Məhkəmə qərarları › İş №2(102)-1259/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1259/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1259/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsi (tutmanın ipoteka predmetinə yönəldilməsi), ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7053/2 023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC (Vəkil2) və Cavabdeh (Vəkil1) tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş kassasiya şikayətlərinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC ilə əsas borclu X1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 146450-CNS17100 nömrəli girovlu istehlak krediti müqaviləsinə əsasən, əsas borclu Cavid Məmmədova illik 25 faiz dərəcəsi ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan xx.xx.2016-cı il tarixdə İddiaçı ASC ilə əsas borclu Cavid Məmmədov arasında kredit müqaviləsinə dəyişiklik barədə bağlanmış 1 saylı Razılaşmaya əsasən müqavilə üzrə əsas borc kapitallaşdırılaraq 60 ay müddətinə, illik 15 faiz olmaql a 35.060,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

2. Eyni zamanda, İddiaçı ASC, əsas borclu Cavid Məmmədov və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq qiyməti 150.000 manat olmaqla ipoteka ilə yüklü edilmişdir.

3. Həmçinin, xx.xx.2016-cı il tarixdə İddiaçı ASC, Cavabdeh və əsas borclu Cavid Məmmədov arasında ipoteka müqaviləsinə dəyişiklik barədə bağlanmış 1 saylı Razılaşmaya əsasən ipoteka predmetinin bazar dəyərinin 150.000 manat olması müəyyən edilmişdir.

4. Əsas borclu Cavid Məmmədov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Əsas borclu Cavid Məmmədovun adına vərəsəlik işi açılmamış və onun adına qeydiyyatdan keçmiş heç bir daşınar və ya daşınma z əmlak aşkar edilməmişdir. Öldüyü tarixə Cavid Məmmədovun 25.499,94 ABŞ dolları əsas borcu, 181,64 ABŞ dolları faiz, 3,78 manat cərimə olmaqla, cəmi 25.685,36 ABŞ dolları borcu olmuşdur. 5. 21.09.2022-ci il tarixli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş Cavabdeh göndərilmiş və rəsmi qaydada qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, əsas borclu Cavid Məmmədovla aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 146450-CNS-17100/1 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 25.499,94 A BŞ dolları məbləğində əsas borc, 8.730,17 ABŞ dolları məbləğində faiz borcu, 153,54 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 34.383,65 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 265,36 manat dövlət rüsumunun cavabdehin mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, əsas borclu Cavid Məmmədovun banka ümumilikdə 34.383,65 ABŞ dolları məbləğində borcu qalmış, lakin sonuncu, xx.xx.2018-ci il tarixində vəfat etmiş və onun adına respublikanın notariat ofislərində vərəsəlik işi açılması aşkar olunmamışdır. Bank ilə əsas Cavid Məmmədov və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **********4-05101-093010 nömrəli ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, əsas borclu Cavid Məmmədov xx.xx.2018- ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin tarixdən 4 ildən artıq vaxt keçdikdən sonra, xx.xx.2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq öz borcunu deyil, borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etmişdir. Halbuki, Mülki Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Digər tərəfdən iddiaçı tərəfin təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, borclu öldüyü xx.xx.2018-ci il tarixdən sonra da əsas borca faizlər hesablanmışdır. 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyinə əsasən ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri 200.000 manat, bazar qiyməti isə 220.000 manat təşkil etmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan s onra birinci instansiya məhkəməsi) 2(011)-385/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, iddiaçı X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 146450-CNS17100/1 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə Banka borclu olduğu 25.499,94 ABŞ dolları məbləğində əsas, 181,64 ABŞ dolları məbləğində faiz borcu, 3,78 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 25.686,36 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 176,52 manat dövlət rüsumunun Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 6 saylı evin, 27 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilinin likvid dəyəri 200.000 manat olmaqla açıq hərracdan satılması və əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıyaə olan cəmi 25.686,36 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş 176,52 manat pulun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin sözügedən mənzili ən gec bir ay ərzində tərk etmədikdə və mənzildən çıxmadıqda onların mənzildən məcburi çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 88,84 manat hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, bankla əsas borclu arasında kredit müqaviləsinin bağlanması, kreditin təminatı olaraq iddiaçı ilə cavabdeh arasında ipoteka müqaviləsinin bağlanması və mənzil in əsas borclunun aldığı kreditin təminatı olaraq ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz hallarıdır. İşin məhkəmə araşdırması zamanı ipoteka müqaviləsinin qanuniliyini təkzib edəcək hallar aşkar olunmamışdır. Bundan əlavə, qanunvericlikdə ipoteka müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur, əsas borclunun ölümü ipoteka müqaviləsinin xitamına səbəb olmur. Bu ondan irəli gəlir ki, ipoteka əsas öhdəliyin icrasının təminatı üsullarından biridir. İpoteka əsas öhdəliyin icra edilməməsi nəticəsində düşə biləcəyi zərərlərdən kreditoru qorumaq üçün tətbiq edilən qanuni bir vasitədir. Əgər əsas borclu öldükdən sonra ipoteka müqaviləsinə də xitam verilməli olsaydı, bu halda kredit öhdəliyinin təminatlılıq meyarı öz əhəmiyyətini itirmiş olardı. Kredit müqaviləsi üzrə öhdəliklərin in vaxtında icra edilməsi bankların maliyyə-kredit vəziyyətinin stabilliyinə və inkişafına yönəlsə də, əsasən ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir.

12. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin likvid dəyərinin məhkəmə ekspertizasının rəyində göstərilən 200.000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi bağlanan zaman müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə alınmaqla ağlabatandır. Belə ki, ipoteka müqaviləsində mənzilin bazar dəyəri 7 il əvvəl 150.000 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlak bazarında isə qiymətlərin bu müddət ərzində xeyli artması isə şübhə doğurmur. Digər bir tərəfdən, iddiaçı mənzilin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsini tələb edərkən, bu dəlilini təsdiq edən Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etsə də, həmin rəydən müəyyən olunur ki, mənzilin bazar qiyməti müəyyənləşdirilərkən əmlaka baxış keçirilmədən, yalnız xx.xx.2015-ci il tarixdə çəkilmiş fotomateriallar əsasında rəy verilmişdir. Mənzilə baxış keçirilmədən, onun yalnız 7 il əvvəlki vəziyyətinə uyğun olaraq bazar qiymətinin müəyyənləşdirilməsi əsaslı hesab edilə bilməz. Həmçinin ekspert mənzilin bazar qiymətini 140.000 manat məbləğində müəyyən edərkən bunun əsaslarını, hesablama metodunu göstərməmişdir.

13. Bundan başqa, ipoteka predmetinə yönəlməli olan borcu iddiaçı xx.xx.2022-ci il tarixədək hesablasa da, məhkəmə hesab etmişdir ki, yaranmış borc əsas borclu Cavid Məmmədovun öldüyü vaxta qədər, yəni xx.xx.2018-ci ilədək yaranmış borcla məhdudlaşmalıdır. Çünki, borcun ödənilməməsi və buna görə faizin sonuncunun ölümündən sonra da hesablanması cavabdehin təqsirindən deyil, obyektiv səbəblə bağlı (əsas borclunun ölməsi) bağlıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1 və 442-ci, xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.3.3, 59.1, 59.3 və 59.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstituasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında göstərilən hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışd ır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

16. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsini və həmin hissədə iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan yaşayış sahəsinin dəyəri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuş, reallığı əks etdirmir. Həmin hesabat qeyri-obyektiv və qərəzlidir. MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaq əvəzinə qiymətləndirmə hesabatında əmlakın hazırki bazar qiyməti müəyyən olunmu şdur.

18. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir.

19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə hansı konkret şəxsin (konkret halda borclu vərəsənin) hansı öhdəliyinin təminatı olaraq irəli sürülmüş tələbin onun əmlakına yönəldilməsini göstərməmişdir. Qanunun tələbinə görə kredit borcunu ödəməkdən yayınan borclunun öhdəliyinin icrasının təminatı olaraq tələb ipoteka predmetinə yönəldilir. Hazırki işdə isə borclu ölüb, onun miras əmlakı və borcları hər hansı vərəsənin üzərinə keçməyib. Borclunun vərəsəlik işi açıldığı və onun vərəsələrinin borcu ödəməkdən boyun qaçırdığı halda tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilər. Məhkəmə pul borcunun kimd ən alınaraq iddiaçıya verilməsi barədə nəticəyə gəlmədən birbaşa borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə nəticəyə gəlmişdir. Mirası qəbul etmiş vərəsə olmadığı üçün şəxsin ölməsinə görə onun öhdəliyinə xitam verilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-7053/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müəyyən edilmiş məbləğin yüksək olduğunu və reallığı əks et dirməyini qeyd etsə də, bu dəlillərinin yoxlanılmasına və mütəxəssis rəyini şübhə altına almağa əsas verən hər hansı əsaslı sübut təqdim etməmişdir. Əksinə, 2016cı ildə 150.000 manat qiymətləndirilmiş mənzilin dəyərinin 7 il ərzində eyni qalması, hətta aşağı düşməsi ağlabatan və inandırıcı deyildir. Məhkəmənin də qeyd etdiyi kimi daşınmaz əmlak bazarında bu müddət ərzində qiymətlər artmışdır.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, əsas borclunun ölməsinə görə onun hazırki öhdəliyinə xitam verilməmişdir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də, kredit müqaviləsi üzrə borc lunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir. Başqa sözlə, əsas borclu xx.xx.2018-ci il tarixdə ölməsinə baxmayaraq, bu müddət ərzində onun vərəsəsi, yəni mərhumdan qalmış miras əmlak hesabına zənginləşmiş vərəsəsi müəyyən edilməmişdir ki, əldə etdiyi pay həcmində mərhumun kreditoru qarşısında cavabdehlik daşısın. Odur ki, öhdəliyin mərhumun vərəsələri tərəfindən icra edilməli olması ilə bağlı fikir yürütmək mümkün deyildir. Belə olan halda, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmaqda haqlı hesab olunur.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 319.1, 385.1 və 442-ci, xx.xx.2018-ci il tarixədək qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 37.1, 39.3.3, 48.1, 59.1, 59.3 və 59.4-cü m addələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstituasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında göstərilən hüquqi mövqelərə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı (Vəkil2) və cavabdeh (Vəkili Vəkil1) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

25. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. İddiaçının kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğ un əsaslandırılaraq qeyd olunmuşdur ki, iş materiallarına onların tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 19 sentyabr 2022-ci il tarixli “Qiymətləndirmənin nəticəsinə dair yekun rəy”ə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində istifadədə olan 0,0816 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4-cü mərtəbəli binada 66,80 kv.m. ümumi sahəsindən ibarət 3 otaqlı 27-ci nömrəli mənzilin bazar dəyəri 140.000 (bir yüz qırx min) manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, ipoteka predmeti olan yaşayış sahəsinin qiyməti "xxxx" MMC-nin qiymətləndirmə hesabatında həddindən yüksək göstərilmiş və reallığı əks etdirmir, bu hesabat tamamilə əsassızdır. Ekspertiza tədqiqatı zamanı qiymətləndirici tərəfindən daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəz ərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı düzgün araşdırılmamışdır.

27. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

28. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi nəzərə almayıb ki, iddiaçıdan borc almış borclu Cavid Məmmədov xx.xx.2018-ci il tarixində vəfat edib və onun vərəsələri mirası qəbul etməyiblər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən v erilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Cavid Məmmədovun adına ölkənin notariat ofislərində vərəsəlik işi açılması aşkar olunmayıb. Mirası qəbul etmiş vərəsə olmadığı üçün də şəxsin ölməsinə görə onun öhdəliyinə xitam verilməlidir. Apellyasiya məhkəməsi qeyd olunan məktubları və borclu Cavid Məmmədovun iddia qaldırılmamışdan 4 il qabaq vəfat etməsi barədə sübutları nəzərə almadan tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddianı təmin edib. Məhkəmə nəzərə almayıb ki, borc məbləğinin borcludan, onun vərəsələrindən alınması barədə tələb təmin edilmədən, borc ipoteka qoyulmuş əmlaka yönəldilə bilməz. Apellyasiya məhkəməsi təqdim edilmiş sübutları qiymətləndirilmədən ümumi mülahizələr irəli sürüb. Hazırkı halda borclu Cavid Məm mədov öldüyü və onun borcu ödəmək öhdəliyinə xitam verildiyi üçün onun öhdəliyi icra edibetməməsindən söhbət gedə bilməz. Cavid Məmmədovun miras əmlakını hansısa vərəsə və ya digər şəxs qəbul etməyib. Cavabdeh də Cavid Məmmədovun vərəsəsi deyil və vərəsə kimi mirası qəbul etməyib. Cavid Məmmədov vəfat etdikdən sonra onun miras əmlakı cavabdeh və ya digər şəxs tərəfindən vərəsə olaraq qəbul edilsəydi və mirası qəbul etmiş şəxs Cavid Məmmədovun öhdəliklərini icra etməsəydi və ya lazımınca icra etməsəydi, iddiaçı ipoteka qoyulmuş əmlakın satılmasını tələb edə bilərdi. Məhz bu səbəbdən iddiaçının ipoteka saxlayan kimi ipoteka qoyulmuş əşyanın satılmasını tələb etmək hüququ yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 269.1. Girov və ipoteka hüququ girov qo yanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

30. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

31. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

32. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədik də, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

33. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtləri nə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2018-ci il tarixədək qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

38. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca i cra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

39. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.

40. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yön əltməyə başlaya bilər.

41. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

42. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Maddə 48.1. İpoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir.

44. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

45. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu t ərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

46. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstituasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli Plenum Qərarı.

47. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tə ləb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qeyd edilməlidir ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əs as öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şa hidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda apellyasiya şikayətinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hiss ələrdə tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətlərində mübahisələndirilən hissələrə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi if adələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəmə si apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçü n əsas ola bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)-7053/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar