Məhkəmə qərarları › İş №2(102)-1305/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1305/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1305/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-*****/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5616.92 manat məbləğində əsas borc, 945.32 manat məbləğində faiz borcu və 301 manat cərimə məbləği olmaqla, cəmi 6863.24 manat və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014 -cü il tarixli. *********/*** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya şəxsi istehlak məqsədi üçün 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 6.000 (altı min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2014-cü il tarixli, ********* və xx xxxxxx 2014-cü il tarixli, ******* nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxxxx 2015-ci il tarixinə Cavabdeh1 kredit müqaviləsi üzrə 5616.92 manat məbləğində əsas borcu, 945.32 manat məbləğində faiz borcu və 301 manat cərimə məbləği olmaqla, ümumilikdə 6863.24 manat məbləğində kredit borcu təşkil edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2015-ci il tarixli 2(043)-*****/2015 nömrəli qətnaməsi ilə (hakim – Afiq Hüseynzadə) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə 5616.92 manat məbləğində əsas borc, 945.32 manat məbləğində faiz və 301 manat cərimə məbləği olmaqla, cəmi 6863.24 manat borc məbləği və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq. "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə götürdüyü öhdəl ikləri icra etməmiş, iddiaçıya olan borcu müqavilədə nəzərdə tutulan qaydada və vaxtda ödəməmiş və müqavilənin şərtlərini pozmuşlar. Ona görə də əsas borc, ona hesablanmış faiz və cərimə cavabdehlərdən tutulmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Zərbəli Zərbəliyev) xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə ş əhəri Kəpəz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2015-ci il tarixli 2(043)- ****/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 800840-992/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5616.92 manat əsas, 945,32 manat faiz borcu və 30 manat cərimə olmaqla, cəmi 6592,24 manatın, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfin ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınaraq “xxxx” ASC-yə verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində Cavabdeh1 banka olan əsas borc məbləği mübahisələndirilmir. Mübahisə kredit müqaviləsi üzrə hesablanmış faizlərin tutulması hissəsi ilə bağlıdır. Şikayətin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavil əsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin faizlərin hesablanmasının qanunsuz olması barədə dəlilini əsassız hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam təmin olunmalıdır. Kreditor tərəfindən hesablanmış 301 manat cəriməyə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin 301 manat cərimənin tutulması hissəsində kreditorun əmlak vəziyyəti, eləcə də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki. hesablanmış cərimə məbləği əsas borc məbləğinə adekvat deyil, tənasübsüzdür. Ona görə də tənasübsüz surətdə yüksək borca hesablanan cərimə qismən, yəni 30 manat miqdarında təmin edilmə li qalan hissədə isə təmin edilməməlidir. Cərimənin tutulması hissəsində iddianın 30 manat təmin edilməsi həm kreditorun, həm də borclunun mənafelərinə uyğundur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ümumi şikayət üzrə işdə olan sübutlara və faktiki hallarına, o cümlədən həmin kredit götürülərkən kreditin təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyalarına tələbin yönəldilməməsi ilə bağlı məsə ləyə hüquqi qiymət verməmişdir. Bundan başqa, apelyasiya şikayətində əsas və faiz borcunun ödənilməsi ilə bağlı hal mübahisələndirilsə də, həmin borcun hesablanması ilə bağlı müvafiq ekspertizanın keçirilməsi təmin edilməmişdir. Belə ki, kredit götürüldükdən sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə qədər davamlı ödəniş edilmiş və həmin dövrdə olan kursla bağlı ödənişin əsas borcun hesablanması ilə bağlı iş üzrə ekspertiza təyin edilməsi zamanı nəzərə alınaraq qiymətləndirilməli idi. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavab deh1, Cavabdeh3, onların vəkili Vəkil1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallard a, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Belə ki, cavabdehlər qətnamənin tam ləğv edilməsini xahiş etmişlər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin kreditin təminatı olan girov predmetlərin tələbin yönəldilməməsinin məhkəmə tərəfindən araşdırılmaması barədə dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, cavabdehlər bu barədə nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində hər hansı mübahisələndirmə apqarmamışlar. Hətta Cavabdeh1 tərəfindən tərtib edilmiş apelyasiya şikayətində də bu barədə bir cümlə də olsun qeyd edilməmişdir. Hazırki halda da kasasiya kollegiyası işin hallarını deyil, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsini yoxlamaqdadır. Bundan əlavə, cavabdehlərin əsas və faiz borcu ilə bağlı dəlillərinə g əldikdə isə qeyd edilməlidir ki, cavabdehlər mübahisələndirdikləri əsas və faiz borcu üzrə məhkəmə tərəfindən ekspertiza keçirilməməsinə istinad etsələr də, iş materiallarından görünür ki, cavabdehlər məhkəmə tərəfindən ekspertiza təyin edilməsi üçün, yəni mübahisələndirdikləri borc məbləğlərinin düzgün müəyyən edilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və ya hər hansı sübuta istinad edə bilməmişlər ki, bu səbəbdən apelyasiya kollegiyası tərəfindən ekspertiza təyin edilməməsi prosessual pozuntu hesab edilə bilməz. Çünki cavabdehlər sözdə əsas və faiz borcunun düzgün müəyyən edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün ə sas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-****/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar