Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1286/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)6046/2018 nömrəli iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Samir Mayılov) 2(003)-5729/2017 saylı 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın təm in edilməsi, Cavabdeh 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə ödədiyi 14810,17 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 24 noyabr 2017ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə ödədiyi 14810,17 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki tanımış, aralarında bir-birinə inam və etibar olmuşdur. Cavabdeh bankdan borc pul götürmək üçün onun formal olaraq zamin durmasını xahiş etmiş, bildirmişdir ki, onsuz da borcu özü ödəyəcək, sadəcə bank zaminsiz borc vermir. Bu səbəbdən cavabdeh 28.10.2014-cü ildə “xxxx” ASC ilə Təminatlı kredit müqaviləsi bağlayaraq istehlak məqsədilə 15000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə kreditin təminatı kimi 86-28.10.2014 saylı 28.10.2014-cü il tarixli zaminlik müqaviləsi baölanmışdır. 28.10.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 28.10.2017-ci ilədək nəzərdə tutulmuşdur. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini və bağladığı kredit müqaviləsi şərtləri dəfələrlə yeri nə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Cavabdeh bankdan götürdüyü kredit məbləğini vaxtında ödəmədiyinə görə iddiaçının əmək haqqından kredit borcuna görə 8698,87 manat pul onun iradəsinə zidd olaraq bankın hesabına silinmişdir. Eyni zamanda o, cavabdeh tərəfindən borc ödənilmədiyinə görə əlavə faiz hesablanmaması üçün birdəfəlik qaydada “xxxx”na 6111,30 manat kredit borcu ödənilmişdir. Beləliklə zamini olduğu 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh “xxxx” ASC-yə olan kredit borcunun müqabilində məcburiyyət qarşısında 14810,17 manat kredit borcu tərəfindən ödənilmişdir. Hal-hazırda cavabdehin “xxxx” ASC-yə olan kredit borcu tam olaraq bağlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlil ləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin əsassız heasb edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 28.10.2014-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmişdir. Həmin vaxt İddiaçı 28.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin olaraq kredit müqaviləsi üzrə bank qarşısında borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etmədiyindən kreditor bank tərəfindən İddiaçı məxsus əmək haqqı hesabından həmin kreditə görə 8698,87 manat vəsait silinmiş və cavabdeh tərəfindən borc ödənilmədiyinə görə İddiaçı əlavə faiz hesablanmaması üçün 15.09.2017-ci il tarixdə kreditin tam ödənişi üzrə 6111,3 manat pulu “xxxx” ASC-yə ödəmiş, bununla da 28.10.2014-cü il tarixli təminatlı kredit müqaviləsi üzrə “xxxx” ASC-nin Cavabdeh olan, ümumilikdə 14810,17 manat tələbini ödəmişdir. Hazırki tələblə iddiaçı cavabdehdən sonuncunun borcuna görə banka ödədiyi pulu tələb edir. Azərbayca n Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” ASC-nin Cavabdeh 14810,17 manat pul tələbinə dair hüququ həmin vəsaiti banka ödəmiş iddiaçıya keçdiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, Cavabdeh 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə ödədiyi 14810, manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6046/2018 nömrəli iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1286/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1286/2019
04.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver