Məhkəmə qərarları › İş №2(102)-127/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-127/2022

11.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-127/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X3 oğlunun katibliyi və İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-1719/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 29 iyun 2012-ci il tarixdə nikah bağlamaqla evlənmiş, həmin nikahdan 30 oktyabr 2014-cü il təvəllüdlü Cavad və 23 dekabr 2015-ci il təvəllüdlü Elmir adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pisləşdiyinə görə tərəflər ayrılmışlar və uşaqlar anaları Cavabdeh yanında qalmışdır.

2. Quba Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 və 23 dekabr 2015-ci il tarixdə doğulmuş X2 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddia çı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından 30.10.2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə günü səhər 10:00-dan bazar günü saat 16:00-dək maneəsiz və sərbəst şəkildə (cavabdehin iştirakı olmadan) ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 23 may 2017ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsi ilə onun iddiası təmin olunan zaman onun iddiasını qismən təmin edərkən, uşaqların azyaşlı olmasını və ana nəvazişinə ehtiyacları olmasını nəzərə alaraq, ona hər həftənin şənbə və bazar günləri iki saat müddətinə görüş vermiş, ona uşaqlar böyüdükcə uşaqlarla ünsiyyət vaxtının artırılması barədə məhkəməyə müraciət et mək hüququ izah edilmişdir. Hesab edir ki, həmin qətnamənin qəbul edilməsindən iki ildən artıq müddət keçmiş və uşaqlar iki yaş daha böyümüşlər və uşaqların yaşı onunla daha uzun müddət ünsiyyətdə olmağa imkan verir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, iddiaçı ona qarşı qeyri-qanuni hərəkətlər edir, hədə-qorxu gəlir. Bu səbəbdən uşağın taleyindən narahat olmuş, iddiaçı görüş zamanı uşağı avtomobilinə mindirəndə avtomobilinin yan şüşəsini yumruqla vurub sındıraraq uşağı xilas etmişdir. İddiaçı uşaqları ilə istədiyi vaxt görüşmüşdür.

6. Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası 07 yanvar 2020-ci il tarixli, 17 saylı rəyində iddiaçının öz uşaqları 30.10.2014-cü il təvəllüdlü X1 və 23.12.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək görüş vaxtı təyin edilməsini, görüş yerinin uşaqların istəyinə görə müəyyən edilməsini, həmçinin uşaqların ataları ilə təklikdə görüşmələrinə şərait yaradılmasını məqsədəuyğun hesab etmişdir.

7. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, uzunmüddətli görüş vaxtının müəyyən edilməsi uşaqların saxlanma rejiminin pozulmasına gətirib çıxarar ki, bu da uşaqların fiziki və psixi sağlamlığına mənfi təsir göstərəcəkdir. Ona görə də uşaqların azyaşlı olmasını, mənafeyini, ana qayğısına daha çox ehtiyacının olduğunu, fiziki və psixi cəhətdən sağlamlığının t əmin edilməsi zərurətini nəzərə alaraq iddia təmin edilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 61.1-61.3cü, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1874/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətna mə çıxarılmaqla iddia qismən təmin edilmiş, İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsinin Cavabdeh həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün, uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamə olsa belə, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Hər iki istirahət gününü uşaqların iddiaçı ilə keçirməsi ananın da istirahət günlərini öz uşaqları ilə birgə k eçirmək hüququndan məhrum etmiş olar. İddiaçıya uşaqlarla görüşün ananın iştirakı ilə verilməsi məhkəmə qətnaməsinin icrasını cavabdehin iradəsindən asılı vəziyyətə salır və iddiaçıya uşaqlarla ünsiyyətini sərbəst qurmağa imkan vermir. Cavabdehlə yanaşı iddiaçı da uşaqlara münasibətdə bərabər hüquqa malikdir. İddiaçının övladları ilə təklikdə ünsiyyətdə olmaq hüququ uşaqlarla ünsiyyətinin hansı formada qaydada həyata keçirilməsində iddiaçıya sərbəstlik verir. Bundan başqa, iddiaçının uşaqlarla təklikdə ünsiyyətinə maneə ola biləcək onun şəxsiyyəti, davranışı, mənzil şəraiti və s. ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət zamanı iddiaçının uşaqlara hər hansı formada təsir göstərməsi də öz təsdiqini tapmamışdır. b) Kassasiya instansi yası məhkəməsindəki birinci icraat 13.İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(102)-958/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 və 23 dekabr 2015-ci il tarixdə doğulmuş X2 ilə ünsiyyətdə olmas ı üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırkı iş üzrə iddia tələbi isə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət müddətinin uzadılması ilə əlaqədar verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə heç bir hüquqi əsas olmadan iddia tələbindən kənara çıxmaqla iddiaçının iradəsinə zidd onun uşaqları ilə həftədə 2 dəfə ünsiyyət hüququnu məhdudlaşdırmaqla onun uşaqları ilə həftədə bir dəfə ünsiyyət hüququnu müəyyən etmiş, həmçinin Quba rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07 yanvar 2020-ci il tarixli, 17 saylı rəyinə hüquqi qiymət verməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. S umqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-1719/2021 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilməklə İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 16:00-a kimi (cavabdehin iştirakı olmadan) görüş vaxtının müəyyən edilməsi, iddiaçının uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsinin Cavabdeh həvalə edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

