Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1294/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs X qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziya nın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6196/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilkin alğı-satqı zamanı ödədiyi 6.052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7.100 manat, mənəvi ziyan üçün 10.000 manat və əldən çıxmış fayd aya görə 5.000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq – 27.050 manat, cəmi 55.202 manat ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarına görə Cavabdeh müvafiq sənədlərə əsasən özünə ayrılmış Abşeron rayonu Hökməli bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsinin 0,066 ha hissəsini 6400 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanılmasına dair razılığa gələrək bu barədə 19 may 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlamışlar. İddiaçı razılaşdırılmış məbləğin 5950 manat hissəsini Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusunun bankda olan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Müqavilə şərtlərinə görə satış qiymətinin 450 manatı torpağın alqı-satqısına dair əsas müqavilə bağlanılarkən ödənilməli idi.
3. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya mübahisəli torpaq sahəsi ilə bağlı 19.05.2017-ci il tarixli etibarnamə verilmişdir.
4. İddiaçı bildirir ki, X bələdiyyəsinin 31 yanvar 2016-cı il tarixli 10 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün Bakı şəhər sakini Cavabdeh adına ayrılan 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsini X vasitəsi ilə 6.400 manat qiymətləndirərək torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə ilə Cavabdeh almışdır. Həmin satış məbləğindən 5.950 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəf, yəni Cavabdeh ödəmişdir. Əlav ə olaraq 92 manat ilkin alğı-satqı müqaviləsinin bağlanması haqqı üçün və 11 manat 50 qəpik etibarnamənin verilməsi haqqı kimi notariusa ödəmişdir. Satış məbləğinin qalan 450 manatını isə torpağın alqı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Bildirir ki, Cavabdeh ilə onun arasında 19 may 2017-ci il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh ona 19.05.2097-ci il tarixə qədər olan 80 il müddətinə AR-İ seriyalı 533626 saylı etibarnamə vermişdir. Alğı-satqı zamanı notarius Cavabdeh bildirmişdir ki, satılan 0,066 ha torpaq sahəsini alıcıya, yəni ona təhvil versin, o cümlədən torpağın alqı-satqı üçün vacib olan sənədləri, şəxsiyyət vəsiqəsinin surətini, əri ilə arasında olan nikah şəhadətnaməsinin surətini və əri vəfat edibsə ölüm haqqında şəhadətnamənin surətini alıcıya təqdim etməlidir. Cavabdeh aldığı 0,066 ha torpaq sahəsini ona təhvil versə də, reyestr xidmətinə mülkiyyət hüququnun tanınması üçün təqdim etməsi lazım olan sənədləri təqdim etməmişdir. Həmin sənədləri ona təqdim etməsi üçün dəfələrlə Cavabdeh zəng etsə də, onun qızı Oksana xanım gah ona bildirmişdir ki, anası Gürcüstandadır, gətirib sənədləri ona təqdim edəcəklər, gah da telefonunu açmamışlar. Cavabdehin ailəsinin bu hərəkəti artıq onda şübhələr doğurmağa başlamışdır. Alqı-satqıdan bir müddət keçdikdən sonra Cavabdeh alqı-satqı zamanı onlarla birlikdə olan X3 ilə əlaqə saxlayaraq aralarında gizlin sövdələşmə apararaq, həmin torpaq sahəsinin 0,038 ha hissəsini ona satmış və ev tikintisi inşa etmək üçün sonuncuya razılıq vermişdir. X Cavabdeh razıl ığı əsasında onun xəbəri olmadan özbaşına olaraq qeyri-qanuni surətdə həmin torpaq sahəsində özü üçün yaşayış evi tikdirməyə başlamışdır. O, torpaq sahəsinə baş çəkməyə gedərkən orada ev tikintisinin başlanmasının şahidi olmuş və X tikintinin dərhal dayandırmasını ona bildirmişdir. Lakin X sözünə məhəl qoymayaraq işi davam etdirmişdir. Bu zaman o, Cavabdeh zəng etmişdir. Telefonu Cavabdeh qızı X xanım açmışdır. X xanım ona bildirmişdir ki, anası həmin torpaq sahəsini alğı-satqı zamanı onlarla birlikdə olan X satmışdır. X də həmin torpaq sahəsində özünə ev tikmək istəyir, lakin o, sonuncuya imkan vermir. O isə X xanıma bildirmişdir ki, həmin torpaq sahəsini alğı-satqı müqaviləsi ilə o almışdır, pulunu da banka o ödəmişdir. Həmin torpaq sahəsi çökək olduğu üçün torpaq tökdürmüşdür, hamarlama işləri aparmışdır, onun bütün tərəflərini daş hasarla bağlamışdır və dəmir darvaza qoymuşdur və həmin torpaq sahəsini anası, Cavabdeh təhvil götürdükdən sonra həmin torpaq sahəsinə torpağın daşınması, traktorla hamarlanması, bünövrənin qazılması, dəmir darvaza, daş, sement və qumun alınması və usta üçün 7.100 manat pul xərcləmişdir. Sonuncu isə ona bildirmişdir ki, anası həmin alğı-satqı müqaviləsini onunla formal olaraq bağlamışdır. Həmin torpaq sahəsini anası ona yox, X1. Cavabdehin bu qanunsuz hərəkətlərinə görə o, stres və həyacan keçirərək, xəstəliyə düçar olmuş və əmək qabiliyyətini itirərək 2 aydan artıq ambulator müalicə almışdır. Bununla da, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona maddi ziyan olaraq 13.152 manat, mənəvi ziyan olaraq 10.000 manat və əldən çıxmış faydaya gö rə 5.000 manat, yəni əgər 2 il müddətinə həmin torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti qursa idi, həmin yuxarıda göstərdiyi məbləğ qədər fayda əldə edə bilərdi. 2017-ci ildə həmin torpaq sahəsinin bazar qiyməti 900 manat olduğu halda, hal-hazırda 5.000 manat civarındadır. Cavabdeh 2017-ci ildə ona satdığı həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 6.400 manat qiymətləndirilsə də, hal-hazırda həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 33.000 manat təşkil edir. 2017ci ildə bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq 27.050 manat təşkil edir. Ona dəyən ziyan ümumilikdə 55.202 manat məbləği təşkil edir.
5. Cavabdeh heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında qarşılıqlı öhdəliklərin (bir tərəfin torpağa dair müvafiq sənədlər hazırlandıqdan sonra alğı-satqı müqaviləsi bağlaması öhdəliyi, digər tərəfin yekun müqavilə bağlanarkən qalıq məbləğin ödənilməsi öhdəliyi) yaranmasına əsas olan X tərəflər arasında bağlanmış 19 may 2017-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair müqavilə qüvvədə olduğu dövr ərzində iddiaçının cavabdehdən torpağın ilkin alğı-satqı müqaviləsinə əsasən ödədiyi pulu tələb etməsi mümkün deyil. Eləcə də, əsas tələbdən doğan digər tələblərə (7.000 manat xərc, 10.000 manat mənəvi ziyan, 5.000 manat əldən çıxmış fayda, qiymət fərqi 27.050 manatın ödənilməsi tələbinə) hüquqi qiymət verilməsi mümkün deyil.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi) A.İman ov və V.Sadıqov) 2(103)-6196/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 5950 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hər hansı bir maddi hüquq normasının tələbləri ilə əsaslandırmamış, ilkin müqavilənin mübahisələndirilməməsi və qüvvədə olmasına əsaslanaraq iddianı rədd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. İş materialları ilə müəyyən olunur ki, ilk müqavilə 19 may 2017ci il tarixdə bağlanmış, lakin müqavilədə əsas müqavilənin bağlanması müddəti göstərilmədiyindən, həmin müqavilən in müddəti bir ildir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisə üzrə tərəflər arasında bağlanan ilkin müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, həmin müqavilə öz hüquqi qüvvəsini itirdiyindən, ləğv olunmuş hesab edilməlidir. Həmçinin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün iddiaçı ona dəyən zərəri tələb etməkdə haqlıdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən 5950 manat pul ödəməsi öz təsdiqini tapdığından və həmin məbləğin hazırki vaxta kimi iddiaçıya qaytarılmadığından, həmin məbləğ iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilərək, cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir.
14. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun zəruri sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissələrdə əsaslı deyildir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.1, 394, 402.1, 402.4, 402.5, 424.2, 424.5, 1096.1, 1097.1-ci, Prosessual Məcəlləsinin 77.1, 385.1.1, 386, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün a raşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətlərində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də, şikayətin dəlilləri yalnız iddianın təmin edilməmiş hissəsinə yönəldiyindən həmin məhkəmə aktı iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
24. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
25. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
26. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
27. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3)
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissələrində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (26-27)
33. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş hissələrində onunla əsaslandırmışdır ki, iddiaçı Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun zəruri sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissələrdə əsaslı deyildir.
34. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçıya maddi zərər dəydiyini qeyd etsə də, nəzərə almamışdır ki, hazırkı iş üzrə mənəvi zərər maddi zərərlə bağlı olmaqla maddi zərərin sübut edilməsi özlüyündə mənəvi zərər barədə tələbin faktiki əsasının sübut edilməsi deməkdir. Belə ki, hazırkı iş üzrə mənəvi zərər tələbi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması ilə bağlıdır.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
36. Mənəvi zərər bilavasitə zərər vu ran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
37. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
38. Həmçinin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya əlavə xərclərin çəkilməsi ilə bağlı (müqavilənin notarial təsdiqlən məsi, etibarnamənin verilməsi ilə əlaqədar dövlət rüsumlarının ödənilməsi) zərər dəymişdir.
39. Belə ki, iş materiallarından görünür ki, 19 may 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə notarial qaydada təsdiqlənmiş və cavabdeh tərəfindən iddiaçıya 19.05.2017-ci il tarixli etibarnamə verilmişdir.
40. Bundan başqa iddia tələbinin mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərqin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması iş materialları ilə təsdiq olunduğundan mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında yarana biləcək hər hansı bir fərq iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir.
41. Belə ki, iddiaçının ona maddi zərərin vurulması ilə bağlı dəlillərindən biri də ondan ibarətdir ki, ilkin müqavilə bağlanan vaxt mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 sot torpağın qiyməti 900 manat olduğu halda hal-hazırda 5000 manatdır.
42. Ona görə də hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında hər hansı bir fərqin olub-olmaması müəyyənləşdirilməli və bu hala MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməlidir.
43. Göründüyü kimi qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəm əsi MPMin 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
44. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
46. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhk əmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
47. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qəra r).
48. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissələrində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
49. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
50. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6 196/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.