Məhkəmə qərarları › İş №2(102)-1279/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1279/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1279/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “18” feval 2019-cu il iş №2(102)-1279/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili X1 iştrakı ilə İddiaçı “xxxx” BOKT QSC-nin BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnamə si ilə (hakim:Z.A.Şirinov; 2(008)3764/2015) iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdehqarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 18477 ABŞ dolları əsas borc, 7500 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları dəbbə, cəmi 26027 ABŞ dolları məbləğində pulun(ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin girov predmeti olan Cavabdeh məxsus sedan tipli, 2008-ci il buraxılışlı, gümüşü metal rəngli, Ban - ********************56, mühərrik 4258122, “VOLVO - C 30” minik markalı ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh məxsus sedan tipli, 2008-ci il buraxılışl ı, gümüşü metal rəngli, Ban - *********56, mühərrik 4258122, “VOLVO - C 30” minik markalı ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən“xxxx” ASC-yə ödənilməsi, hərracdan satılacaq sedan tipli, 2008-ci il buraxılışlı, gümüşü metal rəngli, Ban - YV1MK**********56, mühərrik 4258122, “VOLVO - C 30” minik markalı ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillin dəyəri “xxxx” ASC-yə olan borcu ödəmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:V.Ə.Baxışova (sədrlik edən), V.T.Həsənov,N.Ş.Cəfərov; 2(103)9242/2018) iddiaçı cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Məhkəməsinin 08 iyun 2015-ci il tarixli, qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilmiş, cavabdeh Cavabdeh iddiaçı “xxxx” QSC BOKT-nın xeyrinə 18477 ABŞ dolları əsas borc, 4463, 32 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları dəbbə pulu üzrə borc, cəmi 22990, 32 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh “xxxx” ASC-nin xeyrinə 18477 ABŞ dolları əsas borc, 7500 ABŞ dolları faiz borcu, 1900 ABŞ dolları dəbbə pulu, cəmi 27877 ABŞ dolları borcun tutulması, cavabdeh Cavabdeh tərəfindən ipotekaya qoyulmuş “VOLVO - C 30” minik markalı ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomo billi buraxılış ili -2008, tip- sedan, Ban- YV1MK**********56, mühərrik 4258122, rəngi-gümüşü metal olan minik avtomobilinə tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2011-ci il tarixli 1546 saylı kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə 19800 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin şərtinə görə kredit üzrə faizlər illik 19 faizlə hesablanmışdır. Kredit vəsaitini təmin etmək məqsədi ilə Cavabdeh məxsus “VOLVO - C 30” minik markalı ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilli ipotekaya qoymuşdur. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditlə hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Bank tərfindən cavabdehə kredit və ona hesablanmış 18477 ABŞ dollarə əsas, 7500 ABŞ dolları faiz borcu,1900 ABŞ dolları dəbbə pulu, cəmi borc 27877 ABŞ dolları təşkil edir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında onlar tərəfindən dəfələrlə xəbərdarlıq olunmuşdur, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditlə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehin borcu ödəmək qabliyyəti yoxdur. Buna görədə cavabdehlə bağlanmış kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş avtomobil açıq hərracdan satılması və əldə olunmuş vəsait borcun ödənilm əsinə yönəldilmişdir. Məhkəmənin 27.09.2017-ci il tarixli iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında tələb güzəşt edildiyindən “xxxx” ASC prosessual hüquq varisliyi qaydasında “xxxx” QSCBOKT ilə əvəz edilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” QSCBOKTkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin faiz borcunun qismən təmin edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.2, 9.1,88.385.1.1,385.1.2,217.1,372.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında Cavabdeh vəkili X2 kassasiyaşikayətini qəbul etməyərəkşikayətintəminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunma sı ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 1546 saylı, 09.08.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19% olmaqla 19800 ABŞ dolları məbləğində avtomobil alınması məqsədilə kredit verilmiş, həmin tarixdə öhdəliyin icrasının təminatı kimi “xxxx” ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan “VOLVO-C 30” markalı ** ** dövlət nömrə nişanlı minik avtomobili buraxılış ili - 2008, tip sedan, Ban - YV1MK**********56, mühərrik 4258122, rəngi - gümüşü metal olan minik avtomobili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 01.03.2014-cü il tarixədək Cavabdeh əsas borc üzrə 18477 ABŞ dolları, faiz borcu üzrə 7500 ABŞ dolları, dəbbə borcu üzrə 1900 ABŞ dolları, cəmi 27877 ABŞ dolları borcu olmuşdur. 15 yanvar 2014-cü il tarixli, 10 saylı “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə borc barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb edilmişdir. 29.01.2015-ci il taqrixli ödəniş tapşırığına əsasən “xxxx” ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlə rdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürü r. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə krediti cavabdehə versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə banka 27877 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh avtomobili bankın razılığı ilə etibarnamə əsasında başqa şəxsə satması, bu səbəbdən öhdəliyin başqa şəxsə keçmə si, borcun ondan tələb olunmasının əsassız olması barədə mülahizələri ilə bağlı apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq belə nəticəyə gəlmişdir ki, kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş avtomobilin alqı-satqısı barədə müqavilə bağlanmadan etibarnamə nəqliyyat vasitəsinin alqı-satqısını təsdiq edən sənəd olmadığından, o cümlədən kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlə bağlanmış müqaviləyə xitam verilməsi barədə bankla yazılı saziş bağlanmadığından cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyə borcludur. Cavabdehin faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Kredit müqaviləsinin 7.3-cü bəndində kreditin ödənilmə qrafiki əks olunmuşdur. Həmin qrafikə əsasən kredit öhdəliyi üzr ə cavabdeh 6328 ABŞ dolları faiz ödəməli idi. İddiaçı tərəfindən 18.09.2018-ci il tarixli məktuba əlavə edilmiş maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, kredit öhdəliyi üzrə 1323,83 ABŞ dolları əsas borc, 1864,68 ABŞ dolları faiz ödənilmişdir. Tərəfin əvəz edilməsi barədə 05.09.2018-ci il ərizəyə əlavə edilmiş maliyyə arayışında isə bank cavabdehin həm əsas, həm faiz borcu üzrə ödənişlərini əvvəlki arayışında göstərdiyindən az göstərmiş, bununla bağlı məhkəməyə əsaslandırılmış izahat təqdim edilmədiyindən məhkəmə 05.09.2018-ci il ərizəyə əlavə edilmiş maliyyə arayışını mötəbər hesab etməmişdir. Cavabdehin faktiki ödədiyi məbləğ ödənilməli olan faiz məbləğindən çıxıldıqda öhdəliyin icra müddəti bitdiyi tarixədək 4463,32 ABŞ dolları faiz borcu qalmışdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2 (008)-3764/2015 saylı, 08 iyun 2015-ci il tarixli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilməli, cavabdehdən cəmi 4463,32 ABŞ dolları faiz borcu tutulmalıdır. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi v ə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar