Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1287/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 21 fevral 2019-cu İş № 2(102)-1287/2019 il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil oğlu, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 20 18-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-226/2018, hakim F.F.Babayev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, Cavabdeh1 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 52.932 manat əsas borc, 17.587 manat faiz borcu, cəmi 70.519 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 12b ünvanında yerləşən, 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 98.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 70.519 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər tərəfindən mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8748/2018 V.Ə.Baxışova, V.T.Həsənov, N.Ş.Cəfərov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 1 48 ay müddətinə 69.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 12b ünvanında yerləşən, 1 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir 27 aprel 2017-ci il tarixdə İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «xxxx» MMC-nin 06 dekabr 2017-ci il tarixli Mənzilin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Bazar dəyəri-98.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mə rkəzinin 04 may 2018-ci il tarixli rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014cü tarixli kredit müqaviləsi üzrə 17 iyun 2017-ci il tarixinə Cavabdeh1 Banka əsas borcu 52.932 manat, faiz borcu 17.698 manat təşkil edir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər apellyasiya şikayətində İddiaçı ASC-nin kredit müqaviləsi üzrə 52.932 manat əsas borcun əsasında hesabladığı və tələb olaraq irəli sürdüyü 17.587 manat faiz borcunun 04 may 2018-ci il tarixli ekspert rəyinə əsasən 17.698 manat məbləğində, yəni iddiaçının tələb etdiyi məbləğdən yüksək olmasını, faizin düzgün hesablanmamasını əsas g ətirərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi isə işə baxarkən təkrar ekspertizanın keçirilməsini əsaslı hesab etməmiş, əsas borc üzrə düzgün faiz borcunun bu iki məbləğdən hansı olduğunun, yaxud başqa bir məbləğ olduğunun araşdırılmasını təmin etməmiş, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 04 may 2018-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014-cü tarixli kredit müqaviləsi üzrə 17 iyun 2017-ci il tarixinə Cavabdeh1 Banka əsas borcu 52.932 manat, faiz borcu 17.698 manat təşkil edir. Göründüyü kimi cavabdehin iddiaçı banka yaranmış əsas borcu iddiaçının tələb etdiyi məbləğlə eyni, faiz borcu məbləği iddiaçının tələb etdiyi məbləğdən yüksəkdir. Apellyasiya məhkəməsi faiz borcunun iddiaçının tələb etdiyi məbləğdə tutulması barədə birinci instansiya məhkəməsinin gəl diyi nəticə ilə razılaşmışdır. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından təkrar mühasibatlıq ekspertizası təyin edilməli olduğuna dair cavabdehlərin dəlilləri əsassızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilmsi qaydalarını müəyyən edən 39-cu maddəsinin tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi ipoteka predmeti olan mənzil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1287/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1287/2019
21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver