Məhkəmə qərarları › İş №2(102)-1299/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1299/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1299/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-301/2025 nömrəli, 6 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən İddiaçı Cavabdeh MTK-dan ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili almışdır.

2. Müqaviləyə əsasən mənzilin dəyəri ƏDV daxil 171993 manat təşkil etmiş, mənzilin pay dəyərinin bir hissəsi - 83993 manat məbləğində ilkin ödəniş şəklində payçı İddiaçı tərəfindən ödənilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavab deh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ona dəymiş maddi ziyanın əvəzi olaraq 7600 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış xx.xx.2022-ci il tarixli AVP-126 nömrəli kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. Ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar-fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyi bildirdilər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV-nin geri alınmasının onlayn qaydada həyata keçiriləcəyi məlumat verilmişdir. 2023-cü il Novruz bayramından sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Res publikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd etmişdir ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart-aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Mədaxil qəbzi barədə məlumatlar: Nömrə: B PM**********98 Müştərinin adı: AVANT Group Hesab: ******************** Məbləğ: 83993 manat. Mən ƏDV-nin geri alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə müraciət etsəm də, müəyyən edilmiş 90 günlük müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. Hesab edir ki, Cavabdeh MTK elektron qaiməni ona təqdim etmədiyinə görə o, ƏDV-ni geri ala bilməmiş və bu səbəbdən də ona maddi ziyan dəymişdir. Hesab edir ki, ƏDV-nin ona ödənilməməsi üçün cavabdehlə maraqlı şəxsin arasında olan istər elektron portalın yaradılması, istərsə də digər bir səbəbin olması vətəndaş olaraq ona heç bir aidiyyəti olmamışdır.

6. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na (bundan sonra “Qayda” adlanacaq) dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışından ƏDV məbləği “Operator” kimi tanınan Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməlidir. Yəni Qayda üzrə ƏDV məbləği Dövlət Vergi Xidməti tərəfindən alıcı vətəndaşa ƏDV məbləğinin 30 faizini qaytarır. Bu səbəbdən Qayda üzrə tərəflər vətəndaş və Dövlət Vergi Xidməti olduğu kimi mübahisələndirilmiş məhkəmə işi üzrə də İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən iddiaçı vətənda ş İddiaçı olduğu təqdirdə cavabdeh Dövlət Vergi Xidməti olmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən inzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir”. Həmin Məcəllənin 2.2.2-ci maddəsi üzrə “inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)” inzibati məhkəmə icraatı qaydası müəyyən edilmişdir. İddia ərizəsində Mülki Məcəlləsinin 16-cı maddəsinə istinad edilməklə, qeyd edilmişdi r ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Halbuki, Cavabdeh MTK ekoloji sağlam “AVANT PARK” Yaşayış Kompleksini qapalı həyəti ilə birgə tam təhlükəsiz şəkildə nəinki İddiaçı, həmçinin Yaşayış Kompleksinin bütün sakinlərinə təqdim edir. Cavabdeh MTK niyyəti yalnız və yalnız müştəri məmnuniyyətinin qazanılmasıdır ki, bütün müştəri sakinləri qarşısında öz üzərinə düşən öhdəliklərini yerinə yetirməkdədir. Qayda üzrə ƏDV məbləğinin geri qaytarılması isə yuxarıda qeyd edildiyi kimi birbaşa Dövlət Vergi Xidmətinin öhdəliyidir. Nə ziyan vurmaq, nə də ki hüquqlarından sui-istifadə etmədikləri üçün istinad edilmiş maddi hüquq normasına birmənalı etirazın ı bildirmişlər. Ümumiyyətlə, Qayda qəbul olunub qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək keçən dövrdə alıcı müştərilərin elektron kabineti yaradılmadığı üçün tərəfindən iddiaçıya e-qaimə göndərilməsi mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən ödənilən ƏDV daxil 171993 (bir yüz iki min iki yüz doxsan beş) manat məbləğin 26236,22 (iyirmi altı min iki yüz otuz altı) manat 22 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi tərəfindən Dövlət Vergi Xidmətinə ödənilmişdir. Anoloji qaydada Yasamal Rayon Məhkəməsində cavabdeh olaraq Cavabdeh MTK-ya qarşı iddiaçı X1 iddia tələbi rədd edilmiş, xx.xx.2023-cü il tarixində qəbul edilmiş 2(004)-2613/2023 saylı qətnamədən iddiaçı şikayət verməmiş, məhkəmənin yekun aktı formalaşmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2212/2024 nömrəli işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddianın rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda İddiaçı 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən mənzilin dəyəri olaraq ödənilən 83993 manatın "xxxx" Group MTK-ya ödənilmiş ƏDV məbləğinin, cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, hazırki ƏDV məbləği cavabdeh qismində göstərilən "xxxx" Group MTK tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatlar əsasında Maliyyə nazirliyi tərəfindən geri qaytarılmalıdır.

9. İşin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiası rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia tələbi tərəfindən düzgün irəli sürülməmiş, yəni müraciət üçün buraxılmış müddətin üzürlü hesab edilərək, inzibati orqanın üzərinə məlumatların ötürülməsi vəzifəsinin qoyulması tələbi əvəzinə, həmin məbləğin cavabdeh qurumdan tutularaq ona ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Halbuki, müvafiq inzibati orqan pulun ödənilməsini həyata keçi rmədiyi üçün, həmin pul məbləği də, ondan tutula bilməzdi. Bundan başqa, iddiaçı özü də idda ərizəsində tərəfindən 2023-cü il mart ayında ƏDV-nin geri ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətində müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidməti tərəfindən ona imtina verildiyini, imtina cavabında, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı isə, sözügedən portalın istifadəyə verilməsinin yaxın aylarda baş verməsinin qeyd edi ldiyini, bu halda müddətin ötürülməsinin nəzərə alınmamalı olmasına, vergi orqanın müvafiq sistemin qurulmasının mart-aprel aylarına təsadüf etməsinə istinad etmişdir. Göründüyü kimi cavabdeh MTK tərəfindən qaimənin müvafiq sistemə yerləşdirilməsi həmin dövrdə onun imkanları xaricində olmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ƏDV-nin geri qaytarılması tələbi üzrə cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininə qarşı həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV-nin geri qaytarılması üçün məlumatların müvafiq quruma (maliyyə nazırliyinə) ötürülməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ olmuşdur.

12. Məhkəmə araşdırm ası zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı lazımı təkliflər verilsə də, iddiaçı bu təklifi qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası"nın 5.1.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan so nra - MPM) 14.2, 76.1, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, qeyd edilmişdir ki, ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar-fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyi bildirmişlər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV-nin geri alınmasının onlayn qaydada həyata keçiriləcəyi məlum at verilmişdir. 2023-cü il Novruz bayramından sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası "nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd etmişdir ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart-aprel aylarına təsadüf edir. Ti kinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. O, ƏDV-nin geri alınması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə müraciət etsə də, müəyyən edilmiş 90 günlük müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. Cavabdeh “Avant Group" MTK elektron qaiməni ona təqdim etmədiyinə görə o, ƏDV-ni geri ala bilməmiş və bu səbəbdən də ona maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gəlmək üçün isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə əməl etməyərək hər hansı sübutlara əsaslanmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin məhkəmə iddianın predmetindən kənara çıxmaqla tamam başqa qənaətə gəlmişdir. Birinci inistansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Belə ki, onun Bakı İnzibati Məhkəməsində qaldırdığı iddiasının mahiyyəti sırf ƏDV-nin qaytarılmasından, hazırkı iddiasının mahiyyəti isə cavabdeh tərəfindən elektron qaimənin ona verilməməsi səbəbindən maddi ziyan dəydiyi üçün dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Lakin birinci instansiya məhkəməsi iki iddia arasında olan fərqi düzgün təhlil etməməklə yanaşı, i ddianın predmetindən kənara çıxmaqla qanunsuz qətnamə qəbul etmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2024-cü il tarixli rəyinə əsasən, 1. ”Tədqiqat prosesinin təsviri hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə əsasən ekspert qarşınında qoulmuş “İddiaçı xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK-dan ünvan 2 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzilin alışı ilə əlaqədar ödənilən pul vəsaiti üzrə ƏDV verilməsinin gecikdirilməsi (verilməməsinin), o cümlədən cavabbeh tərəfindən elektron qaimənin iddiaçıya verilməli olması (verilib-verilməməsi), verilməli olduğu təqdirdə verilməməsinin (gecikdirilməsinin) səbəbləri nədən ibarətdir? sualı üzrə tədqiqat işləri aparılmadı.

2. Rəyin tədqiqat hissədinə göst ərilənlərə və ekspert qarşısında qoyulmuş birinci suala müvafiq olaraq iddiaçı X2 xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK-dan ünvan 2 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzilin alışı ilə əlaqədar ödənilən pul vəsaiti üzrə ƏDV-nin məbləği 26236,22 manat müəyyən edilir(1719993,00(171993,00:1,18)= 26236,22.

3. Bundan başqa ekspert qarşısında qoyulmuş üçüncü sualda soruşulanlara müvafiq olaraq bildirilir ki, apellyasiya şikayəti və işin xüsusiyyətlərinə aid cavabdehin və ya üçüncü şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsuliyyətlərinə dair digər zəruri hallar hüquqi xarakter daşıdığından bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat məbləğində müəyyən edilmişdir.

17. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-301/2025 nömrəli mülki iş üzrə 6 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməli müəyyən edilməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmış, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası"na, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1, 165.6-cı, MPM-in 14.2, 77.1, 217.3, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, Vergi Məcəlləsinin 71-ci, Mülki Məcəllənin 21, 1096 və 1108-ci, və MPM-nin 77.1, 88 və 217.3cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş üzrə də elektron qaiməfakturanı təqdim (tərtib) etməli olan məsul şəxs Cavabdeh MTK olmuş, lakin cavabdeh üzərinə düşəni etməmiş, məhz bu səbəbdən də ƏDV-nin geri alınması hüququmdan məhrum olmuş, nəticə etibarı ilə ona maddi ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları ba xımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbuletmişdir. Məhkəmə sübutları faktları, tərəflərin təqdimetdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tər əfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

24. Ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması barədə müraciətə həm də alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və həmin Qaydada qeyd edilən müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi əlavə edilməlidir. Həmin bank ödəniş sənədində göstərilməli olan məlumatlardan biri də elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsidir. Həmin elektron qaiməfaktura satıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edilərək vahid elektron məlumat bazasına ötürülür və çap edilərək alıcıya təqdim edilir. Satıcı tərəfindən həmin elektron qaimə-fakturanın müəyyən edilmiş qaydada tərtib edilib vahid elektron məlumat bazasına ötürülməsinə və çap edilib alıcıya təqdim edilməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin etmək vəzifəsini isə sözügedən Qaydaların 2.0.4, 2.0.8, 3.1-ci bəndlərində qeyd edildiyi kimi, operator qismində Dövlət Vergi Xidməti daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsi

25. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

26. Maddə 165.6. (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). D elikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1. 4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nət icəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-301/2025 nömrəli iş üzrə 6 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar