Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1261/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı BOKT ASC cavabdeh xxxxxxxoğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1261/21 (Açar sözlər: apelyasiyanın qeyri-mümkünlüyü) 16.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: xxxxxxxoğlunun vəkili Vəkil İmran oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-7213/2020 saylı qərardadından cavabdeh xxxxxxxoğlunun kasasiya şikayəti üz rə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, xx xxx 2015-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi, cavabdehdən 102/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 73.901,67 manat, faiz borcuna görə 24.807,35 manat, hesablanmış dəbbə puluna görə 36.648,36 manat, cəmi 135.357,38 manat; 113/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 465.467,41 ABŞ dolları, faiz borcuna görə 174.565,15 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 267.919,71 ABŞ dolları olmaqla, cəmi 907.952,27 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın 102/15/PB/YF/-G saylı və 113/15/PB/YF-G saylı girov müqavilələrinə əsasən girov pre dmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.X.Əkbərov) iddia qismən təmin edilib. xx xxxx 2020-ci il tarixdə cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən və məruzəçi, Z.A.Şirinov və R.Ə.Eyvazov) cavabdehin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilib və mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılıb. xx xxxxxxx 2020-ci il tarixdə cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadından kasasiya şikayəti verib və kasasiya şikayətində sözügedən qərardadın ləğv edilib, qətnamədən verdiyi apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair eti raz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh xxxxxxx göstərilənlərə uyğun olaraq izahat verdi. vəkili Vəkil kasasiya şikayətində İddiaçı BOKT ASC, cavabdeh xxxxxxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsində göstərilir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsində göstərilir ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kasasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apel yasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iş üzrə məhkəmə qətnaməsinin surəti xx xxxx 2018-ci il tarixdə rəsmi qaydada cavabdehin iddia ərizəsində göstərdiyi ünvana, yəni ünvan 1ilib. xx xxxxx 2018-ci il tarixdə rabitə orqanı “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktubun üzərində cavabdehin “evdən köçməsinə dair” müvafiq qeydiyyat aparılmaqla, məktubu qətnamənin surəti ilə birlikdə məhkəməyə geri qaytarıb. Bundan sonra, işə baxan məhkəmə tərəfindən qətnamə icraya yönəldilib və qətnamə üzrə icra vərəqəsi verilib və xx xxx 2018-ci il tarixli məktubla icra vərəqəsi icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndəril ib. xx xxxx 2020-ci il tarixdə isə cavabdeh məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini alıb və xx xxxx 2020-ci il tarixdə qətnamədən apelyasiya şikayəti verib. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər Mülki Prosessual Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Habelə edilməsi üçün müddət müəyyən o lunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kasasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Daha sonra apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları diqqət yetirmədən, cavabdehin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürübötürməməsini araşdırmadan, onun qətnamədən verdiyi apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab ed ir ki, kasasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, kasasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh məhkəmə araşdırmasının birinci iclasında şəxsən iştirak edib, əsas borcun ödənilməsi ilə bağlı iddiaçı ilə qarşılıqlı razılığa gəlib və barışıq əldə edilməsi məqsədilə işə baxılması təxirə salınıb. Göründüyü kimi cavabdehin xx xxxx 2018-ci ildən ötən 2 il 3 ay müddət ərzində birinci instansiya məhkəməsinin qətnaməsi barədə məlumatsız olması inandırıcı, ağlabatan görünmür. Ona görə də apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən verdiyi apelyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Bu baxımd an kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh xxxxxxxoğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-7213/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1261/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1261/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver