Məhkəmə qərarları › İş №2(102)-130/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-130/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-130/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-265/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 08 mart 2019-cu il tarix li borc müqaviləsinə əsasən, İddiaçı1 faizsiz olaraq 15 dekabr 2021-ci il tarixədək Cavabdeh2 19.000 manat borc pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 14240 manat məbləğində pul vəsaitinin və 133 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia belə əsaslandırılmışdır ki, cavabdehi yaxından tanıyır özü yazdığı borc müqaviləsində qeyd etdiyi kimi qohumluq münasibətləri var. Cavabdeh dəfələrlə xahiş etmişdir ki, “ailəm uşağım çox çətinliklə yaşayırıq. Bizə kömək et ev tikdirim”. Onun yaşayış tərzin nəzərə alıb öz iştirakı ilə onun dəsti xətti ilə geniş məzmunlu borc müqaviləsi yazdırdıqd an sonra 19000 (on doqquz min) manat faizsiz olaraq borc vermişdir. Onların arasında pulun ödənişi mübahisə yaradandan sonra yəni, onun narazılığından sonra Q.Səyavuş uşağının 200 manat dəyərində olan pensiya plastik kartını 1 il 4 aydan sonra yəni 2020-ci ilin aprel ayında ona vermişdir. Həmin vaxtdan 4760 manat pulu plastik kartdan özü çıxartmışdır. Lakin 08 mart 2022-ci ildən sonra onun plastik kartdan pul cıxarmaq hüququ olmur. Ona görə ki, Cavabdeh2 yazdığı borc müqaviləsinin 3 il müddət başa çatdığı üçün ona çatası 14240 manat pula görə məhkəmədə iddia qaldırmaq hüququ olmur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, borc müqaviləsini iddiaçının hədəqorxusu ilə y azıb imzalamışdır. İddiaçıya heç bir borcu yoxdur. İddia tələbinin rədd edilməsini xahiş edir.

5. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1758/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilmiş, Cavabdeh2 14240 (on dörd min iki yüz qırx) manat alınaraq İddiaçı1 verilməsi, iş üzrə ödənilmiş 133 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini tam icra etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin hər biri qanunsuzdur. O, iddiaçıdan tələb etdiyi məbləğdə pul almamışdır. İddiaçı1 hər bir şəxsə faizə pul verdiyi üçün ona vermədiyi pulu ona hədə-qorxu ilə yazdırmışdır. İddiaçı1 sələmə pul verdiyi üçün məcbur qalıb ondan 4500 manat məbləğdə pul götürmüşdür. Daha sonra isə borcunu təmamilə qaytarmaq üçün maşınını, torpaq sahəsini və əlində olan hər bir əmlakı sataraq iddiaçıya olan borcunu tamamilə ödəmişdir. İddiaçı1 əl vasitəsi ilə 6000 manat pul vermiş və İddiaçı1 ona vermiş olduğu sosial pul kartından 4760 manat pul çıxartmışdır. Lakin, İddiaçı1 ona saxta olaraq yazdırmış olduğu borc müqaviləsi əsasında borcunu tələb edir. Halbuki borc müqaviləsi saxta yazılmış və borc müqav iləsi etibarsız edilməli idi. O, pulu 2019-cu il tarixdə götürsə də borc müqaviləsi 2019-cu ildə, pulu götürdüyü zamandan sonra yazılmışdır. Müqavilə məhkəmə zamanı bilindiyi andan etibarsız hesab edilməli idi. İddiaçı1 ilə aralarında hər zaman yaxşı münasibətlər olmuş və o bir neçə dəfə Pənahdan sələmə pul götürmüşdür. Ən son pul götürdüyü zamandan sonra müqavilə yazılacağı zaman Pənah müqaviləyə 14.240 manat yazmağını bildirmişdir. Bildirmişdir ki, “pul bir başqa şəxsindir və həmin şəxs məndən pulu istədiyi zaman sənə verəcəyimi bildirim və müqaviləni göstərim”. Həmçinin, bildirmişdir ki onun üçün heç bir qorxusu yoxdur və narahat olmuşdur. O isə iddiaçının sözlərinə inanaraq müqaviləyə onun dediyi rəqəmi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, İddiaçı1 hər bir kəs kimi aldatmış və hər bir şəxsdən ondan tələb etdiyi kimi pul tələb etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-265/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (İ.Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər A.Hüseynzadə və L.Süleymanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmış və həmin münasibətlər mülki qanunvericiliyə uyğun olmuşdur. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, 08 mart 2019-cu il tarixli borc müqaviləsinə əsasən, İddiaçı1 faizsiz olaraq 15 dekabr 2021-ci il tarixədək Cavabdeh2 19.000 manat borc pul vermişdir.

11. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Borc müqaviləsi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir və iddiaçı öz sübutetmə vəzifəsini əsaslı şəkildə yerinə yetirmişdir. Lakin, cavabdeh birinci və apellyasiya instansiyaları məhkəmələrinin iclaslarında iddiaçıdan 19000 manat deyil, 4500 manat aldığını və həmin məbləği tamamilə ödədiyini bildirmiş, lakin izahatında qeyd etdiklərini sübutetmə vəzifəsi üzərinə düşdüyü halda sübuta yetirə bilməmişdir.

12. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh yalnız formal mülahizələr əsasında iddiaçıdan 4500 manat aldığını və həmin məbləği tamamilə ödədiyini gö stərməklə kifayətlənmiş, məhkəməyə heç bir əsaslı şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyatorun “bağlanmış müqavilənin formal olması, əslində həmin məbləğ saxta olmaqla iddiaçı tərəfindən ona verilməməsi” dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır. Ona görə ki, borc müqaviləsi tərtib edilməklə aparılan sənədləşmə, hər hansı hüquq münasibətində olan şəxslərin arasında hesablaşma üsullarından biri kimi formalaşmış olan işgüzar qaydadır və cavabdehin də bu sənədi imzalaması, bu sənədin məhz bu anlamda hüquqi qüvvəsini tanıdığına dəlalət edir. Cavabdeh həmin sənədə imza etdiyi halda, müqavilədə olan şərtləri və öhdəlikləri qəbul etmiş sayılır. Lakin, cavabdeh şikayətinin dəlillərində göstərdiyi həmin xüsusatlarla bağlı kollegiyay a heç bir sübut təqdim etməmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 389.1, 739, 742.1, 425.1, 442, 448.1, 390.1, 740.1, 740.2, MPM-nin 217.3, 218.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı həm Bərdə rayon məhkəməsində, həm də Gəncə Apelyasiya məhkəməsində bir dəfə olsun iştirak etməmiş, yalnız ərizələr gön dərməklə iddia tələbinin təmin edilməsinə nail olmuşdur. Əgər məhkəmədə iştirak etsə idi, onda ona verilən sualların cavablandırılması ilə həqiqətə nail olmaq olardı. Bundan başqa, İddiaçı1 1.000 manat verir, sonra avamlıqlarından istifadə edib, məbləği 5-10 dəfə artıq yazdıraraq qəbzə imza etdirir. Elektron məhkəmə sisteminə İddiaçı1 adını daxil etməklə onlarla şəxsə qarşı iddia qaldırması barədə qətnamələrin olmasını müəyyən etmək çətin deyil. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini tam icra etməmiş, habelə etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir.

28. Belə olan halda, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iddia haqlı sayılmışdır.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verild iyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-265/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar