Məhkəmə qərarları › İş №2(102)-1302/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1302/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1302/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi (torpaq sahəsi ilə bağlı icarə müqaviləsi), iddia müddəti, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti (6 il)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2652/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1966-cı ildə Qax rayonu Əmircan kəndində anadan olmuşdur, Qax rayonu Əmircan kəndində qeydiyyatdadır.

2. Cavabdeh xx.xx.1977-ci ildə Bərdə rayonu Körpüqıran kəndində anadan olmuşdur, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. 3. 21 noyabr 2015-ci il tarixli Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsindən görünür ki, Satıcı-İddiaçı icarə hüququ ilə istifadəsində olan Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini Alıcının icarə hüququ ilə xx.xx.2014-cü il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə verməyi, Alıcı-Cavabdeh isə torpağı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsi nə götürmüşdür. -Satıcı Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərindəki icarə hüquqlarını 15000 (on beş min) manata satır, alıcı isə həmin qiymətə alır. 4. 30 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 151 (bir yüz əlli bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən yaşayış evinin satışı ilə bağlı ödəməli olduğu 15000 manat pulun, banka ödənilən 3000 manat pulun və 2000 manat mənəvi ziyanın, məhkəmə iddia qaldırılması üçün ödənilən 151 manat dövlət rüsumunun alın araq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, 753 nömrəli reyestr kitabının, 38 nömrəli vərəqədə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi, **********15 reyestr nömrəsi olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi ona məxsus olmuşdur. Torpaq sahəsi üzərində yaşayış evi tikmiş və evlə torpaq sahəsini otuz min manat müqabilində satması barədə cavabdehə bildirmişdir. Cavabdehlə aralarında Bakı şəhəri 52 saylı notariat kontorunda Torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanılmış və Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi üzərindəki hüquqlarını 15000 manata cavabdehə satılmışdır. Razılaşmalarına əsasən torpaq sahəsinin sənədi olduğu üçün alqısatqı müqaviləsi bağlanılmış və müqavilədə torpaq sahəsinin satış qiyməti qeyd olunsa da, yaşayış evinin çıxarışı olmadığından qeyd olunan məbləğ müqavilədə öz əksini tapmamışdır. Belə ki, ümumilikdə əmlakın dəyəri 30000 manat təşkil edir. Cavabdeh tərəfindən torpaq sahəsinin pulu notarial qaydada ödənilsə də, yaşayış evinin pulu ödənilməmiş və hətta bununla bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, bu istiqamətdə heç bir addım atmamış və bu əsasla da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müqavilənin iki min beşinci ildə bağlanmasını nəzərə alsaq, cavabdehin iddiaçıya ödəməli olduğu məbləği banka qoya bilər və əlavə gəlir əldə edə bilərdi. Cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçı yeni yaşayış yeri alarkən bankdan pul götürmüş və düşünmüşdür ki, cavabdeh ona olan borcunu ödəyəcək və bankın pulu bu məbləğlə bağlanılacaqdır. Cavabdehin hərəkətinin nəticəsi olaraq onun banka da borcu yaranmış və onun hərəkətinin nəticəsi olaraq ona 18000 manat maddi ziyan və 2000 manat mənəvi ziyan dəymişdir. Mənəvi ziyan olaraq hər dəfə bankın əməkdaşları tərəfindən gələn zənglər və məhkəmələrə çağrılmasıdır. Maddi ziyan on beş min real ödəməli olduğu məbləğ, üç min isə pulu ödəməməsinin nəticəsi olaraq banka 3000 manat faiz borcunun ödənilməsidir. Bunu təsdiq edən bank müqaviləsini və ödəniş qəbzlərini m əhkəməyə təqdim edəcəkdir.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddia müddətinin tətbiqinə dair vəsatətlə müraciət edərək bildirmişdir ki, 2015-ci ildən Bakı şəhərində yaşayaraq “Xalqalar Dostluğu” metro stansiyası yaxınlığında gül satmaqla məşğul olmuşdur. Həmin dövrdə X4 polis işləmiş və bir-birlərini tanımışlar. X4 ona Abşeron rayonu Ramana qəsəbəsində evinin olduğunu və 37000 manata satdığını bildirmişdir. Ev almaq ıstədiyini, lakin 30000 manat pulunun olduğunu bildirmişdir. X1 ilə razılaşmışlar. Bir müddət sonra iddiaçı Hidayət Mansırov ilə yanına gələrək evin ona məxsus olduğunu bildirmişdir. Gedib evə baxmış, evə dair sənədləri istədikdə, bildirmişlər ki, torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var, lakin evə dair daşınmaz əmlakın reyestrindən çıx arış yoxdur və iki günə sənədləşməni edəcəklər. Bunun müqabilində ondan 500 manat pul almışlar. İki həftə ərzində Hidayət Mansırova ümumilikdə 15000 manat pul vermişdir. 2015-ci ildə razılaşdıqları dövrdə evin dəyəri olan 30000 manat puldan, 2000 manat bir dəfə, 3000 manat bir dəfə, 2000 manat bir dəfə, yəni bu minvalla ümumilikdə 15000 manatını X2 vermişdir. Bakı şəhərində 52 saylı notariusda alqı-satqı müqaviləsi bağlayarkən alqı-satqının dəyəri 30000 manat göstərilmiş və notariat kontorunun əməkdaşları bildirmişlər ki, 30000 manat nağd pul göstərilməlidir və bundan sonra müqavilə qeydiyyata alına bilər. Bildirmişdir ki, 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən evin dəyəri olan 30000 manatın yarı dəyəri olan 15000 manatı artıq X3 vermişdir və bundan İddiaçı da xəbəri olmuşdur. Odu r ki, ancaq qalıq olan 15000 manatı verəcəyini bildirdiyindən, notariat kontorunda müqavilə şərtlərində müqavilənin dəyəri olan 30000 manatı dəyişdirərək 15000 manat qeyd etmişlər. Müqavilə bağlanılmış, rəsmiləşdirilmiş və 15000 manat pulu notariat kontorunda İddiaçı vermişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının göstərdiyi hallar 2015-ci ilə aiddir.

8. Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(021)-2727/2023 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci il tarixdə bağlanmış, Cavabdeh iddiaçının icarəsində olan 0,03 ha torpaq sahəsini 15000 manata almışdır. İddiaçı iddia ərizəsində torpaq sahəsi ilə bərabər həmin torpaq sahəsində yerləşən özünə məxsus lakin sənədləşdirilməmiş yaşayış evini də cavabdehə 15000 manata, yəni torpaq sahəsi ilə birlikdə 30000 manata satdığını, lakin cavabdeh 15000 manat məbləğində pulunu vermədiyini qeyd etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçının X4 adlı şəxslə yanına gəldiyini, sonuncu ilə rəsmi nkahda olduqlarını, ona görə də 15000 manat pulu Hidayət Mansurova verdiyini, bundan iddiaçının da məlumatının olduğunu, bu səbəbdən də notariat kontorunda məbləğin 15000 manat qeyd edildiyini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci ildə olmuş, üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti 21 noyabr 2018ci ildə bitmişdir.

10. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 07 iyun 2023-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini təqribən beş il yaxın müddətdə üzrsüz səbəbdən buraxmışdır.

11. İddiaçının tələbinin 21 noyabr 2015-ci il tarixli Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsindən irəli gəldiyi nəticəsinə gəlinərsə, bu halda MM-nin 373.2-ci maddəsinə əsasən, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olması barədə müddəa tətbiq edildiyi halda, yenə də iddia müddəti ötürülmüş olur.

12. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür.

13. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının MM-nin 37 3.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 374.1, 375.1, 375.2-ci,, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Lakin o, hesab edir ki, iddia müddəti tətbiq edilməli deyil. Belə ki, cavabdeh iddiaçının k eçmiş həyat yoldaşı X2 pulu ödədiyini bildirmiş və bununla bağlı iddiaçı cavabdehin sözünə inanmaqla keçmiş həyat yoldaşı X5 barəsində Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, cavabdeh pulu almasını desə də, ödənilmiş pul ona çatmamış və iddia müddətini ötürməmişdir. Həm də, ümumi müddəti 10 il olduğu üçün, 2025-ci il müddətə qədər iddia irəli sürə bilər.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2(104)-2652/2023 nömrəli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov-sədrlik edən və məruzəçi, İslam Həsənov və Şamil Rzaquliyev) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı Abşeron Rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən və icarəsində olan 0.03 ha torpaq sahəsi üzərində yaşayış evi tikmiş və torpaq sahəsi üzərində icarə hüququnu evlə birlikdə otuz min manat müqavilində satması barədə cavabdehlə razılaşmış, 21 noyabr 2015-ci il tarixli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi ilə, icarə hüququ ilə istifadəsində olan Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini 15.000 manata alıcının icarə hüququ ilə xx.xx.2014-cü il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə vermişdir. Həmçinin həmin müqavilə imzalanana qədər razılaşdırılmış məbləğin 15.000 manatı iddiaçının həmin vaxt faktiki tanışı olan X3 verilmişdir. Həmin hal, iddiaçının izahatı ilə də, təsdiq edilir.

19. Məh kəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə razılaşdırılmış məbləğin iddia olunan hissəsinin ona yox, başqasına verilməsi onun iddiasının təmin olunmasına əsas olsa da, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə mübahisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 6 illik iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci ildə notarial qaydada bağlanılsa da, hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

20. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 21 noyabr 2015-ci il tarixdən mübahisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 6 illik iddia müddətini keçirmiş, hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, (iş vərəqə 45) məhkəmə də haqlı olaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüş, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəsini nəzərə alaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, düzgün olaraq iddia tələbi rədd etmişdir.

22. Məhkəmə kollegiyası ümumi iddia müddətinin 10 il olduğu üçün, 2025-ci ilə qədər iddia irəli sürə bilməsinə dair apellyasiya dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə ödənilməmiş məbləğlə bağlı olduğu üçün, MM-nin 373.2-ci maddəsinə əsasən, bu tələbləri üzrə iddia müddəti altı ildir ki, bu halda iddia müddəti ötürülmüşdür.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikaslnln Mülki Məcəlləsinin 372.1, 373.2, 377.1, 375.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı aralarında olmuş və razılaşdırılmış məbləğin on beş mini iddiaçı tərəfindən ona verilmiş və qalan on beş min verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məbləğin qalan hissəsinin kimə verib verməməsi ona bəlli deyil və əgər həqiqətən məbləği Hidayət adlı şəxsə vermişsə bu Hidayətlə onun arasında olan problemdir və Hidayətdən həmin məbləği tələb edə bilər. İddiaçı mənzili cavabdehə satmış və qalan məbləğini ondan tələb edir. Məhkəmənin müqavilə anlayışına münasibət olaraq bildirmək istərdi ki, iddiaçı torpaq hissəsində on beş min AZN müqavilə bağlamış və həmin məbləğdə pulunu geri almışdır. Yaşayış evinin sənədi olmadığı üçün həmin mənzilə dair müqavilədən kənar alqı-satqıya razılaşdırma olmuş və iddiaçı düşünmüşdür ki, torpaq sahəsinin pulunu ödədiyi üçün cavabdeh mənzilin pulunu da ödəyəcəkdir. Ç ünki mənzil torpaq sahəsi üzərində yerləşir. Cavabdeh otuz min manatı etiraf etməsinə baxmayaraq məhkəmənin iddia tələbini rədd etməsi iddiaçının mülkiyyət hüququnu pozması ilə nəticələnir. Belə ki, cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçı bankada borclanmış və hətta ona maddi və mənəvi ziyan dəymiş və ən əsası real otuz min manatın on beş min manatı ödənilsə də on beş min manat ödənilməmişdir. Məhkəmənin on beş min müqaviləsiz hissəsinə müddət tətbiq etməsi qanunsuz və əsassız hesab olunmalıdır.

26. Məhkəmə bununla onun mülkiyyət hüququnu pozmuş və bu əsasla qətnamə ləğv olunmalı və mülki iş apellyasiya baxışına göndərilməli idi. Əgər həqiqətən cavabdeh Hidayət adlı şəxsə qeyd olunan məbləği versəydi bu zaman məhkəmədən Hidayətin iştirakının təmin edilməsi barədə vəsatət verə bilər və ya məhkəmə öz təşəbbüsü ilə bu şəraiti yaratmalı idi. Şifahi əsaslarla deyilən sözlər məhkəmə üçün sübut hesab olunan bilməzdi. Məhkəmənin şifahi sözlərə əsaslanmaqla qətnamə qəbul etməsi və apellyasiya məhkəməsinin bu xüsusatları araşdırmaması mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Hesab edir ki, Ali Məhkəmə bu xüsusatların araşdırılması üçün qətnaməni ləğv etməklə mülki işi apellyasiya baxışına qaytaracq və apellyasiya məhkəməsi bu xüsusatları ətraflı araşdıracaqdır.

27. Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88-ci maddələri pozulmuşdur. Məhkəmə ədalətli araşdırma aparması üçün tərəfləri dindirməli və bundan sonra qərar qəbul etməli idi. Məhkəmənin iş materiallarına əlavə edilən sənədlər əsasında tərəfləri dindirmədən belə bir qənaətə gəlməsi qeyd olunan prosessual hü quq normalarına ziddir. Məhkəmə zamanı cavabdehin iddiaçıya borclu olmasının sübutu özünün verdiyi ifadədir və məbləğin iddiaçıya verməsini təsdiq edən heç bir dəlil sübut yoxdur. Sübut olaraq Hidayətə verməsini deməsi yalnız sözlərdən ibarətdir və məbləğ ona çatmamasına baxmayaraq, məhkəmənin Hidayətin izahatını almadan belə bir qənaətə gəlməsi qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə ədalətli araşdırma aparmamış və prosessual pozuntuya yol vermişdir. Sübut etmək vəzifəsi iddiaçıya məxsus olsa da sübut olaraq pulun iddiaçıya verilməsini təsdiq edən sübut yoxdur və cavabdehin pul almasının əsası olaraq verdiyi izahatlar bunu bir daha sübut edir.

28. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının Mülki Məıcəlləsinin 152-ci maddələrinə də istinad edilm işdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir

31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

32. Məddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququ nun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasılnın Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüq uq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə razılaşdırılmış məbləğin iddia olunan hissəsinin ona yox, başqasına verilməsi onun iddiasının təmin olunmasına əsas olsa da, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə mübahisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 6 illik iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci ildə notarial qaydada bağlanılsa da, hazırkı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 21 noyabr 2015-ci il tarixdən müba hisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 6 illik iddia müddətini keçirmiş, hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, (iş vərəqə 45) məhkəmə də haqlı olaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

47. Kollegiya bildirir ki, apellyasiya məhkəməsində keçirilən məhkəmə iclasında hər iki tərəf iştirak edərək izahatlar vermiş, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsasla ndırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2023-cü il tarixli 2(104)-2652/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar