Məhkəmə qərarları › İş №2(102)-1261/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1261/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1261/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə İddiaçı QSC cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 İstehsalat Kommersiya firmasına qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)-8276/2018 saylı qətnaməsindən İddiaçı QSC və vəkili X tərəfindən verilmiş kassasiya şikayətinə baxara q MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 İstehsalat Kommersiya firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Kiçik Müəssisəsi ilə arasında bağlanmış 08.07.2011-ci il tarixli, 451/15/2011 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 119026,04 manat əsas, 54626,91 manat faiz, 131689,15 manat dəbbə, özgəsinin pul vəsaitini qanunsuz gecikdirməklə faydalanmağa görə 46557,11 manat, cəmi 351899,21 manatın tutulması, 1 ədəd New Holland E265B markalı ekskavatorun (dövlət qeydiyyat nişanı AZ-10P-173), 2 ədəd GVECO Astra HD8 6445 markalı özüboşaldan yük avtomobilinin (2007-ci il istehsalı, dövlət qeydiyyat nişanı ** JP ***, ** JP ***) Cavabdeh1 Kiçik Müəssisəsindən geri alınması, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1061/18 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 Kiçik Müəssisəsi arasında bağlanmış 08.07.2011-ci il tarixli, 451/15/2011 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Kiçik Müəssisəsindən 59.293 manat əsas lizinq ödənişi və 500 manat dəbbə pulunun iddiaçının xeyrinə tutulması qərara alınmış, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1) 05.09.2018-ci il tarixli 2(103)-8276/2018 saylı qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1061/18 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)8276/2018 saylı qətnaməsindən İddiaçı QSC və vəkili X tərəfindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi eynilə Binəqədı rayon məhkəməsi kimi işin hallarına düzgün qiymət verməyərək əsassız nəticəyə gəlmişdir. Məhkəmə kifayət qədər iri məbləğlərin hesablanmasında səhv etmişdir və bunların hesablablanması xüsusi biliklər tələb etdiyindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli idi. Bakı Apellyasiya məhkəməsi əsassız olaraq lizinq müqaviləsi üzrə faizlərin hesablanmasını qanuni hesab etməmişdir. Bu zaman məhkəmə AR Mülki Məcəlləsinin 748-11.1. və 748-11.2.-ci maddələrini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində lizinqverənin lizinq mükafatının hansı qaydada müəyyən edilməsi barədə heç bir imperativ norma, o cümlədən lizinq mükafatının onun üzərinə hər-hansı faizlərin hesablanması yolu ilə müəyyən edilməsinin qadağan edilməsi barədə də heç bir müddəa yoxdur. Tərəflər tam iradə azadlığını ifadə edərək 08.07.2011-ci il tarixli 451/15/2011 saylı Daxili maliyyə lizinqi müqaviləsini bağlamışlar. Bu zaman tərəflər razılaşmışlar ki, lizinqverənin mükafatı kimi, onun lizinq obyektinin alınmasına xərclədiyi vəsaitin üzərinə faiz hesab lanması yolu ilə müəyyən edilən məbləğ olacaqdır. Bununla bağlı, cavabdehlər nə müqavilə bağladıqdan sonra, nə də ki, 1-ci instansiya məhkəməsində işə baxılan zaman müqavilənin etibarsızlığı ilə bağlı heç bir iddia verməmişlər. Bakı Apellyasiya məhkəməsi şikayətin dəlillərindən birinə, yəni Binəqədi rayon məhkəməsinin 2(001)-1061/2018 saylı 19.03.2018-ci il tarixli qətnaməsində AR Mülki Məcəlləsinin 449-cu maddəsini və AR Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" 09.07.2009-cu il tarixli Qərarını da düzgün tətbiq etməməsi hissəsinə münasibət bildirməmişdir. İddia verilən tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi uçot dərəcəsi 15% olmuşdur. Bunları nəzərə alaraq və AR Mülki Məcəlləsinin 449.1., 449.2.-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz gecikdirməklə faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan 15% dərəcəsi ilə cəmi lizinq borc məbləğinə hesablanmış 24648.31 manat vəsaiti iddia tələbinə daxil etmişdilər. Həm də, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Eyni zamanda, məhkəmə lizinq obyektlərinin geri qaytarılması tələblərini də qanunsuz olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12. və 748-1.12.4.-cü maddələrinə əsasən Lizinqalan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş mü ddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinqverənin pul məbləğlərini, lizinq obyektini geri almaq hüququ vardır. Bu maddələrə uyğun olaraq, lizinq verənin lizinq obyektlərini geri tələb etmək hüququ vardır. Həmçinin, Bakı Apellyasiya məhkəməsi apellyasiya şikayətinin cavabdeh-zaminlərlə bağlı dəlillərinə də münasibət bildirməmişdir. Belə ki, Binəqədi rayon məhkəməsi tamamilə qanunsuz olaraq, iddia tələblərinin cavabdehlər Cavabdeh2, "Cavabdeh3" istehsal kommersiya firmasına aid hissələrdə də təmin edilməsini rədd etmişdir. Məhkəmə bu zaman AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, əsas öhdəlik üzrə icra müddətinin bitməsindən 1 ildən çox keçdiyi üçün zaminlik müqaviləsi üzrə tərəf olmuş Cavabdeh2, "Cavabdeh3" istehsal kommersiya firmasından lizinq öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüquqları yoxdur. Amma maraqlıdır ki, cavabdeh "Cavabdeh1" KM-nin iddia müddətinin tətbiqi barədə ərizəni haqqlı olaraq rədd edərkən, məhkəmə özü müəyyən etmişdir ki, son ödəniş 28.12.2017-ci ildə olduğundan iddia müddəti həmin vaxtdan hesablanmalıdır. Buna uyğun olaraq da, zaminlik müqaviləsi üzrə iddia müddəti də 28.12.2017-ci ildən hesablanmalıdır. Həm də, zaminlik müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsini tərəflər özləri xahiş etməmişlər. AR Mülki Məcəlləsinin 375.2.ci maddəsinə əsasən isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)-8276/2 018 saylı qətnaməsinin ləğv olunması və işin yenidən, hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəla lət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi İddiaçı QSC Cavabdeh1 Kiçik Müəssisəsi ilə arasında bağlanmış 08.07.2011-ci il tarixli, 451/15/2011 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 2 ədəd İVECO Astra HD8 6445 markalı özüboşaldan yük avtomobili və 1 ədəd New Holland E265B markalı ekskavatoru 36 ay müddətinə Cavabdeh1 Kiçik Müəssisəsinə lizinqə vermiş, Cavabdeh1 KM isə lizinq obyektinə görə 36 ay müddətinə - 28.07.2014-cü il tarixədək 268000 manat əsas lizinq borcu və 92719 manat lizin q gəliri (mükafatı), cəmi 360 710 manat ödəməyi öhdəsinə götürmüş, tərəflər arasında təhvil-təslim aktı olmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 firması iddiaçı ilə 12.05.2015-ci il tarixli və 08.07.2011-ci il tarixli zaminlik müqavilələri bağlayaraq, Cavabdeh1 Kiçik Müəssisəsi ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı tələbində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini, lakin cavabdehlərin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməməsini, lizinq borcunun lazımi qaydada və vaxtında ödəməməsini göstərərək cavabdehlərdən 119.026,04 manat əsas, 5 4.626,91 manat faiz, 131.689,15 manat dəbbə, özgəsinin pul vəsaitini qanunsuz gecikdirməklə faydalanmağa görə 46.557,11 manat, cəmi 351.899,21 manatın tutulmasını iddia etmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 38 9.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə d axil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik ) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, lizinq hüquq institutunun mahiyyəti ondan ibarətdir ki, lizinq verən özündə olan və yaxud lizinq vermək üçün üçüncü şəxsdən dəyərini öz vəsaiti hesabına ödəməklə əldə etdiyi əşyanı müəyyən edilmiş lizinq mükafatı müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməklə, sonuncunun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır - 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Li zinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə Cavabdeh1 KM iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdeh olmaqla mülki məsuliyyət daşımasına baxmayaraq i ddia tələbinin tam həcmdə təmin oluna bilməməsinə dair nəticələri ilə kollegiya razılaşır və hesab edir ki, iş materiallarında olan maliyyə arayışı və ödəniş qəbzlərindən Cavabdeh1 KM tərəfindən iddiaçıya cəmi 301426 manat ödəniş olsa da, iddiaçı tərəfindən cavabdehin etdiyi həmin ödənişlər nəzərə alınmadığından iddiaçının tələb etdiyi məbləğdən cavabdeh tərəfindən edilmiş ödənişləri çıxılaraq, yerdə qalan 59293 (360.710 manat -301.426 manat) manat lizinq ödənişinin Cavabdeh1 KM-dən iddiaçının xeyrinə tutulmalı olmasına dair işə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçının faiz tələbi ilə bağlı hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 748.2.9, 748-11-ci ma ddələrinə istinad edərək göstərmişdir ki, mülki qanunvericilikdə lizinq verilərkən sərf olunmuş maliyyə vəsaitindən o zaman faizlərin tutulmasına yol verilir ki, lizinq obyekti kreditə alınmış olsun və bu müvafiq sənədlərdə öz təsdiqini tapsın. Həmçinin kollegiya da qeyd edir ki, Mülki Məcəllənin 748-ci maddəsində lizinq müqaviləsinin forması ilə bağlı tələblər nəzərdə tutulmuş, həmin şərtlər sırasında lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləğinin (748.2.9) göstərilməsi nəzərdə tutulmaqla, faiz ödənişinin tutulması kimi əsaslar qeyd olunmamışdır. Bu hal bir daha onu göstərir ki, lizinq alan lizinq ödənişi ilə yanaşı (748-11.1.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla) yalnız lizinq mükafatı tələb edə bilər. Beləliklə də, lizinq ödənişlərinin tərkibinə «fai z» ödənişləri daxil olmadığından, eləcə də iddiaçı lizinq obyektinin əldə edilməsi üçün kreditin alındığı təsdiq hər hansı sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsinin iddiaçının faiz borcunun ödənilməsi ilə bağlı hissədə iddia tələbi təmin oluna bilməməsinə dair nəticəsini məhkəmə kollegiyası qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən özgə vəsaitindən istifadəyə görə pul tələbinə dair hissəsi üzrə də düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hes abına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 4 49.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fa yda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müda xiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Məhkəmə kollegiyası hesab edir ki, özgə vəsaitindən istifadəyə görə maddi zərər olaraq pul tələbi ilə bağlı hissədə iddia iddiaçı tərəfindən müvafiq sübu tlarla sübuta yetirilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın bu hissədə də əsassız olması nəticəsinə gəlmişdir. Halbuki, Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli ola n nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının lizinq obyektlərinin geri qaytarılması tələbi ilə də bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 748-1.12, 748-1.12.4 və 748-2.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə maliyyə lizinqi müqaviləsi olduğundan, həmin müqavilə üzrə lizinq ödənişlərinin əksər hissəsi lizinq alan tərəfindən ödənildiyindən, qalan borcun ödənilməsinə isə cavabdeh etiraz etmədiyindən lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması cavabdehin həmin lizinq obyekti üzərində hazırda yaranmış sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb olmaqla, lizinq alanın lizinq müqaviləsi üzrə hədsiz məhrumiyyətlərə məruz qalması ilə nəticələnəcəyindən həmin hissədə də iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın zaminliklə bağlı hissəsi üzrə hüquqi mövqeyi ilə də razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminə qarşı zaminliklə təmin edilən öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində iddia irəli sürülmədiyindən zaminliyə artıq xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda hazırki mübahi səyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edilməsinə zərurət olmamışdır. Belə ki, qeyd olunan müddət iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən borc məbləğləri mübahisəsiz qaydada iş materialları ilə təsdiq olunduğundan bu barədə ekspertiza təyin etmək, mütəxəssis rəyi almaq üçün əsaslar müəyyən edilmədiyində işə baxan məhkəmə haqlı olaraq iş üzrə ekspertiza təyin edilməsini zəruri saymamışdır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı Cavabdeh1 Kiçik Müəssisəsinin cavabdeh (İddiaçı QSC) “X6” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və li zinq obyektinin geri qaytarılması” tələbinə dair və “X6” QSC-nin Cavabdeh1 Kiçik Müəssisəsinə qarşı qarşılıqlı iddiası üzrə qəbul edilmiş məhkəmə aktlarına da istinad etmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 22(81)-437/16 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 Kiçik Müəssisəsinin cavabdeh (İddiaçı QSC) “X6” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və lizinq obyektinin geri qaytarılması” tələbinə dair ilkin təmin edilməmiş, “X6” QSC-nin Cavabdeh1 Kiçik Müəssisəsinə qarşı qarşılıqlı iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli, 2-2(103)-416-16 saylı qətnaməsi ilə qətnamə qismən, ilkin iddia tələbinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia qismən təmin ed ilmişdir. Eyni tarixli qərardadla qətnamə, qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək, qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Ali Məhkəmənin 05 aprel 2017-ci il tarixli, 2-2(102)-139/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əs asları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən ak t kimi çıxış etməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “De Cubber Belçikaya qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC və vəkili X nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)8276/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar