Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1276/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqindən imtina 07.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli 2(106)-284/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 07 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şirvan Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(106)-2676/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 76.700 manat alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunan icra sənədi üzrə Masallı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 76.700 (yetmiş altı min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış 7,75% bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 5944 manat (beş min doqquz yüz qırx dörd) manat fai zin, dövlət rüsumu kimi ödənilmiş 80 (səksən) manatın əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. Sonrada tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 76700 (yetmiş altı min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) manat faizin, dövlət rüsumu kimi ödənilmiş 83 (səksən üç) manatın əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırmışdır ki, 2018-ci ilin əvvəllərinədək Cavabdeh ondan aldığı borc pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin e dilmiş, Cavabdeh 76700 manat alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunmamış qalmışdır. Borclu müxtəlif yollarla qətnamənin icrasından yayınmışdır. Beləliklə, Cavabdeh ona borclu olduğu 76.700 (yetmiş alt min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) faizin, dövlət rüsumu kimi ödənilmiş 83 (səksən üç) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaya etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 2012-ci ilin əvvəllərindən tanımış və sonra aralarında dostluq münasibəti yaranmışdır. Elçin Masallı rayonu ərazisində yerləşən bazarda faizə pul verməklə məşğul olmuşdur. Pula ehtiyacı olduğu üçün Elçinə müraciət etmiş, ondan faizə pul götürmüşdür. Götürdüyü pulun hamısını tam şəkildə qaytarmışdır. Lakin borc olaraq aldığı pulu qaytarsa da, həmin borca görə yaranmış faizləri ödəyə bilməmişdir. Odur ki, İddiaçı ilk öncə Masallı RPŞ-yə ərizə ilə müraciət etmiş, sonra isə 2021-ci ildə Masallı Rayon Məhkəməsinə pul tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Qəbul edilmiş qətnamə ədalətsiz olsa da, icrası məcburi olduğu üçün ödəməyə məcburdur. O, artıq bir dəfə aldığı borca görə iddiaçıya faiz ödəmiş, ödəyə bilmədiyi faizlər isə məhkəmə tərəfindən kəsilmişdir (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 76700 manat). O, ikinci dəfə təkrar olaraq faiz ödəməməlidir. İddiaçı ilə aralarında məhkəmə qətnaməsi ilə kəsilmiş 76700 ma nat pulun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər və iddiaçı bununla bağlı icra şöbəsinə ərizə də təqdim edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. O isə bunların heç birini etməmişdir. O, iddiaçı ilə dost olmuş və ondan özünündə dediyi kimi borc pul almışdır. Həmin borcu da qaytarmış, lakin aldığı borcu iddiaçı ona faizə verdiyi üçün o, əsas borcu qaytarsa da faizləri qaytara bilməmişdir. Sonradan məhkəmə tərəfindən həmin faizlər 76.700 manat pul şəklində ondan tutularaq iddi açıya ödənilməsi qət edilmişdir. O, tutulmuş məbləği ödəməyə etiraz etmir, lakin maddi imkanı yaxşı olmadığı üçün o, həmin məbləği bir dəfəyə tam şəkildə ödəyə bilmir, çünki o, ailə başçısıdır və bir ata kimi qayğıları vardır. Lakin hissə-hissə ödəyəcək. O, artıq iddiaçıya faiz vermişdir. İkinci dəfə verməyə qəti olaraq etirazını bildirir.
5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli, 9/3091 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının m üəyyən etdiyi uçot dərəcəsi haqqında məlumatları rəhbər tutaraq, Cavabdeh iddiaçı tərəf İddiaçı ödənilməsi üçün 76700 manat olmaqla 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək olan dövr üzrə hesablanmış faiz 6313.37 manat təşkil edir.
7. Masallı Rayon Məhkəməsinin 2(050)-1064/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)-1676/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 76.700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 6313 manat məbləğində faiz pulu və 83 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi, Cavabdeh iş üzrə aparı lmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutulmasını qət edilmişdir. (hakim Zeynal Zeynalov)
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tələb üzrə iddia müddəti keçməmişdir. Ekspertiza rəyinə əsasən 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək olan dövr üzrə Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış faiz 6.313,37 manat təşkil edir. Bu səbəbdən iddia ərizəsini təmin etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.7, 449.1, 449.2, 449.4-cu maddələrinə, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına və MPM-nin 14.2, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Lakın, cavabdehin vaxtında ödəmədiyi pul v əsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, şikayətə görə, tərəflər arasında borc münasibətləri 2014-cü ildə yaranmış və iddiaçı cavabdehə bu borcu geri qaytarması üçün 2018-ci ilin oktyabr ayınadək vaxt qoymuşdur. Bu da onu təsdiq edir ki, həm borcun qaytarılması öhdəliyi üzrə, həm də faizlərin ödənilməsi üzrə iddia müddətinin axımı 2018-ci ilin oktyabr ayında başlamışdır. İddiaçı isə əsas borcun qaytarılması ilə bağlı iddia tələbi ilə Masallı Rayon Məhkəməsinə 2021-ci ilin əvvəlində müraciət etmiş, lakin faizlərin ödənilməsi tələbi ilə yalnız 2024-cü ilin fevral ayında, yəni iddia müddətinin axımının başlandığı tarixdən (2018ci il oktyabr ayı) düz 5 il 4 ay keçdikdən sonra müraciət etmişdir. Halbuki, iddiaçı 2021-ci il in əvvəlində əsas borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırarkən eyni vaxtda həm də faizlərin ödənilməsini də tələb etmək imkanına malik olmasına baxmayaraq bunu etməmiş və nəticədə iddia müddətini ötürmüşdür.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-284/2025 nömrəli mülki iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 10 okyabr 2024-cü il tarixli, 2(050)-1064/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər X3 - sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə)
13. Məhkəmə kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada qiymətləndirərək qeyd etmişdir ki, cavabdeh tərəf hesablanmış pulun məbləğinin mi qdarını mübahisələndirməmiş, şikayətində iddiaçının tələbinin sübuta yetirilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. İddia müddətinin ötürüldüyünə münasibətdə isə tələb müqavilə münasibətindən deyil, ziyanın ödənilməsindən irəli gəldiyi üçün cavabdehin bu dəlili də əsassız sayılmışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 152.3, 449-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına, «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dai r» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(104)-262/2023 nömrəli qətnaməsini ləğv edərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası iddianı əsaslı saymış və Mülki Məcəllənin 449.1-ci maddəsini tətbiq edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 i yul 2024-cü il tarixli, 9/3091 saylı ekspert rəyi ilə müəyyən olunmuş 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək olan dövr üzrə hesablanmış 6.313,37 manat faizin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Halbuki, həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə Mülki Məcəllənin 449.1-ci, 449.3 və 449.4-cü maddələrini tətbiq etməklə sözügedən normanın tələblərini pozmuş və beləliklə hüququn tətbiq edilməsində səhvə yol vermişdirlər. Hazırkı işdə cavabdehin icra mərhələsində ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
17. Kassator öz mövqeyini «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli və «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli 2(106)-284/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisə olunan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
22. Maddə 21.1. Zər ərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmd ə şərait yaratması nəzərə alınmalıdır.”
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur 28. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qay da nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir).
29. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
30. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
31. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
32. Maddə 449.4. Özgə vəsa itindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli qərarı...Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit mü qaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər he sablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmn sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
41. İşin mübahisəsiz halıdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 76700 manat pulun alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönlədilsə də icra olunmamışdır.
42. İddiaçının tələbindən görünür ki, cavabdeh borclu olduğu 76.700 (yetmiş altı min yeddi y üz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula 7,75% bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) manat faizi tələb etmişdir.
43. İşə baxan birinci instansiya məhkəməsinin mövqeyinə görə tələb üzrə iddia müddəti keçməmiş və ekspertiza rəyinə əsasən 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək olan dövr üzrə Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış faiz 6.313,37 manat təşkil etməsinə əsaslanmaqla həmin məbləğdə faizin tutulmalı olması nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.
44. Məhkəmə tərkibi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi baxımından qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
45. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilm iş halların mövcudluğu ilə şərtləndirilmişdir.
46. Beləliklə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
47. Lakin hazırkı işin icraatı zamanı iddiaçı ona qaytarılmalı olan pul məbləğindən cavabdehin faydalanması ilə bağlı hər hansı sübuta istinad etməmiş, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən isə belə hallar müəyyən edilməmişdir. Yaranmış halda isə iddiaçının məhz bu qərarın 29-cu bəndində göstərilən normaya istinad edilməklə b ank uçot dərəcəsi üzrə hesablanmış faizin tutulması istisna olunur. Halbuki apellyasiya şikayətinin dəlillərindən biri məhz mübahisəyə istinad olunan normanın tətbiq olunmasının yolverilən olmaması ilə bağlı olsa da, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya instansiya məhkəməsi bu dəlil üzrə hər hansı qiymətləndirmə aparmamışdır.
48. Qeyd edilməlidir ki, işə baxan məhkəmələr iddianın düzgün həlli üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini nəzərdən keçirə bilərdilər.
49. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas məhkəmə qətnaməsinin icra edilməməsi deyil, pul öhdəliyinin icra edilməməsi təşkil edir. Hazırkı halda isə, cavabdehin öhdəliyini tələbdə qeyd olunan dövrdə icra etməməsi işin mübahisəsiz halıdır.
50. Belə ki, maddənin məzmunundan görünür ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi həmin norma borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faiz i tələb etmək hüququnu əks etdirir.
51. Nəzərə alınmalıdır ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması demək olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürül ən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
53. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyy ətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
54. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallar ı başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
55. Beləliklə məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisəyə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi düzgün olmamışdır. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr cavabdehin pul vəsaitindən istifadə etməsi və ondan faydalanması ilə bağlı sübutların mövcud olmamasını nəzərə alaraq mübahisəyə Mülki Məcəlləninin 445.7-ci maddəsini tətbiq etməmişlər. Bu baxımdan məhkəmə tərkibi belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2024-cü il tarixli 2(106)284/2025 saylı qətnaməsi “Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 nömrəli qətnaməsi i lə müəyyən edilmiş 76700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 6313 manat məbləğində faiz pulu tutularaq İddiaçı verilməsi“ hissəsində ləğv olunmalı, həmin hissədə iddianın qismən təmin olunmasına dair yeni qərar qəbul olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 76.700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək hesablanmış 3835 (üçn min səkkiz yüz otuz beş manat) məbləğində beş faiz tutularaq İddiaçı verilməli, ləğv olunmuş qalan hissədə iddia təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)284/2025 nömrəli qətnaməsi “Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 76.700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 6313 manat məbləğində faiz pulu tutularaq İddiaçı verilməsi“ hissəsində ləğv olunsun, həmin hissədə iddianın qismən təmin olunmasına dair yeni qərar qəbul olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)-1676/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 76.700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək hesablanmış 3.835 (üç min səkkiz yüz otuz beş manat) məbləğində faiz tutularaq İddiaçı verilsin. Ləğv olunmuş qalan hissədə iddia təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.