Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1282/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, öhdəliyin üçüncü şəxsə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)564/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 26 fevral 2010-cu il tarixli, 2289(G) №-li kredit müqaviləsi ilə İddiaçı İKB ASC tərəfindən Cavabdeh4 24 ay müddətinə, illik 18% ödəmək şərti ilə ******* manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi: - İddiaçı İKB ASC və Cavabdeh3 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi ilə sonuncuya məxsus ünvan 1evi; - İddiaçı İKB ASC və Cavabdeh2 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi ilə sonuncuya məxsus ünva n 2v; - İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi ilə sonuncuya məxsus ünvan 3 ipoteka ilə yüklü edilmişdir. İddiaçı İKB ASC, “xxxx” MMC, X1 və “xxxx” MMC arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04 noyabr 2013-cü il tarixli müqaviləyə əsasən bankla bağlanmış 7 kredit müqaviləsi üzrə olan borcların, o cümlədən Cavabdeh4 26 fevral 2010-cü il tarixli kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcunun və ona hesablanan faizlərin “xxxx” MMC-yə köçürülmüşdür. İddiaçı İKB ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh4 26 fevral 2010-cü il tarixli kredit müqaviləsi üzrə 24 noyabr 206-ci il tarixə 1448993,63 manat əsas, 1049522,43 manat faiz, 534362 manat dəbbə pulu olmaqla, cəmi 3030878,06 manat borcu olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 iyun 2020-ci il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 ilə İddiaçı İKB ASC arasında bağlanmış 26 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə 26 fevral 2012-ci il tarixə ödənilməli olan əsas kredit borcu ******* manat, faiz borcu 285528,10 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, xxxndan və Cavabdeh6 1448993,63 manat əsas borc, 1047522,43 manat faiz borcu, 5343 62 manat dəbbə pulu, cəmi 3030878,06 manat borcun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi və tələbin 26 fevral 2010-cu il tarixli, 2289(İ)a nömrəli, 26 fevral 2010cu il tarixli, 2289(İ)b nömrəli və 26 fevral 2010-cu il tarixli, 2289(1)c nömrəli ipoteka müqavilələri üzrə müvafiq olaraq Cavabdeh3 məxsus ünvan 1evinə, Cavabdeh2 məxsus ünvan 2və və Cavabdeh1 məxsus ünvan 4nömrəli evə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Y asamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci tarixli, 2(004)4774/2017 nömrəli qərardadı ilə mülki işin icraatına Cavabdeh5 və Cavabdeh6 borcun tutulması hissəsində xitam verilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, kreditin borc alana verilməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilməmiş, kredit verildiyi halda isə borc “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04 noyabr 2013-cü il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə keçmiş, həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı İKB ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin 10 oktyabr 2017-ci tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2018-ci il tarixli, 2(103)-3536/2018 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovdan sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevdən və H.Ü.Həmidovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı İKB ASC kassasiya şika yəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2018-ci il tarixli, 2(103)-3536/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli, 2(102)-6932/2018 nömrəli qərarı ilə (hakimlər M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.M.Rüstəmovdan və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) İddiaçı İKB ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2018-ci il tarixli 2(103)-3536/2018 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassa məxaric orderinin olmamasına və iddia müddətinin tətbiqi barədə cavabdehlərin ərizələrinə istinad etməklə, iddiaçının iddia tələbinin əsassız olması və 3 illik iddia müddətini ötürməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Çünki, İddiaçı İKB ASC, X1, “xxxx” MMC və “xxxx” MMC (“xxxx” MMC-nin adından müqaviləni Cavabdeh4 imzalamışdır) arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli borcun köçürülməsi və hüququn güzəşti haqqında müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə borc “xxxx” MMC-yə keçmişdir. Bu müqavilənin tərtib edilməsi ilə tərəflər Bank tərəfindən 26 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş kredit məbləğinin borcalana verilməsini təsdiq etmiş və həmin müqavilə üzrə yaranmış borc məbləği 04 noyabr 2013-cü il tarixdən “xxxx” MMC-yə keçməklə, borcun qaytarılması üçün 36 ay müddət müəyyən edilmişdir. Bu səbəbdən də, iddia müddətinin axımı 26 fevral 2012-ci il tarixdən deyil, 04 noyabr 2013-cü il tarixli müqavilənin müddətini bitdiyi vaxtdan, yəni 04 noyabr 2016-cı il tarixdən iddia müddətinin axımı başlayır. İddiaçı isə 25 aprel 2017-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, 3 illik iddia müddətini ötürməmişdir. Həmçinin, məhkəmə kredit müqaviləsi üzrə borcalana verilməsi nəzərdə tutulmuş məbləğin nağd və ya hesaba köçürülmə yolu ilə həyata keçirilməsi barədə sənədləri bankdan tələb etməmiş, pul məbləğinin hansı tarixdə və qaydada borcalana verilməsini, o cümlədən alınmış kredit məbləği üzrə borcalanın hansı məbləğdə və hansı tarixdə Banka pul ödəməsini aydınl aşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-ci il tarixli, 2(103)1011/2019 nömrəli qətnaməsi ilə (hakimlər V.T.Həsənovun sədrliyi və məruzəsi, hakimlər Ş.A.Məmmədovadan və N.Ş.Cəfərovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı kredit məbləğinin borcalana verilməsini təsdiq edən sübutu – “Kassa məxaric orderini” məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin apellyasiya baxışı gedişində həmin sənədin məhkəməyə təqdim edilməsi üçü n sorğu verilmiş və cavab olaraq sənədlərin məhv edilməsi səbəbindən təqdim olunmasının mümkünsüz olması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında 26 fevral 2010-cü il tarixli müqavilə üzrə borc öhdəliyinin olması aşkardır. Çünki bağlanmış öhdəliyin güzəşt edilməsinə dair müqavilə bu faktı təsdiq edir. Lakin İddiaçı İKB ASC, X1, “xxxx” MMC və “xxxx” MMC (“xxxx” MMC-nin adından müqaviləni Cavabdeh4 imzalamışdır) arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli borcun köçürülməsi və hüququn güzəşti haqqında müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun “xxxx” MMC-yə keçməsi, həmin müqavilənin ləğv və ya etibarsız hesab edilməməsi əvvəlki müqavilənin icrasının tələb olunmasını istisna edir. Yəni əvvəlki müqavilə üzrə borclu olan Cava bdeh4 yeni müqavilənin tərəfi olmadığına görə kreditor qarşısında heç bir məsuliyyət daşımır. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olsaydı belə, iddia müddəti ötürüldüyündən təmin edilə bilməz. Belə ki, kredit müqavilənin icra müddəti 26 fevral 2012-ci ildə başa çatmışdır, iddiaçı isə 3 illik iddia müddətini ötürərək məhkəməyə 21 aprel 2017-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, 26 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin ötürülməsinə dair müqavilə bağlanmış, bu əvvəlki müqavilə üzrə iddia müddətinin uzadılmasının deyil, yeni şəxslərlə, yeni şərtlər daxilində öhdəlik münasibətlərinin yaranmasını özündə əks etdirir. İddiaçının məhz öhdəliyin ötürülməsinə dair müqaviləyə istinad edərək həmin müqavilənin digər tərəfinə qa rşı tələb irəli sürmək hüququ yaranmışdır. Lakin iddiaçı həmi müqavilə üzrə müqavilənin digər tərəfindən borcun ödənilməsini tələb etməli olduğu halda, 26 fevral 2012-ci il tarixli müqaviləyə istinad edərək həmin müqavilə tərəfindən borcun ödənilməsini tələb etmək yolverilməzdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat İddiaçı İKB ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-ci il tarixli, 2(103)-1011/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(102)5412/2019 nömrəli qərarı ilə (hakimlər Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, A.Ə.İsgəndərovdan və İ.K.Dəmirovdan ibarət tə rkibdə) İddiaçı İKB ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1011/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya məhkəməsi həmin qərarında hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməməklə Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən sözügedən kredit müqaviləsi üzrə kredit məbləğinin iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh4 verilməməsini qeyd etdiyi halda, digər tərəfdən tərəflər arasında həmin müqavilə üzrə bo rc öhdəliyinin əmələ gəlməsini və bu faktın öhdəliyin güzəşt edilməsinə dair müqavilənin bağlanması ilə də təsdiq edilməsini göstərməklə ziddiyyətli nəticəyə gəlmiş və bu barədə işə əlavə edilmiş çoxsaylı sübutlara, o cümlədən iddiaçı təşkilatla borclu arasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini özündə ehtiva edən 26 fevral 2010-cu il tarixli kredit müqaviləsinə, həmin müqaviləyə əlavə edilən 26 fevral 2010cu il tarixli ödəniş cədvəlinə, eləcə də həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla digər cavabdehlər arasında bağlanan 26 fevral 2010-cu il tarixli ipoteka müqavilələrinə, həmçinin kredit müqaviləsində göstərilən kredit məbləğinin borclu Cavabdeh4 verilməsini təsdiq edən digər sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət vermədən, borclu tərəfindən ötən müddət ərzində həmin kredit müqaviləsi üzrə hər hansı məbləğdə ödənişin edilib-edilməməsini aydınlaşdırmadan və bu kimi xüsusi bilik tələb edən suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, sözügedən kredit müqaviləsi üzrə kredit məbləğinin iddiaçı təşkilat tərəfindən borcluya verilməsi və ya verilməməsi barədə ziddiyyətli nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi işin “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” 04 noyabr 2013-cü il tarixli müqavilənin kserosurətinə istinad edib, sözügedən kredit müqaviləsi üzrə borcun “xxxx” MMC-yə keçməsi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin müqavil ənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, iddiaçı təşkilatın, həmçinin həmin müqavilə üzrə tərəfləri işə baxılmağa cəlb edib hazırki mübahisəli məsələyə onların münasibətlərini öyrənmədən, həmin müqavilənin şərtlərini təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, müqavilə üzrə tərəflərin sonrakı hərəkətlərini nəzərə almadan və bu barədə heç bir araşdırma aparmadan, yalnız müqavilənin kserosurətinə istinad edərək, sözügedən kredit müqaviləsi üzrə borcun “xxxx” MMC keçməsinə dair səhv nəticəyə gəlmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 0 5 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 292, 522.1, 522.2, 525-ci maddələrinə istinad edərək göstərmişdir ki, kreditorla bağlanmış müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilmişdir. Belə olan halda isə kredit borcunun tutulması barədə iddia buna cavab verməli olmayan şəxsə qarşı, yəni artıq kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımayan Cavabdeh4 qarşı qaldırıldığı üçün təmin edilə bilməz. Apellyasiya in stansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbləri əsassız olduğuna görə iddia müddətinin tətbiq edilməsi barədə ərizələrə hüquqi qiymət verilməsinə lüzum yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərarında əks olunan göstərişlərə dair məhkəmə qeyd etmişdir ki, üçüncü apellyasiya baxışında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və 01 iyun 2020-ci il tarixli 2059 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən də kredit məbləğinin verilməsi və müqavilə üzrə cəmi 237624 manat məbləğində ödəniş edilməsi müəyyən olunmuşdur. Həmçinin cavabdeh tərəfin vəsatəti əsasında İddiaçı İKB ASC ilə X1, “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli Borcun köçürülməsi və hüququn güzəşti barədə müqavilənin təs diq olunmuş surəti həmin müqaviləni təsdiq edən Bakı şəhəri 13 saylı notariat kontorundan götürülmüşdür. Həmin müqavilədə göstərilən X1, “xxxx” MMC və “xxxx” MMC-nin hazırkı mübahisəyə cəlb edilməsi və müqavilənin Mülki Məcəllənin 404-cü maddəsinə əsasən təfsir edilməsinə dair qeyd olunmuşdur ki, iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilməmiş və ya müqavilənin məzmunun qeyridəqiq və yaxud ziddiyyətli olmasına istinad olunmamışdır. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi də bildirdi ki, həmin müqavilə ləğv olunmamış və ya məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Eyni zamanda həmin müqavilədə aydın şəkildə göstərilmişdir ki, Cavabdeh4 ilə bağlanmış 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və o na hesablanan faizlər yeni borclu “xxxx” MMC-yə keçmişdir. Ona görə kollegiya hesab etmişdir ki, həm işin araşdırılması, həm də prosessual qənaət prinsipi baxımından həmin müqavilə üzrə tərəflərin hazırkı işə cəlb edilməsi və müqavilənin təfsir edilməsinə ehtiyac yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC (İddiaçı İKB ASC) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmu ş, Ali Məhkəmənin göstərişlərini icra etməmiş, Borcun köçürülməsi və hüququn güzəşti barədə müqavilənin qüvvədə olubolmaması araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinə yazılı etiraz verərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini, habelə Borcun köçürülməsi və hüququn güzəşti barədə 04 noyabr 2013-cü il tarixli müqavilə ilə borcun başqa şəxsə keçməsini nəzərə almaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatla rını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi, habelə digər cavabdehlər iclasa gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Res publikası Mülki Məcəlləsinin: 292-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389. 1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 522.1 -ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 525-ci maddəsinə əsasən tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Müflisolma halı üçün tələblə bağlı üstünlük hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin əmlakı barəsində həyata keçirilə bilməz. 739.1-ci maddəsi nə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 29-cü maddəsinə əsasən əsas öhdəlik üzrə borc başqasına keçdikdə (vərəsəlik qaydasında borcun keçməsi halları istisna olmaqla) ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində müəyyən etmişlər ki, İddiaçı İKB ASC ilə X1, “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli Borcun köçürülməsi və hüququn güzəşti barədə müqavilə ilə hazırki iddianın əsasını təşkil kredit müqaviləsi üzrə borcalanın öhdəlikləri başqa şəxsə verilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına istinad edərək hesab etmişdir ki, iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı üçün təmin edilə bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında vermiş olduğu bütün zəruri göstərişləri icra etmiş, işdə olan sübutlara həmin göstərişlərə uyğun hüquqi qiymət vermiş və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla, tətbiq edilməli maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad etdiyi Borcun köçürülməsi və hüququn güzəşti barədə müqavilənin təsdiq olunmuş surəti notariat kontorundan götürülmüş, həmin müqavilənin mübahisələndirilməsi, etibarsız hesab edilməsi və ya ləğv olunması barədə sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC (İddiaçı İKB ASC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1282/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1282/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver