Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1259/2020 14.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X2 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçı ASC “ xının nümayəndəsi və vəkili x oğlunun iştirakı ilə, İddiaçı ASC “Xalq” X3 Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim G.İ.Cavadova) x nömrəli, 01 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ASC “ xının Cavabdeh qarşı “qalıq borcun tutulması” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) x nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılması, iddiaçı ASC “ xın nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC “ x Cavabdeh qarşı qalıq borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə 20.11.2013-cü il tarixdən 04.11.2015-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% də rəcəsi ilə hesablanmış 2 148,24 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 04.11.2015-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 514,79 manat penyanın, cəmi 2 663,03 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat və iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsinə görə 30 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC “ x kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC “ xının nümayəndəsi və vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa ş əxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3- cü və 449.4- cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” Həmin Qərarda həmçinin göstərilmişdir ki: “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı ü zərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxu d bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci və apellyasiya instansiya məhkəmələrinin araşdırmaları zamanı (20.11.2009-cu il tarixli kredit müqaviləsi, həmin müqaviləyə 11.02.201 1-ci il tarixli, 02 saylı əlavə, hərracın yekunları barədə 04.11.2015ci il tarixli protokol, eyni tarixli alqı-satqı müqaviləsiilə) müəyyən olunmuşdur ki, bankla iddiaçı arasında bağlanmış 20.11.2009-cu il tarixli kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə illik 26%-lə 20 000 manat kredit vermiş, 11.02.2011-ci il tarixli, 02 saylı əlavə sazişlə kreditləşmə müddəti 24 ay müddətinə, 20.11.2013-cü il tarixinədək uzadılmış, həmin kredit müqaviləsinin təminatı kimi F.Musayev xüsusi mülkiyyətində olan Yevlax şəhəri, E.Ağayev küçəsi, 2-ci döngədə yerləşən 0,045 ha torpaq sahəsini və torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 136 saylı fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmiş, cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada icra edilmədiyindən bank cavabdehə qarşı m əhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 05.02.2015-ci il tarixli, x saylı qətnaməsi ilə borcun cavabdehdən bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi qərara alınmış, ipoteka predmetinin ilkin satış qiyməti 17000 manat müəyyən edilmiş, qətnamə icraya yönəldilmiş, “xxxx” MMC tərəfindən keçirilmiş hərracda ipoteka predmeti satılmadığından banka təklif edilmiş, bank razılaşmış və son satış qiyməti 10 838 manatla ipoteka predmeti banka satılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 05.02.2015-ci il tarixli, x saylı qətnaməsi ilə cavabdehin borcu ilə əlaqədar tutma ipoteka qoyulmuş əmlaka yönəldilmiş və əmlak satılaraq borc ödənilmişdir. Hazırda isə iddiaçı tutmanın ipoteka predmetinə yönəldiyi v ə ipoteka predmetinin satıldığı 04.11.2015-ci il tarixə qədər 19% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanı və gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesabladığı vəsaiti tələb edir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh Yevlax Rayon Məhkəməsinin 05.02.2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, girov əmlakı təhvil vermiş, bununla da onun iradəsindən asılı olan öhdəliyini yerinə yetirmiş, Məhkəmə tərəfindən isə cavabdehin borclu pulun ödənilməsinin gecikdirilərək ondan faydalanması halı müəyyən edilməmiş, iddiaçı bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiy mətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC “ xının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1259/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1259/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver