Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3554/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Avro-Asiya İnşaat” Korporasiyası "xxxx" açıq səhmdar cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 Xidməti, "Dövlət Sosial Müdafiə Fondu" X9 və Dövlət Vergi Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödəncələr verilməsi tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-488/2024 nömrəli, 31 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cava bdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də (indiki "xxxx" ASC), xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək “X7” MMC-də, xx.xx.2012ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də (indiki "xxxx" ASC), xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək X1 "xxxx" ASC-də, xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək “X3” MMC-də, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 "xxxx" ASC-də işləmişdir;
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1162/2021 s aylı qərarına əsasən, X6 Xidməti Bakı şəhər İdarəsinin 21 aprel 2021- ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 "xxxx" ASC-də İddiaçı əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə cəmiyyətin vəzifəli şəxsi Nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan H.Həmzəyev tərəfindən verilmiş şikayət təmin edilməmişdir; 4. "xxxx" ASC-nin Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023- cü il tarixli 353/23 saylı məktubuna və həmin məktuba əlavə ödəniş tapşırığına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməs i, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli 2(103)-5835/2022 nömrəli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı 2020-ci ilin avqust, sentyabr, oktyabr və dekabr ayları üçün cəmi 1435,01 manat məbləğində əmək haqqı hesablanmış və ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "X2 "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 "xxxx" ASC tərəfindən 2020-ci ilin iyun və noyabr aylarına olan əmək haqlarının ödənilməsi, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının on faiz məbləğində ödəncin verilməsi, X1 "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi, 2020-ci il üçün məzuniyyət pulunun alınması, mediasiya üçün ödənilmiş 50 manat rüsumun alınması, qeyd etdikləri bütün əmək haqlarının əmək müqaviləsində göstərilən, yəni 599 manat məbləğində deyil, bank çıxarışlarında göstərilən kimi 1000 manat məbləğində hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdən isə işlədiyi təşkilat X1 "EVRASCON” Açıq Səhmdar Cəmiyyəti adlanmışdır. Cəmiyyətdə işlədiyi müddətdə əmək müqaviləsində əmək haqqının 599 manat göstərilməsinə baxmayaraq, 1000 manat əmək haqqı almışdır. Beləliklə, iddiaçı cəmiyyətdə elektromexanik vəzifəsində işinin d avam etdirilməsi üçün məcbur olub təklif edilən müqavilələri imzalamalı olmuşdur. Bunun da nəticəsi olaraq, xx.xx.2020-ci il tarixdə, guya, iddiaçının öz xahişi ilə işdən azad edilməyinə dair yeni əmr yazılıb elə həmin günə başqa əmrlə işə qəbul edilərək xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b” bəndinə əsasən işdən çıxarılmasını rəsmiləşdirmişlər. Beləlikə, iddiaçı 2009-cu ildən işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparılaraq müqavilə ilə formal iş üsuluna keçilmişdir. Bununla belə, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. Dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır. Xüsusən, sahə rəisinin mö vqeyi sərt olmuşdur. İddiaçıda olan məlumata görə, sahə rəisi ağır cinayət törətmiş, anlaqsız ruhi-xəstə olduğu üçün məsuliyyətdən azad olunmuşdur. Belə bir adamın sahə rəisi işləməsi qanunsuzluqlar üçün zəmin yaratmışdır. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı ala bilməmişdir. İddiaçı 2020-ci il dekabr ayının 1-də teleqram almışdır ki, guya bir neçə dəfə onu işə çağırmışdırlar, lakin o işləmək istəməmişdir. Beləliklə, işdən azad edilməyi barədə əmrin ləğv edilməsi və 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarında iddiaçıya ödənilməli olan əmək haqqının verilməsi üçün o, Bakı şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı birinci dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edəndə əmək haqqı ala bilmədiyi 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları qeyd olunmuşdur. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia ərizəsini geri qaytararaq işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməsini bildirmişdir. İkinci dəfə iddia ərizəsi tərtib olunarkən əmək haqqı ala bilmədiyi 2020-ci ilin müvafiq ayları qeyd olunarkən, yalnışlıqla 2020-ci ilin iyun və noyabr ayları qeyd edilməmişdir. İddia rədd edilmiş və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqlarının iddiaçıya ödənilməsi müəyyən edilmiş dir. İddiaçı X1 "EVRASCON” Açıq Səhmdar Cəmiyyətində işlədiyi son 2020-ci ilin məzuniyyət hüququndan istifadə etməmiş, buna baxmayaraq müavinət və digər xərcləri almamışdır. X1 "EVRASCON” Açıq Səhmdar Cəmiyyəti 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarını ödəməmişdir. İddiaçı 17 dekabr tarixində müqavilə başa çatdıqda işdən çıxarılmışdır. O, 15 dekabr tarixində bunun yalan və əsassız olmasına rəhbərliyə ərizə yazsa da, bu günədək cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişdirlər. İddiaçı məcbur olub məsələnin araşdırılması üçün X6 Xidmətinə 15 yanvar 2021-ci il tarixində ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, ƏM-nin 68-ci maddəsinin "a” bəndinə əsasən işdən çıxarılmışdır və haqq hesab ödənilməsində qanun pozuntusuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinə dair məktub yazılmışdır. Bununla belə hələ ki, nəticə yoxdu.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək və iddia müddətinin tətbiqi haqqında ərizə verərərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndələri iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə vermişlər.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1619/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilo va) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sosial sığorta haqqlarının tutulması işəgötürənin vəzifəsi olduğundan, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2020- ci il tarixədək olan müddətlərdə isə iddiaçı cavabdeh X1 "EVRASCON” ASC-də işləmədiyindən (həmin müddətlərdə müvafiq olaraq "X7” MMC-də, "X3” MMC-də işlədiyindən), yəni həmin müddət üçün "EVRASCON” ASC cavabdeh olmadığından iddia həmin müddətlər üçün sosial sığorta haqqlarının tələbi hissəsində rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, iddia eyni əsasla 2020-ci ilin iyun ayı üçün əmək haqqı, 2020-ci ilin aprel, may, iyun, iyul ayları üçün əmək haqqının on faizi məbləğində ödəncin verilməsi, 2020-ci il üçün yanvar ayından iyul ayı daxil olmaqla olan müddət üçün məzuniyyət pulunun alınması hissəsində rədd edilməlidir. Bundan əlavə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 "EVRASCON” ASCdə işləmiş, xx.xx.2020-ci il tarixdə onun hüquqlarının pozulmasını, yəni ona 2020-ci ilin noyabr ayının əmək haqqısının, işlədiyi müddət üçün məzuniyyət pullarının və müvafiq olaraq sosial sığorta haqqlarının ödənilməməsini bildiyi halda hazırkı mübahisənin (əmək haqqı, əmək haqqının vaxtında verilməməsinə görə ödənc tələbi, məzuniyyət və sosial sığorta haqları tələbi) həlli ilə bağlı mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, mediasiyadan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixdə arayış almış və məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarix də müraciət etmişdir. Göründüyü kimi, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülməklə müraciət etmişdir.
11. Məhkəmə hesab etmişdir ki, həmin tələblərə iddia müddəti tətbiq edilməklə iddia həmin hissədə də rədd edilməlidir
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 172, 175, 296-cı maddələrinə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iclasında şahid qismində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi, "Dövlət Sosial Müdafiə Fondu" X8 nümayəndəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin dindirilməsinə baxmayaraq onların şahid ifadələrini məhkəmə nəzərə almamış və qətnamədə qeyd etməmişdir. Məhkəməyə yetərincə sübutlar təqdim olunmasına baxmayaraq heç biri nəzərə alınmam ış və məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
15. Məhkəmə mühasibatlıq ekspertizasının 5 aprel 2024-cü il tarixli, 9/1318 nömrəli ekspert rəyinə əsasən İddiaçı 2009-cu ilin yanvar ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla X1 "xxxx" ASC-də qazma maşınlarının elektriki, sonra isə elektromexanik vəzifəsində işlədiyi dövrdə hesablanmış əmək haqqı, dövlət sosial sığorta haqlarının hesablanması və ödənişlərində heç bir uyğunsuzluq olmadığı müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-488/2024 nömrəli mülki iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin q ətnaməsinin qismən, "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, X1 "xxxx" ASC-nin üzərinə İddiaçı münasibətdə 2016-cı il və 2020-ci ilin aprel, may, sentyabr ayları üçün sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi vəzifəsinin qoyulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin iddia müddəti ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbi ilə bağlı mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, mediasiyadan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx. 2023cü il tarixdə arayış almış və məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüşdür. Belə olan halda halda kollegiya hesab etmişdir ki, qeyd edilən hissələrlə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməklə məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
18. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin 20092020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hissəsinin rədd olunmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmamışdır.
19. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş sosial arayışa əsasən 2016-cı il və 2020-ci ilin ap rel, may, sentyabr ayları üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi nəzərdə tutulan sosial sığorta haqları ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsinin həmçinin bu hissədə iddianın rədd edilməsi ilə bağlı məhz 2010-2012, o cümlədən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək iddiaçının X1 "xxxx" ASC-də işləməsi (yəni həmin müddətlərdə müvafiq olaraq "X3” MMC-də işləməsi) bağlı əsasına münasibətdə isə kollegiya qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi dair ərizəsi rədd edilmişdir Həmin qərardad da qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində hər hansı anlaşılmaz xüsusat yoxdur. Belə ki, "X3” MMC 2018-ci ildə X1 "xxxx" ASC-nin törəmə müəsssisələrindən biri olaraq təsis edilmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü, 175-ci maddəsinin 1-ci, 175-ci maddəsinin 2-ci, 296-cı maddəsinin 3, 4 və 7-ci hissələrinə, “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil1) kassasiya şikayətində iddianın tam təmin olunmasını xahiş edərək dəlillərini belə əsaslandırmışdır ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilmə sinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İddia tələbi bütün hissələrdə tamamilə əsaslı olsa da, apellyasiya məhkəməsi iddia müddətini tətbiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etmiş qalan hissələrdə dəyişdirilmədən saxlamışdır. İddiaçı nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surəti verilməmişdir. İddiaçı məcbur olub məsələnin araşdırılması üçün X6 Xidmətinə 15 yanvar 2021-ci il tarixində ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilmişdir ki, ƏM-nin 68-ci maddəsinin "a” bəndinə əsasən işdən çıxarılmışdır və haqq hesab ödənilməsində qanu n pozuntusuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinə dair məktub yazılmışdır.” Bu məlumatlar məhkəməyə göndərilmiş, lakin qeyd edilən sənədlər işçiyə təqdim edilməmişdir. İşin hallarına görə iddiaçı bundan əvvəl də, Bakı şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5835/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əm ək haqlarının iddiaçıya ödənilməsi müəyyən edilmiş qalan hissədə təmin edilməmişdir. Artıq qeyd olunan qətnamədən sonra, yəni iddiaçı işə bərpa olunmadıqdan sonra pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı məhkəmədə hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə bağlı hüququnun pozulduğunu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5835/2022 nömrəli qətnaməsindən sonra aşkar etmişdir. Çünki işçi əmrin surəti və bununla bağlı digər sənədlər ilə həmin işə baxılan vaxt tanış olmuşdur. Həmçinin işçi həmin iş yekunlaşanadək işə bərpa olunacağını düşünmüşdür. Apellyasiya məhkəməsinin iddia müddətini tətbiq etdiyi iddia tələbləri BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il ta rixli 2(103)-5835/2022 nömrəli qətnaməsində təmin edilmiş iddia tələblərinin davamı kimi baxılmalıdır. İddiaçı iddia tələbinin tam təmin olunması üçün məhkəməyə sübutlar təqdim etmişdir lakin apellyasiya instansiyası məhkəməsi sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq olaraq qiymət verməmiş, iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qətnamə qəbul etmişdir.
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qeyd etmişdir ki, Avro-Asiya İnşaat” Korporasiyası "xxxx" ASC tərəfindən X3” MMC adlı müəssisə təsis olunmamışdır. Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizənin rədd edilməsi, həmin qərardadda Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində hə r hansı anlaşılmaz xüsusat yoxdur, “"X3” MMC 2018-ci ildə Avro X4"xxxx" ASC-nin törəmə müəsssisələrindən biri olaraq təsis edilmişdir” yönümündəki mövqeyi kobud qanun pozuntusudur. Həmçinin məhkəmə ekspert rəyini nəzərə almamasını da əsaslandıra bilməyərək qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qərardada istinad etmişdir həmin Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5835/2022 saylı qərardadına, görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh “X1 Evrascon” ASC tərəfindən verilmiş ərizənin rədd edilməsi müəyyən olunmuşdur. Həmin qərardadın təsviriəsaslandırıcı hissəsində məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmaz hər hansı xüsusat mövcud deyil və buna görə də qətnaməyə izah verilməsi zərurəti yoxdur. Belə ki, “X3” MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X3” MMC 2018ci ildə X1 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, Məhkəmənin istinad etdiyi qərardadın qəbuledilməsi üçün tərəfimizən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilən zaman “X3” MMC-nin sənədləri də təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin diqqətinə çatdırılmışdır ki, həmin MMC-nin təsisçisi Biz deyilik, lakin Məhkəmə izahdan əvvəl sənədlərə deyil internet resurslarına istinad edərək izah verilməməsi barədə qərardad qəbul etmişdir. Həmin zaman tərəfimizdən icra etməli olmadığımız qətnamə icra edilmişdir. Ancaq bu hal da isə düşünürük ki, məhkəmənin həmin qərardada istinad etməsi tamamilə qanunsuz və gələcəkdə icra edilməsi mümkün olmayan qətnamənin qəbulu ilə nəticələnmişdir. Bildiririk ki, “X3” MMC-nin təsisçisi “Evrascon “ASC deyil, həmin şirkətin "xxxx" ASC-yə aidiyyəti yoxdur. Buna dair sənədləri də sizə təqdim edirik. Məhkəmə işi araşdıran zaman həmin MMC-ni üçüncü şəxs kimi cəlb etməmiş, cəlb etmədən izah verilməsi barədə digər Məhkəmənin qərardadına istinad edərək hesab edirik qanunsuz qətnamə qəbul etmişdir. hazırda məhkəməyə təsis sənədlərini təqdim etmək məcburiyyətindəyik ki, məhkəmə bu məsələni araşdıran zaman hüquq normasını düzgün tətbiq edilməməsi məsələsini araşdıran zaman bunu nəzərə alsın b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ün vanlayaraq cavabdehin kassasiya şikayətinin dəlillərinə artıq məhkəmə aktları ilə qiymət verildiyini və kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, buna görə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 172 ( hissə 4). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
26. Maddə 175 ( hissə 1 ). Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
27. Maddə 175 ( hissə 2). İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericil iklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr.
28. Maddə 296 ( hissə 3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. Maddə 296 ( hissə 4) Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil ed ilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətləri ilə qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdır ılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının əmək haqqı, ona hesablanan faiz, məzuniyyət puluna dair tələbləri üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçşmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı sayıla bilməz.
40. Bununla belə, apelyasiya məhkəməsi hesab etmişdir ki, işdə olan sosial arayışa əsasən 2016-cı il və 2020-ci ilin aprel, may, sentyabr ayları üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi nəzərdə tutulan sosial sığorta haqları ödənilməmi şdir. Ona görə də iddia həmin hissədə təmin olunmuşdur.
41. Məhkmələr müəyyən etmişlər ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək X1 "xxxx" ASC-də işləmişdir. Bundan əlavə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənilməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla İddiaçı ödənilməsi öhdəliyi X1 "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Belə olan halda cavabdehin də dəlilləri əsassız hesab edilir.
42. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiya sı Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-488/2024 nömrəli, 31 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.