Məhkəmə qərarları › İş №2(102)-1261/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1261/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1261/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8293/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.08.2014-ci il tarixl i, 9-29.08.2014-XAT56 saylı təminatlı kredit müqaviləsinə əsasən bank, kredit alana 60 ay müddətinə, illik 23% olmaqla 10000 AZN məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 2. 29.08.2014-cü il tarixli məxaric orderinə əsasən, Cavabdeh1 9500 AZN məbləğində kredit verilmişdir.

3. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh3, habelə Cavabdeh2 arasında 29.08.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir.

5. Bank 23.09.2020-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 6257.94 AZN, müqavilə müddəti ərzində illik 23 faiz hesablanmaqla faiz borcu üzrə 774.35 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 516.28 AZN olmaqla ümumilikdə 7542.56 AZN kredit borcunun və 30.40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi dəyişdirilmişdir).

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icras ını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalıdır.

8. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddia ərizəsində göstərilmiş məbləğ şişirdilmişdir, onun borcu ekspertiza rəyinin nəticə hissəsində göstərilmiş 4183.4 manat məbləğinə uyğundur və borcunu həmin məbləğ həddində etiraf edir.

9. Cavabdeh R.S Seyidov birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh1lə eyni məzmunda izahat vermişdir.

10. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddiaçı məhkəməyə kredit müqaviləsi bitdiyi tarixdən 1 il 26 gün sonra müraciət etmişdir və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Bu göstərilənləri nəzərə alaraq zaminliyə xi tam verilməsini xahiş etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 9/5740 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 29.08.2014-cuil tarixli, 9-29.08.2014- XAT56 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 29.08.2019-cu il tarixə illik 23%-lə hesablanmaqla banka olan əsas və faiz borcu 5.623.14 manat məbləğində və 29.08.2019-cu il tarixdən 18.09.2020-ci il tarixə illik 5% -lə hesablanmaqla banka olan əsas və faiz borcu 4.183.40 manat məbləğində müəyyən edilir, o cümlədən 29.08.2019-cu il tarixə, əsas borc üzrə 5400,96 manat, faiz borcu üzrə 222,18 manat, 18.09.2020-ci il tarixə əsas borc üzrə 4174,12 manat, illik 5 faiz borcu üzrə 9,28 manat təşkil edir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 16 may 2019-cu il tarixli, 2(011)545/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 4174.12 manat əsas borc, 9,28 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4183 (dörd min yüz səksən üç) manat 40 (qırx) qəpik borc pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə bil diriş məktubu göndərilmişdir, bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 21 oktyabr 2021-ci il tarixli, 2(103)-8293/21 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Bankı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(011)- 545/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 16. "Azərbaycan Beynəlxalq Bankı” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə sübut qismində təqdim edilən maliyyə arayışı və hesabdan çıxarışda yuxarıda qeyd olunan müqavilə şərtlərinə uyğun olaraq, cərimə borcunun hesablanması, müvafiq tarixlərdə edilən ödənişlərin kredit müqaviləsi üzrə mövcud cərimə borcuna silinməsi öz əksini tapmışdır. Belə ki, nümunə olaraq 04.04.2018, 29.11.2018, 20.12.2018, 29.12.2018, 29.01.2019, 04.02.2019, 28.02.2019 və 05.03.2019-cu il tarixlərində kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmış cərimə borcuna edilmiş silinmələri (1447.91 manat) göstərmək olar ki, həmin silinmələr həm maliyyə arayışında, həm də hesabdan çıxarışda öz əksini tapmışdır. Lakin ekspertiza rəyində həmin ödənişlər müqaviləyə uyğun olaraq cərimə ödənişinə silinmə kimi deyil, əsas və faiz borcuna silinmələr kimi nəzərə alınmışdır. Bu isə rəydə hesablanmış borcla təqdim edilən borc məbləği arasında kəskin fərqin yaranmasına gətirib çıxarmışdır. Hər iki instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyinə istinad etmişlər, ekspert isə hesablama apararkən cərimə borcuna silinmiş məbləğləri nəzərə almamışdır. Birinci və apellyasiya məhkəmələri müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% məbləğinə məhkəməyə təqdim etdiyimiz 23.04.2021-ci il tarixinə olan həcmdə münasibət bildirməmiş, ən azından 5% məbləğinin ekspert rəyinin verildiyi 18.09.2020-ci il tarixindən 23.04.2021-ci il tarixinə qəd ər arta biləcəyini nəzərə almamışdır. Ekspertiza rəyinin verildiyi tarixdən tələbin dəyişdirilməsi barədə ərizənin təqdim edildiyi vaxta qədər isə 8 aya yaxın müddət keçmişdi. Kredit müqaviləsi üzrə sonuncu ödənişin 02.09.2020-ci il tarixində olduğunu nəzərə alınsa, həmin müddətdən 23.04.2021-ci il tarixinə qədər hesablanmış 5% məbləği ekspertiza rəyində göstərilən 18.09.2020-ci il tarixinə hesablanan 5% məbləğindən daha çox olmalı idi. Birinci və apellyasiya instansiyalarının qətnamələrində isə qeyd olunan məsələlər araşdırılmamış və onlara münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) baş qa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədi kdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

32. İddiaçı ASC ilə Cavabdeh1 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə, illik 23% olmaqla 10000 AZN məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

33. İş materiallarında olan 29.08.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 9500 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımaq və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlak, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsi barədə öhdəlik götürmüşdür.

34. İddiaçı ASC ilə Cavabdeh2 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür.

35. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh3 15.05.2020-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir.

36. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1na və Cavabdeh2 01.06.2020-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir.

37. İş materiallarında olan 18.09.2020-ci il tarixli 1135 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh1 215CRL********** saylı 29.08.2014-ci il tarixli kredit müqaviləsi üzrə 18.09.2020-ci il tarixə 6257.94 AZN ödənilməmiş əsas borc, müqavilə müddətində illik 23% ol maqla ödənilməmiş 768.34 AZN faiz üzrə borc, müqavilə müddətindən sonra illik 5% olmaqla ödənilməmiş 329.41 AZN faiz üzrə borc, cəmi 7355.69 AZN borc məbləği hesablanmışdır.

38. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 9/5740 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 29.08.2014-cuil tarixli, 9-29.08.2014- XAT56 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 29.08.2019-cu il tarixə illik 23%-lə hesablanmaqla banka olan əsas və faiz borcu 5.623.14 manat məbləğində və 29.08.2019-cu il tarixdən 18.09.2020-ci il tarixə illik 5%-lə hesablanmaqla banka olan əsas və faiz borcu 4.183.40 manat məbləğində müəyyən edilir, o cümlədən 29.08.2019-cu il tarixə, əsas borc üzrə 5400,96 manat, faiz borcu üzrə 222,18 manat, 18.09.2020-ci il tarixə əsas borc üzrə 4174,12 manat, illik 5 faiz borcu üzrə 9,28 manat.

39. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi borc məbləğini müəyyən edərkən işin faktiki hallarına, eləcə də iş üzrə verilmiş ekspert rəyinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Həmin ekspert rəyində hər hansı ziddiyyətli məqamlar olmamaqla rəyi şübhə altına əsaslar mövcud deyildir və iş üzrə mötəbər sübut hesab olunur.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəli nmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8293/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar