Məhkəmə qərarları › İş №2(102)-1290/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1290/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1290/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1290/21 (Açar sözlər: kredit müqaviləsi üzrə əlavə faizlər tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Məmmədov Fərid Saleh oğlunun, Cavabdehin vəkili Osmanov Zaur Məzahir oğlunun iştirakları ilə, İddiaçı ASC “xxxx” Bankı-nın Cavabdeh qarşı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablan mış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1744/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı Cavabdeh qarşı əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli **********10 №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 135 222 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat məbləğində əsas borc. xx.xx.2011-ci il tarixinə kimi əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 50 070,08 (əlli min yetmiş manat 08 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2019-cu il tarixinədək əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 192 836,95 (bir yüz doxsan iki min səkkiz yüz otuz altı manat 95 qə pik) manat penya, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 257 116,41 (iki yüz əlli yeddi min bir yüz on altı manat 41 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 635 245,44 (altı yüz otuz beş min iki yüz qırx bes manat 44 qəpik) manat məbləğində pul vəsaiti, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində xərclərin əvəzi və xx.xx.2019-cu il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinə müvafiq olaraq (həmin kredit xətti müqaviləsinə xx.xx.2010-cu il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) 18 (on səkkiz) ay müddətinə, illik 20 faiz ödənilməklə 240 000 (iki yüz qırx min) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə X3 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus, Qax rayonu, Qaşqaçay kəndində yerləşən 1 ha torpaq sahəsinin (təyinatı – yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - sahibkarlıq) ipoteka qoyulması barədə xx xxxxxx 2010-cu il tarixli 012008/0038/10/11 nömrəli ipoteka müqaviləsi (həmin İpoteka müqaviləsinə xx.xx.2010cu il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı ASC “xxxx” Bankına Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Borcalan Cavabdeh tərəfindən kredit xətti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “xxxx” Bankı kredit xətti müqaviləsi üzrə tələblərinin təmin edi lməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2015-ci il tarixli 2(033)-12/2015 nömrəli qətnaməsi ilə xx xxxxxx 2010-cu il tarixli 012008/0038/10/11 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və ipoteka qoyan X2 (ipoteka qoyan M.B.Babayev vəfat etmiş, əmlaka dair mülkiyyət hüququ Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, onun qanun üzrə vərəsəsi olan arvadına keçmişdir) məxsus Qax rayonu, Qaşqaçay kəndində yerləşən 1 ha torpaq sahəsinə tutmanın yön əldilməsi və borcalan Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsi üzrə 176 660 (bir yüz yetmiş altı min altı yüz altmış) manat əsas borcunun, xx.xx.2014-cü il tarixə kreditdən istifadəyə görə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 166 927,72 (bir yüz altmış altı min doqquz yüz iyirmi yeddi manat 72 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2014-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 000 (on min) manat məbləğində cərimə faizlərinin, cəmi 353 587,72 (üç yüz əlli üç min beş yüz səksən yeddi manat 72 qəpik) manat pul vəsaitinin, eləcə də sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14,10 (on dörd manat 10 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəl dilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,40 (otuz manat 40 qəpik) manatın və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC „xxxx” Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında Hərrac təşkilatçısı (“X1 Mərkəzi” MMC) tərəfindən keçirilmiş hərraclarda yuxarıda qeyd edilən əmlak satılmadığından onun alınması iddiaçı ASC “xxxx” Bankına təklif edilmiş və iddiaçı buna öz razılığını bildirmişdir. Əmlakın alqı-satqısı Hərrac təşkilatçısı, Qax Rayon İcra Şöbəsi və iddiaçı ASC “xxxx” Bankı tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli Y172 nömrəli Hərracın yekunları barədə protokol və iddiaçı ASC “xxxx” Bankı ilə Hərrac təşkilatçısı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın satış qiyməti 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manat müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində iddiaçının balansına keçməsinə baxmayaraq, cavabdehin xx.xx.2017-ci il tarixə kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında 135 222 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas borcu və xx.xx.2011-ci il tarixədək əsas borca illik 20% (iyirmi faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 50 070,08 (əlli min yetmiş manat 08 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilmə si ilə əlaqədar olaraq, banka kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 %(on beş faiz) dərəcəsi ilə penya da (cəmi 35 %) ödəməlidir. Cavabdeh xx.xx.2017-ci il tarixə qədər kredit xətti müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 %(on beş faiz) dərəcəsi ilə hesablanmış penyanın məbləği 147 819,29 (bir yüz qırx yeddi min səkkiz yüz on doqquz manat 29 qəpik) manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakdan almaq hüququ yaranmışdır. İstehlak məqsədləri üçün iddiaçı tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 20 (iyirmi) faiz təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçı kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2011-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2017-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2011-ci il) hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2017-ci il) olan dövr üçün müvafiq məbləğ 197 092,87 (bir yüz doxsan yeddi min doxsan iki manat 87 qəpik) manat təşkil edir. İddiaçı hesab edir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən etibarən iddiaçının tələblərinin təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 %(iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 %(on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri də əsaslıdır. Kredit xətti müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq, cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına, borcun qısa vaxt ərzində tam şəkildə ödənilməsinin tələb edilməsinə və bu barədə cavabdehə xx.xx.2017-ci il tarixli 183 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, sonuncu öhdəliyini icra etmir.

3. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il tarix li **********10 nömrəli kredit müqaviləsinə əsasən xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat-əsas kredit borcu, 50070,08 (əlli ın yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penya olmaqla, cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin.” sözlərinin “İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas kredit borcu, 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penya olmaqla, cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödənilməsi qət edilmişdir.

4. Məhkəmə iddia tələbini qismən təmin edər kən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443, 448, 467, 739.1, 739.2, 741-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» x xxxx 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası MPMin 119.1 və 222.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

5. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və A.A.Mahmudov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən-Cavabdeh xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə olan 1 35.222 manat əsas kredit borcunun və cəmi 204.575,68 manat kredit borcunun alınaraq ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş, əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, əldən çıxmış faydanın, tələblərin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiasının xx xxxx 2019-cu il tarixə olan 135.222 manat əsas kredit borcuna aid hissədə rədd edilməsi, cəmi borcun məbləğinin 69.353,68 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443, 448, 467, 739.1, 739.2, 741-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki İ icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Xələfov,G.Quliyev və Z.Əliyev) iddiaçı və cavabdehin kasasiya şikayətləri təmin edilərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əsas borca aid hissədə qanuni qüvvəsini almıvş məhkəmə qətnaməsi olduğu halda məhkəmələr həmin məsələ ilə bağlı mübahisəyə yenidən baxmış, müxtəlif faizlər adı altında tələb olunan məbləğin mənbəyi aydın deyil, vaxtı keçmiş borca gö rə illik 15 faiz dərəcəsinin hansı norma əsasında tətbiq olunması aydınlaşdlırılmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

9. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Eyvazov, R.Əliyev və İ.Şükürov) Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qətnaməsi 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penyanın iddiaçıdan alınaraq cavabdehə ödənilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı ASC “xxxx” Bankın ın Cavabdeh qarşı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınması tələbi rədd edilmişdir.

10. Eyni zamanda, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin tarixli qərardadı ilə iddiaçının əsas borc tələbi ilə bağlı hissədə qətnamə ləğv olunaraq həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları a) və ona Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı

11. İddiaçı “xxxx” ASC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə rək, qətnamənin ləğv edərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti Azərbaycan Respubliksı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarı, mülki qanunvericiliyin müqavilə hüquq münasibətlərini nizama salan maddi hüquq normaları ilə əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Məmmədov Fərid Saleh oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Osmanov Zaur Məzahir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müə yyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

17. Həmin Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

18. Maddə 443.1 və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Maddə

560. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə is tifadə edilməsi yolverilməzdir.

21. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan respublikasi mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı kassasiya baxışının predmeti əsas borc tələbindən qalan hissə ilə bağlı mü bahisədir. Çünki əsas borca aid hissədə Apelyasiya Məhkəməsi iş üzrə icraata xitam vermiş və məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmışdır. Xitamın əsas ondan ibarət olmuşdur ki, əsas borcun tutulması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.

30. İddiaçının hazırda qiymət verilməli olan tələbi xx.xx.2011-ci il tarixədək əsas borca illik 20% (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 50 070,08 (əlli min yetmiş manat 08 qəpik) manat məbləğində adi faizlər üzrə borc, kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq hesablanan adi faizlərlə yanaşı illik 15 %(on beş faiz) dərəcəsi ilə penya (cəmi 35 %). İddiaçı bildirir ki, Cavabdeh xx.xx.2017ci il tarixə qədər kredit xətti müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 %(on beş faiz) dərəcəsi ilə hesablanmış penyanın məbləği 147 819,29 (bir yüz qırx yeddi min səkkiz yüz on doqquz manat 29 qəpik) manat təşkil edir. İstehlak məqsədləri üçün iddiaçı tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 20 (iyirmi) faiz təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçı kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2011-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2017-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanması yolu ilə əlavə olaraq hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2017-ci il) olan dövr üçün müvafiq olaraq 197 092,87 (bir yüz doxsan yeddi min doxsan iki manat 87 qəpik) manat ödəməlidir.

31. Deməli, diqqət yetirdikdə görürük ki, kredit xətti müqaviləsi ü zrə cavabdehə 240.000 manat məbləğində kredit verilmiş, borcalan kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh əsas kredit borcuna görə 176.660 manat əsas borca görə (deməli, ondan artıq hissəni ödəmişdi və əlavə olaraq faiz də ödəmişdi), faiz borcuna görə 166.927,72 manat (əsas məbləğ qədər), cəriməyə görə 10.000 manat, cəmi 353.587,72 manat tutulmuşdur. Məhkəmə qətnaməsi ilə tutulmuş məbləğin 41.438 manat hissəsi ipoteka ilə yüklü edilmiş 1 ha torpaq sahəsinin dəyəri olaraq (torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir) silinmişdir.

32. Göründüyü kimi cavabdeh kredit götürdüyü 240.000 manat vəsaitin əsas hissəsindən 63360 manat vəsaiti hələ 1-ci məhkəmə mübahisəsinə qədər ödəyib, h əmin müddətdə nə qədər faiz ödəməsi məlum deyil, məhkəmə qətnaməsi ilə (1-ci qətnamə ilə) tutulan 353.587,72 manat borcun 41.438 manat hissəsi ipoteka ilə yüklü edilmiş 1 ha torpaq sahəsinin dəyəri olaraq borcdan silinmiş və hazırda həmin qətnamə əsasında cavabdehin 312.144.72 manat ödənilməmiş borcu (353.587,7241.438=312.144.72) qalıb.

33. Deməli, cavabdeh mövcud qətnamə əsasında borcunu ödəyib qurtarmış olsa banka ən azından 240.000 manat kreditə görə 416.947.72 (məhkəmə qətnaməsi ilə tutulan məbləğ, məhkəməyədək ödəmiş olduğu əsas məbləğ) manat pul ödəməlidir. Ona görə ən azından qeyd olunur ki, 1-ci qətnaməyədək ödənşlərin 63.360 manatı əsas borcdan silinmişdirsə, deməli faiz borcundan da müəyyən məbləğ ödənişlər edilmişdi.

34. Yuxarıda hesablanmış məbləğdən başqa, hazırkı işdə iddiaçı faizlər formasında 197 092,87 manat pul tələb edir. Deməli, iddiaçı bank hazırda məhkəməyə məlum olan məlumatlara əsasən 240.000 manat kredit vəsaitinin əvəzi olaraq (416.947.72+197 092,87=614.040.59) 614.040.59 manat pulun qaytarılmasını istəyir. Həmin məbləğə 1-ci dəfə məhkəməyə müraciət edənədək ödənilmiş faiz məbləği də əlavə olunsa, məbləğ daha artıq olacaq.

35. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə münasibətlərinə belə yanaşma hazırkı qərarın 16 və 20-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun gəlmir.

36. Hazırkı qərarın 21-ci bəndində qeyd olunan qərarda deyilir ki, (hansıki iddiaçı da tələbinin əsası kimi həmin qərara istinad edir) banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır. (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, xx xxxx 2011-ci il, § 44).

38. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Müxtəlif faiz adları ilə (adi faiz, peniya faizi, cərimə faizi, əldən çıxmış fayda, və.s.) aydın olmayan əsaslarla külli miqdarda vəsait tələb olunmasına dair iddia təmin oluna bilməz. Tələb aydın və konkret olmalı, qıssa şərh edilməli, əsasları elə göstərilməlidir ki, tələbin qanuni əsaslarını tapmaq mümkün olsun. Dolaşıq, ziddiyyətli iddialar irəli sürülərkən məhkəmənin gedişində onlara düzəliş edilməsini prosessual qanunvericilik istisna etmir. Mülki iş artıq 2-ci dəfədir ki, kassasiya baxışına qayıdır və iddiaçı bank hələ də əsas borc tələbindən imtina etmir, hansıki, həmin məsələ ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. İddia tələbinin uzun-uzadı və aydın olmayan məbləğlərlə əsaslandırılmasının nəticəsidir ki, işə baxan Apelyasiya Məhkəməsi də öz qətnaməsini əlaqəsiz fikirlərlə 16 vərəqədən ibarət qətnamə ilə əsaslandırmağa çalışmışdır.

39. Eyni zamanda kollegiya bir məsələni də qeyd edir ki, hazırkı iş üzrə 1-ci Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması ilə bağlı nəticəsini iş materiallarına və sübutlara istinad etməklə əsaslandırmadığından kollegiyanın həmin nəticəsi də əsaslı sayıla bilməz.

40. Göründüyü kimi hələ 1-ci kassasiyada faizlərin tutulmasının əsaslandırılmadığı, bununla bağlı sübutların iş materiallarında o lmaması qeyd edilmişdir. Hansıki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-nin 372.2. maddəsi).

41. Məhkəmə kollegiyası açıq-aşkar şişirdilmiş məbləğdə pul tələbləri ilə bağlı analoji iddiaların (müxtəlif kateqoriyadan olan, məsələn, təhqir olunmaları ilə bağlı 3 milyon manat mənəvi zərər, vaxtı keçmiş kreditlərə görə yüz minlərlə ölçülən faiz, dəbbə borcları və.s) məhkəmələrə daxil olmasının obyektiv səbəblərindən biri kimi idiaçıların maddi hüquq normalarının onlara verdiyi qanuni imkandan sui-istifadə etmələrini qeyd edir. Beləki, qüvvədə olan “Dövlət Rüsumu haqqında” Qanun analoji işlərə 1-ci instansiya məhkəmələrində ba xılması üçün 30 manat, apellyasiya və kassasiya instansiyalarında baxılacağı təqdirdə isə daha az-15 manat dövlət rüsumu ödənilməsini müəyyən edir. Əslində, qanununvericinin belə mövqeyi zamanın tələblərinə uyğun deyil və irəli sürülən tələbin məbləğinə proporsianal olaraq dövlət rüsumunun məbləği müəyyən edilməlidir. Belə təcrübə inkişaf etmiş bütün ölkələrin təcrübəsində qanunvericilik qaydasında təsbit edilmişdir. Dövlət rüsumunun azlığı istənilən əsasla yüksək məbləğdə tələblər irəli sürülməsini istisna etmir. Nəticə etibarı ilə işlərin sayının artması, işlərə baxılma keyfiyətinin aşağı düşməsi üçün şərait yaradır. Yüksək dövlət rüsumu və qanuni qüvvəsini almış əvvəlki iş üzrə ödənilməmiş külli miqdarda borcun mövcudluğu (özü də həmin borcun ödənilməsinin təminatı olmadığı təqdirdə) fo nunda iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl özlərinin iqtisadi mənafelərini nəzərə almağa məcbur olacaqlar. Əslində belə yanaşma hər iki tərəfin mənafeyinə uyğundur. Bir tərəf (iddiaçı) öz iqtisadi maraqlarını dəyərləndirir və ona uyğun hərəkət edir, uzun sürən məhkəmə çəkişmələrinə cəlb edilmir, buna vəsait sərf etmir, digər tərəf isə əsassız tələblərdən qorunur.

42. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə tələb olunan faizlərin hesablanması ilə bağlı kassasiya şikayətində qeyd edilən subtlara dair hər-hansı dəyərləndirmə aparılması yolverilə n deyil.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1744/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar