Məhkəmə qərarları › İş №2(102)-1265/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1265/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1265/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1265/2024 Açar sözlər: podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli 2(103)-6942/2023 nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, sifarişçi Hövsan rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində 2 sot torpaq sahəsində evin ümumi sahəsi 41 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən, fərdi yaşayış evinin təmirli tikintisini şifariş edir. Podratçı sifarişçinin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, tikintinin müddəti cəmi 30 (otuz) gün müddətinə gecikdirilə bilər. Həmin müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, tikintinin təhvil vermə müddəti xx.xx.2022-ci il tarixə müəyyən edilmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən təhvil-təslim bitdikdən sonra tərəflərin bir-birinə heç bir tələbi yoxdursa akt tərtib olunur və şifarişçi, podratçı və zamin imzaları ilə təsdiqləyir. Müqavilənin 5.1-cı bəndinə əsasən hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma əsasında həll olunmalı və bir-birinə 20 gün əvvəl (növbəti aylıq ödəniş ödədikdən sonra) yazılı şəkildə məlumat verilməlidir. 2. 13 iyun 2022-ci il tarixli podrat müqaviləsinə əsasən hazırlanan 41 kv.m ev üçün görülən işlərin siyahısına əsasən, beton təməl, 5 daş kürsü, qoşa daşla tam tikint i, dam örtüyü (profmastin), çornikat və steklavat (daş yunu), plastik pəncərələr (ağ sadə, ağ şüşə), seyf qapı( 300 azn), çöl suvaq, iç divarın suvaqı və ağardılması, divar oboy 10 manata qədər, otaq qapıları (200 manata qədər), pol taxta (lak və polun ağardması daxildir), elektrik sistemi (Türkiyə istehsalı) hər otağa 1 elektrik düyməciyi 2 şəbəkə, kanalizasiya sistemi (STP), hamam tualetin kafel metlax ilə inşası (11 manata qədər), plastik qapı (120 manata qədər), tavan alçipan (sadə) Gilan, 2 sot torpağın yan tərəflərdən 5 daş qarşı tərəfdən 10 daş hündürlükdə hasarlanması, həyətdə şambo işləri görülməlidir. Həmçinin şifarişçi 8000 manat məbləğində ilkin ödəniş etməklə, aylıq ödəniş 36 ay müddətinə 500 manatdan başlayaraq ödəniş cədvəli bağlanmalıdır. 3. "xxxx"' Məhdud Məsuliyyətli Cəmi yyəti tərəfindən 13 iyun 2022-ci il tarixdə verilmiş GİG/8 010555 nömrəli mədaxil qəbzinə əsasən 8000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx"' MMC-nə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədən Cavabdehndən podrat müqaviləsi üzrə dəymiş zərər üzrə 8000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, pordat müqaviləsi üzrə icraçı öz öhdəliyini ümumiyyətlə icra etməmiş və bununla da sifarişçinin maddi vəziyyətinin pisləşməsinə xidmət edən pozuntunu törətmişdir. Soyuq qış aylarında sifarişçi kirayədə qaldığı mənzildən çıxmış və başqa yaşayış sahəsi olmadığı üçün başqa-başqa ünvanlarda gecələməyə məcbur olmuşdur. Vaxtınd a tərəfin icra etmədiyinə görə maddi və mənəvi zərəri tam ödəməyə borcludur. Belə ki, qəbzdən göründüyü kimi, həmin müqaviləyə əsasən sifarişçiyə cəmi 8.000 manat ödənilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1608/2023 saylı 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddianın təmin edilməsi, Cavabdehndən podrat müqaviləsi üzrə dəymiş zərər olan 8000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə pul tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Podrat müqaviləsi üzrə podratçının öhdəliyinin icrası günü nəzərdə tutulmuş, bu halda öhdəlik həmin gün icra edilməli idi. Bununla da, öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, çünki icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin, müqavilədən çıxarkən iddiaçı müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edilməsində tam haqlı olmuşdur. Cavabdeh bu halda onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır. Beləliklə, zərərin əvəzini ödəməyə borclu olan cavabdeh, həmin hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməli, iddiaçıya ödənilmiş pulunu qaytarmalıd ır.

8. Beləliklə, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi Hövsan rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində 2 sot torpaq sahəsində evin ümumi sahəsi 41 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini həyata keçirib sifarişçiya təhvil verilməsindən ibarət olmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 8000 manat alınaraq iddiaçıya qaytarmalıdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdehndən 8000 manat məbləğində pul vəsaiti iddiаçı İddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1-389.3, 399.1-399.4, 425.1, 427.1, 427.3, 427.4, 442, 443.1, 443.2, 443.7, 445.1, 445.2.1-445.2.2, 445.4, 445.8, 447.1, 447.7, 448.1-448.4, 459.1-459.7, 752.1752.3, 759.1, 759.2, 769-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Qətnamədən Cavabdehn nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etmədən, işin həqiqi hallarını araşdırmadan, iddia ərizəsində qeyd olunanları olduğu kimi qətnaməyə köçürərək iddia tələbini təmin etmişdir.

13. Bundan əlavə, ödəniş cədvəlinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən hər ayın 10-u qrafik üzrə 500 manat aylıq ödəniş etməli idi. İddiaçı bu günədək bir dəfədə olsun aylıq ödənişi həyata keçirməyib. Buda onu göstərir ki, müqavilə üzrə ödhəliklər "VİLLA 2021' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil İddiaçı tərəfindən pozulmuşdur. Yəni başqa sözlə cavabdehin evi inşa edə bilməsi üçün iddaçının vaxtlıvaxtında ödənişlərini həyata keçirməsi lazim idi. İddiaçı öz öhdəliklərini icra etməməsi nəticəsində "VİLLA 2021” Məhdud Məsuliyyətli Cəmiyyəti maddi ziyan dəymiş (vergi ödəmiş, iddiaçının sifarişi əsasında fərdi evin tikilməsi üçün torpaq sahəsi almış) həmçinin o müqavilə bağlayarkən ümid etdiyi nəticəni əldə edə bilməmişdir. Əslində İddiaçı müqavilə üzrə öhdəliklərin onun tərəfindən pozulduğunu yaxşı bilir. Hətta aylıq ödənişləri həyata keçirə bilmədiyi üçün müqavilənin 7.4 cü bəndinə uyğun olaraq ilkin ödənişin əvəzinə fərdi evin tikiləcəyi torpağın onun adına keçirilməsi barədə "VİLLA 2021” Məhdud Məsuliyyətli Cəmiyyəti razılaşmışdır. Lakin sonradan fikrini dəyişərərk hazır ki, əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7.3 və 7.4 cü bəndinə əsasən, əgər sifarişçinin maddi vəziyyəti sonradan pisləşərsə və o ödənişləri həyata keçirə bilməzsə, podratçı əvvəlki ödənişlərli geri qaytarmır, həmin ödənişlərin əvəzinə fərdi evin tikiləcəyi torpaq sahəsini sifarişçiyə təhvil verilməli (adına keçirməli) idi. Qeyd olunanlar bir daha onu göstərir ki, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsi işi tam, hər tərəfli araşdırmayıb, tərəflər arasındakı münasibətlərə düzgün qiymət verməyib. Buda öz növbəsində düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Nəticə etibarilə məhkəmənin "VİLLA 2021' Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 8.000 manat pul vəsaitinin tutulması ilə bağlı gəldiyi nəticə yalnışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli 2(103)-6942/2023 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1608/2023 saylı 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Kollegiya hesab etmişdir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişd ir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktların normaları baxımından, məhkəmə kollegiyası hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır.

16. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə görə podratçı cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi-iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə muzdun hissə-hissə ödənilməsi n əzərdə tutulmuşdur, bununla da sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməli idi. Lakin, cavabdeh tərəfindən işlərin hər-hansı bir icrası iş materialları ilə müəyyən edilmir.

17. Kollegiya qeyd etmişdir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Podrat müqaviləsi üzrə podratçının öhdəliyinin icrası günü nəzərdə tutulmuş, bu halda öhdəlik həmin gün icra edilməli idi. Bununla da, öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, çünki icranı gecikdirmiş borclu gecikdirm ə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin, müqavilədən çıxarkən iddiaçı müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edilməsində tam haqlı olmuşdur. Cavabdeh bu halda onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır. Beləliklə, zərərin əvəzini ödəməyə borclu olan cavabdeh, həmin hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməli, iddiaçıya ödənilmiş pulunu qaytarmalıdır.

18. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi Hövsan rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində 2 sot torpaq sahəsində evin ümumi sahəsi 41 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini həyata keçirib sifarişçiyə təhvil verilməsindən ibarət olmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 8000 manat alınaraq iddiaçıya qaytarmalıdır.

20. Kollegiya apellyasiya şikayətinin müqavilənin ilk olaraq iddiaçı tərəfindən pozulması dəlilinə münasibətdə bildirmişdir ki, tərəflər arasında podrat müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya ünvanlamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələb i ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən müqavilə şərtləri xx.xx.2022-ci il tarixdən pozulmuşdur, iddiaçının məhkəməyə müraciət etməsinə qədər olan 7 aylıq dövr ərzində cavabdeh tərəfindən müqavilənin pozulması ilə bağlı hər hansı münasibət bildirməmişdir. Eyni zamanda iddiaçının müqavilə şərtlərinə uyğun ödədiyi ilkin ödəniş müqabilində görülmüş işlər ilə əlaqədar hər hansı sübut təqdim edilə bilməmişdir.

21. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutları təkzib edən, habelə apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunan hallar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyy əti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

22. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 389.1389.3, 399.1-399.4,425.1,427.1,427.3,427.4,442,443.1,443.2,443.7,445.1, 445.2,445.3,445.4,445.8, 447.1, 447.7, 448.1-448.4, 459.1-459.7, 752.1-752.3, 759.1, 759.2, 769-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 220.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)6942/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ödənişlərini vaxtlıvaxtında etməli idi ki, cavabdehdə evi tikib təhvil verə bilsin. Lakin işə baxan məhkəmə iddiaçının öhəliklərini icra etməməsinə münasibət bildirməmişdir. Əslində hazır ki vəziyyətdə iddiaçı öhdəliklərini icra etmədiyi üçün cavabdehə maddi zərər dəymişdir.

25. Bundan əlavə, öhdəliyin sirafişçi tərəfindən pozulduğu halda (yəni ödənişlə bağlı çətinlik olduğu halda) ilkin ödnişin geri qaytarılması deyil fərdi evin tikiləcəyi torpaq sahəsinin sifarişçiyə təhvil verilməsi (adına keçirilməsi) nəzərdə tutulmuşdur. İşə baxan məhkəmə tərəflər arasında mübahisəni həll edərkən, öhdəliyin sifarişçi tərəfindən pozulduğunu və Müqavilənin 7.3 və 7.4 cü bəndlərinin tələblərini nəzərə almamışdır. Buda öz növbəsində düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası işi tam, hər tərəfli araşdırmamış, tərəflər arasındakı münasibətlərə düzgün qiymət verməmişdir. Nəticə etibarilə məhkəmənin "VİLLA 2021”' Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyirinə 8.000 manat pul vəsaitinin tutulması ilə bağlı gəldiyi nəticə yalnışdır.

26. Kassator öz mövqeyini Mülki Məcəllənin 390.1, 441.1-ci və 441.2-ci maddələrinə və Mülki Prossesual Məcəllənin 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik o lan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

33. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

34. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

35. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

36. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.

37. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

38. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə la zımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....

41. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

42. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün m üddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

43. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

45. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....

46. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qa yda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.... Maddə

445. Borclunun icranı gecikdirməsi

47. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

49. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdə liyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

50. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

51. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

52. Madd ə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.

53. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

54. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cava bdehdir.

55. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

56. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

57. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümk ün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

58. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

59. Maddə 459.2. Əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir.

60. Maddə 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur.

61. Maddə 459.4. Əgər vacib əsaslar olduğu aşkardırsa, zərərçəkən dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini tələb edə bilər.

62. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

63. Maddə 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir.

64. Maddə 459.7. Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzər ə alınmalıdır.

65. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

66. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir.

67. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

68. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

69. Maddə 759.2. Əgər sif arişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

70. Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 88 Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

75. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.

77. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ca vabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətl əndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli 2(103)-6942/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar