Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1297/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(103)4338/2023 nömrəli qərardadından iddiaçının adından verilmiş kassasiya şikayətini Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(004)1857/2023 nömrəli qətnaməsi ilə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin olunmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(103)-4338/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(001)-1857/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(103)-4338/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin olunmamış, kassasiya şikayəti qaytarılmışdır.
5. Həmin qərardaddan iddiaçının vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses i ştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətin in başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəf indən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Vəkil tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır.
8. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə iddiaçının adından Vəkil tərəfindən imzalanmışdır.
9. Lakin, kassasiya şikayətinə və iş materiallarına iddiaçı tərəfindən vəkilə Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərin, o cümlədən məhkəmə aktından şikayətin verilməsi səlahiyyətinin ver ilməsini təsdiq edən etibarnamə əlavə olunmamışdır. Kassasiya şikayətinə iddiaçı X2 sədrinin birinci müavini X3 və müavini X1 məhkəmə aktından şikayət vermə səlahiyyətini təsdiq edən etibarnamə əlavə olunsa da, hazırki kassasiya şikayəti həmin şəxslər tərəfindən elektron imza ilə imzalanmamışdır.
10. Beləliklə, müəyyən olunmuşdur ki, kassasiya şikayətini iddiaçının adından Vəkil elektron imzadan istifadə edilməklə imzalasa da, sonuncuya belə səlahiyyət MPM-in 74.2ci maddəsinə uyğun olaraq verilməmişdir.
11. Qeyd olunanlara əsasən, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Re spublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(103)-4338/2023 nömrəli qərardadından İddiaçı QSC BOKT-un adından verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.