Məhkəmə qərarları › İş №2(102)-1260/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1260/2019

13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli 2(103)1094/2017 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş 2(007)-5294/2016) iddiaçı "İddiaçı (Azərbaycan)" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbdürrəhi m qızı, X4 və X3а qаrşı girovlu istehlak krediti üzrə pul tələbinə dair iddiası qismən təmin edilmiş, "İddiaçı (Azərbaycan)" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli girovlu istehlak krediti müqaviləsi ləğv edilmiş, Cavabdeh1 əsas borc üzrə 11362 ABŞ dolları, faiz borcu üzrə 1664,08 ABŞ dolları, 30 ABŞ dolları cərimə, cəmi 13056,08 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı (Azərbaycan)" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 98 saylı evin 69 saylı mənzilinə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 40.500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbdürrəhim qızı, X4 və X1 mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Q.Əsədov, A.N.İmanov və F.Ş.Talışinski) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 oktyabr 2016-cı tarixli qətnaməsi - ipoteka predmeti olan N saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin mənzilin açıq hərracda ilkin satış qiyməti 57.500 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmə dən saxlanılmış, ekspertiza xərci olan 150 manatın 75 manatı "İddiaçı (Azərbaycan)" ASC-dən, 75 manatı Cavabdeh1 tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları: "İddiaçı (Azərbaycan)" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik istifadə dərəcəsi 25 faiz olmaqla 13.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuş, 07 noyabr 2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 12.612 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 98 saylı evin 69 saylı mənzil 07 noyabr 2014-cü il tarixli i poteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh1 öz müqavilə öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar müxtəlif tarixlərdə Bank tərəfindən ona xəbərdarlıq məktubları göndərilərək borcun ödənilməsi üçün vaxt verilmiş, lakin borcun ödənilməsi təmin olunmadığına görə borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş bildiriş 16 iyun 2016-cı il tarixdə qeydə alınmışdır. 2016-cı ilin iyul ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən cəmi 13.183,68 ABŞ dolları borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair q ətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün h esab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, "İddiaçı (Azərbaycan)" ASC ilə Cavabdeh1 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımı nca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normal arının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tu taraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar