Məhkəmə qərarları › İş №2(102)-130/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-130/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-130/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı QSC-nin Cavabdeh1 Əmirşah oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-130/22 (Açar sözlər: kredit borcunun tutulması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı QSC-nin vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)125/2021 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 ayrı-ayrılıqda verdik ləri kasasiya şikayətləri üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İşin hallarına görə, İddiaçı QSC məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 32R000000695 saylı kredit razılaşması üzrə əsas borca görə 17.854,54 ABŞ dolları, hesablanmış faizə görə 3.897,56 ABŞ dolları, cəriməyə görə 9.770,28 ABŞ dolları olmaqla, cəmi 31.522,38 ABŞ dolları; 32R********** saylı kredit razılaşması üzrə əsas borca görə 17.7139,46 ABŞ dolları, hesablanmış faizə görə 36667,86 ABŞ dolları, cəriməyə görə 90.844,23 ABŞ dolları olmaqla, cəmi 30.4651,55 ABŞ dolları; 032R********** saylı kredit razılaşması üzrə əsas borca görə 85.444,16 ABŞ dolları, hesablanmış faizə görə 17.686,94 ABŞ dolları, cəriməyə görə 35.304,22 ABŞ dolları olmaqla, cəmi 138.435,32 ABŞ dolları olmaqla, ümumilikdə 474.609,25 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın Siyəzən rayonu, Beşdam kəndində Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 138.1 kv.metr olan fərdi yaşayış evinə, Siyəzən şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə, Siyəzən rayonu, Yenikənd kəndində Cavabdeh1 mülkiyyətində olan 2 ha torpaq sahəsinə, Siyəzən rayonu, Yenikənd kəndində Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 216.5 kv.metr olan fərdi yaşayış evinə və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 3 otaqlı, ümumi sahəsi 69.4 kv.metr olan 60 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən tutulması, Siyəzən rayonu, Beşdam kəndində Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 138.1 kv.metr olan fərdi yaşayış evinə, Siyəzən şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqlarına), Siyəzən rayonu, Yenikənd kəndində Cavabdeh1 mülkiyyətində olan 2 ha torpaq sahəsinə (digər təyinatlı torpaqlara), Siyəzən rayonu, Yenikənd kəndində Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 216.5 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaklara olan istifadə hüquqlarının itirilməsi, onun həmin əmlaklardan çıxarılması, həmin əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi, habelə ünvan 2 evin 8-ci mərtəbəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 3 otaqlı, ümumi sahəsi 69.4 kv.metr olan 60 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzildən istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılma sı və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Siyəzən Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim B.R.Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə 32R000000695 saylı kredit razılaşması üzrə əsas borca görə 17.854,54 ABŞ dolları, hesablanmış faizə görə 3.897,56 ABŞ dolları, cəriməyə görə 1.800 ABŞ dolları; 32R000002595 saylı kredit razılaşması üzrə əsas borca görə 177.139,46 ABŞ dolları, hesablanmış faizə görə 36.667,86 ABŞ dolları, cəriməyə görə 18.000 ABŞ dolları; 032R********** saylı kredit razılaşması üzrə əsas borca görə 85.444,16 ABŞ dolları, hesablanmış faizə 17.686,94 ABŞ dolları, cəriməyə görə 9.000 ABŞ dolları olmaqla, ümumilikdə 367.490,52 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan, ipoteka qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqlarına), Siyəzən rayonu, Yenikənd kəndində 2 ha torpaq sahəsinə, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 216.5 kv.metr olan fərdi yaşayış evinə, Siyəzən rayonu, Beşdam kəndindəki 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 138.1 kv.metr olan fərdi yaşayış evinə, eləcə də Cavabdeh3 mülkiyyətində olan, ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin, 3 otaqlı, ümumi sahəsi 69.4 kv.metr olan 60 saylı mənzilinə yönəldilməsi, torpaq sahələrinin üzərində yerləşən fərdi yaşayış evlərinə, habelə mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin ilkin satış qiymətinin 75.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 2 ha torpaq sahəsinin ilkin satış qiymətinin 40.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 216.5 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat, Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəs i 138.1 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 manat, ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan, ipotekaya qoyulmuş ünvan 2 evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 69.4 kv.metr olan 60 saylı mənzilin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, bu əmlaklar açıq hərracdan satıldıqdan sonra müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1 ay ərzində həmin ünvanlardan çıxarılmaqla torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evinin, eləcə də mənzilin boşaldılması və bu əmlakların alıcıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəli b. Lakin, borclu Cavabdeh1 həmin kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 739.1, 739.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı QSC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mə mmədov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və H.Ç.Babayeva) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi ləğv edilib, borclu Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə 32R000002595 saylı kredit razılaşması üzrə əsas borca 174.139,46 ABŞ dolları, hesablanmış faizə görə 36.667,86 ABŞ dolları, cəriməyə görə 5.000 ABŞ dolları olmaqla, ümumilikdə 215.807,32 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Siyəzən rayonu, Yenikənd kəndində yerl əşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 216.5 kv.m olan fərdi yaşayış evinə, Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.1 kv.metr olan fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 evin 60 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetləri olan-Siyəzən rayonu, Beşdam kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 23.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 330.000 manat, ünvan 2 ünvanda yerləşən 60 saylı mənzili n likvid dəyərinin 152.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində mülkiyyətdə olan 2,0 ha torpaq sahəsinin likvid dəyərinin 40.000 manat müəyyən edilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 tərk etmədikdə, onların müvafiq olaraq həmin yaşayış evindən, mənzildən və torpaq sahəsindən çıxarılmaqla, qeyd olunan torpaq sahəsinin və yaşayış evinin, mənzilin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhvə nəticəyə gəlib. Belə ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Lakin, borclu Cavabdeh1 həmin kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 739.1, 739.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı QSC kasasiya şikayəti verərək iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin qismən- ipoteka predmetlərinin ilkin satış qiymətlərinin dəyişdirilməsi, cərimənin azaldılması hissələrində ləvğ edilib, həmin hissələrdə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən cərimənin tutulması hissəsində ləğv edilib, həmin hissədə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC-nin vəkili Şahin Sadıqov məhkəmə iclasında öz kassasiya şik ayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2 və və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 462.1-ci maddəsində göstərilir ki, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeələr i, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə və cərimənin düzgün müəyyən edilməməsi hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə g əldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Hər iki kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə borclu Cavabdeh1 arasında 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi bağlanıb və bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları kredit xətti açılıb. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq 27 noyabr 2012-ci il və 29 may 2014-cü il tarixlərdə müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında zaminlik müqavilələri bağlanıb. Eyni zamanda, 27 noyabr 2012-ci il; 23 may 2013-cü il və 23 may 2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 məxsus olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 138.1 kv.metr olan fərdi yaşayış evi (qarşılıqlı razılığa əsasən 9.889,74 manat qiymətləndirilib), Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) (qarşılıqlı razılığa əsasən 70.614 manat qiymətləndirilib), Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 2.0 ha torpaq sahəsi (qarşılıqlı razılığa əsasən 28.245 manat qiymətləndirilib), Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 216.5 kv.metr olan fərdi yaşayış evi (qarşılıqlı razılığa əsasən 62.752 manat qiymətləndirilib) və Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 69.4 kv.metr olan 60 saylı mənzil (qarşılıqlı razılığa əsasən 100.403 manat qiymətləndirilib) iddiaçı qarş ısında ipoteka ilə yüklü edilib. Həmçinin, kredit xətti müqaviləsi üzrə 27 may 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5833 faiz olmaqla 142.000 ABŞ dolları kredit verilib və 29 aprel 2015-ci il tarixli sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılıb. Eyni zamanda, 29 may 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,5 faiz olmaqla 220.000 ABŞ dolları kredit verilib və tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılıb. 30 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq 1,5 faiz olmaqla 100.000 ABŞ dolları kredit veril ib və tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspertin və qiymətləndiricinin rəylərini araşdırıb müəyyən etmişdir ki, borclu Cavabdeh1 32R000002595 saylı kredit razılaşması üzrə iddiaçıya olan əsas borcu 174.139,46 ABŞ dolları, hesablanmış faiz borcu 36.667,86 ABŞ dolları, cərimə isə 5.000 ABŞ dolları olmaqla, ümumilikdə 215.807,32 ABŞ dolları təşkil edir. Eyni zamanda, ipoteka predmetləri olan Siyəzən rayonu, Beşdam kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 23.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 330.000 manat, ünvan 2 ünvanda yerləşən 60 saylı mənzilin likvid dəyəri 152.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində mülkiyyətdə olan 2,0 ha torpaq sahəsinin likvid dəyəri isə 40.000 manat müəyyən edilib. İddiaçı kassasiya şikayətində, ipoteka predmetlərinin likvit dəyəri ilə razılaşmadığını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərili r ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 3 9.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı tərəflər arasında mübahisə olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq müstəqil qiymətləndiricilər dəvət edilməklə ipoteka predmetləri yenidən qiymətləndirilib. Belə ki, həmin qiymətləndirici rəylərinə əsasən, Siyəzən rayonu, Beşdam kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 23.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində 0,12 ha torp aq sahəsində yerləşən fərdi yaşayış evi 330.000 manat, ünvan 2 ünvanda yerləşən 60 saylı mənzil 152.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 2,0 ha torpaq sahəsi 40.000 manat məbləğində qiymətləndirilib və işdə, bunun əksini təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Kassasiya instansiyası məhkəməsi, eyni zamanda iddiaçının cərimənin kəskin şəkildə azaldılması, Cavabdeh1 isə cərimənin tənasübsüz şəkildə yüksək olmasına dair dəlillərini araşdırıb qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeələri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalanan maddələrin mənasına görə dəbbə pulu- müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təminatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Başqa sözlə dəbbə pulu- borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Eyni zamanda mülki qanunvericiliyə görə, d əbbə pulunun miqdarı- öhdəliyin əhəmiyyəti və onun pozulduğu halda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşması əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi yolverilməzdir. Buna görə də məhz Mülki Məcəllənin 467-ci maddəsində tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutulub. Lakin, hər bir halda məhkəmə yüksək məbləğdə təyin edilmiş dəbbə pulunu azaldarkən kreditorun bütün əsaslı mənafelərini, o cümlədən əmlak mənafelərini nəzərə almalıdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, borclu Cavabdeh1 tutulan 5.000 ABŞ dolları cərimənin məbləği tənasübsüz surətdə yü ksək və ya az olmamaqla, iddiaçının həm əmlak mənafeələrinə, həm də bütün əsaslı mənafelərinə tam uyğundur. Kasasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı QSC-nin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-125/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar