Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1290/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı ləğv prosesində olan «İddiaçıı» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh və vəkili Mustafayev Elçin Tapdıq oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin30 aprel 2018-ci il tarixli qətnaməsiilə (C.T.Qədirov, iş2(010)-341/2018) iddiaçı l əğv prosesində olan «İddiaçıı» ASC-nin Cavabdeh qarşı pultələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 7.174,09 ABŞ dolları məbləğində əsas borc, 656,93 ABŞ dolları məbləğində faiz borcu, əldən çıxmış faydaya görə 358,70 ABŞ dollarının ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınaraq manatla, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, müvafiq ödənişin ipoteka ilə yüklü edilmiş «TİRSAN” markalı 99ZA968 dövlət qeydiyyat nişanlı yarımqoşqunun açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş2(103)-10343/2018) Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-341/2018 saylı iş üzrə 30 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Mustafayev Elçin Tapdıq oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. İddiaçı ləğv prosesində olan «İddiaçıı» ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılm asını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan «İddiaçıı» ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Mustafayev Elçin Tapdıq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan İddiaçı ASC ilə C avabdeh arasında 13 mart 2014-cü ildə bağlanmış 1978A nömrəli kredit müqaviləsinə əsasən cavabdehə sonuncuya 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 16.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan kredit öhdəliyinin icrasının təminatı olaraq 13 mart 2014-cü ildə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1978A nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus “TİRSAN” markalı 99ZA968 dövlət qeydiyyat nişanlı yarımqoşqu bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” 13 mart 2014-cü tarixli çıxarışdan görünür ki, mübahisəli yarımqoşqu iddiaçı qarşısında ipoteka ilə yüklü edilib. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi tələb edilmiş, əks təqdirdə tutmanın ipoteka qoyulmuş nəqliyyat vasitəsinə yönəlməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarından məlum olur ki, 28 oktyabr 2016-cı il tarixdə bildiriş DİN-nin BDYPİ-də qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 7.174,09 ABŞ dolları məbləğində əsas borcu, 660,02 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda olaraq 4.056 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı 19 may 2017-ci il tarixinə hesablanmış borcu tələb etmişdir. İş materiallarından məlum olur ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-iqtisad ekspertiza sı təyin olunmuşdur. Bununla əlaqədar olaraq, 30 mart 2018-ci ildə verilmiş 2414 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 13 mart 2014-cü ildə bağlanmış 1978A nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 13 mart 2016-cı il tarixinə (müqavilə müddətinin tarixinə) İddiaçı ASC-yə əsas borcunun məbləği 7.245,58 ABŞ dolları, faiz borcunun məbləği 656,93 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1 -ci maddəsi nə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə « İddiaçı» ASC arasında bağlanmış 13 mart 2014-cü tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 24 faiz olmaqla 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da, sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmi şdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 19 sentyabr 2018-ci il tarixli, 2(103)-10343/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1290/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1290/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver