Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1273/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1273/21 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması,) Bakı şəhəri, 12 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2 020-ci il tarixli, 2(103)3787/2020 qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 12 ay müddətinə, aylıq 2,4167 faizlə 6950 ABŞ dolları manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh1 da qeyd edilən müqavilə ilə kredit öhdəliyinə zamin durmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı QSC iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6403,66 ABŞ dolları əsas, 8191,15 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14594,81 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbl əğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq dəfələrlə ödənişləri yubadır və kredit müqaviləsi üzrə 28 aprel 2016-cı il tarixdən hazırkı vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh2 götürdüyü kreditdən 546,34 ABŞ dolları qaytarıb, onun 6403,66 ABŞ dolları məbləğində kredit borcu qalıb.
5. İddiaçı borcun məbləğini 09 oktyabr 2019-cu ilə hesablamış və barədə maliyyə arayışı təqdim etmişdir.
6. İddia tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, Azərbay can Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə X1 hər bir vətandaşın bank borcu üzrə öhdəliyə görə kompensasiya məbləği heablayaraq, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənişinə proporsional şəkildə yönəltmişdir. Banka olan borcunu 60 ay müddətinə bərabər bölünərək ödəmək imkanı daxilindədir.
8. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-3805/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30 aprel 2015-ci il tarixli 018KK**********01 nömrəli kredit müqaviləsi üzrə 6403,66 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 6703,66 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 və Cavab deh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Məzahir Sadıqov)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli 018KK**********01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 aylıq 2.4167 faizlə 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 6950 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 30 aprel 2015-ci il tarixli qəbzlə həmin tarixli müqavilə üzrə kreditin bankomatlardan sərf edilməsi üçün məxfi kod olan zərfi İddiaçı QSC-dən almışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, İddiaç ı QSC ilə Cavabdeh1 arasında 30 aprel 2015-ci il tarixli 018G**********02 nömrəli zaminlik müqaviləsi bağlamış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərin müqavilə üzrə faiz borcu yoxdur, yalnız əsas borc və borcun ödənilməsinin gecikdirildiyi müddət üçün hesablanmış cərimə borcu mövcuddur. vardır.
11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, tələb oluna n əsas borcun tutulması üçün qanuni əsaslar vardır
12. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlillərini qəbul etməyib göstərib ki, cavabdehin iddiaçıya olan borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilsə də, Maliyyə X1nın təqdim etdiyi siyahıya əsasən Cavabdeh2 banka olan borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir.
13. İddiaçının tələb etdiyi 8191,15 ABŞ dolları cərimə məbləğini isə birinci instansiya məhkəməsi 6403,66 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz surətdə yüksək hesablandığı nəticəsinə gəlib, həmin məbləğ 300 ABŞ do lları həddində müəyyən etmişdir.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 448.1, 467, 470.1, 472.1 və 472.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, onunla bağlanmış müqavilə restrukturizasiya olunmaqla İddiaçı QSC-yə olan borcunu cavabdeh 5 il müddətinə bərabər bölünərək ödəmək imkanındadır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3787/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(00 7)3805/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh2 İddiaçı ASC-yə olan qalıq borcu 6085,13 ABŞ dolları müəyyən edilmiş, iddia tələbinin cərimə borcuna aid hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)
18. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayıb, müəyyən edib ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli 018KK**********01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 12 ay müddətinə, illik 2.4167 faiz ödəmək şərti ilə 6950 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli 0 18G**********02 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2lə lə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 16 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 018KK**********01 nömrəli kredit müqaviləsi üzrə 6403,66 ABŞ dolları əsas borcu, 8191,15 ABŞ dolları cərimə borcu var, faiz borcu yoxdur.
19. Apellyasiya instansiyası məhkəməsi İddiaçı QSC-nin 09 dekabr 2019-cu il tarixli 13974 nömrəli məktubuna əsasən onu da müəyyən edib ki, Cavabdeh2 banka olan borcu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq p roblemli kreditlərə aid edilmişdir. Lakin Maliyyə X1nın təqdim etdiyi siyahıya əsasən Cavabdeh2 banka olan borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir. Hazırda Cavabdeh2 018KK**********01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu məhkəməyə təqdim edilən maliyyə arayışında olduğu kimidir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
21. Apellyasiya instansiyası məhkəməsi əsas borcun məbləği ilə bağlı qeyd edib ki, cavabdehin banka olan borcu iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı əsasnda hesabl anmışdır. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, cavabdehin İddiaçı ASC-yə olan qalıq borcu 10344,73 manat, yəni Azərbaycan Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6085,13 ABŞ dolları (10344,73÷1.70) təşkil edir. Belə olan halda cavabdehin banka olan borcu 6085,13 ABŞ dolları müəyyən edilməlidir.
22. Apellyasiya instansiyası cərimə məbləği hissəsində iddianı rədd edib, bunu da onunla əsaslandırıb ki, kreditlərin kompensasiyasına dair çıxarışa əsasən, cavabdehin İddiaçı ASC-yə olan qalıq borcu 10.344,73 manat, yəni, AMB məzənnəsinə uyğun olaraq 6085,13 ABŞ dolları müəyyən edildiyindən və cərimə borcu müəyyən edilmədiyindən iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hazırki tələb üzrə iddia müddəti keçib. Çünki kredit müqaviləsi 30 aprel 2015-ci ildə 12 ay müddətinə bağlanıb. Cavabdeh müqavilə üzrə sonuncu dəfə 2016-cı ilin yanvar ayında ödəniş edib. 30 aprel 2016-cı ildə müqavilənin müddəti bitdiyi üçün iddia müddəti 30 aprel 2019-cu ildə başa çatıb. İddiaçı isə məhkəməyə iddia müddəti keçəndən sonra müraciət edib.
25. Həmçinin məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zamin Cavabdeh1 qarşı da yanlış qərar vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun vəkili Vəkil kassassiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçı bankın nümayəndəsi və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadə k verdiyi ərizə əsasında tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası m əhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavab deh2 şikayəti əsasında Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilmiş hissəsində apellyasiya instansiyası tərəfindən yoxlanıb. Hazırki kassasiya şikayətini də yalnız Cavabdeh2 verdiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 şikayətinin dəlilləri həddində yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Əvvəla, iddiaçı bu dəlilləri işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya məhkəməsində irəli sürməyib. Bundan başqa, məhkəmə tərəfindən iddia müddəti yalnız o halda tətbiq edilir ki, mübahisə tərəfi məhkəmə qərarı çıxarılanadək bununla bağlı ərizə vermiş olsun. Lakin cavabdeh bütün məhkəmə instansiyalarında iştir ak etsə də, onun belə bir ərizə verməsi müəyyən edilməyib.
32. Həmçinin Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zamin Cavabdeh1 qarşı hissədə iddianın rədd edilməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, zamin Cavabdeh1 apellyasiya şikayəti vermədiyi üçün, eləcə də Cavabdeh2 apellyasiya şikayətində iddianın zaminə qarşı təmin edilən hissəsini mübahisələndirmədiyi üçün birinci instansiya məhkəməsini qətnaməsi həmin hissələrdə apellyasiya məhkəməsi tərəfindən yoxlanmayıb.
33. Bu baxımdan, Cavabdeh2 apellyasiya şikayətində irəli sürmədiyi, apelyasiya baxışının predmeti olmayan həmin dəlilə kassasiya baxışında qiymət verilməsi istisna edilir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3787/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.