Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1282/2022 25.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Kamil qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.04.2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay üçün uşağa 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi nin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 iyun 2021-ci il tarixli 2(002)-1742/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Şeyda Məhərrəmova) 16.09.2021-ci il tarixli, 2(103)-8853/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(002)-1742/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.09.2021-ci il tarixli, 2(103)-6744/2021 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İşə baxmış apelyasiya kollegiyası MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min m anatdan azdır) kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Belə ki, işdən görünür ki, iddiaçının alimentin artırılmasını tələb etdiyi 16.10.2018-ci il tarixli qətnamə üzrə aliment məbləği hər ay üçün 130 manat müəyyən edilmiş, hazırda isə həmin məbləğin artırılmaraq 175 manat olması xahiş edilmişdir. Belə olan halda iddianın qiyməti hesablanarkən müəyyən edilmiş məbləğ ilə tutulması xahiş edilən məbləğ arasındakı fərq müəyyən edilməli (175-130=45), həmin məbləğ bir il üzrə hesablanmalıdır ki (45x12=540), alınan məbləğlə kasasiya şikayəti verilməsi üçün tələb edilən iddianın qiyməti ödənilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imza lanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilm əsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8853/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1282/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1282/2022
25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver