Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1271/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Sədərək" Firmasına, Cavabdeh Firmasının İddiaçı, X3 və XXXnun İddiaçı və Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1271/21 (Açar sözlər: mülkiyyət mübahisələri) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İlk İddiaçı cavabdeh “Sədərək" Firmasına qarşı “əmlakın sahibliyə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddiaçı Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi” iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və XXXnun cavabdehlər İddiaçı və Cavabdeh Firmasına qarşı “qanunsuz icarə haqqının geri qaytarılması, istifadə hüququnun tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6228/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı, “Sədərək" Firması, X3 və XXX tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02 sentyabr 2010-cu il tarixdə İddiaçı ilə Cavabdeh Firması arasında 6055 saylı Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi İddiaçı Bakı səhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, LökbatanXocasən yolunun cənub-şər q hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahəyə daimi Təyinatı üzrə istifadə hüququ alır. Müqaviləyə görə iddiaçı obyektin hər bir kv. metrinə görə 1000 manat olmaqla ümumilikdə 240.000 manat ödəməli, cavabdeh isə tikinti işlərinin son bəzək-tamamlama işlərinədək mövcud vəziyyətdə təhvil verməlidir. Qeyri-yaşayış sahəsi təhvil-təslim aktı ilə qəbul edilməli idi. Sahəyə görə sifarişçiyə 50% güzəşt edilmişdir. Müqavilə şərtlərinə görə sifarişçi həmin obyekti özü şəxsən işlətməli, 3-cü şəxsin istifadəsinə verdiyi təqdirdə həmin güzəştlər ləğv edilir və firmanın müqaviləni birtərəfli qaydada xitam vermək hüququ yaranır. Müqavilə bağlandıqdan sonra sahənin nə vaxt təhvil verilməsi barədə sənədləşmə aparılmamışdır. İd diaçı etiraf edir ki, həmin sahəni iş üzrə 3-cü şəxslərin icarəsinə vermiş və 2018-ci ilədək icarə haqqı almış, sonradan firma həmin obyekti istifadə etməyə maneələr yaratmağa başlamışdır. Mübahisəli sahə hazırda X3 və XXXnun istifadəsindədir və onlarla firma arasında yeni müqavilə bağlanmışdır. Ona görə İddiaçı hazırkı mübahisəni başladaraq əmlakı öz istifadəsinə qaytarılmasını tələb edir, Firma tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsini, X3 və XXX prosesə qoşularaq iddiaçıya vermiş olduqları pulu və digər vəsaiti tələb edir, eyni zamanda firmaya qarşı tələb irəli sürərək həmin sahəyə onların hüquqlarının tanınmasını tələb edir.
2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İlk İddiaçı məhkəməyə müraciət edərək, 02 sentyabr 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, LökbatanXocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsindən İddiaçı istifadə və sahiblik etməsinə cavabdeh tərəfindən maneə törədilməsinin qanunsuz hesab edilərək, qadağan olunması və qeyri-yaşayış sahələrinin İddiaçı istifadə və sahibliyinə verilməsi, Cavabdeh Firmasından maddi zərər qismində 61.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 81.200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaitinin tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh Firması qarşılıqlı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, Sədərək Firması ilə İddiaçı arasında bağlanılmış 02.10.2010-cu il tarixli 6055 saylı müqaviləyə "xxxx" Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və XXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ticarət Mərkəzinin ərazisində yerləşən qeyriyaşayış sahələrinə Xalça- Sıra 1, Korpus-2, yer 26/28, 120 kv.m və Xalça- Sıra -2, korpus 2, yer 25/27, 120 kv.m istifadə hüquqlarının tanınması və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyinin Cavabdeh Firmasının üzərinə qoyulması, İddiaçı 2010-ci ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitlərini qanunsuz olaraq özündə saxladığı 132000 man at manat vəsait və illik 5% olmaqla 6600 manat faiz borcunun İddiaçı tutularaq onlara ödənilməsi, Cavabdeh Firmasına və digər üçüncü şəxslərə onların ticarət fəaliyyətlərinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlk iddiaçı tələbini belə əsaslandırmışdır: 02 sentyabr 2010-cu ildə cavabdehlə iddiaçı arasında мüqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi İddiaçı Bakı səhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahəyə daimi тəyinatı üzrə istifadə hüququ alır. Müqaviləyə görə iddiaçı obyektin hər bir kv. metrinə görə 1000 manat olmaqla ümumilikdə 240.000 manat ödəməli, cavabdeh isə tikinti işlərinin son bəzək-tamamlama işlərinədək mövcud vəziyyətdə təhvil verməlidir. Müqavilənin sonuna edilmiş qeyddən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin, onlara məlum olmayan səbəblərdən 2018-ci ilin əvvəllərində Həsənov X1 olduğu zaman alınmış 240 kv. metrlik sahə Cavabdeh Firması tərəfindən zəbt edilmiş və iddiaçının dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, ona geri qaytarılmamışdır. Qeyri-yaşayış sahələri 2 ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Müqavilənin 5.1 və 5.2-ci bəndlərinin tələblərini nəzərə alaraq, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə tərəflərindən cavabdehə yazılı şəkildə müraciət olunaraq, bütün maneə lərin aradan qaldırılması, 02 sentyabr 2010- cu il tarixli, 6055 saylı müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi xahiş olunmuş və əks təqdirdə qeyri-yaşayış sahəsinin verilməsi, maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh müraciətləri poçt vasitəsi ilə qəbul etsə də, cavablandırmamışdır. Obyektdən hər ay 1800 (min səkkiz yüz) manat gəlir əldə edirdi. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində son 2 il ərzində həmin gəlirdən məhrum olmuşdur. Bu isə hər ay 1800 manat olmaqla son iki il ərzində ümumilikdə iddiaçıya 43.200 (qırx üç min iki yüz) manat zərər vurulması deməkdir. Maddi zərərlə yanaşı iddiaçıya mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2 ildən artıq müddət ərzində öz əmlakından məhrum olmuş və cavabdehin bu hərəkəti iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və nəticədə iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərərin məbləğinə gəlincə isə cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirik ki, iddiaçıya vurulmuş mənəvi zərərin 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olardı.
7. Qarşılıqlı iddiaçı Cavabdeh Firması tələbini belə əsaslandırmışdır: X2 iddiası onunla bağlanılmış 6055 saylı 02.09.2010-cu il tarixli müqavilənin müddəalarına zidd olduğuna görə rədd edilməlidir. İddiaçı 02.09.2010-cu il tarixdə "xxxx" Firmasına ərizə ilə (ərizə məhkəməyə təqdim edilmişdir) mürac iət etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer ayrılmasını xahiş etmiş və ərizəsində bilavasitə ona veriləcək obyekti "şəxsən özünün işlədəcəyinə" təminat verdiyini bəyan etmişdir. Ərizədə göstərilmişdir ki, "gələcəkdə bu obyekti kirayə verdiyi təqdirdə mənim üçün nəzərdə tutulmuş güzəştlərin ləğv olunacağına etiraz etmirəm". Bundan sonra onunla "xxxx" Firması arasında 02.09.2010-cu il tarixində 6055 saylı müqavilə bağlanılmış və müqavilənin predmeti ticarət fəaliyyətinin həyata keçriilməsi üçün 50% güzəştli şərtlərlə topdansatış obyekti olmuş və müqavilənin qiyməti 240.000 manat müəyyən olunmuşdur. Müqavilədən görünür ki, müqavilə bağlanan zaman müqavilənin 1.3 bəndinə əsasən obyekt mövcud olmuşdur. Müqavilənin 1.4 bəndindən görünür ki, «Sifariçi sifariş etdiyi obyektini iş lətmək hüququnun dəyərinin 100%-ni bir dəfəyə 240.000 manat olmaqla 02.09.2010-cu ilədək ödəməlidir». İddiaçı iddia ərizəsində bildirir ki, müqavilə üzrə müəyyən olunmuş 240.000 manat pulu firmaya ödəmişdir. Bunu onunla əsaslandırır ki, "müqavilənin sonuna edilmiş qeyddən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir". Bu qeyddən başqa İddiaçı heç bir sübut təqdim edə bilmir. İddiaçı bilməlidir ki, "xxxx" maliyyə sənədi deyildir. Müqavilənin sonunda yazılmış və Sədərək Firmasının möhürü ilə təsdiq olunmuş 240.000 manat məbləğ müqavilənin dəyərini göstərir və pulun Firma tərəfindən qəbul edilməsi anlamına gəlmir. "xxxx" Firması tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışından görünür ki, X5 tərəfindən Sədərək Firmasına heç bir vəsait ödənil məmişdir. Nəğd vəsaitlərin kassaya mədaxili müəssisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan Kassa mədaxil orderi ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Mədaxil orderi ilə və ona əlavə edilən sənədlərlə pul alındıqdan sonra bu sənəd tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanır, ona əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə ''Ödənilib'' qeydi edilir. Belə sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Müqavilənin 1.7 bəndində göstərilir ki, «Sifarişçi ilə İcraçı arasında Ticarət Mərkəzi istismara veriləndən sonra, müqavilən in dəyəri tam olaraq ödənildiyi təqdirdə əlavə olaraq təhvil təslim aktı tərtib ediləcəkdir.» Belə aktın olmaması da tam əsas verir ki, müqavilə üzrə müəyyən olunan 240.000 manat Firmanın kassasına mədaxil edilməmişdir. Müqavilənin 1.9 bəndindən görünür ki, «obyektiv səbəblərdən sifarişçi obyekti işlədə bilmədiyi halda, İcraçının iştirakıyla üçüncü şəxsə 20% yuxarı qiymətə sub icarəyə verə bilər, yalnız bu təqdirdə 1.7, 1.1 bəndlərinə edilən güzəştli məbləğ Firmaya ödəniılməlidi». Müqavilənin şərtlərinə görə hətda İddiaçı obyekti Firmanın razılığı ilə icarəyə vermiş olsaydı belə o zaman ümumi icarə dəyərinin ancaq 20%-i ona çatmalıd idi. Müqavilənin 6.2 bəndindən görünür ki, «Bu müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla İcraçının yazılı razılığı olmadan (Sub ic arəyə vermə haqda İcraçının yazılı razılığı olmadıqda) digər üsulla (notarial kontoru, fiziki və ya hüquqi şəxslə bağlanmış digər müqavilə vasitəsilə) hər hansı bir üçüncü şəxsə verilə bilməz». Tərəflər arasında bağlanılmış müqavilənin xarakterindən görünür ki, 6055 saylı müqavilə istifadə hüququ əsas götürməklə icarə müqaviləsidir. Mülki qanunvericilyə uyğun olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. İddiaçı özü etiraf etmişdir ki. Müqavilə şərtlərinə ziddi olaraq sahəni 3-cü şəxslərin istifadəsinə verməklə gəlir götürmüşdür. Eyni zamanda iddia ərizəsində İddiaçı qeyri-yaşayış sahələrini 2 ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirir. Əmlak firmaya məxsus olduğu üçün burada hər-hansı qanunsuz zəbtdən söhbət gedə b ilməz. İddiaçı sübut etməlidir ki, həmin obyektlər ona məxsus olmaqla yanaşı onun tərəfindən istifadə edilmişdir. Göründüyü kimi İddiaçı iddia ərizəsində onunla bağlanılmış müqavilənin 6.2 bəndini pozduğunu birbaşa etiraf edir. İddiaçı heç bir əsasla və müqavilənin heç bir müddəasına əsaslanaraq həmin obyektlərdən heç bir icarə haqqı ala bilməzdi və gəlir götürə bilməzdi. Müqavilənin şərtlərinə görə o, ancaq sahibkarlıq fəaliyyəti göstərməli idi və sahibkarlıq fəaliyyətindən gəlir əldə bilərdi. İddiaçı heç bir sahibkarlıq fəaliyyəti göstərməmiş və qarşı tərəfdən 1800 manat almaqla əsassız varlanmış, "xxxx" Firmasına aid olan icarə pullarını mənimsəmiş və qanunsuz surətdə varlanmışdır. İddiaçı tərəf iddia ərizəsində əldə etdiyi «1800 manat gəlirin» hansı əsasla və kimdən aldığını göstərmir. Başqa sözlə, o, icarəyə verdiyi şəxsləri də aldatmış və onları inandırmışdır ki, ticarət obeykti onun mükiyyətindədir. Müqavilənin şərtləri hər iki tərəf tərəfindən razılaşdırılaraq təsdiqlənmişdir. Bu şərtlərin pozulması müqavilənin ləğv edilməsi üçün əsasdır. Bundan başqa, məhkəməyə təqdim etdiykləri sübutdan da görünür ki, 01 dekabr 2011-ci il tarixində müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya (Əkram Həsənova) 253 saylı 01/12/2011-ci il tarixində rəsmi xəbərnaməli məktub göndərilmiş və ona tərəflər arasında olan müqavilənin 3.5-ci bəndinin tələblərini pozduğu və müqavilənin 21 noyabr 2011-ci il tarxidən ləğv olunduğunu rəsmi qaydada bildirilmişdir. Lakin qarşı tərəf bu məktubu 02.12.2011-ci il tarixdə alsa da ona cavab verməmişdir. İddia müddətinin 3 il olduğunu nəzərə alsaq iddia müddəti də buraxılmışdır. Bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Ticarət obyektləri ümumiyyətlə İddiaçının istifadəsində olmadığına, müqavilə şərtlərinin pozulması və müqavilədə göstərilən 240.000 manat məbləğin ödənilməməsi səbəbindən müqaviləyə xitam verilməlidir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia əriəzlərini belə əsaslandırmışlar: Onlar 2009-cu ildən Cavabdeh Ticarət mərkəzinin ərazisində fərdi ticarət fəaliyyəti ilə məşğuldurlar. Xalça bazarı adlanan ərazidə xalça satıışı ilə məşğuldurlar. Həmin vaxtlar bazar yenicə açıldığına görə qarışıqlıq var idi. Onlar köhnə Aeroport yarmarkasından bura köçürdülər. Ona görə hər kəs özünə yer axtarırdı. Onlar həmin vaxtdan istifadə etmək üçün daha böyük kvadratı olan yer axtarırdılar və soraqlaşıb bu yeri tapdılar. Onlarla e yni kənddən olan X4 məxsus olması bidirilən yeri onun özü ilə razılıq gəlib 2010-cu ilin sonlarında 240 kv. m yeri icarəyə götürdülər. O, bildirdi ki, “bu yeri icarəyə verirəm, lakin müqavilə şərtlərində icarə vermək hüququ olmadığına görə sizdən soruşsalar deyərsiniz ki, Siz mənimlə şərikkisiniz”. Onlar ondan sorusdular ki, “sizin təsdiqlənmiş müqaviləniz varmı? O. da bildirdi ki, mən də Sədərəkliyəm bazar rəhbırliyi də, ona görə heç bir problemim yoxdur. Siz narahat olmayın”. Əkram Həsənov bildirdi ki, “siz aylıq icarə haqqını tam olaraq mənə ödəyəcəksiniz və mən özüm bazarla hesablaşacağam”. Onlar razılaşdılar. Əkrəm onlardan hər ay ona 1800 manat icarə haqqı ödəmələrini istədi və onlar da şifahi qaydada razılaşdılar. 01.01.2015-ci ildən 01.05.2018ci il tarixinə qədər ona hər ay 1200 ma nat ödəyirdilər. Əkrəm, onlara söylədi ki, “mənim vaxtım olmadığına, görə uşaqlarım Orxan və Ayxan gəlib hər ay sizdən pulu götürəcəkdir”. Tez bir zamanda işə başlamalarını düşündüklərindən Əkram Həsənovun müqaviləsinin hüquqi statusunu öyrənməyə onlarda vaxt yox idi. Bundan başqa da bazarda heç kim ümumi qəbul olunmuş normalara əsasən bu işlə heç vaxt maraqlanmamış və əlində müqavilə olduğunu deyən hər kəsə inanmışdır. Əkrəm, onlarla heç bir icarə müqaviləsi bağlamadı və qeyri-yaşayış sahəsini onlara göstərdi və onlar da bu obyektin Əkrəmə məxsus olmasına əmin oldular. Hər iki mağaza xalça fəaliyyəti üçün yararsız olduğuna görə təmir edilməsinə başladılar və 240 kv. m olan obyektin təmirinə 2010- 2011-ci illər ərzində 35.000 manat pul xərclədilər. Ora dəyəri 500.000 manatdan çox olan xalç alar gətirdilər. Həmin vaxt Azərbaycan Manatının ABŞ dollarına olan kursu 1 ABŞ dolan 0.78 manat idi. Hər ay sabit olaraq Əkramın övladlarına 1800 manat ödəyirdilər. Ödənişlər 2010-cu ilin noyabr-dekabr ayı-cəmisi 3600 manat.(ay 1800 manat); 2011, 2012,2013, 2014-cü illər üçün, 48 ay X 1800 manata= 86.400 manat; 2015-ci ilin, yanvar, fevral ayıcəmisi 3600 manat (ay 1800 manat); 2015-ci ilin mart ayından-2018-ci ilin may ayına qədər-hər ay 1200 manat olmaqla, 38 ay X 1200 manata= 45600 manat, CƏMİSİ: Əkram Həsənova ödənilən məbləğ 132.000 manat təşkil edir. Onlar fəaliyyət göstərməyə başladıqdan sonra yəni, 2010-cu noyabr, dekabr ayları üzrə Sədərək Firması onlardan icarə haqqı tələb etmədi, belə ki bazar yenicə formalaşmağa başlamışdı və sahibkarlar üçün şərait yaradılırdı. Lakin, onlara b idlirdilər ki 2011-ci ildən başlayaraq icarə haqqı ödəyəcəklər. Amma onlar, yuxarıda qeyd etdikləri kimi 2010-cu ilin 2 ayının pulunu Əkram Həsənova ödəmişdilər. Hər dəfə ay sonu gələndə nəzarətçilər gəlib aylıq icarə haqqı tələb etdikləri zaman onlar müxtəlif bəhanələr gətirirdilər və icarə müqaviləsi əsasında 1 kv.m üçün 6 manat olmaqla icarə haqqını vermirdilər. Təkcə tərəflərindən Sədərək Firmasına kommunal xərclər (işıq, su və s. zibilin daşınması və mühafizənin təmin edilməsi,) aylıq olaraq cəmi 120 manat olmaqla ödənilirdi. Hər dəfə nəzarətçilər onlara bildirəndə ki, borcları çoxalır, onlar narahat olurdular və bu barədə Əkram Həsənova bildirirdilər, Əkrəm, isə onlara deyirdi ki “narahat olmayın bu məsələ mənlikdir, mən özüm bu məsələni rəhbərliklə həll edəcəm, onlarla eyni kənddənə m, qohumuq” və s. Hər dəfə nəzarətçilər gəlib onlardan icarə haqqını soruşduqda onlar nəzarətçilərdən vaxt istəyirdilər və ticarətin zəif getdiyini bəhanə edərək pulun verilməsini yubadırdılar. Amma, heç bir halda yeri icarəyə götürdüklərini demirdilər. 2015-ci ilin fevral ayında manatın devalvasiyası baş verdi, bütün sahibkarlar kimi bu onlara da təsir etdi və bazar rəhbərliyi onların üzərlərinə bu məsələ ilə bağlı çox getmədi və 2015-ci sonlarında 2-ci devalvasiya baş verdiyi zaman müəyyən müddət üçün Əkram Həsənovdan problemin həll olunub olunmamasını öyrənə bilmədilər. Lakin, aylıq icarə haqqı kimi onlardan icarə pulunu yenə də övladları vasitəsilə almaqda davam edirdi. Manat devalvasiya olduqdan sonra ona 2015-ci ilin mart ayından hər ay icarə haqqı olaraq 1200 manat ödəməyə başladıla r. Nəhayət, 05.01.2016-cı il tarixində “Sədərək" Firması onlara məktubla borcları barədə yazılı müraciət etdi. Həmin vaxt icarə haqqı üzrə borclarının 86.400 manat olduğunu bir daha bildikdən sonra Əkram Həsənovla əlaqə yaratdılar. Əkrəm, onlara bildirdi ki, “narahat olmayın, mən özüm Firmanın məsul şəxsləri ilə əlaqə yaradıb, məsələni yoluna qoyacağam”. Onlar bu dəfə də Əkrəmə inandılar. Əkrəmə bildirdilər ki, “bizimlə Firma arasında icarə müqaviləsi də mövcudur və orada icarə haqqı 1 kv.m üçün 6 manat müəyyən olunmuşdur. Siz isə bizdən 7 manatdan almısınız”. 2018-ci ilin may ayında onlara məlum oldu ki, Əkram Həsənovun Ticarət mərkəzi ilə müqavilə bağlasa da müqavilədə razılaşdırılmış dəyəri Firmaya ödəməmişdir. Bundan başqa onların verdikləri aylıq 1800 və 1200 manat icarə haqqlarında n Firmanın kassasına da heç bir vəsaiti mədaxil etməmişdir. Onlar bunu bildikdən sonra Əkramla yenə də əlaqə yaratdılar və Əkrəm, onlara bildirdi ki “siz mənə vaxt verin, mən özüm bu məsələni yoluna qoyacağam”. Onlar Əkrəmdən pullarını tələb etdilər o, isə müxtəlif bəhanələr gətirdi və vaxt istədi. Lakin, məlum olduğu kimi bu iş hələ də həll olunmamış qalır və iş məhkəmədədir. Pullarını da Əkram Həsənov qaytarmamışdır. Firma onlarla 28.01.2015-ci il tarixində icarə müqaviləsi bağlamışdır. Ondan əvvəl də aralarında icarə müqaviləsi olmuşdur. İcarə müqaviləsində icarə qiyməti müəyyən olunmuşdur. Həmin qiymətə eyni zamanda xidmət haqqı da daxildir. 2018-ci ilin may ayından sonra icarə haqqını sabit olaraq Firmanın kassasına ödəməyə başladılar. Bundan sonra Firma rəhbərliyi onlardan yenə də tə ləb etdi ki, “ticarət obyekti üzrə ödəmədiyiniz əvvəlki illərin aylıq icarə haqqlarını Firmanın kassasına ödəməlisiniz. Ödəməcəyiniz halda ticarət mərkəzinin rəhbərliyi məcbur olub yerin boşaldılmasını tələb edəcəkdir və bizə xidmət dayandırılacaqdır”. Bu barədə Firmanın onlara yazılı müraciəti olmuşdur. Tələb yenə də qüvvədədir. Onlar Firmadan xahiş edərək vaxt istədilər ki, Əkram Həsənovu tapıb pullarını ondan alıb Firmaya verərlər. Lakin, Əkram Həsənovun onlara verdiyi vəd yerinə yetirilmədi. Məhkəmə prosesini bildikdən sonra tam əmin oldular ki, Əkram Həsənovun məqsədi onlara pulu qaytarmaq olmamış, sadəcə onları aldatmışdır. Hal-hazırda onların Firmaya ödəmədikləri keçmiş illər üçün 123840 manat (1kv.m üçün 6 manat olmaqla) manatdan çox bocları yaranmışdır. Onlar bu pulları Əkram Həsə nova ödəmişlər və tələbləri odur ki, həmin borc məbləği Əkramdan tutularaq onlara qaytarılsın və həmin pulu da onlar Firmaya ödəməklə borclarını silə bilərlər. Bu pulun ödənilməsini Firma onlardan tələb edir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müqaviləyə əsasən Əkram Həsənov orada heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmiş və onların hesablarına əsassız varlanmışdır. Göründüyü kimi onlarla Əkrəm arasında müqavilə olmamış, hüquq və öhdəlikləri müəyyən olunmamışdır. Hal-hazirda onların uzun illər ərzində qurduqları biznes təhlükə altındadır. Məhkəmə qərarı ilə onlar öz bizneslərini tam sığortalaya bilərilər. Bu da ondan ibarətdir ki, 10 ildən çox müddətdə tam olaraq onların istifadələrində olan, təmir olunan, biznes fəaliyyətinin həyata keçirilməsi üçün respublikada və onun hüdüdlarından kənarda tanıdılan xalça biznesi istifadələrində olan yerin əllərindən alınması halında (buna da artıq real zəmin yaranmaqdadır) tam iflas ola bilərlər və onlara küllü miqdarda ziyan dəymiş olardı. Buna görə hər iki obyektə onların istifadə hüquqları tanınmalı və Sədərək Firması onlarla uzun müddətli istifadə hüququ barədə müqavilə bağlamalıdır. Cavabdeh Firması bu müqaviləni onlarla bağlaması üçün məhkəmə qətnaməsi çıxarılmalıdır. Çünki, onlar Sədərək Firmasına icarə müqaviəsinin daimi istifadə hüququ ilə əvəz edilməsini xahiş etdikdə onlar bundan imtina etdilər. Eyni zamanda onların Cavabdeh Firmasına olan borcları Əkram Həsənovdan tutulmalıdır. Belə ki, o heç bir hüququ olmadan onlardan həmin pulu aldatma yolu ilə almışdır. Bunu nəzərə alaraq illik 5% o lmaqla Əkram Həsənovun özündə saxladığı məbləğə əlavə olaraq 6600 manat da tutulub onlara verilməlidir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(002)181/2021 nömrəli qətnaməsi ilə (hakim G.Əhmədova) ilk iddia, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi üzrə sübutetmə yükü məhz ilk iddiaçının üzərinə düşür. Belə ki, ilk iddiaçı müvafiq sahənin onun qanuni sahibliyində olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin sahənin onun qanuni sahibliyindən və istifadəsindən çıxması halını sübutetmə öhdəliyini daşıyır.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi 01.12.2011-ci il tarixdə ləğv olunmuşd ur. İlk iddia tələbi üzrə cavabdehin verdiyi izahatdan aydın olur ki, müvafiq icarə müqaviləsinin ləğv edilməsinin əsası qismində ilk iddiaçının icarə haqqı ödəməməsi, habelə onların razılığı olmadan müvafiq sahəni üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı müvafiq icarə sahəsini üçüncü şəxslərin istifadəsinə vermiş və buna görə icarə haqqı almış, Sədərək firmasına icarə haqqı ödəməmişdir. Qeyd edilən hal ilk iddiaçının izahatı, üçüncü şəxslərin izahatı və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. İlk iddiaçı müvafiq icarə müqaviləsinin ləğv olunmadığını, 2018-ci il tarixədək, 8 il həmin obyekti özü və üçüncü şəxslərin vasitəsilə istifadə etdiyini, 2018-ci ildən cavabdeh tərəfindən ona maneçilik t örədildiyini bildirsə də, həmin hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq icarə sahəsi 28.01.2015-ci il tarixli icarə müqaviləsinə əsasən üçüncü şəxslərin istifadəsinə verilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə ilk iddiaçının müvafiq sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən şəxs mülkiyyətçi və ya qanuni sahib qismində ona məxsus əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Hazırki halda isə, ilk iddiaçının mübahisə predmeti olan sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi icarə oby ektinin onun sahibliyinə və istifadəsinə qaytarılması hissəsində əsassız olmaqla, təmin edilməməlidir.
12. İlk iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 61200 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, qeyd edilən məbləğdə ona maddi ziyan vurulması, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona həmin məbləğdə ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı ilk iddia tələbi üzrə cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində ilk iddiaçıya qeyd edilən məbləğdə maddi ziyan vurulması, habelə vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halını müəyyən etmək mümkün olmamışdır.
13. İlk iddiaçı cava bdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı ilk iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
14. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi ilk iddia tələbinin maddi və mənəvi zərər hissəsində də təmin edilməməsi nəticəsinə gəlmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka dair müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Bu halda, ilk iddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi tarixə dair sübut tə qdim etmədiyindən, iddia müddətinin axımı məhz tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və bu barədə ilk iddiaçıya xəbərdarlıq məktubunun göndərildiyi tarixdən hesablanmalıdır. İlk iddiaçı müvafiq iddia tələbi üzrə məhkəməyə 14.09.2020-ci il tarixdə müraciət etmişdir. Qeyd edilən halları əsas götürərək, mülki qanunvericiliyin tələbini rəhbər tutaraq, məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, ilk iddia tələbi iddia müddəti tətbiq edilməklə də rədd olunmalıdır.
16. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış 02.09.2010-cu il tarixli 6055 №li müqavilə 01.12.2011-ci il tarixdə qarşılıqlı iddiaçı tərəfindən ləğv olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq müqavilənin ləğv edilməsinə səbəb ilk iddiaçının icarə haqqı ödəməməsi və üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi artıq ləğv edilmiş, bununla da, tərəflər arasında həmin müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Bu halda, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi ləğv edildiyindən, artıq həmin müqavilə mövcud olmadığından və bunun nəticəsində həmin müqavilədən irəli gələn hüquq münasibətlərinə, öhdəliklərə xitam verildiyindən, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs XXX ilə Sədərək firması arasında mübahisə predmeti olan sahəyə dair 28 yanvar 2015-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən mübahisə predmeti olan qeyriyaşayış sahəsi üçüncü şəxsin istifadəsinə verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin sahə hazırda da üçüncü şəxslərin istifadəsindədir.
18. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, üçüncü şəxslər qeyd edilən hallara dair, habelə həmin məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ələ keçirilməsi, məhz cavabdehin hərəkətləri nəticəsində həmin məbləğdə pul vəsaitindən onların məhrum olması hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halların sübut edilməsi öhdəliyi məhz üçüncü şəxslərin üzərinə düşür. Bununla da, üçüncü şəxslərin məhz cavabdehin hərəkətləri nəticəsində qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də qeyd edilənləri əsas götürərək, məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərin iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir.
19. Həmin qətnamədən iş üzrə tərəflər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)-6228/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova – sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(002)-181/2021 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmış dır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
22. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı mülki iş üzrə ilk iddiaçının müvafiq sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. İddiaçıla Cavabdeh Firması arasında bağlanmış 02 sentyabr 2010-cu il tarixli müqavilədən görünür ki, müqavilənin sonunda cavabdeh tərəfindən tarix (02.09.2010) və məbləğ (240.000 manat) qeyd edilərək imzalanmış və möhürlənmişdir. Lakin, həmin məbləğin, yəni 240.000 manatın ödənilməsini təsdiq edəcək ödəniş sənədi nə 1-ci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim olunmamışdır.
23. Müqavilə bağlanandan bir il sonra isə, yəni 02 sentyabr 2011-ci il tarixdə İddiaçı mağazalara dair ü zərində Cavabdeh Firmasının möhürü vurulmuş 2 ədəd qeydiyyat vərəqəsi verilməsi ilə bağlı apellyasiyanın dəlilləri üzrə araşdırmanın nəticəsinə dair qeyd olunmuşdur ki, həmin 2 ədəd qeydiyyat vərəqəsi səlahiyyətli şəxs (ümumiyyətlə heç kim tərəfindən) imzalanmadığına görə həmin vaxt və sonrakı dövrlərdə qeyri-yaşayış sahəsinin ilk iddiaçının qanuni sahibliyində olmasına dəlalət etmir. Daha sonra apellyasiyanın dəlillərindən biri də İddiaçı tərəfindən müqavilə bağlanılan zaman Cavabdeh Firmasına məxsus bir neçə kitabda imza olunmuş və obyektə dair bütün qeydlər həmin kitablarda aparılması olmuşdur.
24. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının vəkili tərəfindən verilmiş vəsatət təmin edilərək, Cavabdeh Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabı, qeydiyyat vərəqələri nin qeydiyyat kitabı və nəzarətçilərin qeydiyyat kitabı, o cümlədən başqa şəxslərlə bağlanmış müqavilələr üzrə edilmiş ödənişləri təsdiq edən ciddi hesabat blankı olan mədaxil orderləri (qəbzləri) Cavabdeh Firmasından tələb olunsa da, həmin sənədlərin təqdim olunması mümkün olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh Firmasına ünvanladığı 2(103)- 6228/2021 saylı, 09 iyul 2021-ci il tarixli sorğusuna Cavabdeh Firması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qaradağ rayon X6 Hissəsi tərəfindən verilmiş Arayış təqdim edərək sənədlərin tamamı ilə yandığını bildirmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qaradağ rayon X6 Hissəsinin 37/39-287 saylı, 16 iyul 2021-ci il tarixli Arayışına əsasən müəyyən edilmişdir ki, 16.11.2018-ci il tarixdə s aat 1146 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində ümumi sahəsi 1400 m2 olan anbarda yanğın baş vermişdir.Yanğın zamanı anbarda 200 m2 sahədə yanar konstruksiya, əşyalar və “Sədərək" firmasına məxsus arxiv sənədləri tamamilə yanmışdır.
25. Həmin qətnamədən iş üzrə tərəflər ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
26. İlk İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətin i onunla əsaslandırmışdır ki, müqavilənin sonuna edilmiş qeyddən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Həmin obyekt 2018-ci ilin əvvəllərinə kimi iddiaçının istifadə və sahibliyində olmuşdur. İddiaçı Ukraynada olduğu müddətdə cavabdeh həmin obyekti zəbt etmiş, iddiaçı dəfələrlə tələb etsə də, cavabdeh onu qaytarmaqdan imtina etmişdir. İddiaçıyla bağlanmış müqavilə ilə bağlı bütün sənədlərin əsillərinin Cavabdeh Firmasında mövcud olmasına baxmayaraq, cavabdeh bu sənədlərin məhv olması görüntüsünü yaratmışdır. Halbuki, həmin sənədlər “Elit” korpusunda saxlanılır və həmin korpusda heç bir yanğın hadisəsi baş verməmişdir. Həmçinin, məhkəmələr nəzərə almamışdır ki, üçüncü şəxslər 10 ildən artıq müddətə kommunal xərclərə görə Cavabdeh Firmasına pul ödəmiş, lakin bunu təsdiq edən heç bir ödəniş sənədi onlara verilməmişdir.
27. Qarşılıqlı iddiaçı Cavabdeh Firması kassasiya şikayəti verərək qətnamənin qismən – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə ləğv olunsa da, cavabdeh müqavilənin xəyalən qüvvədə olduğu qənaətindədir. Odur ki, gələcəkdə Firmanın məhkəmə proseslərinə cəlb olunmaması, məhkəmələrin əlavə işlərlə yüklənməməsi üçün müqaviləyə məhkəmə qaydasında xitam verilməlidir.
28. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və XXX kassasiya şikayəti verərək qətnamənin qismən – müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının rədd edilməsi hissəsində ləğv edil məsini, iddianın həmin hissədə təmin edilməsinə dair yeni qərar qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər artıq 10 ildən artıqdır ki, mübahisəli obyektdən istifadə edir və istifadə hüququ cavabdeh tərəfindən tanınmırsa, cavabdeh tərəfindən istifadə hüququna dair müqavilə bağlamaqdan imtina edilirsə, mübahisə yaranırsa, əlbəttə məhkəmə cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsini qoymalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə. 6.1, 6.1.2, 6.1.5. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir.
31. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. M addə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmələr müəyyən etmişlər ki, 02 sentyabr 2010-cu il tarixdə İddiaçı ilə Cavabdeh Firması arasında 6055 saylı Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi İddiaçı Bakı səhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində özü ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahəyə daimi Təyinatı üzrə istifadə hüququ alı r. Müqaviləyə görə iddiaçıya 50 % endirim edilməklə obyektin hər bir kv. metrinə görə 1000 manat olmaqla ümumilikdə 240.000 manat ödəməli, cavabdeh isə tikinti işlərinin son bəzək-tamamlama işlərinədək mövcud vəziyyətdə təhvil verməlidir. Qeyri-yaşayış sahəsi təhvil-təslim aktı ilə qəbul edilməli idi. Müqavilə şərtlərinə görə sifarişçi həmin obyekti özü şəxsən işlətməli, aylıq icarə haqqı ödəməli, 3-cü şəxsin istifadəsinə verdiyi təqdirdə həmin güzəştlər ləğv edilir, bir aylıq icarə haqqı ödənilmədiyi təqdirdə firmanın müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranır. Müqavilə bağlandıqdan sonra sahənin nə vaxt təhvil verilməsi barədə sənədləşmə aparılmamışdır. İddiaçı etiraf etmişdir ki, həmin sahəni iş üzrə 3-cü şəxslərin icarəsinə vermiş və 2018-ci ilədək icarə haqqı almışdır. Firma iddiaçının müqavilə şərtlərini pozaraq obyektin razılaşdırılmış dəyərini ödəmədiyi, onu firmanın razılığı olmadan 3-cü şəxslərin icarəsinə verdiyi və firmaya heç bir haqq ödəmədiyi üçün müqavilənin müvafiq bəndlərini (3.5.bəndi) nəzərə alaraq onu birtərəfli qaydada ləğv etmişdir.
42. Tərəflər arasında bağlanmış müqavilənin hansı müqaviləyə aid olması aydın deyil. Çünki orada qarışıq şərtlər nəzərdə tutulmuşdur. Düzdür, tərəflər onu icarə müqaviləsi kimi qiymətləndirsələr də, həmin müqavilədə icarə müqaviləsinə xas olmayan fərqli müddəlar da mövcuddur. Lakin, nə qədər ki, tərəflər sərbəst iradə nümayiş etdirərək həmin müqaviləni bağlamışlar, müqavilənin şərtəlri tərəflər üçün məcburi xarakter daşıyır. Ona görə işə baxan məhkəmələr mübahisəni həll edərkən müqavilə və öhdəlik hüquq mü nasibətlərini nizama salan maddi hüquq normalarını tətəbiq etməkdə haqlı olmuşlar.
43. Məhkəmələr iddiaçının müqavilənin mühüm şərtlərini pozmasını işin sübuta yetirilmiş halları kimi qəbul etmişlər. O cümlədən, obyektin firmanın razılığı olmadan 3-cü şəxslərin icarəsinə verilməklə gəlir götürülməsinin qadağan edilməsi barədə müqavilə şərtləri pozulmuşdur. Bu halı iddiaçı özü etiraf edir. Müqaviləyə görə belə subicarə müəyyən şərtlərlə mümkün hesab edilir (1.8-ci bənd) və onun nəticələri müqavilənin birtərəfli qadada xitam edilməsinə əsas verir.
44. Müqavilənin 1.8 bəndində aylıq ödənişlərin edilməsi nəzərdə tutulur və 3.5-ci bənddə ödənişlərin bir ay gecikdirilməsinin müqavilənin birtərəfli qaydada xitam edilməsinin əsası kimi göstərilir.
45. İddiaçı müqavilə şərtlərinə zidd olaraq sahəni başqalarının icarəsinə verməsini etiraf etmiş, əldə etdiyi vəsaitdən firmaya hər-hansı məbləğ ödəməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. İşə baxan məhkəmələr iddiaçının həmin məsələ ilə bağlı sübutetmə vəzifəsinin öhdəsində gələ bilməməsinə dair prosessual hüquq normalarını tətbiq etməkdə haqlı olmuşlar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmə k üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
46. İlk iddiaçının qeyri-yaşayış sahəsini firmanın razılığı olmadan digər şəxslərin icarəsinə verərək gəlir götürməsi və həmin gəlirdən heç bir məbləği firmaya ödəməsini sübuta yetirə bilməməsi tərəflər arasında müqavilənin ləğv edilməsi üçün firmaya əsaslar vermişdir.
47. Kollegiya bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan hallar özlüyündə qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması tələbinin rədd olunması əsası kimi çıxış edir. Hətta, firma tərəfindən müqavilənin ləğv olunması zamanı hər-hansı pozuntuya yol verildiyi aşkar edildiyi təqdirdə (müqavilənin birtərəfli qaydada ləğv edilməsi prosedurundan söhbət gedir) belə, həmin iddia təmin olunan iddia deyil. Çünki, eyni əsaslar firmanın müqaviləyə xitam verilməsi tələbinin təmin olunması üçün əsasdır. Belə olan təqdirdə qarşılıqlı iddia təmin olunan iddiadır. Ona görə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə ilk və qarşılıqlı tələblərlə bağlı mahiyyəti düzgün nəticəyə gəlmişdir və formal əsaslarla qətnamənin ləğv edilməsinə zərurət yoxdur.
48. İlk iddiaçının əsas tələbi (əmlaka münasibətdə maneələrin aradan qaldırılması) təmin olunmadığı üçün vurulmuş zərər və mənəvi zərərlə bağlı tələbləri təmin etməməkdə Apellyas iya Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
49. İlk iddiaçının kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi MPM-ə əsasən (§36), işin faktiki halları deyil, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlanılır. Həmçinin, ilk iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər onun iddia ərizəsində və apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir ki, həmin dəlillərə aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmaqla, hüquqi qiymət verilmişdir.
50. Yuxarıda şərh olunan dəyərləndirmə eyni zamanda firmanın verdi yi kassasiya şikayəti ilə bağlı dəyərləndirmə kimi qəbul edilməlidir. Çünki firmanın tələbi müqaviləyə xitam verilməsi ilə bağlıdır ki, yuxarıda şərh edilənlərlə həmin məsələyə qiymət verilmişdir.
51. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxslərin kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq, üçüncü şəxslərin iddia tələbinin Mülki Məcəllənin (§28) mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinə zidd olduğu qənaətinə gəlmişdir. Üçüncü şəxslər israrla mübahisəli obyektin 10 ildən artıq müddətdə onların istifadəsində olduğunu bildirsələr də, bu hal doğru olduğu təqdirdə də, özlüyündə Firmanın üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması üçün qanuni əsas deyildir.
52. Məhkəmə kollegiyası üçüncü şəxslə rin iddia tələbinin digər hissəsinə münasibətdə də apellyasiya məhkəməsinin gəldiyi nəticəylə razılaşaraq qeyd edir ki, üçüncü şəxslər cavabdehin təqsirli hərəkətləri nəticəsində ona həmin məbləğdə ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər.
53. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§31-§33) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Odur ki, kassatorların formal mülahizələrə əsaslanan dəlilləri apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: İddiaçı, “Sədərək" Firması, X3 və XXX tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6228/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova