Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1274/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “X9” İddia tələbi: kredit və ipoteka müqaviləsinin etibarsız hesab olunması Qarşılıqlı iddia üzrə iddiaçı:«X9» QSC Qarşılıqlı iddia üzrə cavabdehlər: İddiaçı, X5, X2 Qarşılıqlı iddia üzrə iddia tələbi: kredit üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil Alı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, «X9 Azərbaycan» QSC tərəfindən İddiaçı 60 ay müddətinə, illik 18% olmaqla, 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmini üsulu kimi, zaminlər X5 və X3 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Həmçinin, İddiaçı mülkiyyətində olan Ba kı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 121, 46 saylı mənzili «X9 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2017-ci il tarixdə İddiaçı «X9» QSC-yə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X9» QSC ilə iddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı olaraq iddiaçıya məxsus mənzil cavabdehin xeyrinə ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, mənzilin dəyəri ipoteka müqaviləsində 63.500 manat müəyyən olunmuşdur. İddiaçı kr editi manatla götürmək istədiyi halda, cavabdeh bank iddiaçını aldadaraq krediti xarici valyuta ilə rəsmiləşdirmişdir. Yekunda bank tərəfindən iddiaçıya 35.000 ABŞ dolları məbləğində kredit verilmiş, beləliklə cavabdeh iddiaçını aldadaraq müqaviləni manatla deyil, dollarla bağlamışdır. İddiaçı da aldadıldığını 2015-ci ilin dekabr ayında manatın kəskin devalvasiyasından sonra bilmişdir. İddiaçı ilə müqaviləni bağlayarkən cavabdeh bank məhz vicdansızlıq etməklə etimadından onun sui-istifadə etmişdir və buna görə də müqavilə etibarsız hesab olunmalıdır. «X9» QSC də İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini göstərməklə ona və qeyrilərinə qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə alın mış xx xxxxxxx 2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 121 nömrəli, 17 mərtəbəli binada 76,2 kv.metr ümumi sahədən ibarət 46 nömrəli mənzilin hazırki dövrə olan orta bazar qiyməti 102.330 manat təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2011/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı, X5 və X1 müştərək qaydada 12453 ABŞ dolları əsas borc, 783 faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13337 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq «X9 Azərbaycan» QSC-yə verilməsi, tələbin ipoteka qoyulmuş İddiaçı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 102.330 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, satışdan əldə olunan pul məbləğinin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması və ya digər əmlakları hesabına təmin edilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi və o satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmiş və şikayətini iddia ərizəsinə uyğun əsaslandırmaqla, göstərmişdir ki, məhkəmə tərəfindən onun istinad etdiyi işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İş üzrə alınmış xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, İddiaçı xx xxxxxx 2017-ci il tarixə (məhkəməyə müraciət edildiyi tarixə) banka olan borcu əsas borc üzrə 12648,63 ABŞ dolları, faiz borcu üzrə 511,57 ABŞ dolları təşkil etmişdir. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-262/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə kredit müqaviləsi üzrə faizlərin tutulması hissəsində qismən ləğv edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 511 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) müəyyən edilməsi qət edilmiş, qətnamə «Satışdan əldə olunan pul məbləği borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlakları hesabına təmin edilsin» hissəsində ləğv edi lmiş, qarşılıqlı iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə ilk iddiaya münasibətdə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, tərəflər kreditin xarici valyuta ilə verilməsini barədə razılığa gəlmişlər və müqavilə imzalanmışdır. Eyni zamanda sonrakı sənədlərdən də (ödəniş cədvəli və s.) kreditin xarici valyuta ilə olması açıq-aşkar görünür. Həmçinin, kreditin xarici valyuta ilə verilməsi də qanunvericiliyin tələblərinə zidd deyildir. Çünki, Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur(«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2015-ci il tarixli qərarı). İddiaçı isə mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halları (aldatma və s.) məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, tələbini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh İddiaçı Bankla bağladığı kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasına əsas olan halları konkret olaraq göstərməmiş, həmçinin, məhkəmə baxışı zamanı cavabdehə müqavilələrin şərtləri ilə tanış olmağa hər hansı maneçiliyin olunması və ya onun aldadılması halı müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Ölkədə devalivasiyanın baş verməsi və ya onun maddi vəziyyəti ilə əlaqədar kredit ödənişlərini həyata keçirə bilməməsi kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir. Bununla bərabər, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit müqaviləsi üzrə borcun məbləğini dəqiqləşdirməmişdir. Apellyasiya məhkəməsi tərəfindən alınmış ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə faiz borcu tələb həddindən az məbləğdə müəyyən olunmuşdur. Bu səbəbdən də, apellyasiya məhkəməsi faiz borcunun ekspertiza rəyində göstərilən məblə ğdə təmin olunması nəticəsinə gəlmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə – «Satışdan əldə olunan pul məbləği borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlakları hesabına təmin edilsin» hissədə də əsaslı sayıla bilməz. Satışdan əldə olunan pul məbləği borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdeh tərəfdən ümumi qaydada tutulur. Qalıq borcun cavabdeh tərəfin məhz əmlakı hesabına tutulması məsələsi isə icra vaxtı məcburi icra tədbirləri çərçivəsində öz həllini tapa bilər. Hazırki vaxtda isə qətnamədə ümumi qaydada (konkret əmlak müəyyən olunmadan) belə bir nəticəyə gəlinməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasın da tərəflərin iştirakı və izahatları İlkin iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qarşılıqlı iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində suslan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan suall arı izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1274/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1274/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver