Məhkəmə qərarları › İş №2(102)-1262/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1262/2018

02.03.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1262/2018 02.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 02 mart 2018-ci il № 2(102)-1262/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, Cavabdeh2 vəkili E.Abbasovun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili V.Məmmədovun, maraqlarına toxunan şəxs X4nun və onun vəkili N.Alməmmədovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2017-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabde h2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov, iş № 2(008)-3622/16) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə dair Bakı şəhəri Cavabdeh5 21 yanvar 2014-cü ildə bağlanmış AN-İ 0391207 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 03.10.2014-cü ildə ********** nömrə ilə qeydiyyata alınmış, Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququnun olmasını dair verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə dair Bakı şəhəri 50 saylı notariat kontorunda 11 fevral 2015-ci ildə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına 20.02.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmış Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququnun olmasına dair verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilin boşaldılması, qanunsuz sahiblikdən geri alınması və İddiaçı həmin mənzilə köçürülməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Nəbiyev, iş № 2(103)3231/17) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 06 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və maraqlarına toxunan şəxs X4 isə öz kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2017ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və müqavilədən yaranmış hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsindən yaranan hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 21 yanvar 2014-cü ildə bağlanmış AN-İ 0391207 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsi, Cavabdeh2 adına 03.10.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə dair verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılaraq ləğv olunması, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsi, Cavabdeh3 adına 20.02.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə dair verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi, Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilin boşaldılması, mənzilin özgənin qanunsuz sahibliyindən geri alınması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Dövlət oğlu 07.12.2011-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları anadan olmuşdur. Birgə nikahları dövründə Bakı şəhəri Bakıxanov qəsəbəsi 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzili Cavabdeh1 adına rəsmiləşdirməklə almışlar. İddiaçı Cavabdeh1 ilə münasibətləri pozulduğundan cavabdehlə ayrı-ayrı ünvanlarda yaşamışlar. Həmin dövrdə Cavabdeh1 onun razılığı və xəbəri olmadan mənzili Cavabdeh2 satmışdır. Mənzil İddiaçı Dövlət oğlu ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi əmlak olduğundan mənzil satılarkən iddiaçının razılığı alınmalı olduğu halda, cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakın satılması zamanı iddiaçının xəbəri və məlumatı olmadan alqı-satqını rəsmiləşdirmişlər. İddiaçı mübahisəli mənzilə gedən zaman mənzilin qapısının bağlı olduğunu görmüş və qonşuluqda yaşayan şəxslər iddiaçıya mənzilin satıldığını bildirmişlər. Mənzilin kimə satılması barədə məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etsə də, mənzilin alqı-satqısı barədə heç bir məlumat ala bilməmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etdikdən sonra mənzilin 21 yanvar 2014-cü ildə Cavabdeh1 tərəfindən Cavabdeh2, sonuncu tərəfindən isə 11 fevral 2015-ci ildə Cavabdeh3 satılması müəyyən olunmuşdur. Eyni zamanda, mənzilin alqı-satqısı zamanı Cavabdeh1 tərəfindən Cavabdeh2 mənzil satılarkən mənzilin qiyməti real bazar qiymətinə uyğun olmamış, 21 yanvar 2014-cü ildə mənzil 18500 ma nata satıldığı halda, bundan bir müddət sonra cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanarkən mənzil 47613 manata satılmışdır. Bir neçə ay müddətində mənzilin qiymətinin həmin məbləğədək artması reallığa uyğun deyildir. Bu isə mənzilə dair Cavabdeh1 ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olmasına əsas verir. İddiaçı 07.12.2011-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və hal-hazırkı vaxtadək nikahları pozulmamışdır. Mübahisəli mənzil də 20 dekabr 2013-cü ildə əldə olunduğundan birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur. İddiaçının razılığı olmadan ona məxsus mənzilin satılması isə iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda gös tərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorlardan Cavabdeh2 vəkili E.Abbasov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili V.Məmmədov, maraqlarına toxunan şəxs Q.Nadirov və onun vəkili N.Alməmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini müdafiə edərək onların təmin olunmasını xahiş etdilər və hər bir kassator öz kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xə bərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, kassatorlardan Cavabdeh2 vəkili E.Abbasovun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili V.Məmmədovun, maraqlarına toxunan şəxs Q.Nadirovun və onun vəkili N.Alməmmədovun izahatlarını dinləyərək, eləcə də kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 k assasiya şikayəti tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və maraqlarına toxunan şəxs X4nun kassasiya şikayətləri isə qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Kassasiya şikayətinin əsas dəlillərindən biri apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlilləri üzrə heç bir araşdırma aparılmaması və şikayətlərin dəlillərinə qiymət verilməməsi barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin əsas dəlili məhkəmə tərəfindən mübahisəli mənzili alqı-satqı müqaviləsinə əsasən almış şəxslərin vicdanlı əldə edən olmalarına qiymət verilməməsi barədə olsa da, apellyasiya instansiyası məhkəməsi həmin dəlil üzrə heç bir araşdırma aparmamış və qiymət verməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edən iddiaçının tələb ini təmin edərkən həmin əmlakın cavabdehlərin qanunsuz sahibliyində olmasını təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Məhkəmə kollegiyası iş materiallarında da bununla bağlı hər hansı sübut müəyyən etmədi. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqavilələri rəsmiləşdirilərkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti həmin əmlakın yüklü olmadığı barədə arayış vermiş, iddiaçının arvadı olan Cavabdeh1 şəxsiyyət vəsiqəsində onun subay olduğu qeyd edilmiş, Cavabdeh1 iddiaçı ilə rəsmi nikahda olduğunu gizlətmiş, birinci alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh2 də mülkiyyətçi Cavabdeh1 iddiaçı ilə rəsmi nikahda olmasından xəbərdar olmamış, bu səbəbdən notariat kontorunda əmlakın ümumi birgə mülkiyyətdə olmasını təsdiq edən heç bir məlumat olmam ış, notarius əqdin bağlanmasına mane ola bilən hər hansı hal müəyyən etmədiyinə görə alqı-satqı müqaviləsini təsdiq etmiş və əldə edənin (alıcının) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası iş materiallarına əsasən cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olmuş alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halını müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin alqı-satqı müqavilələrinin qanuniliyini bir daha araşdırmalı, eləcə də mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin həqiqiliyini yoxlamalı və işin müəyyən edilən hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 140-cı maddəsinin tələbləri baxımından qiymət verilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə 6 dekabr 2011-ci il tarixli qərarında göstərir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mə nzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydalarının icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. Avropa Məhkəməsi həmin qərarda xatırladır ki, əmlak hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə nəinki qanunauyğun olmalı və qanuni məqsədlərə xidmət etməlidir, həm də mütənasib olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə vətəndaşların əsas hüquqlarının müdafiəsi üzrə tələblər arasında ədalətli tarazlıq olmalıdır və bu cür ədalətli tarazlığın axtarışı Konvensiyaya bütövlükdə xas olan xüsusiyyətdir. Şəxsin üzərinə fərdi və hədsiz yük qoyulanda tələb olunan tarazlığa riayət edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu mülki qanunvericiliyin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normalarını təhlil edərək belə nəticəyə gəlmişdir ki, qanunverici MM-in 157.3-cü maddəsində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyri-mümkünlüyünü müəyyənləşdirmişdir. Bu c ür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxsl ə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.3-cü maddəsinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüqu qi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Məhkəmə kollegiyasının qənaətinə görə mülki qanunvericilik əmlakın vicdanlı əldə edəndən tələb edilməsinə o halda və o şərtlə imkan verir ki, əmlak mülkiyyətçinin və ya mülkiyyətçi tərəfindən sahibliyinə verilən şəxsin sahibliyindən onların iradələri əleyhinə, özgəninkiləşdirmə niyyəti olmadan çıxmış olsun. İlkin mülkiyyətçi əmlakı vicdanlı əldə edəndən tələb etmək üçün ilk növbədə əmlakın onun iradəsi əleyhinə özgəninkiləşdirilməsini sübut etməlidir. Eləcə də, mübahisəli hüquq münasibətinə qiymət vermək üçün alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakı əldə edənlərin həmin da şınmaz əmlakı özgəninkiləşdirənin belə bir hüquqa malik olmadığını, hazırkı işdə ilkin mülkiyyətçinin ərinin razılığı olmadan özgənikiləşdirmənin mümkün olmadığını bilibbilmədikləri müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 yanvar 2009-cu il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və həmin vaxt qüvvədə olmuş 157.3-cü maddələrinə şərh verərək hesab etmişdir ki, qanunun tələblərinə görə mülkiyyətçi əmlakı əldə edəndən geri tələb etmək üçün əmlakın özünün və ya mülkiyyətçi tərəfindən əmlakın verildiyi şəxsin sahibliyindən qeyd olun an səbəblər ucbatından çıxdığına dair sübutlar təqdim etməlidir. Vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətini o hala da cəlb edir ki, hazırkı işdə mübahisəli mənzil 4 (dörd) dəfə alqı-satqıya məruz qalmaqla müqavilə predmeti olsa da, iddiaçı yalnız ilk iki müqaviləni - Cavabdeh1 ilə Cavabdeh2 və Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış müqavilələri mübahisələndirmiş, sonrakı iki müqaviləni (Cavabdeh3la Z.Qaraxanova və Z.Qaraxanova ilə Q.Nadirov arasında) isə mübahisələndirməmişdir. Eyni zamanda, alqı-satqı müqavilələri üzrə tərəflərdən biri olan Z.Qaraxanova ümumiyyətlə i şdə iştirak etməyə cəlb edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə keçirilən məhkəmə iclaslarında Cavabdeh1, yəni iddiaçının arvadı şəxsən iştirak etməmiş və mübahisənin yaranma səbəbi bilavasitə o olsa da, izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı Cavabdeh1 məhkəmə iclasında iştirakı təmin olunmalı, iddia tələbinə münasibəti öyrənilməli, iddiaçı ilə rəsmi nikahda olmaqla ümumi birgə təsərrüfat apardıqları dövrdə birgə nikah dövründə əldə etdikləri mübahisəli mənzili özgəninkiləşdirmək niyyəti barədə iddiaçını xəbərdar edib-etməməsi, xəbədar etməmişdirsə bunu gizlətməkdə məqsədinin nədən ibarət olduğu müəyyən edilməlidir. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətini İddiaçıla Cavabdeh1 2011-ci ildə rəsmi ni kaha daxil olduqlarına, boşanmadıqlarına, alqı-satqı müqaviləsi bağlanarkən və hazırda birgə yaşamaqla ümumi təsərrüfat aparmalarına, mübahisəli mənzilin Cavabdeh1 tərəfindən 21.01.2014-cü ildə satılmasına, bundan 2 ay sonra onların birgə nikahdan ikinci övladlarının dünyaya gəlməsinə cəlb edir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və maraqlarına toxunan şəxs Q.Nadirov tərəfindən verilmiş kassasiya şikayətləri isə qismən təmin olun malı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və mübahisəli hüquq münasibətinə işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şərai tdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X5 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəx sin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunub işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdiyinə görə onun kassasiya şikayəti tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və maraqlarına toxunan şəxs X4 isə kassasiya şikayətlərində qətnamə ləğv olunmaqla iş üzrə yeni qərar qəbul olunmasını xahiş etdiklərinə görə onların kassasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və maraqlarına toxunan şəxs X4nun kassasiya şikayətləri isə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 aprel 2017-ci il tarixli, 2(103)-3231/17 saylı qətnaməsi ləğv edilsin və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar