Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1279/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi, iddiaya cavab verməli olmayan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu, Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit tarixçəsinə düzəliş edilməsi, borc qeydinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7516/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xxx oğlu (borcalan) ilə Cavabdeh3 ASC (bank) arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank borcalan İddiaçı xxx oğluna 1.094.261 ABŞ dolları məbləğində kredit verməyi, borcalan müqaviləyə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2(005)444/201 8 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borca görə 939.261 ABŞ dolları, faiz borcuna görə 104.800,11 ABŞ dolları olmaqla, cəmi 1 044.061,11 ABŞ dolları kredit borcunun tutulması” barədə iddiası rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-5042/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6689/2019 nömrəli qərarı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığ ortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)5042/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 5. "Azərbaycan Kredit Bürosu” MMC tərəfindən verilmiş SF10487 nömrəli Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı xxx oğlunun 939261 ABŞ dolları əsas, 2600,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 941861 ABŞ dolları məbləğində aktiv krediti mövcuddur. Qeyd olunan borc xx.xx.2012-ci il tarixdə verilmiş kredit əsasında yaranmışdır. Kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi xx.xx.2013-cü il, faizlərin gecikdirildiyi günlərin sayı 1586 gündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xxx oğlu (bun dan sonra “iddiaçı”) ləğv prosesində olan Cavabdeh3 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra “cavabdeh” və ya “Fond” ) və Cavabdeh1 MMC-yə (bundan sonra “cavabdeh” və ya Büro) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsinin, müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılmasının, habelə iddiaçıya həmin kredit müqavi ləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsinin Fond həvalə edilməsi, iddiaçı ilə “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit tarixçəsinə düzəlişlərin edilməsi, kredit tarixçəsində iddiaçının “Bank Technique” (Cavabdeh3) ASC qarşısında kredit (borc) öhdəliyinin olması barədə qeydlərin silinməsi, iddiaçının həmin bank qarşısında borcunun olmaması, sözügedən kredit müqaviləsi üzrə kreditor tərəfindən iddiaçıya heç vaxt hər hansı borc məbləğinin verilməməsi barədə məlumatların daxil edilməsi, habelə iddiaçının fərdi kredit tarixçəsində həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin və digər bu kimi qeydlərin silinməsi vəzifəsinin Büroya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, Büro tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10487 saylı çıxarışda iddiaçıya aid aktiv kreditlərin cəmi qalıq məbləği kimi 1596743,70 manat və 1 aktiv kredit göstərilmişdir. Həmçinin, iddiaçının aktiv öhdəlikləri qrafasında ləğv prosesində olan “Bank Technique” (Cavabdeh3) ASC-nin qarşısında 939261 ABŞ dolları əsas, 2600,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 941861 ABŞ dolları məbləğində öhdəliyi göstərilmişdir.
8. İstinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı və nəticə hissəsində də müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən “Bank Technique ASCdən sözügedən kredit müqaviləsi üzrə hər hansı borc məbləği götürülməmiş, bank tərəfindən iddiaçıya kredit qismində hər hansı vəsait ödənilməmiş və sonuncunun bank qarşısında hər hansı bir kredit öhdəliyi yoxdur. Belə olan halda, Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçı barəsində qeydlər tamamilə qanunsuz, əsassız, birtərəfli və qeyriobyektivdir.
9. Belə əsassız qeydin kredit tarixçəsində qalması iddiaçıya sahibkar kimi işgüzar nüfuzuna iqtisadi reputasiyasına xələl gəlməsi, gələcəkdə kommersiya layihələrinin bank və kredit təşkilatları tərəfindən maliyyələşdirilməsi imkanlarının məhdudlaşdırılması, kredit tarixçəsinin əsassız olaraq korlanması kimi mənfi nəticələr doğura bilən real maddi və mənəvi ziyan vurur.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 17.1, “Banklar haqqında” Qanunun 35.4, “Kredit büroları haqqında” Qanunun 18, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4 və 10.4.8-ci maddələrinə istinad etmişdir.
11. Fond iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə davamlı olaraq, təkcə 1.094.261 ABŞ dolları əsas borcdan 155000 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. İddiaçı ödənişlər etməklə öz borcunu hər bir halda qəbul etmişdir. Tərəfin etirafından daha üstün heç bir sübut mövcud deyildir; - iddiaçı tərəfin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı hazırki münasibətlərə tətbiq oluna bilməz. Belə ki, həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında bankın iddiasının rədd olunmasının səbəbi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsi olmuşdur. Hər üç məhkəmə qərarından da görünür ki, iddianın rədd olunmasının əsası iddiaçının borcunun olmaması deyildir. İddiaçının mübahisəli kredit müqavi ləsinin mövcudluğu həmin qərarlarla araşdırılmamışdır. Əksinə, iddiaçı iddia müddətinin tətbiqinə dair ərizə verərək faktiki olaraq öz borcunu etiraf etmişdir. Belə bir kredit mövcud olmasaydı, iddiaçı davamlı olaraq ödənişlər etməz və kredit müqaviləsinin etibarsızlığını mübahisələndirərdi. Hər üç məhkəmə instansiyası mədaxil qəbzlərinin faktiki olaraq mövcud olmamasını əsas gətirərək 3 illik iddia müddətini tətbiq etmişdirlər; - hazırda iddiaçının banka 939.261,00 ABŞ dolları əsas, 104.800,11 ABŞ dolları faiz olmaqla, cəmi 1.044.061,11 ABŞ dolları borcu mövcuddur. Bu borc məbləği mərkəzləşdirilmiş kredit reyestrində də öz əksini tapmışdır. Belə ki, iddia müddətinin tətbiqi bankı öz borcunu tələb etmək öhdəliyindən azad etmir. Mübahisəli kredit müqaviləsi xx.xx.2012-ci il tarixində bağlan mışdır. 2012-ci ildə bağlanmış müqavilə iddiaçının maraqlarına toxunsaydı, o, bu illər ərzində həmin müqavilənin etibarsızlığını mübahisələndirər və kredit üzrə ödənişlər həyata keçirməz, iddia müddətinin tətbiqi üçün də bankın ona qarşı iddia irəli sürməsini gözləməzdi; - bundan başqa, iddiaçı xx.xx.2004-xx.xx.2012-ci illərdə Cavabdeh3 ASC-nin İdarə Heyətinin sədri olmuşdur və o, təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ona və qeyrilərinə qarşı başlanılmış cinayət işində bank mülki iddiaçı qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014cü il tarixli, 1(103)-71/2014 saylı qərarına əsasən, iddiaçı və qeyrilərinin qanunsuz əməlləri nəticəsində banka 4.169.654.66 manat ziyan dəydiyi sübut edilmişdir. Göstərilənlərdən və qanunv ericiliyin tələblərindən də məlum olur ki, iddia müddətinin keçməsi borclunun borcunun silinməsi anlamına gəlmir.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3765/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqəsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsi və müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılması, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə mü vafiq arayışın verilməsinin cavabdeh Ləğv Prosesində olan Cavabdeh3 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Kərim Xudayev)
13. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən qanunu qüvvədə olan məhkəmə aktlarına istinadən müəyyən edib ki, Cavabdeh3 ASC tərəfindən kredit müqaviləsi üzrə kredit məbləği iddiaçıya, ümumiyyətlə, verilməyib. Həmin məhkəmə aktları preyudisial əhəmiyyət daşıyır və bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə borcun verilməməsi işin mübahisəsiz halıdır.
14. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əsasən mövqeyini onunla əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsi bağlanılsa da, bank tərəfindən kredit müqaviləsi üzrə kredit məbləği id diaçıya verilmədiyindən, onun ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında icra edilməmiş öhdəliyi də mövcud deyildir. Belə olan halda, iddiaçının adına kredit sistemində borcunun və kreditin ödənilməsi ilə bağlı gecikmə günlərinin göstərilməsi onun hüquqlarını pozur və gələcəkdə hər hansı bankdan kredit götürməsinə maneçilik yaradır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 324.1, 324.4, 324.6, 386.1-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Fondu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasi ya şikayətinin dəlilləri: - ləğv prosesində olan Cavabdeh3 ASC-nin lisenziyası alındığı üçün hal-hazırda bank fəaliyyəti ilə məşğul deyildir, lakin ləğv olunmamışdır. Hüquqi şəxs kimi hazırda da fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə cavabdeh ola bilməz və onun üzərinə LPO Cavabdeh3 ASC-nin hüquqi fəaliyyətindən irəli gələn heç bir vəzifə qoyula bilməz. Bu baxımdan, Mülki Məcəllənin 60.2, 61.12-ci maddələrinin tələblərinə əməl edilməyib; - bundan başqa, iddiaçı tərəfin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6689/2019 saylı qərarı hazırki münasibətlərə tətbiq oluna bilməz. Belə ki, həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında Bankın iddiasının rədd olunmasının səbəbi cavabdehin iddia müddətini n tətbiqinə dair ərizə verməsi olmuşdur. Hər üç məhkəmə qərarından da görünür ki, iddianın rədd olunmasının əsası İddiaçı borcunun olmaması deyildir. İddiaçının mübahisəli kredit müqaviləsinin mövcudluğu həmin qərarlarla araşdırılmamışdır. Əksinə, iddiaçı iddia müddətinin tətbiqinə dair ərizə verərək faktiki olaraq öz borcunu etiraf etmişdir./Belə bir kredit mövcud olmasaydı, iddiaçı davamlı olaraq ödənişlər etməz və kredit müqaviləsinin etibarsızlığını mübahisələndirərdi.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7516/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və mər uzəçi), Şərafət Məmmədova, Rafael Eyvazov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyi kimi, iddiaçı ilə Cavabdeh3 ASC arasında 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi bağlansa da, bank müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş məbləği iddiaçıya təqdim etməmişdir. Ona görə də, iddiaçının bank qarşısında hər hansı bir öhdəliyi yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi apellyatorun Əmanətlərin Sığortalanması Fondunun hazırki iş üzrə cavabdeh ola bilməməsi barədə dəlili ilə bağlı bildirmişdir ki, hazırki mülki işin əsasını təşkil edən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tələb edilməsi ilə bağlı ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı xxx oğluna qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 ASC-nin ləğvedicisi qismində çıxış etdiyindən, onun bütün öhdəlikləri üçün məsuliyyət daşıyır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edib ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. (bax:17-ci bənd) b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə i radənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apel lyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinın qətnaməsi iddianın təmin edilən hissəsi ilə bağlı olub. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.
29. İddia ərizəsindən görünür ki, iddiaçı onunla “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və geci kdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsinin, müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılmasının, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi tələbi üzrə cavabdedh kimi Cavabdeh3 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu qoymuşdur.
30. Mülki Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
32. Mülki Məcəllənin 60.1 və 60.2-ci maddələrinə görə hüquqi şəxsin ləğvi haqqında qəra rla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
31. Mülki Məcəllənin 61.12-ci maddəsinə görə hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 32. “Banklar haqqında” Qanunun 59.2-ci maddəsinə görə məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalan ması Fondunu ləğvedici təyin edir.
33. İşdən görünür ki, Cavabdeh3 ASC-nin ləğvi haqqında qərar qəbul edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Həmçinin Cavabdeh3 ASCnin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilmir.
34. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh3 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
35. İddiaçı cavabdeh qismində Cavabdeh3 ASC-ni deyil, onun ləğvedisi olan Fondu qoymaqla iddianı ona cavab verməli olmayan şəxsə qarşı vermiş, birinci instansiya məhkəməsi qeyd edilən bu məsələyə diqq ət yetirməmiş, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsində nəzərədə tutulan imkandan istifadə etməmiş, iddianı ona cavab verməli olmayan şəxsə qarşı təmin etməklə səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə.... iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə... cavabdehi əsl... cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
36. Apellyasiya instansiyası məhkəməsi apellyatorun Əmanətlərin Sığortalanması Fondunun hazırki iş üzrə cavabdeh ola bilməməsi barədə dəlilini təkzib etm ək üçün ona istinad etmişdir ki, hazırki mülki işin əsasını təşkil edən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tələb edilməsi ilə bağlı ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı xxx oğluna qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla da Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 ASC-nin ləğvedicisi qismində çıxış etdiyindən, onun bütün öhdəlikləri üçün məsuliyyət daşıyır.
37. Məhkəmə kollegiyası Fondunun hazırki iş üzrə cavabdeh ola bilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gətirdiyi bu arqumenti əsaslı saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin arqumentə istinad edərkən bankın ləğvedicisinin borcluya qarşı iddia verməsinin “Banklar haqqında” Qanunun 71.7.5-ci maddəsini n tələblərindən irəli gəlməsini nəzərə almamışdır. Həmin normaya görə ləğvedici bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 ASC ləğvetmə prosesində olduğu və bü müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbi bankın ləğvedicisinə qarşı verilə bilməzdi. İddia ona cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün iddia tələbi təmin edilməməli idi. Mülki Prosessual Məcələnin 50.3-cü maddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilən hal hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməli, iş apellyasiya baxışına göndərilmədən, iddia tələbi təmin edilməməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası qey d olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7516/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.