət qeydiyyat nişanlı minik avtomobilini 28.06.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı-nin qarşısında 28.06.2012-ci ildən 28.06.2016-cı ilədək ipoteka ilə yüklü edilməsi 28.06.2012-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydiyyata alınmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilm əli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 23.798 ABŞ dolları krediti Cavabdeh ödəmişdir. Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə,Cavabdeh İddiaçı-yə borcu yaranmışdır. Borclu borcunu ödəmədiyinə görə, Bank borcun tutulmasını və tutmanın borcluya məxsus olan ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutul mayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqav iləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 31 9.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninh əlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 11.10.2017-ci il tarixli 2(103)-9116/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar