Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1265/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1491/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin (hakim Arif İsmayılov) xx xxxxxx 2018-ci il tаrixli, 2(033)37/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı 1, İddiaçı2 nın, İddiaçı3 nın, İddiaçı4 və İddiaçı5 Zaqatala rayonu Paşan kəndində ümumi birgə mülkiyyətindəki həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan, lakin cavabdehlər Cavabdeh1 və X4 tərəfindən zəbt olunmuş X7 Fondu tərəfindən 2009-cu ildə verilmiş 1:10000 miqyaslı xəritədə göstərilmiş ölçüdə kənd daxili yolun açılması və İddiaçı1 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov- sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Zaqatala rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi ləğv edilmiş, yeni qətn amə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və X2 qarşı mülkiyyətlərində olan torpaq sahəsində yerləşən mal damına gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Paşan kəndində mülkiyyətlərində olan torpaq sahəsində yerləşən mal damına gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş üzrə keçirilmiş ekspertizanın hazırki iddia tələbi ilə heç bir aidiyyəti yoxdur. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin əsaslandığı Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi mübahisəli yolla bağlı deyil. Ekspert rəyində birbaşa olaraq göstərilir ki, cavbdehlərin torpaq sahəsindən gedişgəliş yolu nəzərdə tutulmamamışdır. Onlar (iddiaçılar) heç kimin torpaq sahəsindən yol istəmir. Mübahisə onların mülkiyyətində olan torpaq sahəsininin aşağısında qeyd edilmiş və mülkiyyət hüququna dair Şəhadətnamələrdə öz əksini tapmış yoldan gedir. Zaqatala rayon məhkəməsi tərəfindən xx xxx 2018-ci il tarixli qərardadla “əlavə tikinti-texniki ekspertizası təyin edilmiş” lakin məlum olmayan səbəblərdən daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr xidmətinin mütəxəssis rəyi ekspertə təqdim edilmədiyi üçün rəy verilməsindən imtina edilmişdir. Şəki Apellyasiya Məhkəməsi təkrar ekspertiza təyin etməli və bu mübahisəni qanuni və obyektiv olaraq araşdırmalı idi. Lakin məhkəmə işdə olan və mübahisəli yolla heç bir əlaqəsi olmayan ekspert rəyini əsas tutaraq heç bir xüsusatı araşdırmamış, onların iştirakını təmin etmədən hüquqlarını pozan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılma sına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hazırki iddia tələblərində mülkiyyətlərində olan torpaq sahəsində yerləşən mal d amına gediş-gəliş yolunun açılmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Birinci instansiya məhkəməsi idd ia tələbini təmin etmiş, məhkəmənin bu nəticəsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, iddiaçıların Zaqatala rayonu Paşan kəndində ümumi birgə mülkiyyətindəki həyətyanı torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və X1 torpaq sahəsindən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrin in tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür, ekspert tədqiqatı Zaqatala rayonu, Paşan kəndi ərazisində yerləşən iş üzrə iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi üzrə aparılmışdır. Həmçinin tədqiqatın aparılması üçün mütəxəssis rəyindən istifadə edilmişdir. Bundan başqa iddiaçı kassasiya şikayətində təkrar məhkəmə torpaqşunaslıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsin in zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiy a Məhkəməsi mülki kollegiyasının 2(107)-1491/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1265/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1265/2020
02.03.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver