Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-126/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXX İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-126/2022 (Açar sözlər: əsas borcun və hesablanmış faiz borcunun qaytarılması, məhkəmənin prosessual vəzifələri) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Əsgərov Gülməmməd Mənsum oğlu və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı XXX İddiaçı QSC-nin cavabde hlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1702/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında 21.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 faizlə 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC ilə Cavabdeh1 arasında 30.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5209 manat məbləğində kredit verilmişdir. 3. "xxxx" ASC ilə Cavabdeh1 arasında 10.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23 faizlə 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir.
4. Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır.
5. Mübahisə öhdəliyin icra edilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı BOKT İddiaçı QSC iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas, 8,09 manat məbləğində faiz borcu olmaqla, cəmi 1964,24 manatın, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas, 3545,86 manat məbləğində faiz borcu olmaqla, cəmi 14933,59 manatın, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas, 265,53 manat məbləğində faiz borcu olmaqla cəmi 3928,74 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı tərəfindən cavbdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı formada xəbəradarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir.
9. İddiaçı tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442 və 448.1-ci maddələrinə istinad etmişdir.
10. Qubadlı Rayon Məhkəməsinin 2(028)-31/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 BOKT İddi açı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim Vladimir Ruvinov)
11. Birinci instansiya məhkəməsi iş materiallarında olan kredit və zaminlik müqavilələrinə, maliyyə arayışlarına istinad edərək, iddianı təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445, 448.1, 449.1, 449.4, 470, 472, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləril: - məhkəmə iclasında iştiarkı təminedilməyib; - iddia tələbi ona qarşı hissədə təmin edilməmlidir. Belə ki, borclu Cavabdeh1la 21 noyabr 2014-cü ildə bağlanmış kredit müqaviləsini müddəti 36 aydır. Müqavilənin müddəti 21 noyabr 2017-ci ildə bitmişdir. Həmin müqavilə üzrə onun zaminliyinə də müddətin keçməsindən 1 il sonra xitam verilmişdir.
14. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Ca vabdeh1 apellyasiya şikayətinin dəlilləri: - 01 avqust 2013-cü ildə "xxxx" ASC-yə tapşırıq müqaviləsi əsasında satış mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 2015-ci ilin sentyabr ayının 01-də tapşırıq müqaviləsinin müddəti bitdiyinə görə işdən azad olunmuşdur. Orada işlədiyi müddətdə "xxxx" ASC ilə onun arasında 21 noyabr 2014-cü il tarixli Təminatı Kredit Müqaviləsi bağlanmışdır. Bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, bir yerdə işlədiyi Cavabdeh2 zamin olmuşdur. Həmin kredit müqaviləsinə görə 5200 manat pul kassa məxaric orderinə əsasən ona verilmişdir. Qarşılıqlı razılaşmaya görə həmin həmin məbləği ona borclu olduğu üçün Cavabdeh2 ödəməli idi. İşlədiyi müddətdə kredit mütəmadi olaraq ödənilirdi. İşdən çıxandan sonra isə həmin krediti zamin ödəməli olduğu üçün kre ditin sonrakı ödəmələri ilə maraqlanmamışdır. Lakin məhkəmənin qətnaməsini alandan sonra bilmişdir ki, müqavilə üzrə zamin olan Cavabdeh2 həmin pulu ödəməmişdir. - 30.01.2015-ci il və 10.04.2015-ci il tarixli kredit müqavilələri üzrə isə müvafiq olaraq 5209 manat və 15000 manat pul ona verilməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, ona yazılan kredit başqa şəxslərin hesablarına keçib.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1702/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsi Cavabdeh2 hissəsində ləğv edilmiş, iddiası qismən təmin edilərək, Cavabdeh1 BOKT İ ddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 qarşı əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilməşdir. (hakimlər Gülnarə Tağızadə (sədr lik edən və məruzəçi) Telman Quliyev, Lətifə Məmmədova)
17. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, tərəflər arasında 21 noyabr 2014-cü il tarixdə 36 ay müddətinə 49-21.11.2014-SM12 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin müddəti 21 noyabr 2017-ci il tarixdə bitir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə 16 noyabr 2020-ci il tarixdə müraciət etmişdir.
18. Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, onun verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
19. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 10 aprel 2015-ci il və 30 yanvar 2015-ci il tarixli müqavilə üzrə pul məbləğini götürməsi barədə dəlilini qəbul etməmiş və göstərmişdir ki, həmin müqavilələr üzrə 11.387,59 manat pul 10 aprel 2015-ci il tarixdə və 5209 manat pul 30 yanvar 2015 -ci il tarixdə Cavabdeh1 şəxsi hesabına oturmuş və həmin gün öz hesabından pulları çıxartmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 (Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarlmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. (hazırki qərarın 15-ci bəndi) b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Əsgərov Gülməmməd Mənsum oğlu və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək onun təm in edilməsini xahiş etdilər.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul m əbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib.
28. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 21.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 22 faizlə 36 ay müddətinə 5200 manat məbləğində kredit götürüb. Cavabdeh1 həmin kreditin zamin tərəfin dən qaytarılmalı olduğun bildirsə də, etirazını əsası kimi istinad etdiyi bu hal dair hər hansı sübut təqdim etməyib.
29. Bu baxımdan, apellyasiya məhkəməsinin 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddianın təmin edilən hissəsində gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin həmin hissədə müəyyən edilmiş halına uyğun olmuşdur. Həmin hissədə qətnamənin ləğvinə əsas yoxdur.
30. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il və tarixli kredit müqavilələri üzrə iddianı təmin edərkən düzgün nəticəyə gəlməyib.
31. Cavabdeh1 qeyd edilən müqavilələr üzrə pulun onun hesabına daxil olsa da, müxtəlif şəxslərin adına olan hesaba köçürülməsini deməklə, həmin iddiaya etirazını bildirmişdir. İşdən görünür ki, apellyasiya məhkəməsinə bu barədə müvafiq sübutlar təqdim edilmişdir. (i.v.178-200)
32. Apellyasiya məhkəməsi cavabdehin bu dəlilini qəbul etməyib göstərmişdir ki, həmin müqavilələr üzrə 11.387,59 manat pul 10 aprel 2015-ci il tarixdə və 5209 manat pul 30 yanvar 2015-ci il tarixdə Cavabdeh1 şəxsi hesabına oturmuş və cavabdeh həmin gün öz hesabından bu pulları çıxartmışdır.
33. Lakin apellyasiya məhkəməsi Cavabdeh1 öz hesabından pulları çıxartması halını hansı sübutlara qiymət verilməklə müəyyən etməsini qətnamədə göstərməyib. Prosessual qanunvericilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə ha nsı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Mülki Prosessual Məcəllə, maddə 218.1)
34. İş materiallarına əlavə edilən (i.v.178-200) bank hesabından çıxarışlardan isə görünür ki, hansısa hesabdan müxtəlif şəxslərin adına müxtəlif məbləğlərdə pul keçirilmişdir. İddiaçı həmin hesabın ona aid olmasını mübahisələndirməyərək, hesabdakı pulların başqa şəxslərin adına keçirilməsini bildirsə də, apellyasiya məhkəməsi bu yöndə heç bir araşdırma aparmamış, həmin sübutlara qiymət verməmiş, qeyd edilən çıxarışlardakı hesabın cavabdehə aid olub-olmaması, olduğu halda, hansı kredit müqavilələri üzrə olması, müxtəlif şəxslərin adına cavabdehin hesabından pul köçürülməsinə cavabdehin hər hansı formada razılıq və ya sərəncam verib-verməməsi, ümumiyyətlə hesabdak ı pul vəsaitinin müxtəlif şəxslərin adına nəyə görə və hansı əsasla köçürülməsinə aydınlıq gətirilməmişdir. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
35. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
36. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifə sidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
37. Bu baxımdan, apellyasiya instansiyası 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il və tarixli kredit müqavilələri üzrə cavabdehin dəlillərini hazırki qərarın 33-cü bəndində göstərilən xüsusatlar üzrə yoxlamadığı üçün məhkəmə kollegiyası həmin hissədə gəlinən nəticənin əsaslılığına qiymət verə bilmir.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki halla rının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il və tarixli kredit müqavilələri üzrə iddianın təmin edilən hissəsində apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il və tarixli kredit müqavilələri üzrə iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1702/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi 30 yanvar 2015-ci il və 10 aprel 2 015-ci il və tarixli kredit müqavilələri üzrə iddianın təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.