Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1279/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X7 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2155/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X13 İstehsalat Müəssisəsi MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxx” MMC-dən 8611 (səkkiz min altı yüz on bir) manat miqdarında ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X13 İstehsalat Müəssisəsi MMC-nin “xxxx” MMC-nin «xxxx” MMC-i ilə əvəz edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli protokolu ilə iş üzrə cavabdeh «xxxx” MMC ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-c u il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş № 2(012)-673/2019) iddia təmin edilmiş, cavabdeh «xxxx” MMC-dən 8611 (səkkiz min atlı yüz on bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “Güzdək”xxxx” MMC-də 1978-ci ildən işləməyə başlamışdır. 2015-ci ilin 17 aprelində Nazirlər Kabinetinin 111 nömrəli Qərarı ilə sözügedən müəssisə digər müəssislərlə birləşdirilərək onların nəzdində 31X˝ İstehsalat Müəssisəsi” MMC-də yaradılmışdır. Nazirlər Kabinetinin 2018-ci ilin 25 sentyabrında özünün xx.xx.2015-ci il tarixli, 111 nömrəli Qərarına etdiyi dəyişikliyə əsasən 31X˝ İstehsalat Müəssisəsi” MMC nəzdində “xxxx” MMC yaradılmışdır. Ümumilikdə İddiaçı sözügedən müəssisədə 1978-2016-cı illər ərzində müxtəlif vəzifələrdə çalışmış, bu illər ərzində cavabdehin ona 8611 (səkkiz min atlı yüz on bir) manat məbləğində ödənilməmiş əmək haqqı borcu qalmışdır. Bu hal məhkəmədə izahatı alınmış şahidlərin - həmin müəssisəsinin mühasibi olmuş X3 və həmin müəssisənin 2015-ci ildən direktoru olmuş X9 izahatları və iş materialları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-673/2019 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elbrus Həsənov vəsatətlə məhkəməyə müraciət edərək, əmək haqqı ştat cədvəllərinin, əmək haqqı ödəniş cədvəllərinin, əmək haqqının verilməsinə və alınmasında dair bank hesabından çıxarışların, məzuniyyətlə bağlı əmrlərin və s. təqdim edilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla sözügedən vəsatət təmin edilmədiyindən qərardad icrasız saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş, sonradan müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən keçilməmiş məhkəmə-mühasibatlıq ekspertizasına münasibətdə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı verilmiş xx.xx.2019-cu il tarixli, 2(012)-673/2019 saylı məktuba əsasən sonuncu məhkəmənin xx.xx.2019-cu il tarixli, 1(101)-119/2017 saylı cavab məktubuna əlavə edilmiş sənədləri araşdırarkən məhkəmə müəyyən etmişdir ki, sözügedən sən ədlər xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X15 Rayon Məhkəməsinə ünvanladığı vəsatətində göstərilən, ekspertizanın keçirilməsi üçün lazım olan sənədlərə münasibətdə tamlıq təşkil etmir. Bununla belə, məhkəmə hesab edir ki, şahidlərin izahatları və iş materiallarında olan digər mötəbər sübutlarla iddia tələbi öz təsdiqini tapdığından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum qalmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdu r. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödəncləri n məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin d) bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq vermədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Həmin Məcəllənin 288-ci maddəsinin d, e, k bəndlərinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli niza ma salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı «xxxx” MMC-də 1978-ci ildən 2016-cı ilə qədər işləmiş, aylıq əmək haqqı 161 manat olmuşdur. 2008-ci il tarixdən 6 ay müddətində və qış aylarında ümumiyyətlə əmək haqqı ödənilməmişdir. 2015-ci il tarixdən isə heç bir ödəniş edilməmiş, 2016-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. Lakin onun 2015-ci il tarixə qədər əmək haqqı hələ də ona ödənilməmişdir. Sözügedən məbləğ 861 1 (səkkiz min atlı yüz on bir) manat təşkil edir. X1 və X5 məhkəməyə verdiyi ifadəsində İddiaçı cavabdeh «xxxx” MMC-də həkim vəzifəsində işləməsini və qalıq əmək haqlarını almadığını təsdiq etmişlər. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-2155/2020) apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-673/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı adına açılmış İT-1, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə görə, İddiaçı xx.xx.1978-ci ildən - xx.xx.2016-cı ilə qədər «Azəraqrar»xxxx” MMC-də (əvvəlki adı X13 istehsalat Müəssisəsi” MMC) müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin X2rumlarının dövlət reyestri məlumatlarına görə, «xxxx” MMC xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmış, qanuni təm silçisi X8r. (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10629 saylı məlumatına görə, həll olunması üçün ekspertiza qarşısında sualların tədqiqi üçün əlavə materialların zəruriliyi haqqında məhkəmə orqanına xx.xx.2019-cu il tarixli vəsatət göndərilmiş, lakin bir aydan artıq müddət keçməsinə baxmayaraq həmin vəsatət təmin olunmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, qərardad icrasız saxlanılmış və mülki iş materialları geri qaytarılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə işdən azad olunmuş, cavabdehin ona hələ 2015-ci ildən borcu olması barədə məlumatı olsa da bu barədə xx xxxxxx 2019-cu ildə məhkəmədə iddia qaldır maqla əmək münasibətlərindən irəli gələn hazırki tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Apelyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin iddia ərizəsinə verdiyi etirazda və apelyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən iddia müddətinin ötürüldüyü qeyd olunmaqla iddianın təmin edilməməsi xahiş olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən buna qiymət verilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia tələbi təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X11) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2155/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, barəsində aparılan cinayət işi üzrə uzun müddət ibtidai istintaq, sonra məhkəmə istintaqı davam etdirilmiş, digər şəxslərlə bərabər onun barəsində məhkəmə hökm çıxarılmış və o, cəzaya məhkum olunmuşdur. Bu dövr ərzində o, məhkəməyə müraciət edə bilməmişdir. Lakin o, şifahi və yazılı formada cavabdehdən əmək haqqını tələb etmişdir. Məhkəmə müraciət etmək imkanlarının üzrlü səbəbdən buraxıldığını araşdırmamış və bu hala ümumiyyətlə qiymət verməmişdir. Göstərilən səbəbdən buraxılmı ş müddət üzrlü hesab edilərək məhkəmə kollegiyası tərəfindən bərpa edilməli olduğu halda müddət bərpa edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili X11 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2155/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə yanaşı eyni zamanda göstərilmişdir ki, məhkəmənin müddətin tətbiq olunmasına dair mövqeyi düzgün olmamışdır. Onun barəsində ci nayət işi olmuş və hökm çıxarılmışdır və məhkəmə bunları nəzərə alaraq müddəti bərpa etməli olduğu halda bunları etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı bəndinin tələbinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan bur axılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi iddiaçı müddətin bərpa edilməli olmasını barəsində cinayət işinin başlanması istintaq və məhkəmə icraatının həyata keçirilməsi və ona hökmlə cəza təyin olunması ilə əlaqələndirir. Lakin məhkəmələrin müəyyən etdiyi işin hallarında aydın olur ki, onun barəsində cinayət işi olsa da barəsində həbs qətimkan tədbiri seçilməmiş və şərti olaraq cəzaya məhkum edilmişdir. Bu halda isə onun məhkəməyə çatmaq imkanı olmuş, lakin bu imkandan vaxtında və səmərəli istifadə etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, bununla bağlı aşağı instansiya məhkəməsində hər hansı vəsatəti olmamış və məhkəmələr tərəfindən müzakirə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiy i faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2155/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.