Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1265/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1265/22 (Açar sözlər: şikayətin mümkün sayılması üçün prosessual əsasların olmaması) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11384/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 14 fe vral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı həmçinin iddianın təmin tədbiri kimi Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 28, 16 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Xətai Rayon Məhkəməsi 2(011)-5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilməmişdir.
4. İddiaçı Xətai Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadından da şikayət vermişdir.
5. İddiaçı tərəfindən verilmiş şikayətə baxan Xətai Rayon Məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə “Xə tai Rayon Məhkəməsinin 2(011)-5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadından” verilən şikayəti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11384/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət qeyri-mümkün sayılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Xətai Rayon Məhkəməsinin «20.10.2021-ci il» tarixli qərardadını mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə “Xətai Rayon Məhkəməsinin 2(011)- 5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadından” verilmiş şikay əti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinə istinadən hesab edib ki, işə apellyasiya qaydasında baxılmasını qeyrimümkündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı tərəfindən şikayət düzgün verilib, birinci instansiya məhkəməsi düzgün qərardad qəbul etməyib; - apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini səhvinə görə şikayəti qeyrimümkün sayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və i ş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tama milə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
13. Apellyasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
17. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir, əks halda şikayət mümkün sayılmamalıdır.
18. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı Xətai Rayon Məhkəməsinin «20.10.2021-ci il» tarixli qərardadını mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə “Xətai Rayon Məhkəməsinin 2(011)- 5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadından” verilmiş şikayəti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
19. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, həqiqətən də şikayətin mümkün sayılmaması MPM-in 269 və 336-cı maddələrinin tələblərinə uyğun olub.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin səhvinə görə şikayətin qeyri-mümkün sayılması barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, bütün hallarda şikayətin mümkün sayılması üçün prosessual əsaslar mövcud olmalıdır və qanunvericilik bununla bağlı qaydaları müəyyən edib. Bu qaydalara şikayət verən və ya birinci instansiya məhkəməsi tərəfindən əməl edilməməsinin şikayətin qeyri-mümkün sayılmasına hər hansı təsiri yoxdur.
21. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini ə sassız sayır. 22.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11384/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.