Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1295/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1295/22 (Açar sözlər: avtomobilə görə ödənilmiş pulun qaytarılması, dəymiş zərərin əvəzinin ödənilməsi, etibarsız əqdin nəticələrinin tətbiqi) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9318/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən Ca vabdeh kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12500 manat borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 625 manatın, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13155 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı “Turbo.az” internet portalında avtomobil almaq üçün axtarış edən zaman “Hyundai İ20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və elanda olan nömrə ilə əlaqə saxlamışdır.
3. İddiaçı avtomobilin mülkiyyətçisi Cavabdeh adlı şəxslə danış ıb maşına baxdıqdan sonra almaq qərarına gəlmişdir. Aralarında razılığa əsasən Cavabdeh avtomobili iddiaçıya 12500 manata satacağına razılaşmışdır.
4. İddiaçı 24.08.2020-ci il tarixdə Cavabdeh etibarnamə əsasında 12300 manata qeyd edilən avtomobili almış, həmin tarixdə də 12300 manat pulu Cavabdeh 41 saylı Notariat Kontorunda ona etibarnamə verdiyi vaxt notariat kontorunun içində tanışı Cavanşir adlı şəxs vasitəsilə göndərmişdir. Beh olaraq 200 manatı isə kart vasitəsilə cavabdehə göndərmişdir. Həmin vaxtdan avtomobil iddiaçının istifadəsində olmuş, işinin çoxluğu ilə əlaqədar olaraq avtomobili öz adına rəsmiləşdirə bilməmişdir.
5. Fevral ayında avtomobillə hərəkət etdiyi vaxt yol polisi avtomobili saxlayaraq etibarnamənin ləğv olunduğunu və avtomobili qanunsuz istifadə etdiyini iddiaçıya bildirdikdən sonra iddiaçı cavabdehin onu aldatdığını və ödədiyi 12300 manat pulu mənimsədiyini anlamışdır. Hazırda avtomobil Cavabdeh mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini əsassız əldə etmiş və hazıradək həmin pul vəsaiti cavabdehin sərəncamında və istifadəsindədir. Cavabdeh iddiaçıya nə pulu, nə də avtomobili qaytarmaq istəmir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4344/2021 nömrəli, 02 iyul 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12500 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin “cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 625 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50%, yəni 15 manat ının Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan 50%, yəni 15 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim İlahə Abbasova)
7. Birinci instansiya məhkəməsi “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 09 aprel 2021-ci il tarixli qərara istinadən müəyyən edib ki, İddiaçı “Hyundai İ20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.08.2020-ci il tarixdə Cavabdeh etibarnamə əsasında 12500 manata almış, fevral ayında avtomobillə hərəkət etdiyi vaxt yol polisi avtomobili saxlayaraq etibarnamənin ləğv olunduğu barədə iddiaçının məlumatlandırmış, avtomobili cərimə meydançasına yerləşdirmişdir. Cavabdeh avtomobilin ona qaytarıldığını təsdiq etmişdir.
8. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı tərəfindən ödənilmiş 12500 manat pul vəsaiti müqabilində Cavabdeh tə rəfindən baş etibarnamə əsasında “Hyundai İ20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməsi, sonradan avtomobilin iddiaçıdan alınaraq, cavabdehə qaytarılması təsdiq edildiyi üçün İddiaçı xeyrinə 12500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin iddia tələbi “cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 625 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək, işə xitam verilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlilləri: - əvvəla, məhkəmədə iştirakı təmin edilməyib: - işin mahiyyətinə gəldikdə, işin mahiyyəti ondan ibarətdir ki, 2020-ci ilin avqust ayında özünü Cavid kimi təqdim edən bir şəxslə tanış olub. Tanışlıq zamanı Cavid avtomobil biznesi ilə məşğul olduğunu bildirib, söhbət əsnasında Amerikadan avtomobil almağın şərtləri ilə bağlı məlumat almağa başlayıb. Cavid avtomobil almaqda ona köməklik göstərə biləcəyini deyib. Hazırda avtomobil almağa maddi imkanının olmadığını bildiriəndə, Cavid bir şərtlə maşın gətizdirə biləcəyini deyib. O, öz maşınını etibarnamə ilə ilkin ödəniş əvəzinə Cavidə verir, maşının dəyəri 13500 manat kimi nəzərə alınır. Alacağın maşının qiyməti isə 24500 manat olacaq. Qalıq borc 11000 manatı isə hissə- hissə ödəyəcək; - əlində pul olmadı ğına görə və 1 ay maşınsız qala bilməyəcəyimə görə Cavid tərəfindən edilən təkliflə razılaşmayıb. Bir neçə gün sonra Cavid zəng edərək avtomobil məsələsi ilə bağlı təkrar maraqlanıb. Cavid onu öz ofisinə dəvət edib ki, danışıb bir yol tapsınlar. Cavidlə görüşüb. Cavid bildirib ki, onun maşınını 13500 manat olaraq hesablayır, həmin maşını ilkin ödəniş əvəzinə Cavidə verir, 1 aya ona “Hyundai Elantra” gətizdirir. Qalan pulu da hissə-hissə ödəyir. Əvvəlcə razı olmasa da, sonda Cavidlə razılaşmışdır; - notariusa Cavid yanında işçi kimi təqdim etdiyi bir oğlanla gəlmişdir. Etibarnaməni imzalayan zaman ona məlum olmuşdur ki, etibarnamədə Cavidın yox, tanımadığı bir qadının adı yazılmış, sonuncunun kim olduğunu soruşmuş, Cavid isə bildirmişdir ki, həmin qadın onun işçisinin həyat yoldaşıdır və hə r hansı bir problem olmadığını deyib, etibarnaməni imzalamağını təklif etmişdir; - Cavidlə arasında olan müqaviləyə görə o, ilkin ödəniş kimi 13500 manat dəyərində qiymətləndirdikləri avtomobilini vermiş, qalan 11000 manatı isə 3 il ərzində hər ay ödəməli idi. Etibarnamə verməmişdən əvvəlki gün Cavid avtomobilə baxış keçirmək üçün onu Əhmədli metrostansiyasının yaxınlığına çağırmışdır. Həmin vaxt Cavidla bərabər başqa şəxs də olmuşdur, hansı ki, notariusda da həmin şəxs Cavidla gəlmişdir; - o, iddiaçını tanımır və heç görməmişdir. Hazırda avtomobili özündədir; - onun ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili olmayıb, bu da o deməkdir ki, iddia üzrə cavabdeh ola bilməz.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9318/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4344/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)
13. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uğyun olmaqla, mübahisənin düzgün həlli ilə nəticələnmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, İddiaçı hazırki iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinadən Cavabdeh hüquqi (qanuni və ya müqavilə) əsas olmadan onun hesabına varlanmasını göstərsə də də, həmin hüquqi əsasla razılaşmaq olmaz.
15. Apellyasiya instansi yası məhkəməsinin mövqeyinə görə iddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Düzdür, əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma baş verir, lakin MM-nin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma ilə əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma fərqli hüquqi nəticələr doğurur və hüquqi tənzimləmə mexanizmləri də fərqlidir.
16. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarına istinad edərək göstərib ki, həmin Qərarda da qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılma sı üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər… …Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yar anır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tə ləb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.»
17. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
18. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları kimi qeyd edib ki, Cavabdeh Cavad adlı şəxslə (cavabdeh ilkin olaraq həmin şəxsi Cavid kimi təqdim edib) olan razılığına görə sonuncu cavabdehə 24500 manata ABŞ-dan avtomobil gətirəcəyini vəd etmiş, əvəzində ona məxsus avtomobili 13500 manata dəyərləndirərək Cavabdeh ilkin ödəniş kimi qəbul etmiş, qalan 11000 manat pulu isə onun tərəfindən hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Cavabdeh avtomobilə dair 24.08.2020-ci il tarixdə İddiaçı etibarnamə vermiş, avtomobilə görə 12500 manat pul İddiaçı tərəfindən Cavanşir adlı şəxs vasitəsi ilə verilmişdir. Daha sonra isə Cavabdeh etibarnaməni ləğv etdirmiş və avtomobilini geri almışdır. Nəticədə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödədiyi puldan məhrum olmuşdur. Cavabdeh özü izahatında bildirmişdir ki, bir gün əvvəl avtomobilə baxış keçirilərkən Cavadla bərabər bir şəxs gəlib maşına baxmışdır, hansı ki, həmin şəxs səhərisi gün o, etibarnamə verərkən də iştirak etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, avtomobilin Cavad adlı şəxs tərəfindən satılması cavabdehin iradəsi daxilində baş vermişdir, belə ki, cavabdehin apellyasiya şikayətindən də görünür ki, Cavad ona bildirmişdir ki, ona avtomobil sifariş vermək üçün ilkin ödəniş lazımdır, bu səbəblə avtomobilini ilkin ödəniş qarşılığında verməlidir ki, həmin avtomobilə alıcı tapsın, yəni aydın olur ki, cavabdeh avtomobilini Cavada verərkən, onun satıla cağını bilmişdir.
20. Göründüyü kimi, tərəflər arasında avtomobilin alqı-satqısı baş vermiş, lakin onlar bunu qanunla müəyyən edilmiş qaydada – alqı-satqı əqdi bağlamaqla yox, etirbarnamə vermək yolu ilə həyata keçirmişlər. Bununla belə, tərəflər alqı-satqı əqdinin şərtləri daxilində hərəkət etmişlər, yəni satıcı – Cavabdeh avtomobili və onun sənədlərini təhvil vermiş, alıcı – İddiaçı isə avtomobilə görə razılaşdırılmış məbləği, yəni 12500 manatı ödəmişdir.
21. Apellyasiya məhkəməsi Cavabdeh avtomobilə görə pul almaması, avtomobili ilkin ödəniş məqsədilə Cavad adlı şəxsə verməsi və məhz sonuncunun deməsinə görə tanımadığı İddiaçı etibarnamə verməsi və bu əsasla da iddiaçının avtomobilə görə ödədiyi pulu ondan yox, Cavad adlı şəxsdən tələb etməli olması barədə apellyasiya şikayətinin dəillə ri ilə razılaşmamış və bunu onunla əsaslandırmışdır ki, əvvəla, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh özü apellyasiya şikayətində avtomobilinin məhz satılaraq əldə olunacaq vəsait hesabına ABŞ-dan alınması planlaşdırılan avtomobilin dəyərinin ödənilməsi barədə Cavad adlı şəxslə razılıq əldə olunduğunu göstərmişdir. Cavabdeh hətta göstərmişdir ki, işi ilə əlaqədar olaraq avtomobilsiz qala bilmədiyi üçün Cavada öz avtomobilini yeni avtomobil gəldikdən sonra verməsini təklif etsə də, sonuncu bunun mümkün olmadığını, məhz onun avtomobili satılmaqla alınacaq avtomobilin dəyərinin ödənilməsinin mümkün olduğunu demiş və maşınsız qalmasın deyə ona müvəqqəti istifadə üçün başqa avtomobil təklif etmişdir. Göründüyü kimi, avtomobilinin satılmalı olması Cavabdeh öncədən məlum və onun iradəsinə uyğun o lmuşdur.
22. Apellyasiya məhkəməsinə görə avtomobilə görə İddiaçı tərəfindən (Cavanşir adlı şəxs vasitəsilə) ödənilmiş pulun Cavabdeh yox, birbaşa Cavad adlı şəxsə çatması da vəziyyəti dəyişmir. Hətta belə olan halda Cavad adlı şəxsin məhz Cavabdeh iradəsinə uyğun hərəkət etməsi müəyyən olunacaqdır (sonradan Cavabdeh aldadıbaldatmamasından asılı olmayaraq).
23. Apellyasiya məhkəməsi hesab edib ki, Cavad adlı şəxsin ixtiyarlı şəxs olması üçün MM-in 433.1-ci maddəsində göstərilən dispozitiv şərtlər olmasa da, avtomobilə görə ödənilmiş pulun ona çatması (birbaşa və ya Cavabdeh vasitəsi ilə verilməsindən asılı olmayaraq) məhz Cavabdeh razılığı ilə baş vermişdir və bu icradan Cavabdeh fayda götürməsi şərti ilə icra olunmuşdur. (433.2 m.).
24. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, tərə flər arasında avtomobilə dair alqı-satqı əqdi bağlanmış, lakin əqdin forma və məzmununa riayət olunmamışdır, bu isə həmin əqdin əhəmiyyətsiz olması anlamına gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yaratmır, belə əqd bağlandığı andan etibarsızdır və onun etibarlı hala gətirilməsi də mümkün deyildir. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
25. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, Cavad adlı şəxs tərəfindən aldadılması Cavabdeh həmin şəxsə qarşı müstəqil iddia qaldırmaq hüququ verir. İddiaçının ödədiyi 12500 manat məbləğində pul məhz Cavabdeh ABŞ-dan avtomobil alıb gətirmək məqsədi ilə Cavabdeh tərəfindən ixtiyarlı şəxs olan Cavada verilmişdir. Cavadla aralarında olan razılaşmanın pozulması səbəbindən cavabdeh etibarnaməni ləğv etdirərək, avtomobilini geri aldığı halda, eyni zamanda da avtomobilin satılmasına görə ödənilmiş pul məbləğini qaytarmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Üstəlik, təqdim edilmiş “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 21.09.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı davam etdirilməsi üçün aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş cinayət işi üzrə Cavabdeh qız zərərçəkmiş şəxs qismində tanınmışdır ona görə ki, X1 tamah niyyəti ilə etibardan sui-istifadə e tmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Cavabdeh «X3 Kredit» MMC-nin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirərək, Nəsimi rayonu ərazsində 24.08.2020-ci il tarixdə saat 10:00 radələrində Cavabdeh avtomobil təşkil edəcəyini vəd verərək onun mülkyyətndə olan «Hundai i20» markalı **RP-*** dövlət qeydiyyat nişanlı avtomobilini 13500 manat müqabilində dəyərləndirərək ələ keçirməklə dələduzluq etmişdir.
26. Qətnamədə avtomobilin dövlət qeydiyyat nişanının seriyasının yanlış göstərilməsinə (RP əvəzinə PR) gəldikdə isə apellyasiya məhkəməsi hesab edib ki, bu, texniki səhvdir və formal əhəmiyyət daşıyır, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı ol an və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 337.3-337.5, 354.1, 433.1, 433.2-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəillərinə uğyun əsaslandırılıb, şikayətdə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib. Həmçinin qeyd edilib ki, apellyaisya məhkəməsi “cinayət işinin rədd edilməsi barədə” qərarda əks edilmiş şahid ifadəsinə istinad edib. Halbuki həmin qərar ləğv olunub. Həmin qərara istinad edilirdisə, araşdrıma materialları polisdən tələb edilməli idi. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
30. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. [305] Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsı zlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməs ində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İddia tələbi avtomobilə görə cavabdehə ödənilmiş pulun qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, cavabdeh 12500 manat müqabilində etibarnamə əsasında avtomobili iddiaçıya verib, sonradan cavabdeh həmin etibarnaməni ləğv etdirərək, avtomobli geri qaytarsa da, aldığı pulu geri qatrtarmamışdır.
36. İşin apellyas iya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də tərəflər arasında avtomobilə dair alqı-satqı əqdi bağlanmış, lakin əqdin forma və məzmununa riayət olunmamışdır. Bu isə həmin əqdin əhəmiyyətsiz olması anlamına gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yaratmır, belə əqd bağlandığı andan etibarsızdır və onun etibarlı hala gətirilməsi də mümkün deyildir. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. Məhkəmə kollegiyası iddia iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 14-27-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi etibarsız əqd üzrə işin hallarını tam araşdırmaqla, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.
38. İddiaçı avtomobilin dəyərinin iddiaçı tərəfindən ona ödənilməməsini bildirsə də, onun bu dəlili apellyasiya məhkəməsi tərəfindən təkzib edilib. (hazırki qərarın 22, 23 və 25-ci bəndləri)
39. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9318/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.