17. Məhkəmə k ollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının uşaqlarla yalnız onun iştirakı ilə görüşməsinə razı olduğunu, iddiaçının ünsiyyət zamanı uşaqlara psixi təsir göstərdiyini bildirmiş, ünsiyyətin onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Qanuna görə cavabdehlə yanaşı, iddiaçı da uşaqlara münasibətdə bərabər hüquqa malikdir. İddiaçının öz övladları ilə təklikdə ünsiyyətdə olmaq hüququ uşaqlarla ünsiyyətinin hansı forma və qaydada həyata keçirilməsində iddiaçıya sərbəstlik verir. Həmçinin iddiaçıya uşaqla görüşün ananın iştirakı ilə verilməsi məhkəmə qətnaməsinin icrasını cavabdehin iradəsindən asılı vəziyyətə salır və iddiaçıya uşaqlarla ünsiyyətini sərbəst qurmağa imkan vermir. Bundan başqa, iddiaçının uşaqlarla təklikdə ünsiyyətinə mane ola biləcək onun şəxs iyyəti, davranışı, mənzil şəraiti və s. ilə bağlı hər hansı hal məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir, iddiaçının valideynlik hüququ da məhdudlaşdırılmamışdır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət zamanı iddiaçının uşaqlara hər hansı formada təsir göstərməsi də məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1, 50.3, 56.1, 61.1-61.3-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 18, 19 və 27-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tə ləbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqlar iddiaçı ilə görüşmək istəmirlər və bununla bağlı Quba rayon İcra və Probasiya şöbəsində aktlar tərtib olunmuşdur. İddiaçının aqressiv hərəkətləri uşaqların psixi və fiziki inkişafına mənfi təsir göstərməklə onların mənafeyinə ziddir. İddiaçı uşaqlara pis vərdişlər aşılamağa çalışır, onların tərbiyəsinə mənfi təsir göstərən söhbətlər edir və onların tərbiyəsini pozmağa çalışır. İddiaçının uşaqların saxlanması üçün ödənilən aliment üzrə 4000 manat aliment borcu var və bu, iddiaçının uşaqların maddi və mənəvi inkişafı ilə maraqlanmamasının bariz nümunəsidir. İddiaçı alimenti qəsdən ödəmir. Özünün iştirakı ilə uşaqları iddiaçı ilə məcbur görüşdürür. Lakin uşaqla rı uzunmüddətli ünsiyyətə razı salmaq mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPMnin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə

50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Maddə

56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə

61. Uşaqlarından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər ra zılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 25. “Uşaq hüquqları haqqında” Qanun Maddə

18. Vlideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Maddə

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin vəzifələridir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kass asiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan Ailə Məcəlləsinin 50.1, 56.1, 61.2-ci maddələri və “Uşaq hüquqları haqqında” Qanunun 18-ci maddələrindən göründüyü kimi, uşaqlara münasibətdə valideynlərdən hər hansı biri üstün hüquqa malik deyildir. Uşaqla ünsiyyətdə olmaq hüququ valideynin ayrılmaz hüququdur. Valideynin uşaqla ünsiyyət hüququ haqqında mübahisə müstəvisində uşaqların hüquqları da kölgədə qalmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür ünsiyyət təkcə uşaqdan ayrı yaşayan valideynin hüqu qlarının həyata keçirilməsinə deyil, həm də uşağın ondan ayrı yaşayan valideynini tanımaq, onunla ünsiyyətdə olmaq hüquqlarının reallaşmasına, ailənin dağılmasına baxmayaraq, uşağın mümkün qədər harmonik mühitdə yaşamasını təmin etməyə xidmət edir. Bu baxımdan uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaq hüququnun məhdudlaşdırılması yolverilməzdir.

33. Ailə Məcəlləsinin 61.2-ci maddəsinin mənasına görə uşaqlarla yaşayan valideyn digər valideynlə uşağın ünsiyyətinə o halda mane ola bilər ki, bu cür ünsiyyət uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirmiş olsun. Ümumiyyətlə iddiaçının uşaqları ilə ünsiyyətdə olmasının təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və hazırda baxılan tələb, həmin qətnamə ilə müəyyən olunmuş ünsiyyət vaxtı nın uzadılmasından ibarətdir. Bu baxımdan, Ailə Məcəlləsinin 61.2-ci maddəsinin dispozisiya şərtlərinin məhz ünsiyyət müddətinin uzadılması baxımından təhlilinə ehtiyac yaranır. İşə baxmış məhkəmələr tərəfindən Ailə Məcəlləsinin 61.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının uşaqları ilə uzunmüddətli ünsiyyətdə olmasını istisna edən bu cür hallar müəyyən olunmamışdır.

34. Cavabdeh birinci instansiya məhkəməsində 18.02.2020-ci il tarixdə verdiyi izahatında (səh. 42-43), habelə Sumqayıt Apellyasiya Məhkəməsində 20.08.2020-ci il tarixdə və 25.05.2021-ci il tarixlərdə verdiyi izahatlarda (səh. 121, 183) iddiaçının uşaqlarla görüşməsinə etiraz etmədiyini, sadəcə iddiaçı uşaqları ona qarşı öyrətdiyinə və eyni zamanda psixi təsir göstərdiyinə görə, iddiaçının uşaqlarla görüşməsi zamanı onun da iş tirak etməsini istədiyini bildirmişdir. Lakin cavabdeh iddiaçının uşaqlara etdiyi psixi təsirin nədən ibarət olduğunu, bu cür təsirin uşaqların ona qarşı münasibətini dəyişməyə yönəldiyini yaxud başqa niyyətlə edildiyini bildirməmişdir.

35. Cavabdeh kassasiya şikayətində işin faktik halları kimi irəli sürdüyü dəlillərin heç birini aşağı instansiya məhkəmələrində etirazın əsasları kimi irəli sürməmişdir və buna görə də həmin dəlillər araşdırma predmeti olmamışdır. Aşağı instansiya məhkəmələrində iddiaya qarşı etirazın dəlilləri kimi məhkəmələrə bildirilməmiş işin faktik hallarının kassasiya qaydasında araşdırılması kassasiya icraatının funksiyalarına ziddir.

36. Baxılan işdə iddiaçının tələb etdiyi müddətdə və vaxtda uşaqla görüşüb ünsiyyət saxlamasının uşağın fiziki, psixi sağlamlığına və əxlaqi inkişafına zərər yetirməsinə dair heç bir sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də bu cür zərərli hallar müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının uşaqla ünsiyyət hüququ olduğu barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-1719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar