Məhkəmə qərarları › İş №2(102)-1291/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1291/2019

04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1291/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnadan (sədrlik edən və məruzəçi-hakim), Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10596/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli q ətnaməsi ilə (hakim F.F.Babayev, iş № 2(004)-455/2018) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 4000 manat əsas borc, 888,32 manat faiz borcu olmaqla cəmi 4888,32 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi hakim), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş № 2(103)-10596/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2018 saylı iş üzrə 14 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2 münasibətd ə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh2 və onun vəkili X1 tərəfindən kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən İddiaçı ASC-nin İdarə Heyətinin sədri xx məhkəməyə yazılı ərizə ilə müraciət edərək Cavabdeh2 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün iddiadan imtina etdiyini bildirmiş, iddiadan imtinasının qəbul edilməsini və iş üzə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlu məhkəmə iclasında iştirak edərək sözügedən kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün iddiadan imtina etdiklərini, iddiadan imtinanın hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, ona görə də iddiadan imtinanın qəbul edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10596/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 4 15.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində qeyd olunmuşdur ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtinanın qəbul edilməməsi üçün hər hansı bir əsas mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-c ü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.5, 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10596/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar