Məhkəmə qərarları › İş №2(102)-1275/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1275/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1275/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8839/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015-ci il tarixli 143559-114169 saylı Baş Kredit ra zılaşmasına əsasən Cavabdeh1 həmin tarixdən 17 mart 2025-ci il tarixədək (120 ay müddətinə) ******* (beş yüz milyon) manat və ya USD/RUB/EUR ekvivalenti məbləğində kredit xətti açılmış, müqavilənin 2.1-ci bəndində həmin razılaşmanın bankın kredit vermək öhdəliyini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında eyni tarixdə 143559-3-196 saylı “dövriyyədəki malların girov müqaviləsi” bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə müqavilənin 1 saylı Əlavəsində göstərilməklə onun mülkiyyətində olan və ******* (üç milyon yeddi yüz altmış beş min iki yüz on bir) manat məbləğində qiymətləndirilən dövriyyədəki mallar Bank qarşısında girov qoyulmuşdur. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 143559-1-14169/1 saylı, 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən borcalana illik 13% olmaqla, 36 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində, 143559-1-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən illik 13% olmaqla, 36 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində və 143559-1-14169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən isə illik 17% olmaqla, 36 ay müddətinə 700000 (yeddi yüz min) manat məbləğində kreditin verilmiş, h ər üç müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı ipoteka müqaviləsinə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 17, 18 ünvanda 332.9 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xə ttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308127 saylı ipoteka müqaviləsinə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 49, 50 ünvanda 61.5 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbl əği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308121 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 13, 16 ünvanda 49.3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məblə ği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308114 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə görə, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 9 ünvanda 37.0 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ***** ** (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308105 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 4, 5 ünvanda 45.8 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308103 saylı ipoteka müqaviləsinə görə, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 3 ünvanda 59,3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri- yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) ma nat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin 11.02.2019-cu il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 143559-1-14169/1 saylı, 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 239931,89 manat, faiz borcu 21454,35 manat və cərimə borcu 348352 manat olmaqla cəmi borcu 609738,24 manat; 143559-1-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 476823,59 manat, faiz borcu 39529,41 manatı və cərimə borcu 19298 manat olmaqla cəmi borcu 535651 manat; 143559-1- 14169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 667553,05 manat, faiz borcu 68425 manat və cərimə borcu 34416 manat olmaqla cəmi borcu 7703 94,05 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2021-ci il tarixli 9/4228 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 17.03.2015-ci tarixli 143559- 114169/1 saylı kredit müqaviləsi üzrə 17.03.2018-ci il tarixə əsas borc üzrə 239.783,08 manat, faiz borcu üzrə 77.088,92 manat, 11.02.2019-cu il tarixə əsas borc üzrə 239.783,08 manat, faiz borcu üzrə 105.143,54 manat; 22.04.2015-ci il tarixli 143559- 114169/2 saylı kredit müqaviləsi üzrə 22.04.2018-ci il tarixə əsas borc üzrə 476.180,46 manat, faiz borcu üzrə 149.435,68 manat, 11.02.2019cu il tarixə əsas borc üzrə 476.180,46 manat, faiz borcu üzrə 199.130,40 manat; 30.11.2015-ci il tarixli 143559- 114169/5 saylı kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixə əsas borc üzrə 667.553,05 manat, faiz borcu üzrə 338.425,36 manat, 11.02.2019-cu il tarixə əsas borc üzrə 667.553,05 manat, faiz borcu üzrə 360.806,83 manat. Rəydə həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən 11.02.2019-cu il tarixdən sonrakı dövrdə kredit müqavilələri üzrə ödəniş aparılmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2021-ci il tarixli 9/1805 saylı rəyinə görə isə, 17.03.2015-ci tarixli 143559-1-14169/1 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 17 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 76989,21 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 239931,89 manat kimi; 22 aprel 2015-ci il tarixli 143559-1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 22 aprel 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 149026,04 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 476823,59 manat kimi; 30 noyabr 2015-ci il tarixli 143559- 114169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 30 noyabr 2018-ci il tarixə (müqavilə müddət inin sonuna) faiz borcu 336586,81 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 667553,05 manat kimi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 ASC Cavabdeh1 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.03.2015-ci il tarixli 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 manat məbləğində əsas borc, 21.454,35 manat məbləğində faiz borcu, 348.352 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 609.738,24 manat məbləğində, 22.04.2015-ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 476.823,59 manat məbləğin də əsas borc, 39.529,94 manat məbləğində faiz borcu, 19.298 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 535.651 manat məbləğində 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 667.553,05 manat məbləğində əsas borc, 68.425 manat məbləğində faiz borcu, 34.416 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 770.394,05 manat məbləğində pulun 30 manat məhkəmə üçün 150 manat ipotekanın qeydə alınmasına görə ödənilmiş cəmi 90 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətini müstəqil ekspertiza rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 17, 18 ünvanda 332.9 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 9 ünvanda 37.0 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 3 ünvanda 59,3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 4, 5 ünvanda 45.8 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 49, 50 ünvanda 61.5 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal ray onu, Həsənbəy Zərdabi prospektində 92a qapı 13, 16 ünvanda 49.3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin İddiaçı1 ASC-yə ödənilməsi və əmlakların boşaldılması, tutmanın Bank qarşısında girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92 ünvanında yerləşən anbarda girov qoyan Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) A çıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli 143559-114169 saylı “kredit razılaşması” əsasında “Bank” “Kredit alan”a 120 (yüz iyirmi) ay müddətinə 5.000.000 (beş milyon) manat və ya USD/EUR/RUB ekvivalenti məbləğində kredit xətti açılmışdır. 17.03.2015-ci il tarixli 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 13 (on üç) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli 143559-1- 14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 13 (on üç) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 500.000 (beş yüz min) manat manat məbləğində və bank ilə Cavabdeh1 arasında bağlanmış 3 0.11.2015-ci il tarixli 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən “kredit razılaşması”ndan və onun tərkib hissəsi olan müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 17,18 ünvanda 332.9 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308052 saylı “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi” əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 9 ünvanda 37.0 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərt əbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308114 saylı "Daşınmaz Əmlakın İpoteka Müqaviləsi” əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 3 ünvanda 59.3 kv.m olan ümumi sahəsindən ibarət mərtəbədə yerləşən qeyriyaşayış sahəsi 11.06.2015-ci il tarixli 308103 saylı “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 4,5 ünvanda 45.8 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308105 saylı “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 49,50 ünvanda 61.5 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308127 saylı Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 13,16 ünvanda 49.3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308121 saylı Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında Bank qarşısında yüklü edilmişdir. Eyni zamanda Bank qarşısında götürülən öhdəliyin təminatı üsulu kimi, Cavabdeh1 ilə Bank arasında bağlanmış 17.03.2015-ci il tarixli 143559-3-196 saylı “Dövriyyədəki malların girov müqaviləsi’nə əsasən, habelə Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi, prospekti 92 ünvanında yerləşən anbarda girov qoyanın birbaşa vasitəsiz sahibl iyində saxlanılan, müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallar Bankın xeyrinə girov qoyulmuşdur. Cavabdeh1 müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə 17.03.2015-ci il tarixli 1435591-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 (iki yüz otuz doqquz min doqquz yüz otuz bir, 89) manat məbləğində əsas borc, 21.454,35 (iyirmi bir min dörd yüz əlli dörd, 35) manat məbləğində faiz borcu, 348.352 (üç yüz qırx səkkiz min üç yüz əlli iki) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 609.738,24 (altı yüz doqquz min yeddi yüz otuz səkkiz, 24) manat məbləğində borcu; 22.04.2015-ci il tarixli 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqavi ləsi”nə əsasən Banka 476.823,59 (dörd yüz yetmiş altı min səkkiz yüz iyirmi üç, 59) manat məbləğində əsas borc, 39.529,94 (otuz doqquz min beş yüz iyirmi doqquz, 94) manat məbləğində faiz borcu, 19.298 (on doqquz min iki yüz doxsan səkkiz) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 535.651 (beş yüz otuz beş min altı yüz əlli bir) manat məbləğində borcu; 30.11.2015-ci il tarixli 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi’nə əsasən Banka 667.553,05 (altı yüz altmış yeddi min beş yüz əlli üç, 05) manat məbləğində əsas borc, 68.425 (altmış səkkiz min dörd yüz iyirmi beş) manat məbləğində faiz borcu, 34.416 (otuz dörd min dörd yüz on altı) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 770.394,05 (yeddi yüz yetmiş min üç yüz doxsan dörd, 05) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda Bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqavilərinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Göründüyü kimi, iddiaçı Bank tələbi n ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb etməkdə haqlıdır. İddiaçı2 isə İddiaçı1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015- ci il tarixli, 143559-114169 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə iddiaçı ilə cavabdeh arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı, 308114 saylı, 308103 saylı, 308105 saylı, 308127 saylı və 308121 saylı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Z ərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsinin ipoteka yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 ASC ilə Cavabdeh1 arasında 17.03.2015-ci il tarixdə 143559-1-14169 saylı “Baş kredit razılaşması” bağlanmış, həmin razılaşmaya əsasən, Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 5 000 000 (beş milyon) manat və ya USD/EUR/RUB ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. Cavabdeh Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308052 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İdd iaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308114 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308103 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razı laşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308105 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308127 saylı “ Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308121 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsi bank qarşısmda ipoteka ilə yüklü e dilmişdir. İpoteka qoyana heç bir məlumat verilmədən və onunla razılaşdırılmadan, habelə ipoteka zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında Bank ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli, 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, Cavabdeh1 illik 13 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, Cavabdeh1 illik 13 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 500 000 (beş yüz min) manat məbləğində və Bank ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xə tti müqaviləsi”nə əsasən, Cavabdeh1 illik 17 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 700 000 (yeddi yüz min) manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, Baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri ipoteka qoyanın - iddiaçının hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, İddiaçı1 ASC Cavabdeh1 arasında 17.03.2015-ci il tarixdə 143559-1-14169 saylı “Baş kredit razılaşması” bağlanmışdır.Tərəflər arasında bağlanmış həmin razılaşmanın 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər “Borcalana” bu müqavilə müddəti ərzində kredit l imiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu Müqavilə “Borcverənin” kredit vermək vədini ifadə etmir. Eyni zamanda cavabdehlə iddaçı arasında bağlanmış ipoteka müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak cavabdeh İddiaçı1 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, işN 2(001)-50/2021) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 17.03.2015-ci il tarixli 143559-114169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 manat məbləğində əsas borc, 21.454,35 manat məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 266386,24 manat məbləğində, 22.04.2015-ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 476.823,59 manat məbləğində əsas borc, 39.529,94 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 517353,53 manat məbləğində, 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 667.553,05 manat məbləğində əsas borc, 68.425 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 737978,05 manat məbləğində pulun alınaraq İddiaçı1 A çıq Səhmdar Cəmiyyətinə ödənilməsi; tutulacaq məbləğin Bank qarşısında girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92 ünvanında yerləşən anbarda girov qoyan Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, 17.03.2015-ci il tarixli, 143559-3- 196 saylı “dövriyyədəki malların girov müqaviləsi”nin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi; həmin əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı1 ASC-yə ödənilməsi; ilkin iddia tələbinin qalan hissəsinin təmin edilməməsi; birləşdirilən iddia tələbinin isə təmin olunması- yəni, İddiaçı2 ilə İddiaçı1 ASC arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı, 308103 saylı, 308105 saylı, 308114 saylı, 308121 saylı və 308127 saylı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi; ipoteka ilə yüklü edilmiş və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərd abi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsinin ipoteka yüklülüyünün ləğv edilməsi və iddialar üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448.1, 739-cu maddələrinə istinad edərək ilk iddianın təmin edilən hissəsində göstərmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu e tməmişdir. cavabdehdən 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 239931,89 manat, faiz borcuna görə isə 21454,35 manat; 22 aprel 2015-ci il tarixli 143559-1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 476823,59 manat, faiz borcuna görə isə 39529,41 manat və nəhayət 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 667553,05 manat, faiz borcuna görə isə 68425 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. İkinci iddianı təmin edərkən Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Baş Kredit razılaşmasının və borcalanın həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn öhdə liklərin təminatı kimi Bankla ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308052, 308103, 308105, 308114, 308121 və 308127 saylı ipoteka müqavilələri bağlanmışdır. Lakin kredit vəsaitinin verilməsi ilə bağlı müqavilələr bağlanarkən ipoteka qoyanın (İddiaçı2) razılığı alınmamışdır. Beləki, Bank ilə Cavabdeh1 arasında üç ayrı kredit müqaviləsi bağlanmış və ona illik 13% olmaqla, 36 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində, yenə illik 13% olmaqla, 36 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində və illik 17% olmaqla, 36 ay müddətinə 700000 (yeddi yüz min) manat məbləğində kreditlər verilmiş, hər üç müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. Göründüyü kimi, kreditin verilməsinə dair müqavilələrdə borc veri lən vəsaitin konkret məbləği, valyutası, müddəti və faiz dərəcəsi qeyd edilsə də, ipoteka qoyan İddiaçı2 ilə bağlanmış müqavilələrdə müqavilənin həmin mühüm şərtləri razılaşdırılmamış və ya sonradan buna dair onun razılığı alınmamışdır. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı1 ASC-nin iddia tələblərinin təmin edilməsi, birləşdirilən iddia üzrə İddiaçı2 iddiasını rədd olunması barədə yeni qətnamə qəbul xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kredit və ipoteka müqavilələrinin bütün şərtlərinin ipoteka qoyan İddiaçı2 məlum olması, buna etiraz etməməsi, əksinə, iradə ifadəsini bildirərək, müqaviləni imzalaması -ipoteka qoyanın razılığını əks etdirir. Kredit müqavil əsində faiz dərəcəsi barədə məlumatın və ya razılığın olmaması ilə əlaqədar zamin və ipoteka qoyan Banka müraciət etməmiş və buna öz etirazını bildirməyərək, öz razılığını ifadə etmişdirlər. AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında kredit müqaviləsində faiz dərəcəsi barədə zamin və ipoteka qoyanın razılığının alınması ilə bağlı hər hansı bir qayda və ya forma müəyyən olunmamışdır. Plenumun qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə razılığının olması qeyd olunmuşdur. Hesab edir ki, belə olan halda, zaminin və ipoteka qoyanın razılığı həm ayrı bir ərizə formasında, həm zaminlik müqaviləsinin özündə də ifadə oluna bilər. Göründüyü kimi, Bank ilə ipoteka qoyan ara sında bağlanmış kredit xətti müqaviləsinin mühüm şərtləri - məbləğ, müddət və valyuta müqavilədə yetərli dərəcədə aydın göstərilmişdir. Bağlanmış kredit müqaviləsində faiz dərəcəsi barədə borc alanın yaxın qohumu olan digər cavabdehin məlumatı olmuş və bu hal Bankla onun arasında bağlanmş ipoteka müqavilələrində öz əksini tapmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi Bankın cavabdehdən 17.032015-ci il tarixli 142559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” cərimə üzrə 348.352 (üç yüz qırx səkkiz min üç yüz əlli iki) manat məbləğində pul vəsaitinin dəyişdirərək 5.000 (beş min) manat məbləğində və 22.04.2015-ci il tarixli 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən 19.298 (on doqquz min iki yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitinin tu tulmasına dair tələbini dəyişdirərək 2.000 (iki min) manat cərimə borcunun İddiaçı1 ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə qətnamədə bu qənaətinin səbəbləri, əsasları, məhkəmənin bu qənaətə hansı sübütların qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmiş, qətnamənin əsaslandırıcı hissəsində formal cümlələrlə cərimənin tənasübsüz sürətdə yüksək olduğunu qeyd etməklə kifayətlənmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov-sədrlik edən və məruzəçi, A.İsgəndərli, İ.Kərimli, iş N 2(103)-8839/2021) İddiaçı1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki mülki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-50/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi qismə n, yəni cərimənin məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği artırılaraq 17.03.2015-ci il tarixli müqavilə üzrə 10000(on min) manat, əsas və faiz borcun və cərimənin cəmi isə 271386,24(iki yüz yetmiş bir min, üç yüz səksən altı manat, iyirmi dörd qəpik) manat, 22.04.2015-ci il tarixli müqavilə üzrə 2000(iki min) manat, əsas və faiz borcun, cərimənin cəmi isə 518353,53 (beş yüz on səkkiz min üç yüz əlli üç manat, əlli üç qəpik) manat, 30.11.2015-ci il tarixli müqavilə üzrə 3000(üç min) manat əsas və faiz borcun və cərimənin cəmi isə 738978,05(yeddi yüz otuz səkkiz min, doqquz yüz yetmiş səkkiz manat, beş qəpik) manat müəyyən edilmiş, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmasa da, tənasübsüz olmuşdur. Çünki, tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin Bankın iddia tələblərinin təmin olunmaması hissəsində ləğv edərək, həmin hissədə Bankın iddiatələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad edərək, hazırki iş üzrə cavabdehlərə qarşı irəli sürülmüş tələblərin tam şəkildə, hətta əsas borca aid hissədə təmin edilməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edilə bilməz. Hazırki kredit xətti müqaviləsində Plenumun qərarına uyğun olaraq, zaminlərin və ipoteka qoyanların kredit məbləğindən, müddətindən və valyutasından məlumatı, razılığı olduğu halda, məhkəmənin bu halı nəzərə almayaraq, cavabdehlərə qarşı iddianı tam şəkildə təmin etməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni yalnız ilk iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. yaxud mediasiya Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahis əyə mahiyyəti üzrə baxır. Maddə 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5 Kassasiya insta nsiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi Tərəflər kassasiya instansiyası məhkəməsində işə baxılarkən barışıq sazişi təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 ASC ilə Cavabdeh1 və İddiaçı2 arasında 08 aprel 2022-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Azərbaycan Respublikası Ali MƏhkəməsinin Mülki Kollegiyasının icraatında İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı kredit müqaviləi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(102)-1275/2022 saylı mülki işə baxılır. 2. "Ваnk" ilə "kгеdit аlаn" arasında bağlanm ış 17-03—2015-ci il tarixli 143559-114169/1 saylı, 22/04/2015-ci il tarixli, 143559-1-14169/2 saylı və 30/11/2015-ci il tarixli 143559-1-14169/5 saylı kredit müqaviləsi üzrə 1.384.308,53 manat məbləğində əsas borc, 129.408,76 manat məbləğində faiz borcu, 402.066,00 manat məbləğində cərimə borcu olmaqla cəmi 1.915.783,29 (bir milyon doqquz yüz on beş min yeddi yüz səksən üç manat 29 qəpik) manat məbləğində kredit borcu müəyyən olunur.

3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həyata keçirilməsini öz öhdələrinə götürürlər: - Bu sazişin 2-ci bəndində müəyyən edilmiş 1.915.783,29 (bir milyon doqquz yüz on beş min yeddi yüz səksən üç manat 29 qəpik) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Borclu “Bank”a olan ümumi borc məbləğinin 1.384.308,53 (bir milyon üç yüz səksən dörd min üç yüz səkkiz manat 53 qəpik) manat məbləğini barışıq sazişinin 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 35 ay müddətində hər ayın 30-dan gec olmayaraq ödəyir. Barışıq sazişi üzrə ipoteka predmetlərinin girovdab azad olunması şərtlərinin aşağıdakı qaydaya uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur: - Barışıq sazişi üzrə 20 ay ərzində 396.907 manat ödənildiyi təqdirdə, İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 3 ünvanında 59.3 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi girovdan azad olunacaqdır. - Barışıq sazişi üzrə 21 ay ərzində 561.933 manat ödənild iyi təqdirdə, İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a qapı 9 ünvanında 37,0 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi girovdan azad olunacaqdır. - Barışıq sazişi üzrə 22 ay ərzində 726.959 manat ödənildiyi təqdirdə, İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 4, 5 ünvanında 45.8 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi girovdan azad olunacaqdır. - Barışıq sazişi üzrə 23 ay ərzində 891.985 manat ödənildiyi təqdirdə İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr 92a, qapı 13, 16 ünvanında 49,3 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi girovdan azad olunacaqdır. - Barışıq sazişi üzrə 24 ay ərzində 1.057.011 manat ödənildiyi təqdirdə, İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 49, 50 ünvanında 61,5 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi girovdan azad olunacaqdır. - Barışıq sazişi üzrə 25 ay ərzində 1.200.197 manat ödənildiyi təqdirdə, Hüseynva ŞƏfəq Məhərrəm qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 17, 18 ünvanında 332.9 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi girovdan azad olunacaqdır. Ümumilikdə, Saziş imzalandıqdan sonra 1.384.308,53 (bir milyon üç yüz səksən dörd min üç yüz səkkiz manat 53 qəpik) manat ödənildikdə, “Borclu”nun “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onun “Bank qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” t ərəfindən “Borclu”ya bu barədə arayış təqdim ediləcək və “İpoteka qoyan”a məxsus bütün ipoteka predmetləri yüklülükdən azad olunacaq. 3.1. Ödəniş cədvəli: 1 2 3 4 5 6 7 8 9 10 0 0 0 0 0 0 0 0 0 0 11 12 13 14 15 16 17 18 19 20 0 0 0 0 155324 42303 13593 13449 165026 7212 21 22 23 24 25 26 27 28 29 30 165026 165026 165026 165026 143186 19497 19497 19497 19497 19497 31 32 33 34 35 19497 19497 19497 19497 8636

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclu” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclu”dan 1.915.783,29 manat məbləğində borcun həmin (yəni öhdəliyin icra olunmadığı və ya lazımınca icara olunmadığı) günə olan qalıq məbləğ i “Bank”ın xeyrinə tutulur. 4.2. Tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı2 məxsus - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 3 ünvanında 59.3 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat, - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 9 ünvanında 37.0 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 53000 (əlli üç min) manat, - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 4, 5 ünvanında 45,8 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 56000 (əlli altı min) manat, - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 13, 16 ünvanında 49, 3 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən sahəsinin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat, - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 49, 50 ünvanında 61,5 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 73.500 (yetmiş üç min beş yüz) manat - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 17,18 ünvanında 332,49 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 431.000 (dörd yüz otuz bir min) manat müəyyən olunur. 4.3. “Borclu” 3-cü bənddə nəzərdə tutulmuş şərtləri icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu sazişin 4.2-ci bəndində qeyd edilən əmlakların ilkin satış qiymətlərinə uyğun olaraq açıq hərracdan satılır, onlar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsair “Borclu”nun kredit borcu üzrə “Bank”a ödənilir. 17/03/2015 saylı “Dövriyyədəki malların girov müqaviləsi”ndə qeyd olunmuş avadanlıqlar siyahı üzrə müəyyən olunduqdan sonra həmin mallar satılır, satışdan əldə olunmuş vəsait “Borclu”nuyn borcuna yönəldilir və “Bank”a ödənilir. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclu”ya məxsus digər daşınar digər daşınar və daşınmaz əmlakalara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclu”nun “Bank”a olan kredit borcunun ödənilməsinə yönəldilir. 5. “Brclu” bu Sazişin 3-cü bəndi ilə müəyy ən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onun bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir. 6. “Borclu” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Yekun müddəalar

7. Bu Barışıq sazişinin şərtləri “Tərəflər”in könüllü iradə ifadəsini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tər əflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 4(dörd) nüsxədə tərtib edilmişdir.

11. Bu saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli 2(103)8839/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar