Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1272/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı nümayəndəsi X1, vəkili 1, cavabdehin və vəkili2 iştirakı ilə, İddiaçının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8834/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.A.Qasımov) 2(008)-7595/2017 saylı, 17 avqust 201 7-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 40730 manat manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və V.T.Həsənov) 2(103)-1222/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) 2(103)-3900/2018 saylı, 11 iyun 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Mə hkəməsinin MK-nın 2(103)-1222/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ş.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-8834/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunub, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/17 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilib, iddia təmin edilməyib, iddiaçıya qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2014-cü il tarixli hökmünə əsasən cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İşin h alları İddiaçı cavabdeh qarşı pul tələbinə dair iddia ilə müraciət edərək cavabdehdən 40730 manat borcun, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci madəsinin tələblərinə uyğun olaraq bank uçot dərəcəsi nəzərə almaqla faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 mart 2011-ci il tarixdən 17 iyul 2011-ci il tarixədək cavabdeh cəmi 60580 manat dəyərində 585 və 750 əyyarlı qızıl-zinət əşyaları satmış, həmin malların pulundan bir hissəsi ona ödənilmiş, qalan 41100 manat pulu isə ödəməkdən cavabdeh imtina etmişdir. Cavabdeh onu aldadıb qızıl-zinət əşyalarını ələ keçirməsi qənaətinə gələrək polis orqanına şikayət etmişdir. Cavabdeh barəsində cinayət işi başlanıb şübhəli şəxs kimi tutulsa da, sonradan onun barəs ində cinayət təqibinə xitam verilmişdir. İstintaq orqanı cavabdehi onun 40730 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ələ keçirməyə görə cinayət məsuliyyətinə cəlb etmiş, sonuncu haqqında məhkəmə hökmü çıxarılmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınsa da, hesab edir ki, Aybəniz Babayevanın deyil, cavabdehin hərəkətlərinə görə zərər çəkmişdir. Ona görə cinayət işi üzrə Aybəniz Babayevaya qarşı mülki iddia ilə çıxış etməmiş, pulunu cavabdehdən tələb etmişdir. Cavabdeh özü isə Suraxanı rayon məhkəməsində X3 qarşı iddia tələbi ilə müraciət etmiş, həmin məhkəmənin 30 may 2012-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək X1 onun xeyrinə 84500 manat pulun tutulması barədə qətnamə çıxarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edi lmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)8834/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz: Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştiarak edən iddiaçı nümayəndəsi və vəkili1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh və vəkili2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8834/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2011-ci ilin mart ayının ortalarından iyun ayının ortalarına kimi cavabdehə satmaq üçün qızıl-zinət əşyaları vermiş, sonuncu həmin əşyaların, yaxud da onların dəyərinin bir hissəsini qaytarmamışdır. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 40730 manat pul və həmin pul vəsitinin qanunsuz saxlanmasına görə bank uçot dərəcəsinə uyun olaraq faiz məbləği tələb edir. İş üzrə yuxarıda göstərilən qərarlar qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamağla bərabər işin hallarına və tərəflərin q arşılıqlı munasibətlərinə uyğun əsaslandırılmamış, kassasiya instansiyasında işə baxan məhkəmənin 11 iyun 2018-ci il tarixli qərarında şərh edilən məcburi göstərişlərə əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. İş materiallarından görünür ki, işə 1-ci dəfə apellyasiya instansiya məhkəməsi baxıb iddia tələbini rədd edərkən tərəflər arasında nisyə alqı-satqı munasibətlərinin olmadığını, iddiaçının iddia tələbinin hüquqi əsasını düzgün seçmədiyini qeyd etmiş, İddiaçı tapşırıq münasibətlərinə əsaslanaraq yeni iddia verməli olduğunu göstərmişdir. Kassasiya inst ansiyası məhkəməsi 11 iyun 2018-cil il tarixli qərarı ilə iş üzrə apellyasiya instansiya məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilib, işi yenidən apellyasiya qaydasında baxılması üçün göndərərkən belə nəticəyə gəlmişdir ki,apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli və obyektiv bamamış, tərəflər arasında olan hüquq münasibətlərini düzgün dəyərləndirməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı qızıl-zinət əşyalarını cavabdehə alqı-satqı ilə məşğul olduğu köşkdə satmaq üçün cavabdehə vermiş, cavabdeh isə həmin əşyaların dəyərinin bir hissəsini ilkin ödəniş kimi iddiaçıya verərə k qalan pulu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İşdən daha sonra müəyyən edilir ki, cavabdeh aldığı qızıl-zinət əşyaların üzərinə pul qoyaraq satmışdır. Bu məqsədlə də iddiaçıdan aldığı qızıl-zinət əşyalarını X5 vermişdir. Bu hallar cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatdan da müəyyən edilir. Belə ki, cavabdeh verdiyi izahatında bildirmişdir ki: “Samaradan qızılları alarkan malın pulundan 25-30% qabaqcadan ödəyirdim. Samara mənə qızılları kredit kimi, yəni pulunu hissə-hissə ödəmək şərti ilə vermiş, qızıl məmulatlarının 1 qramını 48-50 manatdan hesablamış, mən də 1 qramına 2 manat əlavə edib satırdım. Qızılları Samaradan pulunu 1 il müddətinə ödəmək şərti ilə almışdım.” Göründüyü kimi, tərəflər arasında olan münasibətlər tapşırıq münasibətləri deyil, nisyə alqı-satqı münasibətləri olmuşdur. Bu, iddiaçının cavabdehdən aldığı qızıl-zinət əşyalarına görə iddiaçıya 25-30 faiz ilkin ödəniş etməsi və aldığı qızıların üstünə əlavə pul qoyaraq digər şəxslərə satması ilə bir daha təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Normadan göründüyü kimi, tapşırıq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, bir şəxs digər şəxsin tapşırdığı işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Hazırki işdə isə nor mada göstərilən münasibətlər movcud olmamışdır. Cavabdeh ilə iddiaçı Samara Mansırova arasında qızıl-zinət əşyalarının qiyməti barədə konkret razılaşma olmuş, Cavabdeh həmin dəyərin bir hissəsini əvvəlcədən (ilkin ödəniş) ödəmiş, qalan məbləği qızıl-zinət əşyalarını satandan sonra ödəməyi öhdəsinə götürmüş, sonra isə həmin əşyalara yeni qiymət qoyaraq digər şəxslərə satmış, yaxud satmaq üçün vermişdir. Cavabdeh qızıl-zinət əşyaları konkret nəticə əldə olunmasına təminat verməklə, yəni pulunu qaytarmaq barədə öhdəlik götürməklə iddiaçıdan almışdır. Belə olan halda tərəflər arasındakı münasibətlər tapşırıq deyil, nisyə alqı-satqı münasibətləridir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin alqı-satqı olmaması barədə qənaətini əsaslandırarkən qanuni qüvvəyə m inmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2014-cü il tarixli hökmü ilə müəyyən olunmuş halların hazırkı mübahisənin həlli üçün Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə üstün hüquqi qüvvəyə malik olmasına istinad etmişdir. Həmin hökmə görə X9 özgə əmlakını ələ keçirmək məqsədi ilə 2011-ci ilin mart ayının ortalarından həmin ilin iyul ayının ortalarına qədər olan müddət ərzində Cavabdeh vasitəsi ilə onun tanışı X14 qızını aldadaraq sonuncunun Cavabdeh satış üçün verdiyi cəmi 40730 manat dəyərində müxtəlif adda qızıl-zinət əşyalarını ələ keçirmiş və nəticədə zərərçəkmiş şəxs Samara Mansırovaya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin göstərilən hökmün yalnız had isənin olub-olmaması hissəsində hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu, göstərilən hökmlə də hadisənin, yəni Aybəniz Babayeva tərəfindən dələduzluq yolu ilə qızıl-zinət əşyalarının ələ keçirməsi faktı təsdiq edilmişdir. Həmin əşyaların nisyə alqı-satqı müqaviləsi əsasında hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə satılmaması faktı isə müəyyən edilməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı Samara Mansırovanın 40730 manat dəyərində qızıl-zinət əşyalarından məhrum olması təkcə Aybəniz Babayevanın dələduzluq əməllərinin deyil, həmçinin cavabdeh ehtiyatsızlığının nəticəsidir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında əlavə edilmiş Suraxanı rayon məhkəməsinin 30 may 2012-ci il tarixli qətnaməsi ilə müəyy ən edilmiş hallara düzgün hüquqi qiymət verməyərək Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini səhv təfsir etmişdir. Belə ki, iş materiallarında olan Suraxanı rayon məhkəməsinin 30 may 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilərək sonuncudan 84500 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, cavabdeh X2 ona borclu olduğu pulun içərisində, hazırkı iş üzrə iddiaçıya verməli olan pulun da olmasını qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Apellyasiya instansiyası məhkəməsi bu məsələyə münasibət bildirirək qeyd etmişdir ki, Suraxanı rayon məhkəməsinin 2(010)1196/2012 nömrəli mülki iş üzrə qəbul etdiyi 30.05.2012-ci il tarixli qətnamədə hazırki iş üçün preyudisial əhəmiyyət kəsb edən hal yoxdur. Belə ki, həmin qətnamədən görünür ki, cavabdeh (hazırkı işdə cavabdeh) Aybəniz Babayevaya cinayət işində təqsirləndirilən şəxsə) qarşı iddia ilə məhkəməyə müraciət edərək 87000 manat məbləğində kredit borcunun qaytarılmasını tələb etmiş, qətnamə ilə iddia qismən təmin edilmiş, 84500 manat məbləğində pulun X11 Verdiyevanın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə kredit münasibətinə əsaslanmışdır. Hazırkı işdə tərəflərin tələb və etirazlarının kredit münasibəti ilə heç bir əlaqəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin kredit mübahisəsinə əsa slandığını, hazırkı işdə tərəflərin tələb və etirazlarının kredit münasibəti ilə heç bir əlaqəsinin olmamasını qeyd etmiş, lakin həmin iş üzrə X12 Verdiyeva olan borcunun sonuncunun hazırki iş üzrə iddiaçı Samara Mansırovadan aldığı qızıl-zinət əşyalarının da Aybəniz Babayevaya verməsi və Aybəniz Babyevanın həmin əşyaların pulunun qaytarılmaması nəticəsində notariat orqanına gedərək borcun etirafı barədə müqavilə bağladıqlarını diqqətdən qaçırmışdır. Həmin qətnamədən həmçinin müəyyən edilir ki, qeyd edilən iş üzrə X9 izahatında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı Cavabdeh qızıl-zinət əşyaları satmaqla məşğul olur. O, Ramiləyə həmin qızıl-zinət əşyalardan götürüb satmaq istədiyini bildirmiş və iddiaçı onunla razılaşaraq bu məqsədlə ona xeyli miqdarda qızıl-zinət əşyaları ve rmişdir. O, həmin qızıl-zinət əşyalarını ucuz qiymətə «Laçın» ticarət mərkəzində yerləşən qızıl dükanlarından birinə sataraq, satışdan əldə etdiyi 36000 manat məbləğində pulu iddiaçıya vermişdir. Lakin qızıl-zinət əşyalarının satış qiyməti o satdığı qiymətdən baha olduğundan iddiaçıya 87000 manat məbləğində borcu qalmışdır. Ona görə də, 02 avqust 2011-ci il tarixdə iddiaçı ilə birlikdə notariusa gedərək borc müqaviləsi bağlamışdır. Həmin müqavilə bağladıqdan sonra iddiaçıya borc hesabına 2500 manat məbləğində pul vermişdir. Hal-hazırda həmin pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Borcu imkanı daxilində hissə-hissə ödəyəcəkdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu hal öz təsdiqini tapdığından apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3 -cü maddəsinin tələbini pozaraq həmin qətnamə ilə müəyyən edilmiş fakta əhəmiyyət verməmiş, əsassız mülahizə ilə həmin müabahisənin kredit münasibətindən irəli gələn tələb olmasını göstərməkdə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. İşə apellyasiya qaydasında təkrar baxan apellyasiya instnasiyası məhkəməsi qanunvericiliyin kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburi olması tələblərinə əməl etməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbləri pozulmuşdur. Eləcə də, iş materiallarından görünür ki, iddiaçı X7 Babayevanı məhkəmə baxışına dəvət edərək dindirilməsinə dair 18.09.2018-ci il tarixdə vəsatəti apellyasiya məhkəməsinə daxil olmuş, apellyasiya instansiyası məhkəməsi heç bir əsas gətirmədən həmin vəsatəti müzakirə belə etməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilən Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instnasiya məhkəməsinin qətnaməsi ləğv edilib iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8834/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1272/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1272/2019
15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver