Məhkəmə qərarları › İş №2(102)-1263/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1263/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1263/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh2, vəkili X2 və Cavabdeh3 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2765/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(046)-307/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.M.Əfəndiyev ) iddiaçı “xxxx” ASC Cavabdeh4 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(107)1160/2016 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, V.K.Qasımov və M.A.Əsədli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilib, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 hüquq varisi X1 xx xxxxxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.303 manat, faiz borcuna görə 53.146,06 manat olmaqla, cəmi 74.449,0 6 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Tərəflər ayrıayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(102)-1353/2017 saylı qərarı ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi hakim, Ə.Ə.Şadiyev və V.Ə.İbayev) tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(107)273/2018 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-5294/2018 saylı qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.G.Nurməmmədov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)152/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.M.Eyv azov və İ.H.Şükürov) apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(102)-4017/2019 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və Ə.M.Rüstəmov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2765/2019 saylı qətnaməsi ilə (hakimlər İ.F.Qu liyev sədrlik edən, məruzəçi, A.A.Mahmudov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni nətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilib, cavabdehlər xxx dan əri Cavabdeh1 qalmış miras əmlakdan qəbul etdiyi miqdarda və Cavabdeh4 xx xxxxxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.303 manat, faiz borcuna görə 42.97 manat olmaqla, cəmi 21.345,97 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,3 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 88,1 kv.metr, köməkçi sahəsi 63,8 kv.metr olan fərdi yaşayış evinə, həmçinin Cavabdeh3 məxsus olan Göyçay ra yonu, Yekəxana kəndi, 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 92,5 kv.metr, köməkçi sahəsi 82,4 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satıldıqdan bir ay sonra evlərin boşaldılmaqla, qeydiyyatda olan Cavabdeh2 və Rəhman İbadovun evdən çıxarılmaları, Cavabdeh2 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,3 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat, Cavabdeh3 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 manat müəyyən edilməsi və yaşayış evləri satıldıqdan bir ay sonra evlərin boşaldılmaqla, orada qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 həmi n evlərdən çıxarılmaları qət edilib. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə Cavabdeh4 və digərlərinə qarşı iddia qaldıraraq, xx xxxxxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.303 manat, faiz borcuna görə 53.146,06 manat olmaqla, cəmi 74.449,06 manat kredit borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,3 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 88,1 kv.metr, köməkçi sahəsi 63,8 kv.metr olan fərdi yaşayış evinə, həmçinin Cavabdeh3 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 92,5 kv.metr, köməkçi sahəsi 82,4 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin evlərin açıq hərracdan satılması və satıldıqdan bir ay sonra evlərin boşaldılmaqla, orada qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 həmin evlərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil ib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı ASC kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 və vəkili Mətanət Həsənova kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh3 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı ASC, Cavabdeh4 və cavabdeh xxx məhkəmə iclasının vaxtı və yeri haqqın da lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 377.1, 377.2, 380.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxx 2006-cı il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilatla Cavabdeh4-nin adından Cavabdeh1 arasında 12 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə kredit müqaviləsi bağlanıb və fəaliyyətini genişləndirmək üçün Cavabdeh4 50.000 manat məbləğində kredit verilib. xx xxxxxxx 2006-cı il tarixli girov müqaviləsinə əsasən, iddiaçı təşkilatla Cavabdeh2 arasında girov müqaviləs i bağlanıb və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi Göyçay rayonu, Yekəxana kəndi, 0,3 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 88,1 kv.metr, köməkçi sahəsi 63,8 kv.metr olan fərdi yaşayış evi girov qoyulub. Həmçinin, xx xxxxxxx 2006-cı il tarixli girov müqaviləsinə əsasən, iddiaçı təşkilatla Cavabdeh3 arasında girov müqaviləsi bağlanıb və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi Göyçay rayonu, Yekəxana kəndi, 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 92,5 kv.metr, köməkçi sahəsi 82,4 kv.metr olan fərdi yaşayış evi girov qoyulub. “X3” İctimai Birliyinin xx xxxxx 2016-cı il tarixli ekspert rəyinə görə, Cavabdeh2 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 88,1 kv. metr, köməkçi sahəsi 63,8 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 manat, digər Cavabdeh3 məxsus olan Göyçay rayonu, Yekəxana kəndi, 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 92,5 kv. metr, köməkçi sahəsi 82,4 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 20.000 manat məbləğində müəyyən edilib. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər xx xxxxxx 2015-ci il tarixdə qeydə alınıb. Eyni zamanda “Ölüm haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxxxxx 2008-ci il tarixdə Göyçay rayonu, Yekəxana kəndində “ağ ciyər ödemi” xəstəliyindən ölüb. xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı təşkilatla Cavabdeh4 arasında bağlanmış xx xxxxxxx 2006-cı i l tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 12 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 50.000 manat kredit verilib. Hazırda qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh4-nin iddiaçı təşkilata 21.303 manat əsas, həmçinin kredit müqaviləsinin sonuna, yəni xx xxxxxxx 2007-ci il tarixə 42,97 manat faiz borcu vardır. İddiaçı təşkilatın xx xxxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı təşkilat Cavabdeh4-dən 21.303 manat əsas, 42,97 manat faiz borcu, cəmi 21345,97 manat kredit borcu tələb edir və tutmanın ipoteka predmetlərinə yönəldilməsini iddia edir. Göyçay rayon İHB-nın Qaraməryəm kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xxx nın əri Cavabdeh1 xx xxxxxxx 2008-ci il tarixdə ölüb və ona məxsus mirasın qəbul ol unması barədə heç bir vərəsəsi yoxdur. Lakin ona məxsus yaşayış evində xxx yaşayır. Eyni zamanda Göyçay rayon İHB-nın Qaraməryəm kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xxx nın əri Cavabdeh1 xx xxxxxxx 2008-ci il tarixdə ölənədək Göyçay rayonu, Yekəxana kəndində pasport qeydiyyatında olmaqla, orada yaşayıb. Cavabdeh1 ölənə qədər və ondan sonra onunla birgə yaşamış və miras qoyanın öldüyü gündən hal-hazıradək arvadı xxx, xxx, xxx, xxx, xxx və xxx dan ibarət vərəsələri vardır. X4 hazırda Göyçay rayonu, Yekəxana kəndində, x, x və xx Bakı şəhərində, X8 şəhərində, xx isə Göyçay şəhərində yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh4 sabiq rəhbəri xx xxxxxxx 200 8-ci il tarixdə ölmüş Cavabdeh1 mirası hal-hazırda Göyçay rayonu, Yekəxana kəndində yaşayan vərəsəsi arvadı xxx tərəfindən qəbul edilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat Cavabdeh4 və digərlərinə qarşı xx xxxxxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.303 manat, faiz borcuna görə 42.97 manat olmaqla, cəmi 21.345,97 manat kredit borcunu tələb etməkdə və tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməklə işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, Mülki Məcəllənin 6.2-ci madd əsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmə diyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəlləni n 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci inistansiya məhkəməsi hazırki mülki mübahisəyə iddia müddətini tətbiq edib iddia ərizəsini rədd etməklə sadalanan maddələrin tələblərini pozub. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən qeyd edib ki, tərəflər arasında kredit müqaviləsi bir il müddətinə bağlanıb və həmin müqavilə vaxtaşırı icra edilməli olan müqavilədir. İddiaçı təşkilatın xx xxxxxxx 2010-cu il tar ixədək pozulmuş hüququnun bərpası üçün iddia qaldırmaq hüququ olsa da o, bu hüquqdan istifadə etməyib və qanunla müəyyən edilmiş müddətdən 5 ildən artıq müddət keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiaçı təşkilat iddia qaldırana qədər iddia müddəti keçirib. Eyni zamanda əsas öhdəlik üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, işə əlavə edilmiş ödəmə orderləri müəyyən olunur ki, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh4 adından iddiaçı təşkilata xx xxxxxx 2013-cü il tarixdə 2.000 manat, xx xxxxxx 2013-cü il tarixdə 2.000 manat, xx xxxx 2013-cü il tarixdə 2.000 manat, xx xxxxx 2013-cü il tarixdə 2.000 manat, xx xxx 2013 -cü il tarixdə 1.750 manat, xx xxxxx 2014-cü il tarixdə 6.000 manat və xx xxxxxx 2015-ci il tarixdə 300 manat ödənişlər həyata keçirilib. Həmçinin, kreditin borcunun qaytarılma qrafikindən görünür ki, sözügedən kredit müqaviləsi üzrə aylıq ödənişlər xx xxxxxx 2007-ci il, xx xxxxxxxx 2007-ci il və xx xxxxxxx 2007-ci il tarixlərdə həyata keçirilib. Ödəmələrin cavabdehlərdən hər hansı birinin ödəməsinin iddia müddəti ilə bağlı önəmli əhəmiyyəti yoxdur. Daha sonra işə əlavə edilmiş sübutlardan görünür ki, İddiaçıın filialı tərəfindən İddiaçıın İdarə Heyətinə xx xxxxxxx 2007-ci il tarixdə müraciət edilərək Cavabdeh4 verilmiş kredit borcunun daha bir il müddətinə uzadılmasına köməklik göstərilməsi xahiş olunub və sözügedən Bankın Kredit Komitəsinin filial rəhbərinə xx xxxxxxx 2007-ci il tarixd ə ona icazə verilib. Əvvəlki məhkəmə iclaslarında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verdikləri izahatlarında Cavabdeh4 adından 2013-2015-ci illərdə ödənmiş pulların onlar tərəfindən ödənildiyini göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti bir il müddətinə bağlansada onun müddəti daha bir il, yəni xx xxxxxxx 2008-ci il tarixədək uzadılıb. Həmin tarixdə iddia müddətinin axımı başlanmalı idi, lakin mülki iş materillarından görünür ki, kredit üzrə ödənişlərin həyata keçirilməsi iddia müddəti bitəndən sonra, yəni 2013-cü il tarixdən başlanıb və xx xxxxxx 2015-ci il tarixədək həyata keçirilib. İddiaçı təşkilatın iddia ərizəsi isə məhkəməyə xx xxxxxx 2015-ci il tarixdə daxil olub. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin üz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanınla müəyyən edilmiş iddia müddətini ötürməyib və birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla rədd edərkən sadalanan maddələrin tələblərini pozub. Həmçinin işdən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddia ərizəsi eyni zamanda Cavabdeh1 da qarşı qaldırılıb və sözügedən kredit müqaviləsi üzrə borcun ondan tutulması tələb olunub. Lakin, Cavabdeh1 2008-ci ildə öldüyündən əvvəl onun oğlu xxx onun hüquqi varis kimi işə cəlb edilib. Sonradan müəyyən edilib ki, mərhum Cavabdeh1 qalan miras əmlak yalnız onun arvadı xxx tərəfindən qəbul edilib. Ona görə də Cavabdeh1 hüquqi varisi arvadı xxx ilə əvəz edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci mad dəsinin tələbinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafeylərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib belə qənaətə gəlib ki, Cavabdeh1 iddiaçı təşkilatdan götürdüyü 50.000 manat krediti Cavabdeh4 üçün heç bir əmlak almayıb və heç bir iş görməyib. Ona görə də götürdüyü kreditin məsuliyyətini o, özü daşımalı idi, lakin 2008-ci ildə öldüyündən onun ölümündən sonra miras qəbul etmiş vərəsəsi yəni, xxx Mülki Məcəllənin 1306-cı maddəsinə müvafiq olaraq yalnız qəbul etdiyi miras həcmində kreditor qarşısında məsuliyyət daşıyır. İş materialından, o cümlədən cavabdehlərin izahatlarından görünür ki, Cavabdeh1 miras əmlak kimi yaşayış evi və tor paq sahələri qalıb. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, krediti götürən Cavabdeh4 faktiki olaraq fəaliyyət göstərməsə də, onun fəaliyyətinə faktiki olaraq xitam verilməyib və vergi orqanında fəaliyyətdə olan təşkilat kimi qeydiyyatda qalmaqda davam edir. Ona görə də həmin təşkilat da cavabdeh kimi götürülmüş kreditə görə məsuliyyət daşıyır. Həmçinin işdən görünür ki, qiymətləndirici tərəfindən Cavabdeh2 məxsus və götürülən kreditə görə girov qoyulan evin dəyəri 30.000 manat, Cavabdeh3 məxsus olan evin dəyəri isə 20.000 manat müəyyən edilib və ipoteka predmetlərinin ilkin satış qiymətlərini tərəflər özləri müəyyən etməyiblər. Ona görə də ipoteka predmetlərinin ilkin satış qiyməti qeyd olunan məbləğdə müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikay ətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2765/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar