Məhkəmə qərarları › İş №2(102)-1291/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1291/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1291/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli 2(103)-5454/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20.05.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc sazişinə əsasən, cavabdehə 18 ay müddətinə 100.000 (yüz min) manat borc verilmişdir.

2. Həmin borcun 70.000 manat hissəsinin qaytarılmasını tərəflər mübahisələndirmirlər.

3. İddiaçı Cavabdeh pretenziya məktubu ilə müraciət edərək ondan 30.000 manat borcun 3 (üç) gün ərzində ödənilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 (otuz min) manat və borcun gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla 3000 (üç min) manat pulun, ümumilikdə 33.000 (otuz üç min) manat məbləğində pulun tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılm ışdır ki, onunla (İddiaçı) Cavabdeh arasında 20 may 2020-ci il tarixli borc sazişi bağlanmışdır. Həmin sazişə əsasən onun tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) manat borc verilmişdir. Sazişə əsasən müəyyən edilmiş borcun qaytarılma müddəti 20 noyabr 2021-ci il tarixində başa çatmışdır. Lakin bu müddət ərzində cavabdeh tərəfindən borcdan 70.000 (yetmiş min) manat qaytarılsa da, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək qalan 30.000 (otuz min) manat pul vəsaiti (İddiaçı) qaytarılmamışdır. Bununla da, tərəflər arasında bağlanmış sazişin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Onun (İddiaçı) tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada pretenziya göndərilmiş və 20 may 2020-ci il tarixli müqavilə üz rə qalan 30.000 manat məbləğində pulun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks halda 30.000 (otuz min) manat məbləğdə pulun, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirildiyi üçün faizin və məhkəmə xərclərinin cavabdehdən tutulması haqqında müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflər arasında bağlanmış sazişə əsasən müəyyən edilmiş borcun qaytarılma müddəti 20 noyabr 2021-ci il tarixdə başa çatmış, həmin tarixdən hal-hazıradək 2 ildən artıq müddət keçmişdir, qalan borc məbləği 30.000 (otuz min) manat təşkil edir. Belə olan halda, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən cavabdeh qalan 30.000 manat borcu 2 ildən artıq gecikdirdiyi üçün, həmin məbləğə illik 5 faiz hesablanmaqla, (30.000/100x5 = 1500 AZN x 2 il = 3000 AZN) 3000 (üç min) manat təşkil edir. Bu səbəbdən hesab edir ki, Cavabdeh 30.000 (otuz min) manat borc məbləği, eləcə də borcun gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 3000 (üç min) manat, cəmi 33.000 (otuz üç min) manat pul tutularaq ona ödənilməlidir.

6. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Cavabdeh ilə iddiaçı arasında 20 may 2020-ci il tarixli borc sazişi bağlanmış, həmin sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) manat borc verilmişdir. Cavabde h iddiaçıdan götürdüyü borcun 85.000 manatını qaytarmış, onun cəmi 15.000 manat borcu qalmışdır. Bununla bağlı tərəflərin “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajları və səs yazıları vardır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1891/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilmiş, Cavabdeh 30.000 (otuz min) manat pul vəsaitinin və 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı ilə cavabdehin arasında “Borc sazişinin” bağlanması, s aziş əsasında cavabdehin iddiaçıdan 100.000 manat məbləğində borc alması, borcun tam deyil, qismən qaytarılması işin mübahisəsiz hallarıdır. İddiaya qismən etiraz edən cavabdeh iddiaçıya olan borcunun 30.000 manat deyil, 15.000 manat məbləğində olduğunu göstərsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, qeyd edilən vəziyyətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Buna görə də, iddianın “borcun ödənilməmiş hissəsinin qaytarılması məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 30.000 manat məbləğində pulun tutulması barədə” hissəsi əsaslı hesab edilməli və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

10. Məhkəmə iddianın “faiz məbləğinin tutulması barədə” hissəsini əsassız hesab edərək, iddianı həmin hissədə rədd etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, borc xx.xx.2021-ci il tarixə kimi iddiaçıya qaytarılmalı idi, lakin iddiaçı pulun geri alınması ilə bağlı ağlabatan müddətdə tədbir görməmiş, yalnız iki ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla bağlı əlavə faizlərin tutulmasını tələb etmişdir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 385.1, 386.1, 389.1, 739.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh e dilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ləğv edilməsini və həqiqətə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış rayon məhkəməsi cavabdehin iddiaçıdan götürdüyü borcdan cəmi 15.000 manat hi ssəsinin qaytarılmamasını təsdiq edə biləcək “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajları və səs yazılarını nəzərə almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5454/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışinski və A. İmanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında mübahisə doğuran hal borcun qalıq məbləği ilə bağlıdır. Hazırkı halda iddiaçıya 85.000 manat qaytarılmasını, bununla da onun borcunun 15.000 manat məbləğində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı səs yazısının və “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajların olduğunu bildirir. Cavabdeh tərəfindən rayon məhkəməsinə təqdim edilmiş səs yazısı apellyasiya icraatı zamanı dinlənsə də, cavabdehin bildirdiyi xüsusat öz təsdiqini tapmamışdır. Cavabdeh “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajların olduğunu bildirsə də, iş materiallarından görünür ki, cavabdeh həmin mesajları nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 445.7, 739.1, 739.2-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 2.1, 14.2, 77.1, 88, 119.1, 217.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkili X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və real borcuna uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ədalətli qərar qəbul etməmişdir. Belə ki, onunla iddiaçı arasında 20 may 2020-ci il tarixli borc sazişi bağlanmışdır. Həmin sazişə əsasən iddiaçı tərəfindən ona 18 (on səkkiz) ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) manat borc verilmişdir. O, iddiaçıdan götürdüyü borcdan 85. 000 manat məbləğində pulu qaytarmış və cəmi 15.000 manat borcu qalmışdır. Buna baxmayaraq, o, borcunu gecikdirdiyi üçün əlavə 10.000 (on min) manat olmaqla, cəmi 25.000 (iyirmi beş min) manat hissə-hissə ödəməyə hazırdır. Bununla bağlı onların “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajlar və səs yazıları vardır. Bunları nəzərə alaraq hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1891/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və borca uyğun olaraq qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

23. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilə r.

24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırılmamışdır. Ümumiyyətlə, şikayət şablon ifadələrdən ibarət tərtib edilmiş, birbaşa hazırkı işin halları ilə bağlı hər hansı dəlillərə istinad edilməmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

38. Bu səbəbdən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5454/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar