Məhkəmə qərarları › İş №2(102)-1259/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1259/2019

27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1259/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı və vəkili X.İ.Hümmətzadənin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxannı rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (G.K.İmanova, iş 2(010)-39/18) İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, cavabdeh Cavabdeh 14.100 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-cü il tarixli qərardadı ilə (V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov iş 2(103)-12076/18) Bakı şəhəri, Suraxannı rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmiş və iddiaçıya pul məbləğinin geri alınmasının təmin edilməsi üçün eyni tərəflər arasında eyni məbləğlə bağlı icraatında icra qeydi olan müvafiq icra şöbəsinə müraciət etməsi izah edilmişdir. İddiaçı və vəkili X.İ.Hümmətov kassasiya şikayəti verib qərardadın ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ic lasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada xəbər verilmiş, İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən kassasiya kollegiyası işə onların izahatını dinləmədən baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edib, 18.300 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 avqust 2015-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontorunda bağlanmış borcun etirafı müqaviləsinə əsasən cavabdeh Cavabdeh ona iki ay müddətində 26.000 ABŞ dolları qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh borc pulu 18.10.2015-c i il tarixdə qaytarmalı idi. Lakin həmin müddət tamam olsa da, cavabdeh pulu qaytarmaqdan yayındığından Notariat Kontoru tərəfindən 14 noyabr 2015-ci il tarixdə İcra Qeydi verilmiş və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra şöbəsində cavabdeh 11.900 ( on bir min doqquz yüz ) ABŞ dolları məbləğində pul ödəmiş, 14.100 ( on dörd min yüz) ABŞ dolları məbləğində borcu qalmışdır. Borcun qaytarılması üçün dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə pul vəsaitinin qaytarmaqdan imtina etmişdir. Cavabdeh rayon məhkəməsində işə baxılmasında iştirak etməmiş, apellyasiya şikayətində iddiaçıya borclu olması barədə izahatının icra orqanında təzyiq altında yazılmasına, mübahisəli borc məbləği ilə bağlı İcra Qeydinin Suraxanı rayon İcra Qrupunda icra işinin olmasın a dair işin hallarına düzgün hüquqi qiymət verilmədiyini, borcun manatla ödənilməli olmasının nəzərə alınmadığını göstərib qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili X.İ.Hümmətov kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli borc məbləğinə dair İcra Qeydi üzrə icraatın dayandırılıb İcra Qeydinin 4 saylı Bakı “Asan” mərkəzinin notariat kontoruna qaytarılmasına, cavabdehin 14.100 ( on dörd min bir yüz ) ABŞ dolları borcunun qalmasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, rayon məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə əsassız q ərar qəbul edimliş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2018-cü il tarixli qərardadı ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin ləğv edilib mülki iş üzrə icraata xitam verilməsi, iddiaçıya pul məbləğinin geri alınmasının təmin edilməsi üçün eyni tərəflər arasında eyni məbləğlə bağlı icraatında İcra Qeydi olan müvafiq İcra şöbəsinə müraciət etməli olmasının izah edilməsi barədə nə ticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini məhkəmə qətnamələri və notariat orqanlarının İcra Qeydləri icra sənədi hesab olunmasına və İcra Qeydi üzrə başlanmış icra icraatının davam etməsinə və buna görə də, tərəflər arasında hazırki iş üzrə iddia tələbinə məhkəmədə baxılmalı olmamasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 18 avqust 2015-ci il tarixdə 3-M-293 Reyestrlə təsdiq edilmiş borcun etirafı müqaviləsinə əsasən Cavabdeh 26.000 ( iyirm i altı min) ABŞ dolları məbləğində pulu 2 (iki) ay müddətinə yəni 18.10.2015-ci il tarixədək İddiaçı ödəməyə dair öhdəlik götürmüşdür. 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 14 noyabr 2015-ci il tarixdə 7-E-52410 Reyestrlə təsdiq edilmiş İcra Qeydinə əsasən Cavabdeh 18 oktyabr 2015-ci il müddəti üçün vaxdında ödənilməmiş 26.000 ABŞ dollarının İddiaçı xeyrinə tutulmalıdır. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdehlər 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X1 və İddiaçı qarşı 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun 18 avqust 2015-ci il tarixli, 3M-293 reyestr qeydi “borcun etirafı barədə” müqavilənin etibarsız hesab olun ması və cavabdeh İddiaçı 11.900 ABŞ dolları müqdarında pulun ona qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər bir i vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman tərəflər arasında borc məbləğinə aid İcra Qeydinin icra vəziyyətinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun 14 noyabr 2015-ci il tarixli 7-E-52410 Rey estrli İcra Qeydinin Suraxanı rayon İcra və Probasiya şöbəsində icraatının davam edibetməməsi, İcra Qeydinin notariat orqanına qaytarılıb- qaytarılmaması, İcra Qeydi üzrə borcun hansı məbləğinin ödənilməsi, qalıq məbləğin nə qədər təşkil etməsi Suraxanı rayon İcra və Probasiya şöbəsindən İcra Qeydi ilə bağlı İcra icraatı tələb edilib öyrənilmədən və araşdırılmadan işə məhkəmədə baxılmalı olmaması kimi nəticəyə gəlinib, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol ver ilmişdir. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 13 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman q ərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 13 noyabr 2018-ci il tarixli 2(103)-12076/18 saylı qərardadı ləğv edilsin.İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar