Məhkəmə qərarları › İş №2(102)-1262/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1262/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1262/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1262/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli, 2(103)9477/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 06 mart 2018-ci il tarixli, 2(001)-1755/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2513,3 ABŞ dolları əsas borc, 2,96 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2516,27 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 20,4 manat dövlət rüsumunun alınaraq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməsi, aparılmış tədqiqatın 50 manat dəyəri cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilmiş, həmin məbləğ onlardan müştərək qaydada tutularaq dövlət nəfinə ödənilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsə nov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 02.10.2018-ci il tarixli, 2(103)-9477/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulacaq 2513,3 ABŞ dolları əsas borcun məbləğinə dair hissəsində dəyişdirilmiş, cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulan əsas borc məbləği 2461.64 (iki min dörd yüz altmış bir dolları, altmış dörd sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏR İ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərə kreditin dollarla rəsmiləşdirildiyi halda xəzinədən manatla verilməsi araşdırılmamışdır. Banklar tərəfindən kreditin ABŞ dolları ilə rəsmiləşdirildiyi halda manatla verilməsi bank təcrübəsində geniş yayılmış haldır. Bu hal kredit verilən gün bankın xəzinəsindən dollar mədaxili və məxarici yoxlanılmaqla müəyyən edilən haldır. Məhkəmə bu sübutun əldə edilməsi və araşdırılması ilə bağlı cavabdehin vəsatətini araşdırmamış, öz qərarında şikayətin bu dəlilini təsvir etsədə ona münasibət bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası hesab edir ki, Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 02.10.2018-ci il tarixli qətnaməsinin iddianın kassatora aid təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 32 faiz ödəmək şərtilə 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. “Bank “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22.12.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. Mad di hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun Cavabdeh1 tutulmasına dair tələbi əsaslı olaraq təmin etmişdir. Be lə ki, borcalan Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi verdiyi borcu faizləri ilə birgə tutulmasının tələb edilməsi hüququ da yaranmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, baş vermiş devalivasiya cavabdehi kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən azad etmir. Hər bir halda valyutanın qiymətdən düşməsi məlum və ehtimal edilən hal olmuşdur. Digər tərəfdən bankın ona hər hansı güzəşt etmədiyi göstərilir. Bununla bağlı da düzgün olaraq qeyd e dilmişdir ki, bu tərəflər arasında razılaşma və müqavilə şərtlərinin dəyişməsi yolu ilə keçirilə bilər ki, hazırkı icraatda isə belə razılaşmanın olması müəyyən olunmur. Faizin məbləği müqavilə şərtlərin uyğun olması birinci instaniya məhkəməsi tərəfindən alınmış mühasibatlıq ekspertizasının rəyi ilə bir daha təsdiq olunmuşdur. Bundan daha az miqdarda faiz borcunun mövcudluğu işin araşdırılmış halları ilə təsdiq olunmur. Yuxarıda göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən tutulan əsas borcun məbləğini düzgün olaraq 2461.64 manat müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan əsas borcu 2513,30 ABŞ dolları təşkil edir. Lakin ərizədən məlum olur ki, iddiaçı cavabdehlərdən 2461.64 ABŞ dolları borcun ödənilməsini tələb etmişdir. İddiaçı 2461.64 ABŞ dolları tələb etdiyi halda, məhkəmənin 2513,30 ABŞ dolları pul tutması iddia tələblərindən kənara çıxılması kimi qiymətləndirilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın kassatora aid təmin edilmiş hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanu ni əsas deyildir. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən işdən olan sübutlar əsasında müəyyən etmişlər ki, borc məhz xarici valyuta ilə verilmişdir. Bunun əksinə dair isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli, 2(103)-9477/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəs ində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar