Məhkəmə qərarları › İş №2(102)-1290/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1290/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1290/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X18 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi, müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və X10 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş ü zrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(106)-1139/2023 nömrəli qətnaməsindən LPO İddiaçı ASC-nin kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4830 saylı kredit müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 6 faizlə 14500 manat məbləğdə kredit verilmişdir. 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kvm olan fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulması barədə bank ilə X8 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)3620/2016 saylı qərarına əsasən, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.

4. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

5. Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)- 395/2020 saylı qərardadına əsasən, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığına görə X18 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X6 qarşı iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(106)-2055/2020 saylı qərardadına əsasən, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməmiş, Biləsuvar R ayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)-395/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı LPO İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) 24 noyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 14418,99 manat əsas, 2554,8 manat faiz, 981,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2746 manat faiz borcu olmaqla, cəmi 20700,85 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 152,1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeyd ə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh2, X2, Cavabdeh1 və X7 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh2, X2, Cavabdeh1 və X1 və istifadəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,8 kv.m olan fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka əmlakına yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X2, Cavabdeh1 və X7 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan son ra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan kredit müqaviləsinin tələbləri X8 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Borclunun kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini nəzərə alaraq Bank məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)-395/2020 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin qaytarılmasına səbəb o, olmuşdur ki, X11 xx.xx.2018-ci ildə vəfat etmişdir. İddia ərizəsinin geri qaytarılmasından Bank şikayət vermiş, Bilə suvar Rayon Məhkəməsi Bankın şikayətini təmin etməyərək şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsi 11 avqust 2020-ci il tarixli, 2(106)-2055/2020 saylı qərardadla Bankın şikayətini təmin etməmişdir.

9. Bank tərəfindən vəfat etmiş X5 hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmış, müəyyən edilmişdir ki, vəfat etmiş X5 mümkün hüquqi varisləri qanuna müvafiq rəsmi şəkildə Bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakı qəbul etməsələr də, faktiki olaraq həmin miras əmlakı qəbul etmiş və hal-hazırda da həmin əmlak onların sərəncamında və istifadəsindədir. Bu faktı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə ti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə və Biləsuvar RİHB-nin Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış sorğular üzrə Banka daxil olmuş xx.xx.2022-ci il tarixli, **********31 saylı və xx.xx.2022-ci il tarixli, 3893 saylı cavab məktubları təsdiq edir.

10. Belə olan halda kredit və ipoteka müqavilələri üzrə X5 Bank qarşısında olan öhdəlikləri mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh2, X2, Cavabdeh1 və X14 tərəfindən icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar.

11. X11 ilə imzalanmış xx.xx.2015-ci il tarixli, 4830 (BLS**********1920002) saylı kredit müqaviləsi üzrə 14418,99 manat məbləğində əsas, 2554,8 manat məbləğində faiz, 981,06 manat məbləğində cərimə borcu, Mül ki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2746 manat faiz məbləği, ümumilikdə isə 20700,85 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsa düf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

12. Bank tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlər təklifə cavab vermədiyi üçün Bank tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən Banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiy asının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İddiaçı tərəfindən mediasiya sessiyasında iştirak edilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 470.1, 472.2, 465, 449.1 və 739.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi 8 ildən də artıq müddət əvvəl yaranmış tələbdir və iddiaçı qanunun tələbinə görə iddia müddətini buraxmışdır. İddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir.

15. Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(022)-164/2023 saylı qətnaməsi ilə iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilmişdir. (hakim Nüsrət Mirzəyev)

16. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən X8 xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 36 ay müddətinə qaytarmaq şərti ilə 14500 manat məbləğdə kredit götürmüş və İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mərhum X3 vərəsələri iş üzrə cavabdehlərə qarşı iddia müddəti bitdikdən sonra, yəni 24 noyabr 2022-ci il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür. Buna görə də xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsindən irəli gələn iddia tələblərinə iddia müddəti tətbiq edilməli, iddia tələbi rədd edilməlidir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1, 375.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv iddiaçının təmin edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə bankın ləğv prosesində olması ilə əlaqədar iş yükün ün kəskin artmasını, bank tərəfindən qanunvericiliklə müəyyən olunmuş iddia müddətləri çərçivəsində məhkəməyə müraciət etməsini, habelə mediasiya prosesinin Azərbaycan Respublikası hüquq müstəvisində yeni bir institut olmasını və bununla da bu institutun spesifikası və praktikasını nəzərə almamışdır. Məlum olduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Nəticədə iş yükü kəskin artmışdır; - digər tərəfdən işin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq bank mediasiya prosesi üçün müvafiq tədbirlər görmüş və bununla da iddia müddətinin axımı kəsilmişdir; - iş materiallarında olan kredit müqaviləsi xx.xx.2015-ci il tarixi ndə imzalanmışdır. Müqavilə müddəti 36 ay müəyyən edilmişdir. Yəni kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmiş, Bankın məhkəməyə ilk müraciəti isə 2020-ci ilin fevral ayına təsadüf edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə tələb müddəti bitməmişdir. Borclunun yaxınlarının banka borclunun vəfat etməsi barədə məlumat verməməsi və bankın da borclunun vəfatı barəsində məlumatı yalnız məhkəmə prosesi zamanı alması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Nəticədə məhkəmə bankın iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir; - məhkəmə iddianın qaldırılmasının borclu X5 vərəsələrinə qarşı mümkünlüyünü qərardadda qeyd etmişdir. Bank qanunvericiliklə müəyyən edilmiş prosedurları həyata keçirmiş və təkrarən məhkəməyə eyni predmetlə borclunun vərəsələrinə qarşı iddia qaldırmışdı r. Açıq-aydın göründüyü kimi, məhkəmənin gəldiyi nəticə əsassızdır; - iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)-395/2020 saylı qərardadından göründüyü kimi, bank vaxtında müəyyən olunmuş qaydada məhkəməyə müraciət edərək iddia irəli sürdüyündən iddia müddətinin axımı kəsilmişdir; - birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslı deyildir.

20. Apellyasiya baxşında iddiaçının nümayəndəsi bildirmişdir ki, Bankla borclu X11 arasındakı kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmiş, bank tərəfindən iddia müdd əti ərzində 2020-ci ildə borclu X6 qarşı iddia qaldırılmışdır. Lakin iddia ölmüş şəxsə qarşı qaldırıldığına görə Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra, borclunun vərəsələrinin müəyyən olunması üçün sorğular verilmişdir. Sorğular nəticəsində müəyyən olunmuşdur ki, borclu xxxun əmlakı olmuşdur, həmin əmlakı isə faktiki olaraq vərəsələri istifadə edirlər. Bundan sonra, 24 noyabr 2022-ci il tarixində borclunun hüquqi varisi kimi qiymətləndirilən cavabdehlərə qarşı iddia qaldırılmışdır. Bank tərəfindən iddia müddəti ötürülməmişdir və mərhum xxxun borcu ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edən vərəsələri olan cavabdehlərdən tutulmalıdır.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(106)-1139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Pərviz Əhmədov)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, 4830 saylı, 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı sonuncu ödəniş tarixi olan 29 dekabr 2018-ci ildən etibarən başlamışdır. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2020-ci ildə cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-395/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi qəb ul edilməkdən imtina edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(106)- 2055/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 2(022)395/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəblə də, Mülki Məcəllənin 381.1-ci maddəsinə uyğun olaraq, iddia irəli sürülənədək 29 dekabr 2018-ci ildən başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulmuş hallar iddia müddətinin kəsilməsi üçün əsas hesab edilir. Həmin hallardan birincisi isə müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsidir. Lakin iddia ərizəsi qəbul edilməkdən imtina edildiyinə görə bu halda müəyyənləşdirilmiş qaydada idd ianın irəli sürülməsindən bəhs etmək mümkün deyil. Bu səbəbdən də 2020-ci ildə iddia qaldırılması nəticəsində iddia müddətinin axımının kəsilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili MM-in 380-381-ci maddələri baxımından əsaslı hesab edilə bilməz.

24. Bundan başqa, qeyd edilməlidir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərardadından sonra iddiaçı borclu xxxun vəfat etməsindən xəbərdar olsa da, bundan 2 ildən artıq müddət keçdikdən sonra borclunun əmlakının olub-olmaması və hüquqi varislərinin müəyyən edilməsi üçün sorğular vermişdir. İddiaçı bu halları Bankın ləğvetmə prosesində olduğundan iş yükünün kəskin artması ilə əlaqələndirsə də, iddiaçının iş yükünün çoxluğu qarşı tərəfin qanunda nəzər də tutulmuş hüquqi müdafiə imkanlarından istifadə edilməsini istisna edə bilməz.

25. İddiaçı apellyasiya şikayətində mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlərin görüldüyünü və bununla da iddia müddətinin axımının kəsildiyini bildirsə də, MM-in 380-ci maddəsində mediasiyanın tətbiq edilməsi iddia müddətinin axımının kəsilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı təklif də iddia müddəti ötürüldükdən sonra verildiyinə görə bu halda MM-in 379-cu maddəsinə uyğun olaraq iddia müddətinin axımının dayandırılması halı da mövcud deyil.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində iddianın vaxtında qaldırılmamasının səbəbinin həm də mərhum borclu X5 ölməsi barədə onun vərəsələrinin banka hər hansı məlumat verməməsi ilə əlaqələndirməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı sayıla bilməz. Belə ki, Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinin səbəbinin araşdırılmaması onun intizamsızlığının göstəricisi kimi çıxış edir. İddiaçının iş yükünün çoxluğu isə onun bu cür intizamsızlığına bəraət verəcək əsas kimi çıxış edə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 375.2, 380.1, 380.2 və 381.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

28. İddiaçı (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Bundan əlavə, kreditor və borclu arasında bağlanmş kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azarbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013cü il ta rixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu baxımdan həmin məhkəmə aktı tam yoxlanılır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

36. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, X8 xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 36 ay müddətinə qaytarmaq şərti ilə 14500 manat məbləğdə kredit g ötürmüş, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Sonuncu ödəniş 29 dekabr 2018-ci ildə olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir. 38 Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X13 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. 39Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. 40Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqavilə sində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. 41Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. 42Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. 43Bu mənada h üquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. 44Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 45Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. 46Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi i ddia müddətinin axımının kəsilməməsi və dayanmamasını müəyyən etmiş, bunun əksini iddia edən iddiaçının dəlillərini işin halları və qanunuvericilik normları əsasında qəbul etməmişdir. (bax: 23-25-ci bəndlər) 47Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hü quq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı). 48Məhkəmə kollegiyası iddia müddətinin axımının müqavilənin müddətinin bitdiyi tarixdən hesablanmasının düz olmaması və müqaviləyə borcalanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirildiyi halda xitam verilməli olması barədə kassasiya şikayətinin dəlillərini Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 3 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyi baxımından qəbul etmir. Çünki həmin Qərardakı hüquqi mövqeyə görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqavi ləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. 49Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 50Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X18 İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1139/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar