Məhkəmə qərarları › İş №2(102)-1259/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1259/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1259/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər 16 nömrəli X4 Trestinə, Cavabdeh2 və X3 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdeh X2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)-1978/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir, bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh 16 nömrəli X4 Tresti arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 20% olmaqla 500.000 manat kredit xətti açılmışır. xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5, 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2011-ci il tarixli kredit müq aviləsinə xx.xx.2012-ci il tarixli 1 saylı, xx.xx.2012-ci il tarixli 2 saylı, xx.xx.2012-ci il tarixli 3 saylı, xx.xx.2013-cü il tarixli 4 saylı Əlavələr olmuş və kreditin məbləği 1.400.000 manata çatdırılmışdır. Əlavələrə uyğun olaraq, kredit müqaviləsinin müddəti 12 ay müddətinə uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçının xeyrinə 1.708.877,35 manat əsas borc, 695.894,36 manat faiz borcu, 268.346,42 manat cərimə borcu olmaqla, cəmi 2.673.118,13 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 1 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospe ktində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 6-cı mərtəbəsində 255.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi – 78 saylı ofisə və cavabdeh X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5 ünvanda istifadədə olan 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində həmin yaşayış sahələrindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 16 nömrəli X4 Tresti arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə sonuncu tərəfindən əməl edilməmiş, nəticədə Bank qarşısında tələb olunan həcmdə borcu yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkə məsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-126/2029 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh 16 nömrəli X4 Trestindən 1.400.000 manat əsas borc, 182.202,17 manat faiz borcu, 100.000 manat cərimə borcu olmaqla, cəmi 1.682.202,17 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 800.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh X2 1 a y ərzində həmin yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 200 manat pul vəsaitinin cavabdeh 16 nömrəli X4 Trestindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 16 nömrəli X4 Tresti kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcuna münasibətdə xx.xx.2018-ci il tarixli ekspert rəyi əsasında hesablanan əsas və faiz borcu məbləğinə uyğun iddia tələbi həddində qismən təmin edi lməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehin Banka xx.xx.2014-cü il tarixinə 1.400.000 manat əsas borc, 182.202,17 manat faiz borcu olmaqla, cəmi borcu 1.582.202,17 manat təşkil edir. Bununla belə, cərimə borcunun ödənilməsi tələbi hissəsində məhkəmə belə qənaətə gəlmişdir ki, işin halları, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləği nəzərə alınmaqla həmin məbləğ azaldılmalı və 100.000 manat müəyyən edilməlidir. Məhkəmə tələbin ipoteka predmetlərinə yönəldiməsi hissəsi ilə qismən razılaşmış və qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə tələbin Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsi ndə yerləşən 23 saylı binanın 6-cı mərtəbəsində 255.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 78 saylı ofisə, habelə cavabdeh X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5 ünvanda istifadədə olan 3 saylı fərdi yaşayış evinə yönəldilməsi xahiş edilsə də, həmin müqavilənin təminatı kimi yalnız sonuncu fərdi yaşayş evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə, həmçinin tələbin artırılmasına dair ərizədə X5 məxsus olan 78 saylı ofisə tutma yönəldilməsi xahiş edilmiş, lakin belə ipoteka müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin həmin əmlakın mülkiyyətçisinə də hər hansı tələb irəli sürülməmiş və o, işə cavabdeh kimi cəlb edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tutma həmin əmlaka yönəldilə bilməz və ipoteka predmeti olan cavabdeh X3 məxsus fərdi yaşayış evinə yönəldilməklə həmin əmlakın ilkin satış qiyməti müqavilədə göstərilən 800.000 manat məbləğdə müəyyən edilməli və açıq hərracda satılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 386.1, 427.3, 442.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 739-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34.1, 36.1, 36.2, 36.3, 39.3, 39.3.3, 47.2, 47.4, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1978/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), İ.Şirinov və İ.Kərimli) cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tələbin ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 800.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh X2 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tələbi Nəzakət Vəliyevaya münasibətdə təmin etməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, tələbin ona məxsus olmuş yaşayış sahəsinə yönəldilməsinin qanuni əsası yoxdur. Məhkəmə qeyd etmişdir ki, Nəzakət Vəliyevaya məxsus fərdi yaşayış evi xx.xx.2011ci il tarixli ipoteka müqaviləsinə əsasən həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsinə sonrakı Əlavələrlə kreditin məbləği artırılmış və ödənilmə müddəti uzadılmışdır. Lakin qeyd olunan dəyişikliklərlə bağlı ipoteka qoyanın razılığı alınmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə göstərmişdir ki, ipoteka qoyanın imzaladığı kredit xətti müqaviləsində kredit məbləğinin artırılması, borcun ödənilmə müddətinin uzadılması ilə bağlı göstərişlər olmamışdır. Apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilm əsinə dair” xx xxx 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi əsas tutaraq qeyd etmişdir ki, kredit xətti müqaviləsində kredit məbləğinin artırılması, borcun ödənilmə müddətinin uzadılması göstərilməmişdirsə, sonradan bağlanan əlavə müqavilələr üzrə də zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Bundan başqa, işə apellyasiya qaydasına baxan məhkəmə müəyyən etmişdir ki, ipoteka predmeti olan əmlak Nəzakət Verdiyeva ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir. Bu zaman əmlakla bağlı hər hansı yüklülük qeydə alınmamışdır. Beləliklə, alqı-satqı müqaviləsi həyata keçirilənə qədər fərdi yaşayış evi artıq ipotekadan azad olunmuşdur. Apellyasiya məhkəməsi həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba istinadən qeyd etmişdir ki, əmlak məhz iddiaçının xx.xx.2013-cü il tarixli müraciətinə əsasən ipotekadan azad edilmişdir. Lakin, bu hal iddiaçıya məlum olmasına baxmayaraq, iddiaçı əsassız olaraq ipotekadan azad edilmiş əmlaka tutma yönəldilməsini xahiş etmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ipoteka predmeti olmuş əmlak artıq başqa şəxsin mülkiyyətindədir və “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən tutmanın həmin əmlaka yönəldilməsinin qanuni əsası yoxdur. Belə ki, qeyd olunan maddəyə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə Mülki Məcəllənin 152.5-ci maddəsi nə istinadla qeyd etmişdir ki, tutmanın ipoteka predmeti olmayan, hazırda cavabdeh qismində işə cəlb edilməyən başqa şəxsin mülkiyyətində olan əmlaka yönəldilməsi mülkiyyət hüququnun müdafiəsi ilə bir araya sığmır, həmçinin ipoteka müqaviləsi “İpoteka haqqında” Qanunun 10-cu maddəsinə zidd olaraq dövlət qeydiyyatına alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabd eh Nəzakət Vəliyevanın apellyasiya şikayətini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Bank tərəfindən cavabdehlərin borcu olduğu halda əmlakın ipotekadan azad edilməsinin heç bir əsası yoxdur. Məhkəmə qətnamənin mətnində yanlışlığa yol vermişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 85.1, 85.2, 87.1, 88, 386, 418-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə icl asında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdeh X2 apellyasiya şikayəti əsasında yoxlanıldığından hazırkı icraat üzrə üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin adı ilə bağlı qətnamənin mətnində yol verilmiş yanlışlıq aradan qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1978/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar