Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1263/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6765/2023 nömrəli 4 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş birgə kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr i şin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, İddiaçı ondan borc pul istəyən Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin mart ayına kimi qaytarmaq şərti ilə ümumilikdə 1.300.000 rus rublu və 5000 manat vermiş, sonuncular aldıqları pulu qaytarmadıqarı üçün hazırkı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən 1.300.000 Rusiya rublu və 5000 ABŞ dollarının və ödənilmiş 210 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə onun arasında yaxın münasibətlər olmuşdur. Müxtəlif vaxtlarda ondan vəziyyətlərinin ağır olması ilə əlaqədar borc pul istəmişlər. Həmin pulları isə mart ayına kimi, yəni evlərinin satmasından sonra ödəyəcəklərini bildirilmişdir. Lakin dəfələrlə onu aldadaraq verdiyi pulları ödəməkdən imtina etmişlər. Cavabdehlərə verdiyi pulları sübut edən dəlillər vatsap yazışmaları, vatsap vasitəsilə ona göndərilmiş səs yazıları və ödənişləri təsdiq edən qəbzlərdir. Həmin qəbzlərin çox az bir hissəsi digər şəxslərin adınadır. Bunun səbəbi də kartında problemlərin olması idi. Cavabdeh özü bildirmişdir ki, o, kartlara ödəniş etsin. Onlara ödədiyi məbləğ ümumilikdə bir milyon üç yüz min rubl (31.624.660 AZN) və 5000 (8500 AZN) dollar təşkil edir. Bu pulları götürdüklərini təsdiq edən səs yazıları da var. Həmin səs yazılarının 1-ci hissəsində Cavabdeh1 pulu aldığını və bütün pulu qaytaracağını etiraf edir. 5000 ABŞ dolları ilə bağlı hissəni isə anası həmin səs yazılarının 1-ci hissəsində etiraf edir və ödəyəcəyini bildirir. Cavabdehlər tez bir zamanda götürdükləri borcu qaytaracaqlarına söz versələr də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 nömrəli 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 1.300.000 (bir milyon üç yüz min) Rusiya rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş “CD” diskdə olan səs yazılarından, cavabdehlərin çətin vəziyyətdə olduqlarını və ondan başqa kömək istəyəcək kimsələrinin olmadığını bildirməklə iddiaçıdan borc istədikləri, habelə borcun məbləğinə dair etiraflar etdikləri və iddiaçıdan möhlət istəməklə borclarını qaytaracaqlarına dair ona vədlər verdikləri müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halından göründüyü kimi, iddiaçı məhz pul göndərişlərinə dair çeklərə və cavabdehlərə aid səs yazılarına istinad etməklə vəziyyətlərinin ağır olması ilə əlaqədar ondan borc pul istəyən cavabdehlərə mart ayına kimi qaytarmaq şərti ilə ümumilikdə 1.300.000 rus rublu və 5000 manat verd iyini, 5000 manatın əvəzində isə 5000 ABŞ dolları qaytaracağını vəd etdiyini, pulları cavabdehlərin kartlarında problemlərin olması səbəbindən onların xahişi ilə digər şəxslərin adına olan kart hesablarına göndərdiyini, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlərin həmin borcun qaytarılmasından yayındıqlarını əsas gətirərərək hazırkı iddia tələbini irəli sürmüşdür. Mülki işin materiallarından iddiaçının bank vasitəsi ilə cavabdehlərin hesabına ayrı-ayrı vaxtlarda xarici valyutada olan pul vəsaitləri göndərdiyi müəyyən edilmişdir. Həmin vəsaitlərin bir qismi hazırkı mübahisəyə aid olmayan şəxslərin adına göndərilmişdir. İddiaçı bunun cavabdehlərin kartlarında problem olması səbəbindən onların göstərişi ilə edildiyini bildirmişdir. İddiaçının təqdim etdiyi “CD”-də olan səs yaz ılarından cavabdehlərin çətin vəziyyətdə olmaları səbəbindən iddiaçılar onlara borc verməyi xahiş etdikləri müəyyən edilir. Həmin “CD”-dəki “3333333” faylda olan “AUDİO-2022-11-21-09-21-33 (3)” adlı 148 kb ölçülü 11 saniyədən ibarət səs yazısında iddiaçının cavabdehlərdən Cavabdeh1 “deyəsən sənin kartın limitə düşüb” deməklə ondan başqa kart istədiyi, adı çəkilən cavabdehin isə həmin faylda olan “AUDİO-2022-11-21-09-21-32 (3)” adlı 224 kb ölçülü 21 saniyədən ibarət səs yazısında “kartının limitə düşdüyünü”, “AUDİO-2022-11-21-09-21-33 (2)” adlı 124 kb ölçülü 8 saniyədən ibarət səs yazısında isə “başqasına perevod (köçürmə) edərək etməyin mümkün olduğunu” bildirdiyi müəyyən edilir.
6. Göstərilənləri ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə iddiaçının qeyd edilən dəlillərini əsasl ı hesab etmişdir. Bu səbəbdən hazırkı mübahisəyə aid olmayan şəxslərin adına göndərilən ödənişlərin də həqiqətdə Cavabdeh1 göndərilmiş olduğunun sübuta yetirildiyi qəbul edilməlidir.
7. Məhkəmə cavabdehlərdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar isə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi “CD”-dəki “1111111” faylda olan “AUDİO-2022-1121-09-21- 47” adlı 626 kb ölçülü 1 dəqiqə 13 saniyədən ibarət səs yazısında cavabdehlərdən Cavabdeh1 iddiaçıya “1 300 000 rus rublu borcunun olduğunu” etiraf etdiyi müəyyən edilir. Həmin “CD”-dəki “5555555” fayldakı “AUDİO-2022-11-21-09-21-55 (4)” adlı 648 kb ölçülü 1 dəqiqə 16 saniyədən ibarət səs yazısında iddiaçının cavabdehlərə “başqalarından pul alaraq onlara 5000 manat pul verdiyini”, “aldığı pulu vaxtında çatdıra bilməsə 5000 manatın 50 00 ABŞ dolları olacağını” dediyi, “5555555” fayldakı “AUDİO2022-11-21-09-25-04 (4)” adlı 210 kb ölçülü 19 saniyədən ibarət səs yazısında Cavabdeh2 “pulu qəpiyinə qədər ödəyəcəklərini”, “5000 manatın 5000 dollar olmayıb?!, onu da mən ödəyəcəm” bildirdiyi aydın şəkildə görünür.
8. İddiaçı cavabdehlərdən iddia ərizəsində qeyd edilən məbləğin tutulmasını xahiş etsə də məhkəmə hesab etmişdir ki, iddia hər bir cavabdehə münasibətdə təqdim edilmiş sübutlara (səs yazılarına) müvafiq olaraq etiraf etdikləri məbləğə uyğun hissədə təmin edilməlidir və həmin məbləğin iddia ərizəsi ilə əhatə olunduğu nəzərə alınarsa bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.
9. Bu baxımdan, Cavabdeh1 iddiaçıya 1.300.000 rus rublu borcunun olduğunu etirafı nəzərə alınaraq Cavabdeh1 iddiaçı ilə ara larında olan borc müqaviləsi üzrə 1.300.000 rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 isə 5000 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh2 iddiaçıya 5000 ABŞ dollarını ona qaytaracağını bildirməsinə baxmayaraq, həqiqətdə iddiaçının ona pulu ABŞ dollarında deyil, Azərbaycan manatı ilə vermiş olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir.
10. İddiaçı Cavabdeh2 5000 manat pulu verməsinə görə başqa şəxsə faizlər ödəməli olduğunu, bununla da zərərə düşdüyünü, borcun faizlər ilə verilməsini şərtləşdirdiklərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də iddi a ərizəsində zərərin əvəzinin ödənilməsini və ya gecikdirilmiş vaxt üçün faiz ödənilməsini tələb etməmişdir.
11. İddiaçının təqdim etdiyi “CD”-də olan səs yazılarının sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.
12. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi “CD” diskdə olan səs yazıları i ddiaçı ilə cavabdehlər arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir.
13. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 385, 442, 448.1, 1091.1 və 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə və ya iddia nın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 385.1ci maddəsinə istinad etsə də, həmin maddəni hazırkı işə nə kimi bağlılığının olmasını açıqlamamışdır. Göründüyü kimi, tərəflər arasında nə yazılı, nədəki, şifahi formada hər hansı müqavilə bağlanılmamış, cavabdehlər iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişlər. Belə olan vəziyyətdə məhkəmənin iddianı rədd etməli olduğu halda, xarici valyutada tələb olunan pul vəsaitini cavabdehlərdən iddiaçını xeyrinə tutması əsassız və qanunsuz olmuşdur. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, bor c müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunverciliyin tələbindən də göründüyü kimi, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə isə tərəflər arasında nə müqavilə, nə də öhdəlik mövcuddur. İstinad olunan pulun nə məqsədlə, harada, hansı müddətə verilməsi isə ümumiyyətlə məlum deyil. Birinci instansiya məhkəməsi qeyd olunan maddəyə istinad etsə də, işlə nə kimi bağlı olmasını qeyd etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçının sübut kimi təqdim etdiyi səs yazılarının məhz cavabdehə məxsus olmasının və səs yazısında istinad olunan pul vəsaitinin məhz iddiaçıya aid olma sının hansı sənədlərlə sübuta yetirilməsi barədə sualı cavabsız qalmış, eləcə də məhkəmə çıxışlarında da təqdim edilən səs yazılarının və vatsap çıxarışlarının həqiqiliyinin şübhə doğurması, bu barədə ekspertiza təyin edilməli olmasını bildirsə də, məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir. Ya işə baxan hakim və ya məhkəmə işçiləri bu sahədə xüsusi bilikləri olduğuna görə təqdim edilən səs yazısındakı səslərin də məhz iddiaçı və cavabdehlər arasında olmasını əvvəlcədən müəyyən etmək bacarığına malik olmuşlar. İddiaçı ən azı vatsap yazışması kimi istinad etdiyi yazışmaların məhz hansı nömrələr arasında aparılması, bu nömrələrin də məhz cavabdehlərə məxsus olması barədə hər hansı sübut təqdim etməyib. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. İddiaçı tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfdən məhz onun dediklərinin etiraf etməli olmasını bildirmişdir. Ən azından iddia ərizəsindən iddia tələbində istinad edilən pul vəsaitinin məhz hansı tarixdə və hansı vasitə ilə, kimlərin iştirakı ilə verilməsi barədə hər hansı sübut yoxdur. Elektron məhkəmə sistemində çəkilişlə aparılmış məhkəmə iclasında tərəfindən bu barədə iddiaçının nümayəndəsinə sual verilsə də, nümayəndə verdiyi suallara ümumiyyətlə cavab verə bilməmişdir. O, hazırkı tələb üzrə bəlkə də iddia müddəti keçməsini, ən azından bu pulun hansı əsasla verilməsi, tərəflərin bir-biri ilə münasibətlərinin aydınlaşdırılmalı olması barədə israr etsə də, əfsuslar olsun ki, bu kimi hallar ümumiyyətə araşdırma predmeti olmamış, verilən suallar cavabsız qalmışdır. Məsələn, iddiaçı iddia ərizəsinin əvvəllərində yazır ki, “cavabdehlərlə onun arasında yaxın münasibətlər yaranmışdır, müxtəlif vaxtlarda ondan maddi vəziyyətlərinin ağır olması ilə əlaqədar borca pullar istəmişlər”. Birinci instansiya məhkəməsi araşdırmamışdır ki, bu yaxın münasibət nədən ibarət olub. İstinad olunan müxtəlif vaxt hansı dövrü əhatə edir və s.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6765/2023 nömrəli 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Kamran Əkbərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi n əticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdehlər isə iddia tələbinə etiraz etsələr də, etirazlarının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim edə bilməmiş və bu halları sübut edə bilməmişdir. Çünki etirazının əsası kimi istinad etdikləri halları sübut etmək yükü artıq onların üzərinə düşür. Cavabdeh tərəf sübutların mötəbərliyini inkar edir, tərəflər arasında borc yaxud hansısa mülki hüquqi münasibətlərin olmadığını, iddia müddətinin tətbiq edilməli olub-olmaması məsələsinin araşdırılmadığını, Rusiyada verilmiş etibarnaməyə apostil möhürü vurulmadığını, hazırkı mübahisənin həllinə münasibətdə iddiaçı tərəfindən pretenziya qayd asına əməl olunmadığını bildirir. Bununla əlaqədar, məhkəmə tərkibi şikayətdə göstərilən hər bir dəlil üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir.
18. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsi öhdəliyin anlayışını nəzərdə tutan və bunun nədə ifadə olunduğunu təsbit edən ümumi normadır ki, həmin normada da öhdəliyə əsasən borclunun kreditorun xeyrinə pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğu təsbit olunub. Buna görə də həmin maddənin hazırkı işlə nə kimi bağlılığın olması bəllidir və məhkəmə də qətnamədə bunu açıqlamışdır. Yetər ki, cavabdeh tərəf buna diqqət yetirmiş olsun. Tərəflər arasında şifahi formada müqavilə bağlanması da iş materialları ilə açıq-aşkar təsdiq olunur. Cavabdehlərin iddiaçı qarşısında yaranmış öhd əliyi müqavilənin forma şərtinə əməl edilməməsinə görə, yəni yazılı formaya riayət edilməməsinə görə müqavilədən əmələ gəlməyə bilər, ancaq öhdəlik əsassız varlanma nəticəsində də yaranır və bu cür öhdəliyin yaranması iş materialları ilə təsdiq olunur.
19. Tələb edilən pulun hansı məqsədlə və harada verilməsinin də iddianın əsaslılığına təsiri olmamışdır. Buna görə də cavabdehlər iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir dəlili yalnız şikayət xatirinə göstərilib.
20. Şikayətin növbəti dəlili barədə qeyd olunmuşdur ki, apellyasiya baxışında iddiaçının təqdim etdiyi səs yazısı təkrarən dinlənilmiş və bu səs yazısının cavabdehlərə aid olubolmadığı nümayəndə və vəkilindən soruşulmuşdur. Cavabdeh tərəf səsləndirilən səs yazılarının cavabdehlərə aid olduğunu inkar etməmiş, əksinə bunu t əsdiq etmiş, lakin səs yazısında istinad olunan pul vəsaitinin məhz iddiaçıya aid olmadığını bildirmişdir. Bu cür vəziyyətdə səslərin cavabdehlərə məxsusluğunun müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsinə də zərurət aradan qalxmışdır.
21. Cavabdeh tərəf borclu olduğu şəxsin iddiaçı deyil, başqa şəxs olduğuna dair yeni bir hala istinad etmiş olur. Deməli, istinad etdiyi yeni halı, yəni səs yazısında borclu olduğu şəxsin iddiaçı deyil, başqa şəxs olduğunu sübut etmək yükü artıq onların üzərinə düşür. Lakin cavabdeh tərəf istinad etdikləri bu halı sübuta yetirə bilməmişdir. Üstəlik, Cavabdeh1 iddiaçının adını çəkməsinin səbəbini də mötəbər arqumentlərlə məhkəmə tərkibinin diqqətinə çatdıra bilməmişdir.
22. İddia müddətinin keçib-keçməməsinin araşdırma predmeti olması üçün cavabdeh tərəfin təşəbbüsü və ərizəsi ola bilərdi. Bu məsələ iddiaçının yaxud məhkəmənin vəzifəsi ola bilməzdi. Başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə iddia müddətinin keçib-keçmədiyini müəyyən etmir. Çünki iddia müddəti institutu cavabdeh tərəfin hüquqi müdafiə vasitəsi sayılır və hesab edirdisə iddia müddəti keçib, bu barədə məhkəməyə müddətin tətbiqi barədə ərizə təqdim edə bilərdi, ancaq bunu etməyib. İş materillarındandan da görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 2021-ci ilin axırlarında və 2022-ci ilin əvvəllərində pul vəsaiti verilmişdir. Demək ki, iddia müddətinin keçməsindən də söhbət gedə bilməz.
23. Rusiyada verilmiş etibarnaməyə apostil möhürü vurulmaması dəlili də iddianın rədd edilməsi yaxud iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Azərb aycan Respublikasının məhkəmələrində baxılan yüzlərlə işlərdə Rusiyada, o cümlədən digər MDB ölkələrində verilmiş etibarnamələr əsasında nümayəndələr və vəkillər iştirak edib və hal-hazırda da edirlər. Minsk Konvensiyasına əsasən bu ölkələrdə verilən etibarnamələrin apostil edilməsinə də zərurət olmamışdır. Eyni zamanda, cavabdeh tərəfin bu cür dəlildən istifadə etməsi başadüşülən deyildir. Çünki iddiaçının iradəsi ortadadır və o, iddiasını müdafiə edir, ondan imtina etməyib.
24. Hazırkı mübahisənin həllinə münasibətdə iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması dəlili də açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır. Çünki cavabdeh tərəfin dəlillərinin bir hissəsi iddianın əsassızlığı ilə bağlıdırsa, digər hissələri isə iddiaçının mülki prosessual qanunvericiliyin tələblə rinə riayət etməməsi ilə bağlıdır. Belə ki, mübahisənin həlli üçün pretenziya qaydasına əməl edilməməsi, etibarnamənin apostil edlməməsi və.s kimi dəlillərdən, iddia əsassız olduğu halda istifadə edilməsinə də gərək olmamalı idi. Yetər ki, iddianın əsassızlığına dair dəlillər təsdiq edilmiş olsun ki, bu da iddianın rədd olunması üçün kifayət edən əsas ola bilərdi. Ancaq cavabdeh tərəfin fərqli hüquqi nəticələrə səbəb olacaq dəlillərdən istifadə etməsi də şikayətin əsaslılığını şübhə altına alır və keçərliliyini heçə endirmiş olur.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 427.2, 442, 443.1, 448.1, 448.2, 528, 529.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.2, 77.1, 88ci maddəl ərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehlər kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət edilmədən verilmiş, həm də MPM-nin 150.1.3-cü bəndinə uyğun olaraq iddiaçının adından iddia ərizəsini imzalamaq hüququnun olması barədə etibarnamənin həqiqiliyini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdehlər iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmələrə rəsmi qaydada vəsatət versə də, məhkəmələr əsassız olaraq həmin vəsat əti təmin etməmiş, bu barədə qərardad qəbul etməmiş, yalnız şifahi formada vəsatətin rədd edilməsi ilə kifayətlənmişlər
28. Vatsap danışıqlarındakı səslərin həqiqiliyi müəyyən edilməmiş, bununla bağlı ekspertiza təyin edilməsi barədə vəsatət verilsə də, vəsatət əsassız olaraq təmin edilməmişdir.
29. Hazırkı iş üzrə iddia tələbi iki şəxsə qarşı yönəlsə də, onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olması məlum deyildir.
30. İddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı tələb olunan pul vəsaitinin həqiqətən də ona məxsus olması və cavabdehlərə hansı tarixdə verməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir.
31. İddia tələbində istinad edilən pul və saitinin məhz hansı tarixdə və hansı vasitə ilə kimlərin iştirakı ilə verilməsi barədə hər hansı sübut yoxdur. Elektron məhkəmə sistemində çəkilişlə aparılmış məhkəmə iclasında cavabdehlər tərəfindən bu barədə iddiaçının nümayəndəsinə sual verilsə də, nümayəndə suallara ümumiyyətlə cavab verə bilməmişdir.
32. İddia ərizəsinin imzalanmasını təsdiq edən sənəd kimi əlavə edilmiş Rusiya Federasiyasının Notariat ofisində verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə Azərbaycan Respublikasında təsdiq edilməmişdir. Halbuki Azərbaycan Respublikası "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Konvensiya qoşulmuşdur. Rusiya Federasiyası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş etibarnaməyə apostil möhürü vurulmamışdır.
33. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməsi məhkəmə iclasında tələb edilsə də, bu barədə hər hansı sənədə məhkəmələrə təqdim edilməyib. İddiaçı yalnız bir sıra sənədlərin kserosurətini əlavə etmişdir ki, həmin sənədləri məhkəmələr sübut kimi qəbul edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
40. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcl u onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
42. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür
43. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
44. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır.
45. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
46. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
47. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisəl əndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh1 iddiaçı qarşısında 1.300.000 (bir milyon üç yüz min) Rusiya rublu, Cavabdeh2 isə iddiaçı qarşısında dan 5000 (beş min) man at məbləğində icra edilməmiş pul öhdəlikləri var. İddiaçı tələbinin əsasında duran halları sübuta yetirsə də, cavabdehlərin etirazı əsaslı sayılmamış, göstərilən məbləğlərdə pul vəsaitlərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prose sdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6765/2023 nömrəli 4 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.